Qanunvericilik › Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 11

Maddə 11. Dövlət orqanlarının, ictimai birliklərin, müəssisələrin, təşkilatların, idarələrin, vəzifəli şəxslərin və vətəndaşların vəzifələri

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr, vəzifəli şəxslər və vətəndaşlar:

təsdiq edilmiş sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etməli;

sanitariya-epidemioloji salamatlığın təmin edilməsinə, xəstələnmə hallarının qarşısının alınmasına və azaldılmasına, ətraf mühitin sağlamlaşdırılmasına yönəldilən sanitariya-gigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər görməli;

dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin tələblərinə əməl etməli;

dövlət sanitariya nəzarətini həyata keçirən orqanlara və sanitariya-epidemioloji xidmət müəssisələrinə sanitariya-epidemioloji vəziyyət, radiasiya şəraiti və qəzalar haqqında dəqiq və dolğun məlumat verməlidirlər.

Bu vəzifələr Azərbaycan Respublikasının ərazisində daimi yaxud müvəqqəti yaşayan xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə də aiddir.

2. Yerli idarəetmə orqanları və nazirliklər öz ərazilərində və tabeliklərində olan müəssisələrin, təşkilatların, idarələrin, kooperativlərin və vətəndaşların sanitariya qanunvericiliyinə əməl etmələrinə cavabdehdirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver