Dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar mərkəzləşdirilmiş təsərrüfat-içməli su "təchizatı sistemləri ilə verilən suyun keyfiyyətinin gigiyena tələblərinə və dövlət standartlarına uyğun gəlməsini, mərkəzləşdirilməmiş su təchizatı zamanı, habelə sututarlarda və dənizin sahilboyu zolağında, əhalinin mədəni-məişət məqsədləri üçün istifadə etdiyi yerlərdə isə müvafiq sanitariya normalarının və qaydalarının tələblərinə uyğun gəlməsini təmin etməlidirlər.
Mərkəzləşdirilmiş təsərrüfat-içməli su kəmərləri və onların mənbələri üçün suyun lazımi keyfiyyətini təmin edən xüsusi rejimli sanitariya mühafizə zonaları müəyyən edilməlidir.
Su kəmərlərinin və onları təchiz edən mənbələrin sanitariya mühafizə zonalarının təyin edilməsi qaydası, habelə bu zonaların sanitariya rejimi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur.