Qanunvericilik › Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 28

Maddə 28. Dövlət sanitariya nəzarəti

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Dövlət sanitariya nəzarəti əhalinin sanitariya-epidemioloji salamatlığını, əlverişli ətraf mühiti təmin edən və əhalinin sağlamlığını qoruyub möhkəmləndirmək, adamların fəal ömrünü uzatmaq məqsədi güdən sanitariya-gigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər kompleksinin dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar tərəfindən yerinə yetirilməsi prosesində dövlət sanitariya nəzarəti orqanları və sanitariya-epidemioloji xidmət müəssisələri tərəfindən bu Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir və sanitariya qanunvericiliyinin, insanın sağlamlığının qorunması sahəsində beynəlxalq və dövlət standartlarının tələblərinin yerinə yetirilməsini təmin etməyə, qida məhsulları istisna olmaqla, sanitariya qaydaları və normaları, gigiyena normativləri pozuntularının qarşısını almağa, bunları vaxtında aşkara çıxarıb ləğv etməyə, təqsirli şəxsləri məsuliyyətə cəlb etməyə yönəldilmişdir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver