“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 1533 nömrəli Fərmanının 2.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Satışı əlavə dəyər vergisindən azad olunan yem məhsulları və yem əlavələrinin Siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərar 2022-ci il 1 yanvar tarixindən tətbiq edilir və 2027-ci il 1 yanvar tarixinədək qüvvədədir.
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 30 iyun 2022-ci il
Bütün növ ot (quru və yaşıl)
Saman (bütün növ dənli bitkilərin gövdə və yarpaq kütləsi: buğda, arpa, vələmir, çovdar, qarabaşaq və s.)
Kökümeyvəlilərin yarpaq və gövdəsi
Bütün növ yarmalar (buğda yarması, qarğıdalı yarması, arpa yarması, vələmir yarması, çovdar yarması, qarabaşaq yarması və s.)
Balıq və balıq məhsullarından hazırlanan narın və qaba üyütmə un və qranullar
Qarğıdalının emal edilməsindən alınan kəpəklər, qalıqlar
Buğdanın emal edilməsindən alınan kəpəklər, qalıqlar
Digər dənli bitkilərin (arpa, çovdar, darı, vələmir, sorqo, qarabaşaq və s.) emal edilməsindən alınan kəpəklər
Nişasta istehsalının qalıqları və analoji qalıqlar
Barda və pivəbişirmə və ya şərabçəkmə istehsalının digər tullantıları
Soya yağının ekstraksiyası nəticəsində alınan cecələr və digər bərk tullantılar
Pambıq yağının ekstraksiyası nəticəsində alınan cecələr və digər bərk tullantılar
Günəbaxan yağının ekstraksiyası nəticəsində alınan cecələr və digər bərk tullantılar
Tərkibində erucic turşusu az olan raps toxumlarının ekstraksiyası nəticəsində alınan cecələr və digər bərk tullantılar
Kokos yağının ekstraksiyası nəticəsində alınan cecələr və digər bərk tullantılar
Digər bitki yağlarının ekstraksiyası nəticəsində alınan cecələr və digər bərk tullantılar
Kartofun emalı zamanı alınmış tullantılar (pulpa)
Şəkər çuğundurunun emalı zamanı alınmış maye (melas)
Pambıq çiyidi (yem üçün)
Buğda və qarğıdalı qlüteni
Ət və ət məhsullarından hazırlanan narın və qaba üyütmə un və dənəvərlər
Balıq unu (yem təyinatlı)
Balıq yağı (yem təyinatlı)
Qarışıq yemlər (kombinə edilmiş)
Flüorsuzlaşdırılmış fosfat
Tərkibində natrium, kalium, kalsium, fosfor, maqnezium və kükürd olan mineral mənşəli digər yem əlavəsi təyinatlı birləşmələr
Tərkibində mikroelementlər (dəmir, yod, kobalt, mis, manqan, sink, molibden, selen) olan yem əlavəsi təyinatlı birləşmələr
Fermentlər və ferment qarışıqları
1. 30 iyul 2024-cü il tarixli 369 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 1 avqust 2024-cü il, “Xalq” qəzeti, 4 avqust 2024-cü il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, №7, maddə 930)
2. 16 sentyabr 2025-ci il tarixli 268 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 sentyabr 2025-ci il, “Xalq” qəzeti, 18 sentyabr 2025-ci il, № 199, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 9, maddə 868)