Qanunvericilik › “Sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunun təsdiqlənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 24.12.2024) › Tam mətn

“Sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunun təsdiqlənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 24.12.2024)

“Sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunun təsdiqlənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 24.12.2024) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 yanvar tarixli 2451 nömrəli Fərmanının 2.5.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunun təsdiqlənməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 24 dekabr 2024-cü il

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin (bundan sonra – Məcəllə) 13.6-cı maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Məcəllənin 11.8-ci, 12-ci, 13.1-ci, 13.3-cü və 14.1-ci maddələrinin tələbləri nəzərə alınmaqla, təsərrüfat subyektləri arasında bağlanılmış sazişlərin istisna edilməsi və ya az əhəmiyyətli olmasının Məcəllənin 13.2-ci maddəsinə əsasən müəyyən edilən meyarlar əsasında təsdiqlənməsi qaydasını müəyyən edir.

1.2. Bu Qaydalarda istifadə olunan anlayışlar Məcəllədə və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.

2.1. Saziş iştirakçıları arasında saziş bağlanıldığı andan etibarən bağlanılmış sazişin istisna edilməsi məqsədilə saziş iştirakçılarından hər hansı biri könüllü əsaslarla yazılı şəkildə rəqabət orqanına müraciət edə bilər.

2.2. Rəqabət orqanı tərəfindən qaldırılan iş sazişin predmeti ilə əlaqəli olduqda saziş iştirakçılarından ən azı biri barəsində iş qaldırılması ilə bağlı qərarın işin tərəflərinə təqdim edilməsindən etibarən 30 (otuz) gün ərzində sazişin istisna edilməsi məqsədilə saziş iştirakçılarından hər hansı biri müraciət edə bilər.

2.3. Bu Qaydaların 2.2-ci bəndinin tələbləri pozulduğu halda sazişin istisna edilməsi ilə bağlı saziş iştirakçılarının hər hansı biri tərəfindən verilən vəsatətin qəbul edilməsi rəqabət komissiyasının müvafiq qərarı ilə həyata keçirilir.

2.4. Sazişlərin istisna edilməsi üçün rəqabət orqanına və ya rəqabət komissiyasına müraciət edilərkən (vəsatət verilərkən), müraciətin (vəsatətin) mətnində sazişin iştirakçıları, predmeti, mahiyyəti, planlaşdırılan davametmə müddətləri, texniki və iqtisadi xüsusiyyətləri, tətbiq edildiyi coğrafi ərazi və saziş iştirakçılarının hüquqi ünvanları göstərilməlidir.

2.5. Müraciət bir sazişin istisna edilməsi ilə bağlı edilir. Eyni müraciətə yalnız mahiyyət və predmet baxımından onunla əlaqəli olan saziş və ya sazişlər əlavə oluna bilər.

3.1. Bu Qaydaların 2.1-ci bəndinə əsasən təqdim edilmiş müraciətlərlə bağlı rəqabət orqanı tərəfindən 30 (otuz) gün ərzində qərar qəbul edilir.

3.2. Xüsusi əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu Qaydaların 3.1-ci bəndində nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb olunduqda, müraciətin baxılma müddəti rəqabət orqanının qərarı əsasında 30 (otuz) gün uzadıla bilər. Rəqabət orqanı tərəfindən müddətin uzadılması barədə məlumat 5 (beş) iş günü müddətində saziş iştirakçılarına təqdim edilir.

3.3. Bu Qaydaların 2.2-ci və 2.3-cü bəndlərinin tələblərinə uyğun olaraq təqdim edilən müraciət və ya vəsatətlərlə bağlı yekun qərar rəqabət komissiyasının işlə bağlı yekun qərarından əvvəl qəbul edilir.

4.1. Bu Qaydaların 2-ci hissəsinə əsasən təqdim edilən müraciət və ya vəsatətlərin qiymətləndirilməsi nəticəsində rəqabət orqanı və ya rəqabət komissiyası sazişlərin istisna edilməsi və ya edilməməsi barədə qərar qəbul edir.

4.2. Rəqabət orqanı və ya rəqabət komissiyası tərəfindən bu Qaydaların müddəalarına uyğun olaraq sazişlərin istisna edilməsinin təsdiqlənməsi ilə bağlı yekun qərar həmin qərarın qəbul edilməsinə imkan verən şərtlərin ödənildiyi müddətdə qüvvədə olur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver