Qanunvericilik › Azərbaycan Respublikasının Seçki Məcəlləsi › Maddə 111

Maddə 111. Seçki sənədlərinin mühafizəsi

Azərbaycan Respublikasının Seçki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

111.1. Məntəqə və dairə seçki komissiyalarının seçkilərin (referendumun) keçirilməsi ilə bağlı sənədləri mühafizə edilən yerlərdə saxlanılır.

111.2. Seçki bülletenləri və səsvermə vəsiqələri seçkilərin yekunlarının rəsmi dərci günündən başlayaraq azı 6 ay müddətində dairə seçki komissiyalarında saxlanılır. Seçki komissiyalarının səsvermənin nəticələri barədə protokolları növbəti seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərci günündən başlayaraq azı bir il müddətində Mərkəzi Seçki Komissiyasında saxlanılır. Seçki komissiyalarının maliyyə hesabatları, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının yekun maliyyə sənədləri növbəti seçkilərin (referendumun) təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərci günündən sonra azı bir il müddətində Mərkəzi Seçki Komissiyasında saxlanılır. Seçici siyahıları 5 il müddətində Mərkəzi Seçki Komissiyasında saxlanılır.

111.3. Seçki bülletenləri, səsvermə vəsiqələri, seçicilərin siyahıları, səsvermənin nəticələri haqqında seçki komissiyalarının protokolları və onlara əlavə edilmiş sənədlər, seçki komissiyalarının maliyyə hesabatları, qeydə alınmış namizədlərin, qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının yekun maliyyə hesabatları rəsmi sənədlər sayılır. Seçki sənədlərinin mühafizəsinə və saxlanmasına görə müvafiq seçki komissiyasının sədri bu sənədlər yuxarı seçki komissiyasına və ya dövlət arxivinə təhvil verilənədək məsuliyyət daşıyırlar.

On altıncı fəsil

VƏTƏNDAŞLARIN SEÇKİ HÜQUQLARININ POZULMASINDAN ŞİKAYƏT VƏ VƏTƏNDAŞLARIN SEÇKİ HÜQUQLARININ POZULMASINA GÖRƏ MƏSULİYYƏT

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver