“Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanın 2-ci hissəsinin dördüncü abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyi qərara alır:
1. “Şəhər, qəsəbə və əhali yaşayan ərazilərdə qaz, su təchizatı və tullantı sularının axıdılması və yaşıllaşdırma təsərrüfatlarına aid olan fəhlə peşələrinin və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın “Su təchizatı və tullantı sularının axıdılması” bölməsi təsdiq edilsin (əlavə olunur).
2. Kadrlarla iş və hüquq şöbəsinə (E.Sadıqov) tapşırılsın ki, yuxarıda qeyd edilən hüquqi aktın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
3. Ümumi şöbəyə (B.Əliyev) tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikası “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə çatdırılmasını təmin etsin.
4. Azərbaycan Respublikasının Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyinin 2000-ci il 24 yanvar tarixli 1-8 №-li kollegiya qərarı ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyində 31.01.2000-ci il tarixdə dövlət qeydiyyatına alınmış (şəhadətnamə №214) “Şəhər, qəsəbə və əhali yaşayan ərazilərdə qaz, su təchizatı və tullantı sularının axıdılması və yaşıllaşdırma təsərrüfatlarına aid olan fəhlə peşələrinin və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası"nın (hissə 69) "Su təchizatı və tullantı sularının axıdılması" bölməsi qüvvədən düşmüş hesab edilsin.
5. Bu Qərarın icrasına nəzarət nazir müavini N. Məmmədova həvalə edilsin.
Nazir Fizuli Ələkbərov
Müdafiəsi Nazirliyi Kollegiyasının
“Şəhər, qəsəbə və əhali yaşayan ərazilərdə qaz, su təchizatı və tullantı sularının axıdılması və yaşıllaşdırma təsərrüfatlarına aid olan fəhlə peşələrinin və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” Bölmə: Su təchizatı və tullantı sularının axıdılması (bundan sonra - Kitabça) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 57-ci və 156-cı maddələrinin 2-ci hissələrinin tələblərinə uyğun olaraq hazırlanmışdır.
Kitabça mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda su təchizatı və tullantı sularının axıdılması sahəsi üzrə çalışan fəhlələrə ixtisas dərəcəsinin verilməsində, yerinə yetirilən işlərin tarifləşdirilməsində, fəhlələrin Vahid Tarif Cədvəli üzrə əməyinin ödəniş dərəcəsinin müəyyənləşdirilməsində, onların konkret əmək funksiyalarını əks etdirən peşə təlimatlarının hazırlanmasında, peşə hazırlığından asılı olaraq onların seçilməsi və yerləşdirilməsində, peşəkarlıq səviyyələrindən asılı olaraq məşğulluğunun səmərəli təmin edilməsində, attestasiyasının keçirilməsində və əmək müqavilələrinin (kontraktlarının) bağlanılmasında əsas normativ-hüquqi akt olaraq tətbiq edilir.
Kitabçada fəhlə peşələrinin tarif-ixtisas xüsusiyyətləri əmək şəraiti nəzərə alınmadan işlərin mürəkkəbliyinə əsasən müəyyənləşdirilmiş, peşələrin Vahid Tarif Cədvəli üzrə əməyin ödəniş dərəcələri müəyyən edilmişdir.
Tarif ixtisas xüsusiyyətlərinin “İşin xüsusiyyəti” hissəsi özündə fəhlə peşələri üzrə tez-tez rastlaşan əsas işlərin məzmununu əks etdirir. İşlərin konkret məzmunu, həcmi və yerinə yetirilmə qaydası hər bir müəssisə, idarə və təşkilatda texnoloji xəritələr, işçi təlimatlar və digər sənədlərə uyğun olaraq müəyyənləşdirilir. Bu işlərdən əlavə fəhlə iş növbəsinin qəbulu və təhvili, iş yerinin işə hazırlığı və işin sonunda yığışdırılması, avadanlıq və ləvazimatın lazımi səviyyədə saxlanılması, təyin edilmiş sənədləşdirmənin aparılması ilə əlaqədar işləri də yerinə yetirməlidir. Tarif-ixtisas xüsusiyyətlərinin “Bilməlidir” hissəsində yerinə yetirilən işlər üzrə biliyə olan tələblər nəzərdə tutulur.
Kitabçada bu və ya digər peşə üzrə bir neçə dərəcə nəzərdə tutulduğu hallarda yüksək ixtisaslı fəhlə onun dərəcəsinə aid olan tarif-ixtisas xüsusiyyətlərində sadalanan işlərdən əlavə özündən aşağı ixtisaslı fəhlənin tarif-ixtisas xüsusiyyətlərində verilmiş işləri də yerinə yetirmək qabiliyyətinə malik olmalıdır. Ona görə də aşağı ixtisaslı dərəcələrin tarif-ixtisas xüsusiyyətlərində nəzərdə tutulmuş işlər, yüksək dərəcənin tarif-ixtisas xüsusiyyətlərində öz əksini tapmamışdır.
Aşağı dərəcəli peşələrin tarif-ixtisas xüsusiyyətlərində göstərilir ki, istehsal şəraitindən və ya yerinə yetirilən işlərin xüsusiyyətindən asılı olaraq ayrı-ayrı texnoloji proseslər və ya ayrı-ayrı işlər yüksək ixtisaslı fəhlənin rəhbərliyi altında yerinə yetirilir. Belə olan hallarda yüksək dərəcəli fəhlə daha aşağı dərəcəli fəhlənin işinə rəhbərlik etməyi bacarmalıdır. Texnoloji prosesin aparılması ilə məşğul olan yüksək dərəcəli fəhlə bu prosesdə iştirak edən fəhlələrə rəhbərlik etməlidir.
Bu işlərlə yanaşı fəhlə iş yerində əməyin səmərəli təşkilini, görülən işlərin texnoloji prosesini, avadanlığın texniki istismar və onlara xidmət qaydalarını, istifadə edilən alət və inventarları, yanacağın, enerjinin, xammal və materialların sərf normasını, zay məhsulun növlərini, onun yaranma səbəblərini və aradan qaldırılması yollarını, əməyin təhlükəsizliyi və sanitar-gigiyena normalarını, yanğından mühafizə üçün istifadə edilən vasitələri və yanğının söndürülməsi üsullarını, qaldırıcı-nəqletdirici avadanlığın idarə edilməsi qaydasını, istehsalat təlimini və müəssisədaxili intizam qaydalarını da bilməlidir.
Bu tələblərdən əlavə maşın və mexanizmlərin idarə edilməsi ilə məşğul olan fəhlələr yerinə yetirdikləri işlərlə yanaşı çilingər işini də yaxşı bilməli, avadanlıq və maşınların iş prosesində nasazlıqlarının aradan qaldırılması və onun təmirində iştirak etməyi də bacarmalıdırlar.
Müəssisə, idarə və təşkilatlarda işlərin tarifləşdirilməsi Kitabçada göstərilən tarif-ixtisas xüsusiyyətləri əsasında aparılır. Bu zaman tarifləşdirilən işin dərəcəsi tarif-ixtisas xüsusiyyətlərində qeyd olunan müvafiq işlərlə müqayisə edilərək müəyyənləşdirilir.
Fəhlə peşəsinin adı Kitabçaya uyğun olaraq istehsalatda konkret faktiki yerinə yetirilən işlər nəzərə alınmaqla təyin edilir. Müxtəlif peşənin işlərini yerinə yetirən fəhləyə peşə adı onun yerinə yetirdiyi işlər içərisində xüsusi çəkisi çox olan işə əsasən müəyyən edilir.
İşlər briqada tərəfindən həyata keçirilən zaman işlərin tarifləşdirilməsi işin tərkibinə daxil olan əməliyyatların həcmi və dərəcəsi nəzərə alınmaqla müəyyənləşdirilir.
Fəhləyə hər hansı bir tarif dərəcəsinin verilməsi və ya artırılması məsələsinə fəhlənin ərizəsi və müvafiq bölmənin rəhbərlərinin təqdimatına əsasən işəgötürən tərəfindən əmək qanunvericiliyinə uyğun olaraq baxılır.
Fəhləyə hər hansı və ya daha yüksək tarif dərəcəsinin verilməsi üçün işəgötürən tərəfindən ixtisas imtahanları təşkil edilir. İxtisas imtahanlarının təşkilinə və keçirilməsinə həmin sahə üzrə ixtisaslaşmış elm, təhsil və istehsalat müəssisələri və ya onların mütəxəssisləri cəlb edilə bilərlər.
İxtisas imtahanlarının keçirilmə müddəti və qaydası işəgötürən tərəfindən müəyyənləşdirilərək fəhlələrə çatdırılır. İxtisas imtahanlarını müvəffəqiyyətlə vermiş işçiyə yüksək ixtisas dərəcəsi verilir.
İxtisas imtahanlarını vermiş fəhlələrə ixtisas dərəcəsinin verilməsi və ya artırılması onun yerinə yetirdiyi işlərin mürəkkəbliyi nəzərə alınmaqla həyata keçirilir.
İxtisas imtahanı zamanı ixtisas dərəcəsi təyin edilən və ya artırılan fəhlə tarif-ixtisas xüsusiyyətlərinin “Bilməlidir” hissəsinə aid suallara cavab verməli və “İşin xüsusiyyəti” hissəsində göstərilmiş ayrı-ayrı işləri müstəqil olaraq yerinə yetirməyi bacarmalıdır. Bundan əlavə fəhlə müəyyən edilmiş hasilat, vaxt və xidmət normalarını lazımi keyfiyyətlə yerinə yetirməyi bacarmalıdır.
Briqada üzvü olan fəhləyə ixtisas dərəcəsinin təyin edilməsi və ya artırılması yüksək ixtisaslı fəhlənin rəhbərliyi altında görülən işlərin mürəkkəbliyi üzrə yox, onun müstəqil olaraq yerinə yetirə biləcəyi işlərin mürəkkəbliyi üzrə aparılmalıdır.
Əsas işindən əlavə briqadaya rəhbərlik edən fəhləyə ixtisas dərəcəsinin verilməsi ümumi qayda əsasında həyata keçirilir. Briqadaya rəhbərlik həmin fəhlənin dərəcəsinin artırılması üçün əsas sayılmır.
Aerotenk qurğularının operatoru
Biosüzgəc qurğularının operatoru
Qəza-bərpa işləri üzrə çilingər
Qumtutucu və yağtutucu qurğuların operatoru
Durulducu qurğuların operatoru
Emşer qurğusunun operatoru
Lil meydançasının operatoru
Metantenk qurğularının operatoru
Subağlayıcı qurğuların operatoru
Suvarma və süzmə qurğularının operatoru
Su kəməri-kanalizasiya təsərrüfatında distansiya (məsafədən) idarəetmə pultunun operatoru
Su kəməri-kanalizasiya şəbəkəsinin baxıcısı
Su kəməri təsərrüfatında nəzarətçi
Su təmizləyici reagentlərin dozalaşdırıcısı
Süzgəc qurğularının operatoru
Təmizləyici qurğuların operatoru
Çöküntünü kənar etmə qurğularının operatoru
Çöküntünün susuzlaşdırılması qurğusunun operatoru
Çöküntünün qurudulması qurğusunun operatoru
Xlorator qurğusunun operatoru
İşin xüsusiyyəti. Məhsuldarlığı sutkada 50 min kub m-dək olan suyun bioloji təmizləmə qurğusuna xidmət. Aerotenklərə verilmiş iş rejiminə riayət edilməsi. Havaverici sistemlərin idarə olunması. Qurğu, aqreqat, mexanizmlərin qəzasız işinin təmin edilməsi. Cari və profilaktik təmirin aparılmasında iştirak.
Bilməlidir: sistemin dozalaşdırma qurğularının gətirici və ötürücü kommunikasiyalarının təyinatı və işləmə prinsipini; lilin üfürülməsi və çəkib vurulması üzrə avadanlığın və qurğunun istismar qaydalarını.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Məhsuldarlığı sutkada 50 min kub m-dən 200 min kub m-dək olan suyun bioloji təmizləmə qurğularına xidmət. Bir qrup aerotenklərin istismarı və onlarda verilmiş iş rejiminin saxlanılması. Aktiv lilin çirkab mayesinin aerotenklər üzrə bölüşdürülməsi. Lil kəməri, hava kəmərinin ayrı-ayrı sahələrinin və tənzimləyici cihazların idarə olunması. Aerotenklərin işinin nəzarət-ölçü cihazları üzrə müşahidə edilməsi. Havanın və aktiv lilin verilməsinin tənzimlənməsi. Bir qrup aerotenklərin işinin verilmiş texnoloji rejimin təmin olunması. Suyun bioloji təmizləmə qurğularının cari və profilaktik təmirinin aparılması.
Bilməlidir: aerotenklərin, onların kommunikasiyalarının, təkrar durulducuların quruluşunu; təmizləyici qurğular üzrə çirkabın və aktiv lilin keçmə yollarını; tənzimləyici mexanizmlərdə ventilyatorun, lilkeçirənin, nəzarət-ölçü cihazlarının quruluşunu və təyinatını; təmir işlərinin aparılma qaydalarını.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Məhsuldarlığı sutkada 200 min kub m-dən 500 min kub m-dək olan suyun bioloji təmizlənməsi üzrə kompleks qurğulara xidmət. Qurğuların işinin əlaqələndirilməsi və ayrı-ayrı qurğulara xidmət edən daha aşağı ixtisaslı operatorlara rəhbərlik. Texnoloji rejimin təyin edilməsi. Bütün bioloji təmizləmə qurğuları və mexanizmlərinin işçi jurnalının aparılması.
Bilməlidir: çirkab suların texnoloji təmizləmə prosesini; yeraltı kommunikasiya, quyu, kamera, dyukerlərin sxemini; zibillərin kənar edilməsi üsullarını.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Məhsuldarlığı sutkada 500 min kub m-dən çox olan suyun bioloji təmizlənməsi üzrə kompleks qurğulara xidmət. Mexaniki və avtomatlaşdırılmış qurğularda zərurət yarandığı təqdirdə avtomat xidmətdən əl ilə idarə etmə sisteminə keçidi təmin etmək. Təmizləyici qurğulara xidmət edən daha aşağı ixtisaslı operatorlara rəhbərlik və işçi jurnalının aparılması.
Bilməlidir: çirkab suların texnoloji təmizləmə prosesini; bütün növ təmizləyici qurğuların, nəzarət ölçü cihazlarının quruluşunu və təyinatını; artıq lilin kənarlaşdırılması; təmir işlərinin aparılma qaydalarını; yeraltı kommunikasiya, quyu, kamera, dyukerlərin sxemini; zibillərin kənar edilməsi üsullarını.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Biosüzgəclər bölməsinə xidmət göstərilməsi və onların səthi üzrə suyun bərabər bölüşdürülməsi üzərində müşahidə. Bölüşdürücü qurğuların: sprinkler və reaktiv suvarıcıların təmizlənməsi. Dozalandırma qurğularının sazlanması və doldurulması, süzgəclərin doldurulması müddətlərinin növbə ilə əvəz edilməsi. Süzgəcə havanın verilməsinin yoxlanılması. Zəruri hallarda süzgəclərin səthinin su ilə dolmasının aradan götürülməsi; süzülən qatın: çınqılın, soba posasının (şlakının) yumşaldılması. Qurğunun istismar jurnalının aparılması.
Bilməlidir: biosüzgəclərin təyinatını və işləmə prinsipini; biosüzgəclərdə suyun təmizlənmə prosesini; süzülən qat üçün çınqılın və soba posasının yol verilən ölçülərini, süzgəclərin doldurulma müddətlərini; qurğuların istismarı jurnalının aparılma qaydalarını.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı çilingərin rəhbərliyi altında su kəməri şəbəkəsinin təmiri üzrə işlərin görülməsi, kanalizasiya şəbəkələrinin təmizlənməsi və zibillərin kənar edilməsi, kanal və çalaların qazılması və onların üstünün örtülməsi; birləşən yerlərin kipləşdirilərək bağlanması, boru ağızlarının qurğuşun, sulfid ərintisi və ya sement tökərək tutulması.
Sadə çilingər-təmir işlərinin yerinə yetirilməsi. Boruların və onların fasonlu hissələrinin gətirilib düzülməsi. Əl ilə işlədilən su nasosları və pnevmatik alətlərlə işlərin görülməsi.
Bilməlidir: Su boşaldıcı mexanizmləri və pnevmatik alətlərin quruluşunu; mexanizmlərin və pnevmatik avadanlığın işindəki nasazlıqların aradan götürmə üsullarını; alət və mexanizmlərin profilaktik təmir müddətlərini və qaydalarını.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Su kəməri şəbəkələrinin, kiçik diametrli 300 mm-dək olan boru ağızlarının tıxanması, qurğuşun və ya sulfid ərintisi ilə bağlanması. Şəbəkədə su kəməri kolonkalarında və yanğın hidrantlarında (kran) nasazlıqların müəyyən edilməsi. Ölçmək üçün olan boru kəmərlərinin müxtəlif üsullarla isidilməsi. Eskizlər və sxemlər üzrə kiçik diametrli şəbəkələrin qoşulması və bağlanılması. Kiçik diametrli qoşulma şəbəkələrində Hidravlik sınaqların aparılması. Bütün diametrli boruların əl ilə idarə olunan diyircəkli və borulu kəsicilərlə kəsilməsi. Daha yüksək ixtisaslı çilingərin rəhbərliyi altında boru ağızlarının tıxanması, qurğuşun, yaxud müxtəlif əvəzedici ərintilərlə bağlanması. Kanalizasiya şəbəkəsinin hidravlik metodu ilə təmizlənməsi, çevik vərdənə ilə borulardakı 5 m-dək dərinliklərdə baş verən tutulmaların açılması. Lazımi xüsusi çəkiyə malik üfürülən topların və yükqaldırma qabiliyyəti 0,5 ton olan bucurqadların işə hazırlanması. Çirkab suda işləmək üçün trosun yararlığının yoxlanılması. Daha aşağı dərinliklərdə yerləşən quyulardan çöküntünün çıxarılması. Suyun səviyyəsini aşağı salan qurğulardan istifadə etməklə əl ilə, yaxud mexaniki üsulla metal tıxacların qurulması, vurulması və çıxarılması ilə torpaq işlərinin görülməsi. Rezin halqası olan boru ağzındakı birləşmələr də daxil olmaqla plastik boru kəmərlərinin quraşdırılması.
Bilməlidir: siyirtmə, hidrant, su paylaşdıran kolonka, boru kəmərləri, əl hidravlik pres və manometrlərin quruluşunu və iş prinsipini; boru ağzının qurğuşunla və onun əvəzediciləri ilə bağlanması; quyularda qazın olmasını müəyyənetmə üsullarını; hidravlik sınağın metodikasını; boru kəmərlərində, armaturda zədələnmələrin aradan qaldırılması üsullarını, həmçinin suyun axmasının qarşısının alınması üsullarını; xlor və xlorlu əhənglə suyun xlorlaşdırma metodlarını; sadə cizgilərin, sxem və eskizlərin oxunmasını; alət və mexanizmlərin profilaktiki təmir qaydalarını.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Su kəməri şəbəkəsinin təmiri üzrə, diametri 300 mm-dən 600 mm-dək olan boru ağzının tıxanması, qurğuşunla və müxtəlif əvəzedicilərlə tökülməsi. İşləyən şəbəkələrdə və magistrallarda fasonlu hissələrin və armaturun qurulması və dəyişdirilməsi. Qəza-bərpa işləri yerinə yetirilən dərin çalalarda çala divarlarının uçmaması üçün lazımi hallarda taxta şitlərin qurulması. Şəbəkə və magistrallarda zədənin xarakterinin müəyyən edilməsi. Boru kəmərlərinin ayrı-ayrı sahələrinin dayandırılması, boşaldılması və havanın verilməsi və buraxılması üçün hava yerləri qoymaqla doldurulması. Boru kəmərlərinin yuyulması. Şəbəkələrdə və magistrallarda boru siyirtmələrinin işinin tənzimlənməsi. Manometr üzrə təzyiq göstəricilərinin yazılması. Təzyiq altında boru kəmərlərinə birləşmələr edilməsi. 6-8 m dərinlikdə kanalizasiya şəbəkəsi və kollektorların hidravlik üsulla təmizlənməsi. Çevik vərdənə, su şırnağı ilə və səyyar avtonasoslar vasitəsilə əks hidravlik təzyiqi metodu ilə zibillə tutulmuş yerlərin təmizlənməsi. Yükqaldırma qabiliyyəti 1 t-dək olan tros və bucurqadın, verilmiş xüsusi çəkili metal şarların və silindrlərin işə hazırlanması. Daha yüksək ixtisaslı çilingərlərin rəhbərliyi altında kanalizasiya şəbəkəsində təmir işlərinin aparılması. Təmizləmə zamanı istifadə olunan avadanlığın və mexanizmlərin profilaktiki təmiri. Plastmasdan olan boruların qaynaq edilməsi.
Bilməlidir: sahənin su təchizatı sxemini; mürəkkəb cizgilərin və eskizlərin oxunma qaydalarını; sxem, eskiz və detallaşmanın naturadan çəkilməsi; boru ağzının əl ilə və pnevmatik alətlər tətbiq etməklə bağlanma üsullarını; ölçülü boru kəmərlərinin şəbəkədən açılması qayda və üsullarını və onların isidilməsi. İşlər aparılan rayonda kanalizasiya şəbəkəsinin yerləşmə sxemini, hidravlik üsulla kanalizasiya şəbəkəsinin və kollektorların təmizlənmə texnologiyasını və çevik vərdənə ilə zibilin kənar edilməsi; kanalizasiya boru kəmərlərinin və qurğuların təmiri və təmizlənməsi üçün tətbiq olunan əsas avadanlığı və mexanizmləri; quru torpaqlarda torpaq işlərinin aparılma qaydalarını.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Su kəməri şəbəkəsinin təmiri, diametri 600 mm-dən 900 mm-dək olan boru ağzının tıxanması, qurğuşunla və müxtəlif əvəzedicilərlə tökülməsi üzrə işlərin yerinə yetirilməsi. Bütün diametrdən olan boruların işləyən boru kəmərlərinə birləşdirilməsi. Magistral və şəbəkələrin xlorlu əhəng, maye və qaz şəklində olan xlorla şəhər şəraitində xlorlama; xlorlu suyun bundan sonra atılması. Şəbəkədən açılmadan boru kəmərlərində qəza təmirinin aparılması, yaxud təzyiq altında kipkəc kompensatorların doldurulması. Avtoötürücü, pnevmoötürücü və elektrikötürücü ilə magistrallarda böyük siyirtmələrin açılması və bağlanması. Mexaniki ötürücülərin qurulması, tənzimlənməsi və təmiri. Ölçüsü 150 mm-dən 900 mm-dək olan çuqun və polad siyirtmələrin cari və əsaslı təmiri. Kanalizasiya şəbəkəsinin, dyukerlərin, kanal və kirdə, yumurtavari, çadıraoxşar və digər kəsikli kollektorların hidravlik üsulla 12 m-dək dərinlikdə təmizlənməsi. Yükqaldırma qabiliyyəti 1,5 tonadək olan bucurqadın və trosun işə hazırlanması. Verilmiş xüsusi çəkidə taxta və metal silindrlərin açılması. Şarlı və şotkalı lövbəri olan müxtəlif ştanqalarla kanalizasiya şəbəkəsində və kollektorlarda zibilin kənar edilməsi. Su azaldan vasitələrdən və səyyar kranlardan istifadə edərək işləyən kanalizasiya şəbəkəsində təmir işlərinin aparılması. Plastmas boruların yapışdırılması və yığılması.
Bilməlidir: təzyiq altında boru kəmərinə birləşmələr edən aparaturanın quruluşunu və iş prinsini; sahə şəbəkəsinin iş rejimini; şəhər şəraitində boru kəmərlərini xlorlama qayda və üsullarını; xlorlamadan sonra suyun təhlükəsiz atılma üsullarını; dyukerlərin quruluşunu və işləmə xüsusiyyətlərini; müxtəlif diametrli borularda olan kipkəc kompensatorların quruluşunu; boru kəmərlərinin yuyulma üsullarını; böyük siyirtmələri açıb bağlamaq üçüm tətbiq olunan mexaniki, hidravlik və elektrik ötürücülərin quruluşunu və iş prinsipini; tətbiq olunan ötürücülərdə nasazlıqların aradan götürülməsi üsullarını; bütöv kanalizasiya şəbəkəsinin, qəza buraxıcıların yerləşmə sxemini; kanalizasiya şəbəkəsinin, dyukerlərin, kollektor və kanalların hidravlik metodla təmizləmə texnologiyasını; zibilin kənar etmə üsullarını; qazlılığın müəyyən edilməsi və aradan qaldırılması metodlarını, yaş torpaqda torpaq işlərinin aparılma qaydalarını, mexanizm və avadanlıqda təmirin aparılma müddətlərini.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Su kəməri şəbəkələrində, diametri 900 mm-dən çox olan boru ağzının tıxanması və bütün diametrdən olan boruların işləyən boru kəmərlərinə birləşdirilməsi. Müstəsna hallarda, təzyiq altındakı xətlərin xüsusi motokəsici alətlərlə kəsilməsi. Şəbəkələrdə xlorlu əhəng, maye və qaz şəklində olan xlorla şəhər şəraitində xlorlama, bundan sonra xlorlu suyun atılması. Şəbəkədən açılmadan təzyiq altında kipkəc kompensatorların doldurulması. Diametri 150 mm-dən 1400 mm-dək olan çuqun və polad siyirtmələrin, əks klapanların və mexaniki qurğuların cari və əsaslı təmiri. Müxtəlif kəsikli kollektorların hidravlik üsulla 12 m-dən çox dərinlikdə təmizlənməsi. Yükqaldırma qabiliyyəti 1,5 tondan çox olan bucurqadın və trosun işə hazırlanması. Diametri 60 mm-dən 700 mm-dək polietilen boruların və fason qaynaq edilməsi. Su və kanalizasiya xətlərinin quraşdırılmasından sonra qazılmış xəndəyin əks doldurulması zamanı xüsusi mexanizmlərlə kipləşdirmə işlərinin aparılması. Verilmiş xüsusi çəkidə taxta və metal silindrlərin açılması. Şarlı və şotkalı lövbəri olan müxtəlif ştanqalarla kanalizasiya şəbəkəsində və kollektorlarda zibilin kənar edilməsi. Su azaldan vasitələrdən və səyyar kranlardan istifadə edərək işləyən kanalizasiya şəbəkəsində təmir işlərinin aparılması. Plastik boruların yapışdırılması və yığılması.
Bilməlidir: bütün növ kəmərlərdə aparaturanın quruluşunu və iş prinsipini; motokəsici alətlərin iş prinsipini; boru kəmərlərini xlorlama qaydalarını və xlorlamadan sonra suyun təhlükəsiz atılma üsullarını; borularda olan kipkəc kompensatorların quruluşunu; kəmərlərinin yuyulma üsullarını; əks klapanların və digər qurğuların iş prinsipini; bütün kanalizasiya şəbəkəsinin, qəza buraxıcıların yerləşmə sxemini; bütün növ kanalizasiya qurğularının, hidravlik metodla təmizləmə texnologiyasını; xüsusi mexanizmlərlə kipləşdirmə işlərinin aparılmasını.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Əl ilə qəfəsədən tullantıların dırmıqla çıxarılması. Tullantıları daşdoğrayan maşının yanına nəql edilməsi və onların doğranılması. Qəfəsənin cari və profilaktik təmirində iştirak.
Bilməlidir: qəfəsənin və ötürücü kanaldakı siyirtmənin və daşdoğrayan maşının təyinatı və iş prinsipini; qəfəsəyə və daşdoğrayan maşına qulluq etməyin əsas tələblərini.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Mexaniki dırmıqlara, qəfəsələrə, elektrik mühərriklərinə, daş doğrayan maşınlara və digər mexanizmlərə xidmət. Mexanizmlərin cari və profilaktik təmirlərində iştirak.
Bilməlidir: mexaniki dırmıq, qəfəsə, daş doğrayan maşın və digər mexanizmlərin quruluşunu və iş prinsipini; kanal və boru kəmərləri kommunikasiyalarının sxemini.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Avtomat qurğular kompleksinə xidmət. Aşağı dərəcəli operatorların işinə rəhbərlik. Xidmət edilən bütün avadanlığın qəzasız və fasiləsiz işinin təmin edilməsi. Digər operatorlarla birgə dırmıqlar olan otaqdan tullantıların və doğranılması tələb olunmayan əşyaların çıxarılması. Profilaktik və cari təmirlərin aparılması, avadanlıqdakı nasazlıqların aradan qaldırılması.
Bilməlidir: avtomatik qurğuların quruluşunu və iş prinsipini; giriş və çıxış kanallarının sxemini; çilingərlik işinin əsaslarını.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Avtomat qurğular kompleksinə xidmət. Qəza vəziyyətində qurğuların mexaniki idarəetmə sisteminə keçidini təmin etmək. Qurğu və mexanizmlərin təmiri və nasazlıqların aradan qaldırılması. Aşağı dərəcəli operatorların işinə rəhbərlik.
Bilməlidir: avtomatik və mexanik qurğuların quruluşunu və iş prinsipini; giriş və çıxış kommunikasiya xətlərinin sxemini; təmir işlərinin aparılma qaydalarını; təhlükəsizlik texnikası qaydalarını.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Gücü sutkada 200 min kub m-dək olan qumtutuculara və yağtutuculara xidmət. Qumun kənar edilməsi üçün olan mexanizmlərin işə salınması və dayandırılması. Qumtutucularda qumun miqdarının müşahidə edilməsi və qumun sorulub vurulması davamiyyətinin müəyyən edilməsi. Qumun qum meydançalarına buraxılmasına nəzarət və meydançalardan durulducu suyun kənar edilməsi üçün olan mexanizmlərdə siyirtmələrin vəziyyətinin tənzimlənməsi. Boşaldılan qumun ölçülməsi, orta nümunələrin seçilməsi. Boru kəmərlərində və hidroelevatorda zibillənmənin aradan qaldırılması. Qum və yağtutucuların fasiləsiz işinin təmin edilməsi. Onların iş rejiminin aparılması.
Bilməlidir: xidmət edilən təmizləyici qurğuların, boru kəməri kommunikasiyalarının təyinatı və iş prinsipini; qum və yağtutucularda profilaktik və cari təmirin aparılma qaydalarını.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Sutkalıq gücü 200 min kub m-dən 500 min kub m-dək olan qumtutuculara iş rejiminin, suyun, havanın verilməsinin, qum pulpasının sorulub verilməsinin müəyyən edilməsi. Nasos qurğularına, hidroelevator, yüksək təzyiqli nasoslara xidmət və nəzarət - ölçü cihazlarının göstəricilərinə müvafiq iş uçotunun aparılması. Avadanlığın profilaktik və cari təmirlərinin aparılması və aşağı dərəcəli operatorlara rəhbərlik.
Bilməlidir: qumtutucuların, hidroelevatorların, nasosların müxtəlif sistemlərinin, nəzarət-ölçü cihazlarının, boru kəmərləri kommunikasiyalarının quruluşunu; çirkab suların təmizləmə texnologiyasını.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Sutkalıq gücü 500 min kub m-dən çox olan qumtutucu və yağtutucu qurğularına xidmət və iş rejiminin müəyyən edilməsi. Bütün növ nasos qurğularının idarəedilməsi, cari təmir işlərinin aparılması və aşağı dərəcəli operatorlara rəhbərlik.
Bilməlidir: qumtutucu və yağtutucu qurğularının, nasosların və nəzarət-ölçü cihazlarının quruluşunu; cari təmir işlərinin aparılma qaydalarını.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Gücü sutkada 50 min kub m-dək olan aqreqatlara xidmət göstərilməsi. Durulduculardan çöküntünün buraxılması və onun keyfiyyətinə nəzarət. Sanitariya və gigiyena qaydalarına müvafiq olaraq qurğuların və mexaniki avadanlığın təmiz saxlanması. Çirkabın daxil olmasından asılı olaraq qurğuların iş rejiminin dəyişdirilməsi. Xidmət edilən qurğuların cari və profilaktik təmirlərində iştirak.
Bilməlidir: təmizləyici qurğuların və mexaniki avadanlığın təyinatını və işləmə prinsipini; lilqarışdıranların, lilsoranların müxtəlif yük altında iş rejimini; mexaniki avadanlığın profilaktiki təmir və su yığılan çənlərin təmizləmə müddətlərini.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Gücü sutkada 50 min kub m-dən çox 100 min kub m-dək olan aqreqatlara xidmət göstərilməsi. Mexanizmlərin işə salınması və dayandırılması. Durulduculardan çöküntünün buraxılması və buraxılma müddətinin tənzimlənməsi. Durulducularda verilmiş iş rejiminə riayət olunması, onlardan suyun verilməsinin tənzimlənməsi. İlkin durulduculardan sonra novçaya üzən əşyaların düşməsinin, durulducularda müəyyən olunmuş səviyyədən yuxarı çöküntünün yığılmasının qarşısının alınması. Boru kəmərlərində zibillənmənin aradan qaldırılması. Mexaniki avadanlığın cari təmiri.
Bilməlidir: lilqaşıyan və lilsoran mexanizmlərin quruluşunu, onların iş prinsipini; təmizləyici qurğuların hidravlik rejimini və onların iş prinsipini; nəzarət-ölçü cihazlarının quruluşunu və istismarını.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Gücü sutkada 100 min kub m-dən 300 min kub m-dək olan aqreqatlara xidmət göstərilməsi. Qurğu və mexanizmlərin profilaktiki təmiri. Mexaniki təmizləmə qurğularının, aqreqatlarının və mexanizmlərinin işinin uçotu. Avtomatik idarəetmə pultu üçün texnoloji rejimin müəyyən edilməsi.
Bilməlidir: yeraltı kommunikasiyaların; quyu, kamera, dyukerlərin sxemini; mühafizə qurğularını; ölçü qurğuları; zibillənmənin aradan qaldırılması üsullarını; mexanizmlərin: durulducu, nasos və hidroelevatorların sazlama üsullarını; elektrotexnikanın və çilingərlik işinin əsaslarını.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Gücü sutkada 300 min kub m-dən 500 min kub m-dək olan aqreqatlara xidmət göstərilməsi. Qurğuların işinin tənzimlənməsi və aşağı dərəcəli operatorlara rəhbərlik. Mexaniki təmizləmə, mexanizm, aqreqat və qurğuların cari təmiri.
Bilməlidir: çirkab suların mexaniki təmizlənmə texnologiyasının əsaslarını və prinsiplərini; təmir işlərinin aparılma texnologiyasını və qaydalarını; texnoloji prosesin idarəetmə pultunun işləmə sxemini.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Gücü sutkada 500 min kub m-dən yüksək olan mexaniki və avtomatik qurğulara xidmət göstərilməsi. Qurğularının işini tənzimlənməsi və onların cari təmiri. Aşağı dərəcəli operatorlara rəhbərlik.
Bilməlidir: çirkab suların mexaniki və avtomatik təmizlənmə texnologiyasını və prinsiplərini; cari təmir işlərinin aparılma qaydalarını; texnoloji prosesin idarəetmə pultunun işləmə sxemini.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. İkiyaruslu durulduculara (emşerlərə) xidmət. Emşerin üzərinə suyun buraxılması və oradan da çıxarılması. Hazır lilin çıxarılması. Çöküntünün qıcqırması gedişinin müşahidəsi. Durulducu novların və xəndəklərin iri tullantılardan müntəzəm təmizlənməsi. Yığma novlarda mayenin durulması dərəcəsinə nəzarət. Qabığın ləğv edilməsi. Verilmiş qıcqırma rejimindən kənarlaşmaların aşkar edilməsi və onların aradan qaldırılması. Çöküntünün ölçülməsi və nümunənin götürülməsi. Qurğunun təmirində iştirak.
Bilməlidir: təmizləyici qurğuların quruluşunu və çirkabın təmizlənmə texnologiyasını; qurğu mexanizmlərinin quruluşunu və profilaktik təmirin müddətlərini.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Gücü sutkada 50 min kub m-dək olan qurğulara xidmət göstərilməsi. Meydançada lilin bölüşdürülməsinin tənzimlənməsi, vərdənələr üzərində müşahidənin aparılması. Meydançaların və açılan novların xırda təmiri. Meydançaların bərabər yüklənməsi üzərində müşahidənin aparılması və onların əvəzlənməsi və qurumuş lilin meydançadan yığışdırılması.
Bilməlidir: lil meydançalarının təyinatını və iş prinsipini; meydançaların və açılan novların təmizlənməsində tətbiq olunan alətləri.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Gücü sutkada 50 min kub m-dən 200 min kub m-dək olan qurğulara xidmət göstərilməsi. Lil meydançalarının və lil gölməçələrin yoxlanması; lilin meydança kaskadları üzrə bərabər bölüşdürülməsi üzərində müşahidə aparılması və süzülən qatın düşməsinin tənzimlənməsi. Budaq qanovların, drenajların və torpaq açılan qanovların lilləşmədən təmizlənməsi və yay mövsümündə meydançaların torpaq vərdənələrini alaq otundan, qış mövsümündə buzdan təmizləmə. Meydançada lilin bərabər paylanmasına nəzarət edilməsi. Kommunikasiyaların profilaktik təmiri.
Bilməlidir: lil meydançaları, lil gölməçələrinin təbii qurudulması üçün olan qurğuların quruluşunu və təyinatını; çirkab su çöküntüsünün təbii qurutma üsullarını; təmir işlərinin aparılma qaydalarını.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Gücü sutkada 200 min kub m-dən 500 min kub m-dək olan qurğulara xidmət göstərilməsi. Aşağı dərəcələrdən olan operatorlara rəhbərlik edilməsi, çöküntünü çəkib vuran nasos stansiyalarının işinin müşahidə olunması. Qurumuş lilin mexanizmlərlə yığışdırılması və onun nəql edilməsi.
Bilməlidir: boru kəmərlərinin sxemini, onların birindən başqasına keçirilməsini; lilin yığışdırılması və nəql edilməsi üçün mexanizmləri.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Gücü sutkada 500 min kub m-dən çox olan qurğulara xidmət göstərilməsi. Lil meydançasındakı nasos və mexanizmlərin cari təmiri və aşağı dərəcələrdən olan operatorlara rəhbərlik.
Bilməlidir: lil meydançasındakı bütün növ qurğuların quruluşunu və təyinatını; boru kəmərlərinin sxemini; təmir işlərinin aparılma qaydalarını.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Gücü sutkada 100 min kub m-dək olan aqreqatlara xidmət. Xam çöküntünün və aktiv lilin doldurulması. Metantenkdə çöküntü səviyyəsinin və temperaturun müşahidəsi və buxarın verilməsinin tənzimlənməsi. Kupolaltı havada və qaz şəbəkəsində qazın daimi təzyiqinin saxlanması. Daha yüksək ixtisaslı operatorun rəhbərliyi altında qurğu və mexanizmlərin profilaktiki və cari təmiri üzrə işlərdə iştirak.
Bilməlidir: metantenklərin təyinatı və iş prinsipini; giriş və çıxış kommunikasiyaların sxemini; temperatur iş rejimini; buxarın təzyiqini, çöküntü və temperaturu ölçən cihazları.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Gücü sutkada 100 min kub m-dən 200 min kub m-dək olan aqreqatlara xidmət. Çöküntünün bölüşdürülməsi, metantenklər qrupundan acımış çöküntünün seçilməsinin təmin edilməsi. Qarışdırıcı qurğuların: ejektorların, mexaniki qarışdırıcıların, hidroelevatorların işinə nəzarət. Çöküntünün və aktiv lilin boşaldılması, metantenklərin verilmiş iş rejiminin saxlanılması. Profilaktik və cari təmirlərin aparılmasında iştirak.
Bilməlidir: metantenklərin bütün kommunikasiyalarla birlikdə quruluşunu; qaz şəbəkəsi və armaturanın istismar qaydalarını; hidroelevator, mexaniki qarışdırıcı və ejektorların quruluşunu və iş prinsipini.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Gücü sutkada 200 min kub m-dən 500 min kub m-dək olan aqreqatlara xidmət. Metantenklərin kompleks qurğularının: dozalaşdırıcı kamera, qazpaylaşdıran qurğu, nasos stansiyalarında və qaz tənzimləyən stansiyalarda işin əlaqələndirilməsi. İdarəetmə pultunun verilmiş texnoloji rejimə qoyulması. Mexanizmlərin bütün kompleksinin və texnoloji cihazların iş jurnalının aparılması. Mexanizm və qurğularda profilaktik və cari təmirlərin aparılması.
Bilməlidir: yeraltı kommunikasiyaların: quyu, kamera, dyuker, boru kəmərlərinin sxemini; zibilin kənar edilməsi üsullarını; çirkab suların çöküntüsünün zərərsizləşdirilməsi prinsiplərini; qaz şəbəkələrinin, qaz tənzimləyən stansiyaların və xüsusi avadanlıqlarla təchiz edilmiş otaqların, atıcı və qoruyucu qaz qurğusunun, kondensatyığanların yerləşdirmə qaydalarını; elektrotexnikanın, kimyanın, mikrobiologiyanın əsaslarını.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Gücü sutkada 500 min kub m-dən çox olan aqreqatlara xidmət. Texnoloji rejimin qurulması. Çöküntünü sorub vuran stansiyalar daxil olmaqla qurğunun müxtəlif mexanizm və aqreqatlarının idarə edilməsi. Mexanizm və qurğuların profilaktik və cari təmirlərinin aparılmasında aşağı dərəcəli operatorların işinə rəhbərlik.
Bilməlidir: xidmət edilən qurğularda texnoloji iş rejimini; təmir işlərinin aparılma qaydalarını və texnologiyasını; texnoloji prosesin distansiyadan idarə olunması prinsipini və qaydalarını.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Cihazların göstəricilərinə əsasən və ozonator qazanında dərəcənin xarakterinə görə vizual suyun texnoloji ozonlaşdırılma prosesinin aparılması. Quruducu qurğunun doldurucusunun regenerasiya edilməsi. Ozonator stansiyasının verilmiş rejimə müvafiq işə salınması və tənzimlənməsi. Suda və stansiyanın istehsalat binasında ozonun qatılığına nəzarət. Stansiyanın ayrı-ayrı elementlərinin nasazlıqlarının müəyyən edilməsi.
Bilməlidir: ozonator stansiyasının texnoloji sxemini; ozonator stansiyası və köməkçi avadanlığın elektrik qida sxemini; stansiyanın ayrı-ayrı elementlərinin iş prinsipini və quruluşunu; havaüfürücüləri, ozonator qazanında hava qurudan bloku, bağlayıcı və tənzimləyici kontakt hövzəsini; ölçü cihazlarının işləmə prinsipini və onlara xidmət qaydalarımı; yüksək gərginlikli qurğularda istismar və təhlükəsiz işləmə qaydalarını.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Su hövzəsində suyun səviyyəsinin verilmiş ordinar üzrə ölçülməsi və suyun səviyyəsinin bağlayıcı qurğular vasitəsilə tənzimlənməsi. Germetik bağlayıcı qurğuların yoxlanması və bənd və su hövzələrinin vəziyyətinin müşahidəsi. Zibil, buz yığınının kənar edilməsi, ağac yarpaqlarının yığışdırılması; göl, kanal, boru kəmərləri sisteminin ətrafının çalınması və sanitar mühafizəsi. Süzgəc qəfəslərinin zibildən təmizlənməsi.
Bilməlidir: xidmət edilən sahədə su təchizatı sxemini; xidmət edilən subağlayıcı qurğularının yay və qış vaxtlarında təyinatını və iş prinsipini.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Qidalandırıcı kanal boru kəmərlərinin bağlayıcı lövhələrinə xidmət. Boru kəmərlərində suyun təzyiqinin və çənlərdə suyun səviyyəsinin ölçülməsi. Qaldırıcı mexanizmlərə xidmət və lövhələrin əl ilə qaldırıcı bucurqadla və elektrik telferlə aşağı salınması. Suyun çaylardan və su nohurundan durulduculara və istehsalat magistralına verilməsinin tənzimlənməsi. Qaldırıcı mexanizmlərin və bağlayıcı armaturaya profilaktik baxış və yağlanması. Şlüz avadanlığının işindəki nasazlığın aradan qaldırılması. Su rejiminin və bağlayıcı qurğuların saz vəziyyətdə olmasının müşahidə edilməsi. Xidmət edilən qurğuların işləmə jurnalının aparılması və onların təmirindəki iştirak.
Bilməlidir: qidalandırıcı kanalların, təzyiq boru kəmərlərinin, suyu gətirən kanalların və elektrik avadanlığının iş rejimini; suyun çaylardan durulduculara və istehsalat magistrallarına verilməsi üsullarını; xidmət edilən sahədə kanal və boru kəmərlərinin yerləşmə sxemini; baş qurğunun, suötürücülərin və şlüz avadanlığının sxemini; elektrotexnika və hidravlikanın əsaslarını; şlüz mexanizmlərin idarəetmə qaydalarını.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Hidrotexnika qurğularına xidmət və onlarda suyun səviyyəsi vəziyyətinin müşahidə edilməsi. Şlüzlərin beton və daş piltələrlə möhkəmləndirilməsi, boru kəmərlərinin quraşdırılması və düzülməsi, qurğuların təmiri zamanı digər işlərin yerinə yetirilməsi. Şlüz aparatının qaldırıcı mexanizmlərinin idarə olunması. Texniki rəhbərin göstərişinə görə mexanizmlərin növbə ilə işə salınması və dayandırılması. Qış mövsümündə qəfəsələrin elektrik cərəyanı ilə qızdırılması.
Bilməlidir: hidroqurğunun yerləşmə sxemini; onun verilmiş iş parametrlərini; süzgəc qəfəsələrinin təmizləmə üsullarını; xidmət edilən rayonun su ilə təchizat sxemini; mexanizm və elektroaparaturanın istismar qaydalarını; torpaq, beton, daş işlərinin texnologiyasını.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Gücü sutkada 30 min kub m-dək olan qurğulara xidmət, suvarma və süzmə sahələrinə baş çəkmə. Sahə ərazisi üzrə çirkab mayesinin bərabər bölüşdürülməsi. Budaq suvarma kanalların, drenajın ağzı və torpaq ayırıcı qanovların lil və ağac yarpaqlarından təmizlənməsi, suvarılan sahələrə qoyulmuş texnoloji rejimə riayət edilməsi. Qurğuların profilaktik və cari təmirinin aparılması. Texniki qurğuların saz vəziyyətdə olmasının müşahidə edilməsi.
Bilməlidir: sahələrin suvarılması və süzmə üçün olan qurğuların təyinatı və işləmə prinsipini; torpaq (yer) üsulu ilə suyun təmizlənməsini.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Gücü sutkada 30 min kub m-dən çox olan qurğulara xidmət, suvarma və süzmə sahələrinə baş çəkmə. Kənd təsərrüfatı bitkiləri altında olan sahələrə aqronomun tapşırığına əsasən xidmət göstərilməsi. Suvarılan sahələrin və qurğuların vəziyyətinin müşahidəsi. Sahələrin qış və yay suvarılmasına vaxtında hazırlanması.
Bilməlidir: süzmə və sahələrin suvarılması üzrə qurğuların quruluşunu; suvarılan torpaqların yerləşməsini və suvarma sistemlərinin bölüşdürülməsini; aqrotexnika və biologiyanın əsaslarını.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı operatorun rəhbərliyi altında distansiya-avtomat idarəetmə pultundan su kəməri-kanalizasiya qurğularına xidmət göstərilməsi. Verilmiş rejimə müvafiq olaraq aqreqatın işinin tənzimlənməsi. Nəzarət-ölçü cihazların göstəricilərinin yazılması.
Bilməlidir: xidmət edilən qurğuların işləmə prinsipini; operativ keçirilmə qaydalarını və ardıcıllığını.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Distansiya - avtomat idarəetmə pultundan Gücü sutkada 300 min kub m-dək olan su kəməri - kanalizasiya qurğularına xidmət göstərilməsi. Verilmiş texnoloji rejimə müvafiq olaraq aqreqatın işinin tənzimlənməsi. Nəzarət-ölçü cihazların göstəricilərinin yazılması.
Bilməlidir: xidmət edilən qurğuların işləmə prinsipini; elektroaparaturanın istismar qaydalarını; operativ işə salma və dayandırma qaydalarını və ardıcıllığını; elektrotexnikadan əsas məlumatları.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Distansiya-avtomat idarəetmə pultundan gücü sutkada 300 min kub m-dən 500 min kub m-dək olan su kəməri-kanalizasiya qurğularına xidmət göstərilməsi. Siqnal qurğularında: lemmalarda, lampalarda, kontaktlarda və digər yerlərdə xırda nasazlıqların aradan qaldırılması.
Bilməlidir: xidmət edilən texnoloji avadanlığın və qurğuların quruluşunu; nəzarət-ölçü cihazlarının iş prinsipini və göstəricilərinin əhəmiyyətini; operativ keçirilmənin ardıcıllığını və qaydalarını; avadanlığın və qurğuların iş rejimini; elektroaparaturanın istismar qaydalarını.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Distansiya-avtomat idarəetmə pultundan gücü 500 min kub m-dən çox olan su kəməri-kanalizasiya qurğularına xidmət göstərilməsi. Ayrı-ayrı cihazlarda və qurğularda olan nasazlıqların aradan götürülməsi və onların sazlanması. Yüksək voltlu paylaşdırıcı qurğularda operativ keçirmənin aparılması.
Bilməlidir: distansiya-avtomat idarəetmə sisteminin quruluşunu; qurğuların işinin operativ tənzimləmə qaydalarını və ardıcıllığını; nəzarət-ölçü cihazlarının düzgün işlənməsinin yoxlama üsullarını.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Magistral su kəmərlərinin kollektorların və boruların diametri 300 mm-dək olan təzyiqli kanalizasiya, su kəmərlərinin, gücə, həyət şəbəkələrinin və baxma quyularının yoxlanması. Qurğulara: estakada, körpü, vantuz quyuları, siyirtməsi olan xüsusi quyularda qəza çıxıntılarına baxış. Qurğuların yoxlama jurnalının aparılması və onda aşkar edilmiş bütün çatışmazlıqların qeydə alınması. Şəbəkədə xüsusi briqadaların çağırılmasını tələb etməyən sızma və nasazlıqların aradan qaldırılması.
Bilməlidir: şəbəkənin, tunel, quyu kameralarının və su kəmərlərində bağlayıcı armaturanın sxemini, bildiriş nişanlarını, şəbəkədə qurğuların detallarını; kollektor və su kəmərləri sxemini; quyularda işlədikdə təhlükəsizlik texnikası qaydalarını; şəbəkənin və ondakı qurğuların yoxlama jurnalının aparılma qaydalarını.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Boruların diametri 300 mm-dən 700 mm-dək olan magistral su kəmərlərinin, kollektorların və təzyiqli kanalizasiya, su kəmərlərinin yoxlanılması. Qovşaqların, kollektorların, təzyiqli boru kəmərlərinin, estakada-kamera-keçiricilərə və digər qurğulara texniki baxış. Onların texniki vəziyyəti barədə rəyin verilməsi. Yoxlama qrafikinin tutulması.
Bilməlidir: su kəməri-kanalizasiya şəbəkəsinin, kollektorların və boru kəmərlərinin quruluşunu; təzyiqli boru kəmərlərinin, vantuzların, şiberlərin, lövhə siyirmələrinin, ölçmə məntəqələrinin kipləşdirmə işlərini, təmir işlərinin aparılma qaydalarını və texnologiyasını.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Boruların diametri 700 mm-dən 1000 mm-dək olan magistral boru kəmərlərinin, kollektorların və təzyiqli kanalizasiya, su kəmərlərinin, həmçinin dyukerlərin yoxlanılması. Onların texniki vəziyyəti barədə qeydlərin yazılması, pozuntular, su kəməri-kanalizasiya qurğularının istismar qaydalarına əməl edilmədən və ya qeyri-qanuni istifadə edilməsi haqqında aktın, protokolun və digər sənədlərin tərtib edilməsi.
Bilməlidir: şəhərin su kəməri-kanalizasiya şəbəkəsinin sxemini, keçirici kameraların yerləşdiyi yerləri, əsas siyirtmələri olan baxış quyularını; texniki istismar qaydalarını; su kəmərindən, kanalizasiyadan istifadə qaydalarını.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Boruların diametri 1000 mm-dən çox olan magistral boru kəmərlərinin, kollektorların və təzyiqli kanalizasiya, su kəmərlərinin, dyukerlərin yoxlanılması. Şəbəkəyə aid olan bütün növ texniki qurğulara baxış və onların texniki vəziyyəti barədə rəyin verilməsi. Su kəməri-kanalizasiya qurğularının istismar qaydalarında pozuntuları aşkar edilməsi və onların aradan götürülməsinə nəzarət. Aşağı dərəcədə olan baxıcılara rəhbərlik.
Bilməlidir: şəhərin su kəməri-kanalizasiya şəbəkəsinin sxemini, keçirici kameraların yerləşdiyi yerləri, əsas siyirtmələri olan baxış quyularını; texniki istismar qaydalarını; su kəmərindən, kanalizasiyadan istifadə qaydalarını.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Abonent sayı 400 nəfərə kimi olan su kəməri şəbəkəsində qurulmuş bütün sistemlərdən və kalibrlərdən olan su ölçən sayğacların göstəricilərinin hesabatının aparılması, onların işinə nəzarət edilməsi və texniki xidmətin göstərilməsi. Su kəmərlərinin girişində təzyiq siyirtməsinin əl ilə tənzimlənməsi. Su ölçülən qovşaqlarda dövrələmə siyirtmələrinin plomblanması. Abonentlərdəki nasaz sanitariya-texnika cihazlarının girişlərində və həyətdaxili şəbəkələrdə suyun müxtəlif səbəblərdən axıdılıb itirilməsinin müəyyən edilməsi, baş vermiş nasazlıqların aradan qaldırılması üçün ilkin texniki yardımın göstərilməsi və müvafiq tədbirlərin görülməsi barədə məlumatın verilməsi. Rəsmiləşdirilməmiş abonentlərin aşkar edilməsi. Abonentlər tərəfindən su kəmərindən istifadə qaydalarına və normalarına riayət olunmasına və qeyri-qanuni birləşmələrə nəzarət edilməsi.
Bilməlidir: su kəməri şəbəkəsində qurulmuş bütün sistemlərdən və kalibrlərdən olan sayğacların quruluşunu və texniki xarakteristikalarını, onların cari təmirinin aparılmasını; sudan adi limitləşdirilmiş qaydada istifadə edildikdə qüvvədə olan tarifləri və abonentlərlə haqq-hesabın aparılma qaydasını; təzyiq siyirtmələrinin tənzimləmə qaydalarını; su ölçən sayğacların texniki vəziyyəti haqqında aktın formasını; su ölçən qovşaqlara xidmət zamanı təhlükəsizlik texnikası qaydalarını.
Ümumi orta təhsil tələb olunur.
İşin xüsusiyyəti. Abonent sayı 400-dən 600 nəfərə kimi olan su kəməri şəbəkəsində qurulmuş bütün sistemlərdən və kalibrlərdən olan su ölçən sayğacların göstəricilərinin hesabatının aparılması, onların işinə nəzarət edilməsi və texniki xidmətin göstərilməsi. Su kəmərlərinin girişində təzyiq siyirtməsinin əl ilə tənzimlənməsi. Su ölçülən qovşaqlarda dövrələmə siyirtmələrinin plomblanması. Abonentlərdəki nasaz sanitariya-texnika cihazlarının girişlərində və həyətdaxili şəbəkələrdə suyun müxtəlif səbəblərdən axıdılıb itirilməsinin müəyyən edilməsi, baş vermiş nasazlıqların aradan qaldırılması üçün ilkin texniki yardımın göstərilməsi və müvafiq tədbirlərin görülməsi barədə məlumatın verilməsi. Rəsmiləşdirilməmiş abonentlərin aşkar edilməsi. Abonentlər tərəfindən su kəmərindən istifadə qaydalarına və normalarına riayət olunmasına və qeyri-qanuni birləşmələrə nəzarət edilməsi.
Bilməlidir: su kəməri şəbəkəsində qurulmuş bütün sistemlərdən və kalibrlərdən olan sayğacların quruluşunu və texniki xarakteristikalarını, onların cari təmirinin aparılmasını; sudan adi limitləşdirilmiş qaydada istifadə edildikdə qüvvədə olan tarifləri və abonentlərlə haqq-hesabın aparılma qaydasını; təzyiq siyirtmələrinin tənzimləmə qaydalarını; su ölçən sayğacların texniki vəziyyəti haqqında aktın formasını; su ölçən qovşaqlara xidmət zamanı təhlükəsizlik texnikası qaydalarını.
Ümumi orta təhsil tələb olunur.
İşin xüsusiyyəti. Abonent sayı 600-dən 800 nəfərə kimi olan su kəməri şəbəkəsində qurulmuş bütün sistemlərdən və kalibrlərdən olan su ölçən sayğacların göstəricilərinin hesabatının aparılması, onların işinə nəzarət edilməsi və texniki xidmətin göstərilməsi. Su kəmərlərinin girişində təzyiq siyirtməsinin əl ilə tənzimlənməsi. Su ölçülən qovşaqlarda dövrələmə siyirtmələrinin plomblanması. Abonentlərdəki nasaz sanitariya-texnika cihazlarının girişlərində və həyətdaxili şəbəkələrdə suyun müxtəlif səbəblərdən axıdılıb itirilməsinin müəyyən edilməsi, baş vermiş nasazlıqların aradan qaldırılması üçün ilkin texniki yardımın göstərilməsi və müvafiq tədbirlərin görülməsi barədə məlumatın verilməsi. Rəsmiləşdirilməmiş abonentlərin aşkar edilməsi. Abonentlər tərəfindən su kəmərindən istifadə qaydalarına və normalarına riayət olunmasına və qeyri-qanuni birləşmələrə nəzarət edilməsi.
Bilməlidir: su kəməri şəbəkəsində qurulmuş bütün sistemlərdən və kalibrlərdən olan sayğacların quruluşunu və texniki xarakteristikalarını, onların cari təmirinin aparılmasını; sudan adi limitləşdirilmiş qaydada istifadə edildikdə qüvvədə olan tarifləri və abonentlərlə haqq-hesabın aparılma qaydasını; təzyiq siyirtmələrinin tənzimləmə qaydalarını; su ölçən sayğacların texniki vəziyyəti haqqında aktın formasını; su ölçən qovşaqlara xidmət zamanı təhlükəsizlik texnikası qaydalarını.
Ümumi orta təhsil tələb olunur.
İşin xüsusiyyəti. Abonent sayı 800-dən 1000 nəfərə kimi olan su kəməri şəbəkəsində qurulmuş bütün sistemlərdən və kalibrlərdən olan su ölçən sayğacların göstəricilərinin hesabatının aparılması, onların işinə nəzarət edilməsi və texniki xidmətin göstərilməsi. Su kəmərlərinin girişində təzyiq siyirtməsinin əl ilə tənzimlənməsi. Su ölçülən qovşaqlarda dövrələmə siyirtmələrinin plomblanması. Abonentlərdəki nasaz sanitariya-texnika cihazlarının girişlərində və həyətdaxili şəbəkələrdə suyun müxtəlif səbəblərdən axıdılıb itirilməsinin müəyyən edilməsi, baş vermiş nasazlıqların aradan qaldırılması üçün ilkin texniki yardımın göstərilməsi və müvafiq tədbirlərin görülməsi barədə məlumatın verilməsi. Rəsmiləşdirilməmiş abonentlərin aşkar edilməsi. Abonentlər tərəfindən su kəmərindən istifadə qaydalarına və normalarına riayət olunmasına və qeyri-qanuni birləşmələrə nəzarət edilməsi.
Bilməlidir: su kəməri şəbəkəsində qurulmuş bütün sistemlərdən və kalibrlərdən olan sayğacların quruluşunu və texniki xarakteristikalarını, onların cari təmirinin aparılmasını; sudan adi limitləşdirilmiş qaydada istifadə edildikdə qüvvədə olan tarifləri və abonentlərlə haqq-hesabın aparılma qaydasını; təzyiq siyirtmələrinin tənzimləmə qaydalarını; su ölçən sayğacların texniki vəziyyəti haqqında aktın formasını; su ölçən qovşaqlara xidmət zamanı təhlükəsizlik texnikası qaydalarını.
Ümumi orta təhsil tələb olunur.
İşin xüsusiyyəti. Abonent sayı 1000 nəfərdən çox olan su kəməri şəbəkəsində qurulmuş bütün sistemlərdən və kalibrlərdən olan su ölçən sayğacların göstəricilərinin hesabatının aparılması, onların işinə nəzarət edilməsi və texniki xidmətin göstərilməsi. Su kəmərlərinin girişində təzyiq siyirtməsinin əl ilə tənzimlənməsi. Su ölçülən qovşaqlarda dövrələmə siyirtmələrinin plomblanması. Abonentlərdəki nasaz sanitariya-texnika cihazlarının girişlərində və həyətdaxili şəbəkələrdə suyun müxtəlif səbəblərdən axıdılıb itirilməsinin müəyyən edilməsi, baş vermiş nasazlıqların aradan qaldırılması üçün ilkin texniki yardımın göstərilməsi və müvafiq tədbirlərin görülməsi barədə məlumatın verilməsi. Rəsmiləşdirilməmiş abonentlərin aşkar edilməsi. Abonentlər tərəfindən su kəmərindən istifadə qaydalarına və normalarına riayət olunmasına və qeyri-qanuni birləşmələrə nəzarət edilməsi.
Bilməlidir: su kəməri şəbəkəsində qurulmuş bütün sistemlərdən və kalibrlərdən olan sayğacların quruluşunu və texniki xarakteristikalarını, onların cari təmirinin aparılmasını; sudan adi limitləşdirilmiş qaydada istifadə edildikdə qüvvədə olan tarifləri və abonentlərlə haqq-hesabın aparılma qaydasını; təzyiq siyirtmələrinin tənzimləmə qaydalarını; su ölçən sayğacların texniki vəziyyəti haqqında aktın formasını; su ölçən qovşaqlara xidmət zamanı təhlükəsizlik texnikası qaydalarını.
Ümumi orta təhsil tələb olunur.
İşin xüsusiyyəti. Su bölüşdürücü budkalardan əhaliyə suyun buraxılması, su haqqının yığılması. Su ölçənlərdən göstəricilərin çıxarılması. Su sərfinin uçotunun aparılması, su kəmərləri zədələndiyi zaman onlara suyun verilməsinin dayandırılması. Subölüşdürücü budkanın qızdırılması və su kəmərinin xaricdən isitmək üçün sarınması. Su kəməri və armaturanın donduğu zaman isidilməsi, buzların sındırılması. Budkada və ona aid ərazidə çəpər hüdudunda təmizliyin təmin edilməsi.
Bilməlidir: su bölüşdürücü budkadakı avadanlığın quruluşunu; su kəmərləri və armaturanın isidilmə üsullarını; su kəmərinin zədələndiyi halda suyun verilməsinin dayandırılması üsullarını; su sərfi jurnalının aparılması və uçotu qaydalarını; su ölçənə qulluq qaydalarını.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Su təzyiqi nasoslarına, çənlərinə xidmət. Qüllədəki baklarda, yaxud çənlərdə suyun saathesabı uçotu və suyun olmasına dair jurnalın aparılması. Sanitariya qaydalarına riayət etməklə bak və çənlərin təmizlənməsi işində iştirak. Ayrı-ayrı rayonlar üzrə suyun verilməsinin artırılması, yaxud azaldılması, habelə idarənin növbətçi dispetçerinin göstərişinə görə suyun yanğın ehtiyatından istifadə.
Bilməlidir: su təzyiqi nasosları, çənləri və kameralarının quruluşunu; sanitariya nəzarətinin qayda və tələblərini.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Daha yüksək dərəcəli dozalaşdırıcısının rəhbərliyi ilə bir neçə reagentlərin—koaqulyant, əhəng, kömür və s. hazırlanması üzrə qurğulara xidmət edilməsi. Verilmiş qatılıqda reagentlərin iş məhlullarının hazırlanması. Reagent məhlullarının işçi baklara ötürülməsi və onların dozalaşdırıcı qurğulara verilməsi. Reagentlərin verilmiş dozalarına riayət edilməsi. Dozalaşdırıcı qurğuların işinin əl ilə tənzimlənməsi. Reagent təsərrüfatının bucurqad, nasos, kompressor və digər mexanizmlərinin istismarı.
Bilməlidir: koaqulyant məhlullarının, əhəngin, kömürün hazırlanma qaydalarını, reagentlərin norma və dozalarını; reagentlərin sərfinin növbə uçotunun aparılma qaydasını; reagent təsərrüfatının bucurqad, nasos, kompressor və digər mexanizmlərinin iş rejimini.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Bir neçə reagentlərin—koaqulyant, əhəng, kömür və s. hazırlanması üzrə qurğulara xidmət edilməsi. Avtomat dozalaşdırma sistemlərinə xidmət, diaqramların dəyişdirilməsi, özüyazan qələmin təmizlənməsi, idarəetməni avtomatik rejimdən əl rejiminə keçirilməsi və əksinə, cihazın sıfır nöqtəsinə qurulması. Müxtəlif tipli mexaniki qarışdırıcılara xidmət.
Bilməlidir: reagent təsərrüfatının texnoloji avadanlığa və qurğularının quruluşunu və onlarım iş rejimini; reagent təsərrüfatında xidmət edilən mexanizmlərin quruluşunu və təyinatını.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Yükləmə materiallarının yuyulması və növlərə bölünməsi (çeşidlənməsi). Qəfəsə və torların, təmizləyici qurğuların səthinin, kanalların, kameraların və quyuların təmizlənməsi, yığılmış tullantıların atılması. Otaqlarda və təmizləyici qurğularda sanitariya və gigiyena qaydalarına riayət olunması.
Bilməlidir: təmizləyici qurğuların təyinatını və əsas ünsürlərini; suyun xassələri və keyfiyyətini; təmizləyici qurğuların təmizlənməsində sanitariya qaydalarını.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Məhsuldarlığı sutkada 15 min kub m-dək olan süzgəclərə xidmət göstərilməsi. Su kəməri üzrə təmizləyici qurğuların yuyulması və təmizlənməsi keyfiyyəti üzərində müşahidə. Sanitariya cəhətdən təmizləmə üçün qurğuların işinin dayandırılması və sonradan işə salınması. Süzgəclərin, kontakt şəffaflaşdırıcılarının texnoloji yuyulması.
Bilməlidir: təmizləyici qurğuların və onları birləşdirən kommunikasiyanın quruluşunu; təmizləyici qurğuların texniki istismar qaydalarını.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Məhsuldarlığı sutkada 15 min kub m-dən 60 min kub m-dək olan süzgəclərə xidmət göstərilməsi. Asılı çöküntülü şəffaflaşdırıcılardan və boşaltma aparılmadan durulduculardan çöküntünün götürülməsi. Profilaktiki və qəza təmirləri üçün təmizləyici qurğu qrupunun dayandırılması. Təmizləyici qurğuların texnoloji və yardımçı avadanlığının işinə nəzarət, verilmiş rejimdən kənarlaşmaların aşkar edilməsi.
Bilməlidir: texnoloji və yardımçı avadanlığın quruluşunu və işini; qurğularda suyun emal rejimlərini; təmizləyici qurğuların işinin uçot sistemini və müəyyən edilmiş sənədləşmənin aparılma qaydalarını.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Məhsuldarlığı sutkada 60 min kub m-dən çox olan süzgəclərə xidmət göstərilməsi. Verilmiş rejim üzrə texnoloji və yardımçı avadanlığın işinin tənzimlənməsi və uçotu. Təmizləyici qurğuların işinin avtomatik tənzimlənməsi. Suyun yuyulma keyfiyyətinin dövlət standartlarına uyğun olmasının təmin edilməsi. Qurğuların texnoloji və sanitariya cəhətdən təmizlənməsi, profilaktik və qəza təmirlərinin keyfiyyətinə nəzarət.
Bilməlidir: texnoloji və yardımçı avadanlığın və avtomatik tənzimləmə cihazlarının konstruktiv xüsusiyyətlərini; təmizləyici qurğuların və texnoloji avadanlığın işinin avtomatik tənzimləmə qaydalarını və metodlarını.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Gücü sutkada 5 min kub m-dək olan təmizləyici qurğular kompleksinə əl ilə xidmət. Dırmıq və ya xüsusi qarmaqlarda qəfəsədən tullantıların çıxarılması. Meydançanın düzgün yüklənməsinin müşahidə edilməsi. Meydançaların və açılan novların xırda təmiri. Daha yüksək ixtisaslı operatorun rəhbərliyi altında qəfəsənin cari təmirində iştirak.
Bilməlidir: lil meydançalarının, qəfəsələrin və bağlayıcı qurğuların təyinatı və işləmə prinsipi; meydançaların və açılan novların təmizlənməsində işlədilən alətləri; qəfəsələrə qulluq etmək üçün əsas tələbləri.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Gücü sutkada 5 min kub m-dək olan təmizləyici qurğular kompleksinə mexanizmlər vasitəsilə xidmət. Durulduculardan çöküntünün buraxılması. Çirkabın daxil olmasından asılı olaraq qurğunun iş rejiminin tənzimlənməsi. Biosüzgəclər bölmələrinin səthi üzrə suyun bölüşdürülməsi, Bölüşdürücü qurğusunun təmizlənməsi. Dozalaşdırıcı qurğuların sazlanması, doldurulması və növbə ilə əvəz edilməsi. Süzgəcə havanın verilməsi üzərində müşahidə. Süzgəclərin səthlərinin suda batmasının aradan qaldırılması; süzülən qatın yumşaldılması. Meydançalara və gölməciklərə xidmət. Lil meydançalarının kaskadları üzrə çöküntünün düzgün bölüşdürülməsi üzərində müşahidə. Açılan qanovların, drenajların lilləşmədən təmizlənməsi və yay mövsümündə alaq otundan, qış mövsümündə buzdan təmizlənməsi. Xam çöküntünün və aktiv lilin doldurulması. Metantenklərdə çöküntünün səviyyəsi və temperaturu üzərində müşahidə. Günbəzaltı səthdə və qaz şəbəkəsində daim qaz təzyiqinin saxlanılması. Daha yüksək ixtisaslı operatorun rəhbərliyi altında qurğu və mexanizmlərin profilaktik və cari təmirinin aparılması.
Bilməlidir: təmizləyici qurğuların quruluşunu, onların iş rejimini; kanal və boru kəmərlərinin kommunikasiyalarını; avadanlığın profilaktiki təmir və su yığıcı novların təmizlənmə müddətlərini; dozalaşdırıcı qurğuların, birləşən və ayrılan kommunikasiyalar sistemini, elektronasosları, lilin üfürülməsi və vurulması üzrə avadanlığı; biosüzgəclərdə suyun təmizləmə prosesini, süzülən qatın fraksiyasını, süzgəclərin doldurulma müddətlərinin növbə ilə əvəz edilməsini; biosüzgəclərdə işləmə jurnalının aparılmasını; çirkab suların çöküntüsünün təbii qurutma üsullarını; təbii qurutma qurğularının quruluşu və təyinatını.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Gücü sutkada 5 min kub m-dən çox olan təmizləyici qurğu kompleksinə xidmət. Mexanizmlərin işə salınması və qumdan təmizləmək üçün dayandırılması, qumtutanda qumun miqdarına nəzarət, ölçülərin aparılması və nümunələrin seçilib götürülməsi, boru kəmərlərinin və hidroelevatorların zibillənməsinin aradan qaldırılması. Durulduculardan çöküntülərin axıdılması, onlara suyun verilməsinin müstəqil tənzimlənməsi. Çöküntünün müəyyən olunmuş səviyyədən yuxarı yığılmasının qarşısının açılması. Biosüzgəclərin bölmələrinin istismarı üzrə müstəqil iş aparma. Çirkabın bölüşdürülməsi. Çöküntünün bölüşdürülməsi və metantenklər qrupundan qazın seçilməsinin təmin olunması. Qarışdırıcı qurğuların işinə nəzarət. Çöküntünün və aktiv lilin boşaldılması. Profilaktik və cari təmirin aparılması.
Bilməlidir: təmizləyici quruların hidravlik rejimini; metantenklərdə buxar təzyiqinə, çöküntünün səviyyəsinə və temperaturuna nəzarət cihazlarını; qaz şəbəkələrinin istismar qaydalarını; metantenklərin temperatur rejimini; su təchizatı mənbələrinin və təmizləyici qurğuların sanitariya mühafizəsi zonalarının sxemini.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Çənlərdən çöküntünün brandspoytla yuyulması və mexaniki üsulla qaşınması. Su kəməri siyirtmələrinin, lövhələrin, hidrorəzələrin və digər bağlayıcı qurğuların təmirində yardımçı işlərin görülməsi.
Bilməlidir: durulduculardan lil meydançalarınadək çöküntünün atılması sxemini; brandspoytdan istifadə qaydalarını.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Lili və yuyucu suları sorub vuran nasoslara xidmət. Durulducuların işinin dayandırılması. Siyirtmə, lövhə və digər avadanlığın təmiri zamanı sadə çilingər işlərinin yerinə yetirilməsi.
Bilməlidir: suyun axması üçün olan novların sxemini; üfüqi durulducuların, digər durulducuların, lil çənlərinin, nasos qurğularının, süzgəclərin quruluşunu; yanğın-təsərrüfat boru kəmərlərinə keçmə sxemini.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Gücü sutkada 100 min kub m-dək olan çöküntünün susuzlaşdırılması üzrə qurğuya xidmət. Şaquli və iti ucluqlu qarışdırıcılar, süzgəclərin yuyulması üçün nasos avadanlığı üzərində nəzarət-ölçü cihazlarının göstəricilərinə əsasən müşahidə. Süzgəc parçasının dəyişdirilməsi və təmiri. Süzgəclərin boşaldılması üzrə vakuum nasoslara xidmət, verilmiş texnoloji rejimlə onların işinin təmin edilməsi. Susuzlaşdırılmış çöküntünü nəql edən mexanizmlərə xidmət. Mexanizmlərin cari və profilaktik təmirində iştirak.
Bilməlidir: xidmət edilən mexanizm və qurğuların quruluşunu; çöküntünün susuzlaşdırılması texnologiyasını, xammalın və reagentlərin xarakteristikasını; mexanizmlərin iş rejimini.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Gücü sutkada 100 min kub m-dən 300 min kub m-dək olan çöküntünün susuzlaşdırılması üzrə qurğuya xidmət. Nəzarət-ölçü cihazlarının göstəricilərinə görə vakuum-süzgəclərin, hava borusu sisteminin, lil kəmərləri, vakuum xətləri, kimyəvi reagentlər üçün boru kəmərlərinin, süzgəclərin və resiverlərin yuyulması üçün nasos avadanlığının işinə nəzarət. İnqibitorlaşdırılmış xlorid turşusu məhlulunun hazırlanması və vakuum-süzgəclərin yuyulması. Nasos qurğularına xidmət. Vakuum-süzgəclərə daxil olan xammalın rütubətliliyinin reagentlərin dozalarını hesablamaqla müəyyən edilməsi. Xidmət edilən avadanlığın cari və orta təmirlərinin aparılması.
Bilməlidir: vakuum-süzgəclərin quruluşunu və onların iş prinsipi; reagentlərin dozalarının və onların qatılığının müəyyən edilməsi üsullarını: kimya reagentlərinin molekulyar çəkisini; reagentlərin saxlama və onlarla rəftar qaydalarını.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Gücü sutkada 300 min kub m-dən 500 min kub m-dək olan çöküntünün susuzlaşdırılması üzrə qurğuya xidmət. Bütün kommunikasiyalar, mexanizmlər, aqreqatlar, nasoslar, durulducular, dozatorlar və s. üzərində müşahidə aparılması. Qurğuların işinin əlaqələndirilməsi və aşağı dərəcədən olan operatorlara rəhbərlik. Nasazlıqların aradan qaldırılması. Qurğu və mexanizmlərdə cari və profilaktik təmirlərin aparılması. Çöküntünün susuzlaşdırılması üzrə mexanizmlərin, aqreqat və qurğuların işləmə jurnalının aparılması. İdarə etmə pultu operatoruna texnoloji rejimin müəyyən edilməsi.
Bilməlidir: çöküntünün mexaniki susuzlaşdırılması üzrə avadanlığın quruluşunu; çirkab suların çöküntüsü və aktiv lilin mexaniki susuzlaşdırma prinsiplərini; çöküntünün susuzlaşdırılması prosesinin texnoloji sxemini və qonşu təmizləyici qurğuların, yeraltı kommunikasiyaların, quyuların, kamera, dyukerlərin texnoloji əsaslarını; zibillərin kənar edilməsi üsullarını; elektrotexnikanın, kimyanın, mikrobiologiyanın və çilingərlik işlərinin əsasını; texnoloji prosesin idarə etmə pultunun iş sxemini.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Gücü sutkada 500 min kub m-dən çox olan çöküntünün susuzlaşdırılması üzrə avtomatik idarəetmə qurğularına nəzarət və onların işinin əlaqələndirilməsi. Sahəyə aid olan bütün növ qurğu və mexanizmlərin cari və profilaktik təmirin aparılması. Texnoloji rejimin müəyyən edilməsi və aşağı dərəcədən olan operatorlara rəhbərlik.
Bilməlidir: çöküntünün susuzlaşdırılması üzrə avtomatik qurğularının iş prinsipini; mexaniki avadanlıqların quruluşunu; bütün növ qurğuların texnoloji əsaslarını; texnoloji prosesin idarə etmə pultunun iş sxemini və işçi jurnalının aparılmasını.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı operatorun rəhbərliyi altında çöküntünün mexaniki qurudulması üzrə qurğuya xidmət. Qurutma qurğularına çöküntünün bərabər və vaxtında verilməsi üzərində müşahidə. Quru çöküntünün seçilməsi və qurutma qurğusunun iş rejiminin dəyişdirilməsi, qurudulmuş çöküntünün nəql edilməsi. Mexanizmlərin təmirində iştirak.
Bilməlidir: xidmət edilən bütün mexanizmlərin təyinatı və iş prinsipini; quruducuya daxil olan xammalın xarakteristikasını və rütubətliliyin qurutma texnologiyasına təsirini; mexanizmlərin profilaktik təmirinin aparılma müddətlərinin.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Çöküntünün. mexaniki qurudulması üzrə qurğulara xidmət. Mexanizmlərin profilaktik təmirinin aparılması.
Bilməlidir: xidmət edilən bütün mexanizmlərin quruluşunu və iş rejimini; mexanizmlərin profilaktik təmirinin aparılma qaydasını.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Çöküntünün vakuum-süzgəclərdə termiki qurutma qurğusuna xidmət. Qazın, havanın verilməsini tənzimləmək yolu ilə qurğuda verilmiş iş rejiminin saxlanılması, nəzarət-ölçü cihazları üzrə rütubətlilik və quruma temperaturuna nəzarət. Mexanizmlərin cari təmiri.
Bilməlidir: çöküntünün termiki qurutma texnologiyasının; qurğu və yeraltı kommunikasiyaların sxemini; istilik texnikası, elektrotexnika, kimya və çilingərlik işinin əsaslarını.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Silindr şəkilli qurutma sobalarında termiki qurutma qurğusuna xidmət. Çöküntünün texnoloji qurutma rejimlərinin müəyyən edilməsi. Çöküntünün mexaniki susuzlaşdırma və termiki qurutma qurğular kompleksinin və maşın şöbəsinin işinin əlaqələndirilməsi və aşağı dərəcədən olan operatora rəhbərlik. Termiki qurutma odluğu, aqreqat və mexanizmlərin iş jurnalının aparılması. Mexanizm və avadanlıqların işində olan nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması.
Bilməlidir: silindr şəkilli qurutma sobalarında çöküntünün termiki qurutma prosesinin texnologiyasını; nəzarət-ölçü cihazlarının və avtomatikanın sxemini və iş prinsipini.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Vannalarda laboratoriyaların resepti üzrə xlorlu əhəngin və kalsihipoxloridin hazırlanması. Boş balonların, yəni balonlardakı xlorun, ammonyakın, sulfid qazın tam istifadəsindən sonra yararlığının yoxlanması, balonların saz vəziyyətdə saxlanılması (başlıqların, çarxın geydirilməsi, qaykanın bağlanması və s). Balonların xırda cari təmiri, kipkəcin doldurulması (tıxanması), rezin şlanqların və xlorun, ammonyakın və sulfid qazının tərəzidən aparata verilməsi üçün borucuqların dəyişdirilməsi. Balonların müəyyən olunmuş qaydada saxlanılması və xlorator otağında daimi temperaturun təmin edilməsi. Anbardan xlorator otağına və əksinə balonların nəql edilməsi.
Bilməlidir: xlorun, ammonyakın və sulfid qazın xassələrini; məhlulların reseptini; balonların quruluşunu; qazla dolu və boş balonların daşınma və saxlama qaydalarını; balonların və rezin şlanqların cari təmiri qaydalarını; xlorla təhlükəsiz rəftar qaydalarını; mühafizə vasitələrini; balonlardan qazın sızmasının aradan qaldırılması və deqazasiya üsullarını; qazla zəhərlənmə zamanı ilk tibbi yardımın göstərilmə üsullarını.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Xlorator, ammonyak, ftorator məhlullarının hazırlanması üzrə mexaniki qurğulara və sulfid qazı qurğularına xidmət göstərilməsi. Laboratoriyaların müəyyən etdiyi xlor, ammonyak, sulfid qazı, ftorun dozalarının saxlanması. Onlardan sərfinə daim nəzarət edilməsi, aparatlar üzrə bölüşdürülməsi, aparatların dəyişdirilməsi. Avadanlığın, mexanizmlərin işi üzərində müşahidə. Qalıq xlorun, ftorun və xlorlu əhəngin, kalsium hipoxlorid məhlulunun tündlüyünün müəyyən edilməsi. Suyun xlorlu əhəng, yaxud kalsium hipoxlorid məhlulu ilə zərərsizləşdirilməsi. Xlorator, ftorator, ammonyak qurğuları və sulfid qazı qurğuları avadanlığının fasiləsiz işinin təmin edilməsi. Müxtəlif tipli mexaniki qarışdırıcılara xidmət. Balonların dəyişdirilməsi, avadanlıq və qurğuların cari təmirində iştirak, Balon, çəllək və aparatlardan qəza vəziyyətində qazın sızmasının aradan götürülməsi. Avadanlıq, bağlayıcı armatura, ftorkeçiricilərdə çilingər işlərinin görülməsi. Xlor, ftor, ammonyak və sulfid qazının sərfi jurnalının aparılması.
Bilməlidir: məhlulların hazırlanması, suyun xlorlaşdırılması üzrə avadanlığın və mexanizmlərin quruluşunu; qazın sızmasının aradan götürülməsi üsullarını, reagent məhlulunun doyma həddinin müəyyən edilməsi, ventilyasiya sisteminin quruluşunu, qaldırıcı-nəqliyyat mexanizmlərini; kimyanın əsaslarını, xlorun, amonyakın, sulfid qazının, ftorlu və silisium ftorlu natriumun xassələrini; çilingərlik işlərinin əsaslarını.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Avtomat dozalaşdırma sisteminə xidmət, diaqramların dəyişdirilməsi, avtomatik idarəetməni əl ilə idarəetməyə keçirmə və əksinə. Xlorun, ftorun saxlanması və istifadəsi ilə bağlı işlərin görülməsi. Cihazlar vasitəsilə otaqlarda qazın olmasının müəyyən edilməsi. Oksigen izolyasiya cihazlarından istifadə. Polietilen boruların, bağlayıcı armaturun və s. qaynaq edilməsi. Ftorator qurğusunun avadanlıq və mexanizmlərinin texnoloji iş prosesinin əlaqələndirilməsi. Deqazasiya qurğusuna xidmət. Qəza vəziyyətlərdə xlorun sızmasının aradan götürülməsi. Qaldırıcı-nəqliyyat mexanizmlərindən istifadə edərək böyük tutumlu taranın başqa yerə keçirilməsi.
Bilməlidir: avtomatik xlorlaşdırma qurğusunun, ammonizasiya qurğusunun və sulfid qazı qurğusunun quruluşunu; qaldırıcı-nəqliyyat mexanizmlərinin quruluşunu; avadanlığın və mexanizmlərin bütün növ təmirinin müəyyən edilməsi və tədbir görülməsini; xlorun sızmasının qarşısının alınması və deqazasiya üsullarını; teleidarəetmə cihazları, avtomatika və qeyd cihazlarının təyinatını və iş prinsipini.
Təhsil səviyyəsi tələb olunmur.
İşin xüsusiyyəti. Dozalaşdırma sistemində bütün növ avtomatik və mexaniki idarəetmə qurğularına xidmətin göstərilməsi. İstifadə olunan kimyəvi reagentlərin saxlanılması və istifadəsi ilə bağlı işlərin görülməsi. Mexaniki qarışdırıcılara xidmət. Qəza vəziyyətində qazın sızmasının aradan götürülməsi. Avadanlıq və qurğularda çilingər işlərinin görülməsi və aşağı dərəcəli operatorlara rəhbərlik.
Bilməlidir: avtomatik xlorlaşdırma qurğusunun, ammonizasiya qurğusunun və sulfid qazı qurğusunun quruluşunu; qaldırıcı-nəqliyyat mexanizmlərinin quruluşunu; avadanlığın və mexanizmlərin bütün növ təmirinin müəyyən edilməsi və tədbir görülməsini; xlorun sızmasının qarşısının alınması və deqazasiya üsullarını; teleidarəetmə cihazları, avtomatika və qeyd cihazlarının təyinatını və iş prinsipini; mülki müdafiə və təhlükəsizlik texnikası qaydalarını.
Təhsil səviyyəsi tələb olunmur.