AZƏRBAYCAN RESPUBLİKASI
“Maliyyə hesabatı kimi istifadə olunan biletlərin, qəbzlərin, talonların, putyovkaların və onlara bərabər tutulan digər sənədlərin hazırlanmasına xüsusi razılıq (razılıq) verilməsi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 aprel 1998-ci il tarixli, 86 saylı Qərarını əldə rəhbər tutaraq
1. “Şəhərlərarası sərnişindaşıma bileti”nin (forma № SB-5) forma və rekvizitləri və onlardan istifadə qaydaları” təsdiq edilsin.
2. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İ-118 saylı 15 noyabr 1999-cu il tarixli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 197 №li 03 dekabr 1999-cu il tarixli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış “Şəhərlərarası sərnişindaşıma bileti”nin (forma № SB-2) forması qüvvədən düşmüş hesab edilsin.