Bu Məcəllənin pozulmasına görə şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Bu Məcəllənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan vəsaitin 43 faizi, həmçinin bu Məcəllənin 11.5-ci maddəsinə əsasən toplanan haqqın müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hissəsi müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bu Məcəllənin 11.5-ci maddəsinə əsasən toplanan haqqın 7 faizi dövlət büdcəsinə köçürülür.
1-ci fəsil Şəhərsalma və tikinti qanunvericiliyi 1
2-ci fəsil Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasəti 5
3-cü fəsil Şəhərsalma və tikinti fəaliyyətinin əsas prinsipləri 6
4-cü fəsil Şəhərsalma və tikintiyə dair normativ sənədlər sistemi. 9
Şəhərsalma və tikinti fəaliyyətinin informasiya təminatı sistemi
5-ci fəsil Ərazi planlaşdırılması 10
6-cı fəsil Ərazi planlaşdırılması sənədlərinin hazırlanması üzrə icraat 16
7-ci fəsil Şəhərsalma məqsədilə abadlaşdırma tədbirləri 22
8-ci fəsil Tikinti fəaliyyətinin subyektləri 24
9-cu fəsil Tikinti fəaliyyətinin peşə sahələri 26
10-cu fəsil Tikinti materialları və məmulatı 27
11-ci fəsil Tikintiyə dair ümumi tələblər 28
12-ci fəsil Tikintidə təhlükəsizlik 33
13-cü fəsil Tikinti obyektləri arasında məsafələr və qonşuluq hüququ 33
14-cü fəsil Tikintiyə icazənin verilməsi üzrə icraat 36
15-ci fəsil Tikinti layihələrinin ekspertizası 42
16-cı fəsil Tikinti işlərinin dayandırılması. Tikinti obyektlərinin sökülməsi 44
17-ci fəsil Tikintiyə nəzarət 47
18-ci fəsil Tikinti obyektinin istismarına icazə üzrə icraat 49