55.1. Tikinti materiallarının və məmulatının standartlara uyğunluğunun yoxlanılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
55.2. Tikinti materiallarının və məmulatının sertifikatlaşdırılmasını həyata keçirən müəssisələrin laboratoriyaları, habelə sınaq laboratoriyaları “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada akkreditasiya olunmalıdır.
55.3. Bu Məcəllənin 54.2-ci maddəsinə müvafiq olaraq tikinti materiallarının və məmulatının standartlara uyğunluğu əsaslı şübhələr olduğu hallarda yoxlanılır. Bununla bağlı xərclər “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ödənilir..