Qanunvericilik › Səhiyyə obyektlərində yanğın təhlükəsizliyinə əməl olunması Qaydaları (Fövqəladə Hallar Nazirliyi, 03.10.2002) › Tam mətn

Səhiyyə obyektlərində yanğın təhlükəsizliyinə əməl olunması Qaydaları (Fövqəladə Hallar Nazirliyi, 03.10.2002)

Səhiyyə obyektlərində yanğın təhlükəsizliyinə əməl olunması Qaydaları (Fövqəladə Hallar Nazirliyi, 03.10.2002) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.1. Bu qaydalar təşkilatı hüquqi və mülkiyyət formasından asılı olmayaraq səhiyyə müəssisələri, təşkilatları və idarələrində yanğın təhlükəsizliyinə əməl olunması qaydalarını müəyyən edir.

1.2. Yanğın Təhlükəsizliyi təmin edilərkən bu qaydalarla bərabər, standart tikinti norma və qaydaları, texnoloji lahiyələşdirilmə normaları, həmçinin müəyyən edilmiş qaydada təsdiq olunmuş normativ sənədlər rəhbər tutulmalıdır.

1.3. Müəssisənin hər bir əməkdaşı yanğın təhlükəsizliyi qaydalarını bilməli. onlara ciddi riayət etməli, yanğın baş verdikdə isə insanları xilas etmək və yanğını söndürmək üçün ondan asılı olan bütün tədbirləri görməlidir.

1.4. Klinika, poliklinika, doğum evləri, dispanserlər, xəstəxanalar, körpələr evi, uşaq evləri, sanatoriyalar, istirahət evləri, əczaxanalar, əczaxana anbarlan və səhiyyənin digər müəssisələrində yanğın təhlükəsizliyinə görə məsuliyyət bu müəssisələrin rəhbərlərinin üzərinə düşür.

1.5. Səhiyyə müəssisələrinin struktur bölmələrində (kabinetlər, laboratoriyalar, tibb məntəqələri, anbarlar, şöbələr, emalat-xanalar və digər otaqlar) yanğın təhlükəsizliyinə görə məsuliyyəti bölmələrin rəhbərləri daşıyırlar.

1.6. Rəhbərlərin vəzifə borcudur:

a) Bu qaydaların yerinə yetirilməsini təmin etməli, eləcə də xidməti heyət tərəfindən, yanğına qarşı rejimə ciddi riayət edilməsinə nəzarət etməli;

b) yanğın baş verdikdə insanları xilas etmək üçün, xidməti heyətin vəzifələrini işləyib hazırlamalı;

Yatığın baş verdikdə şöbə müdirləri, tibb və xidməti heyətin yerinə yetirdikləri hərəkətlərin planını məşq etməli (hərəkətlərin təxmini planı 1 N-li əlavədə verilir);

v) şöbə müdirləri, tibb və xidməti heyət ilə bu qaydaların öyrənilməsini təşkil etməli, onların bu qaydaları bilmələrini və yerinə yetirmələrini yoxlamalı;

q) uşaqlar və xəstələrin gecə-gündüz olduqları müəssisələrdə gecə vaxtı xidməti heyətin növbəliliyini təşkil etməli, gecə növbətçilərini əl elektrik fənərləri ilə təmin etməli, yanğın baş verdikdə onların öz vəzifələrini bilib-bilmədiklərini yoxlamalı;

d) köçürmə yollarının vəziyyətinə, elektrik xətlərinin və cihazlarının düzgün istismarına fikir verməli, nasaz sobaların və elektrik qızdırıcı cihazların yandırılmasına, ağ neft, benzin və digər alışqan maddə və materialların xəstə və uşaq olan binalarda saxlanılmasına yol verməməli;

e) otaqları lazımi yanğınsöndürmə vasitələri və rabitə ilə təmin etməli, habelə onların daima saz vəziyyətdə saxlanılmasına nəzarət etməli (ilkin yanğınsöndürmə vasitələrinin normalan 2 saylı əlavədə verilir).

1.7. İşə yeni qəbul edilən şəxslər, yanğın təhlükəsizliyi tədbirləri və yanğından mühafizə orqanlarının çağırılması barədə giriş təlimat keçməli, yanğının aradan qaldırılması üçün obyektdə olan yanğınsöndürmə vasitələrini əməli surətdə tətbiq etməyi bacarmalıdırlar.

Tezalışan maye, oksigen və yanan qazlarla işləməli olan şəxslər əvvəlcədən xüsusi təlimat keçməlidirlər.

Təlimat keçməyən şəxslərin işə buraxılmasına görə məsuliyyət müəssisə rəhbərinin üzərinə düşür.

1.8. Xidməti heyətin sayı 15 nəfərdən artıq olan səhiyyə müəssisələrində könüllü yanğınsöndürmə dəstəsi təşkil edilir ki, onun da üzərinə ilkin yanğınsöndürmə vasitələrinin vəziyyətinə nəzarət, yanğın təhlükəsizliyi qaydalarının pozulmasını aradan qaldırmaq üçün tədbir görülməsi, eləcə də baş verən yanğınların söndürülməsi vəzifəsi qoyulur.

1.9. Əczaxana və əczaxana anbarlarında yanğın baş verdikdə, müvafiq müəssisə rəhbərləri, zəhərli və partlayış təhlükəli maddələrin olması və saxlanılması yerləri haqqında yanğın təhlükəsizliyi xidmətinin əməkdaşlarını xəbərdar etməlidirlər.

2.1. Müəssisələrin ərazisi və binalar həmişə təmiz saxlanılmalıdır. Bütün yanar zibil və tullantılar müntəzəm surətdə xüsusi ayrılmış sahəyə daşınmalıdır.

2.2. Bina, qurğu və su mənbələrinə gedən yollar, keçidlər, girişlər həmişə saz vəziyyətdə saxlanılmalı və heç bir başqa maneə törədən əşyalarla tutulmamalıdır.

2.3. Bütün bina və qurğulara sərbəst yaxınlaşmaq üçün yol olmalıdır. Müəssisələrin ərazisində yerləşən binalar arasındakı yanğına qarşı ara məsafələrdə yanar material saxlamaq, əlavə tikinti inşa etmək, eləcə də müvafiq yanğına qarşı məsafələr olmadan tikililər inşa etmək qadağandır.

2.4. Binaların damlarında stasionar yanğın pilləkənləri, səs pəncərələri və məhəccərlər saz vəziyyətdə olmalıdır.

Kənd yerlərində yerləşmiş müəssisə və uşaq müəssisələrində söykəmə nərdivanlar olmalıdır.

2.5. Səhiyyə müəssisələrinin binaları yanğınları söndürmək üçün su ehtiyatı ilə təmin edilməlidir. Yanğına qarşı su kəməri olmadıqda su təchizatı, tutumu 50 kub.metrdən az olmayan təbii və yaxud süni su hövzələrinin (rezervuarların) quraşdırılması yolu ilə təmin oluna bilər.

2.6. Xəstəxana palatalarında çarpayılar arasındakı məsafə 0,8 metr, əsas mərkəzi keçidin eni 1,2 metrdən az olmamalıdır. Dolabça (tumboçka), stul və çarpayılar çıxış və keçidləri tutmamalıdırlar.

Dəhliz və digər köçürmə yollarında çarpayıların ayıların qoyulmasına yol verilmir.

2.7. Yataq rejimində olan xəstələr yerləşdirilən müalicə müəssisələrində hər beş xəstəyə ən azı bir xərək olmalıdır.

2.8. Binanın hər mərtəbəsində ən azı iki köçürmə çıxışı olmalıdır. Pilləkən qəfəsləri, köçürmə çıxışları, keçidlər, dəhlizlər, tamburlar daima boş olmalı və heç nə ilə tutulmamalıdır. Köçürmə yollarında arakəsmələr, pilləkən qəfəslərində anbarlar qurmaq, habelə pilləkənlərin altında material və müxtəlif avadanlıqlar saxlamaq qadağandır.

2.9. Köçürmə çıxışlarının qapılan binadan çıxış istiqamətində sərbəst açılmalıdır. Binalarda xəstə və uşaqlar olduqda, çıxış qapılarını yalnız içəridən asan bağlanan açarla (siyirtmələr, qarmaqlar) bağlamaq lazımdır. Zəruri hallarda daxili asan açılan açarlardan istifadə edilə bilər ki bunların da saz vəziyyətdə olmasına görə müvafiq vəzifəli şəxslər məsuliyyət daşıyırlar.

Müəssisələrdə, qapıların asan açılmasını təmin etmək məqsədilə, mütləq çıxışların nömrələrinə müvafiq olan nömrə birkaları ilə işarələnmiş iki xüsusi (yalnız köçürmə çıxışlarının qapılan üçün) açar dəsti olmalıdır. Açarların bir dəsti növbətçidə, ikincisi isə, müəssisənin bütün xidmət heyətinə məlum olan xüsusi yerdə saxlanılmalıdır.

Köçürmə çıxışlarının qapılarını mismarla-yaraq bağlamaq qəti qadağandır.

2.10. Uşaq və xəstələr olan otaqların pəncərələrində metal barmaqlıqlar yaxud torlar quraşdırmaq, bu otaqların divarlarına kağız üzlük çəkmək, taxta divar və tavanları yağlı boya, nitroboyalarla rəngləmək, insanların köçürülməsi yollarında yanar bəzəmə materialları (ağac, yonqar plitələr və s.) tətbiq etmək, eləcə də yanma zamanı zəhərli maddələr əmələ gətirən materiallardan döşəmələr salmaq qadağandır.

2.11. Çoxmərtəbəli binalarda ağır xəstələri və uşaqları birinci mərtəbədə yerləşdirmək lazımdır. Müəssisələrdə xidmət edən işçilərin yaşamasına yalnız, binanın digər hissəsindən yanmayan örtüklər, divarlar yaxud arakəsmələrlə ayrılan və çölə ayrıca çıxışları olan otaqlarda yol verilə bilər.

2.12. Ümumi xəstəxana korpusundakı əczaxanalar, bir qayda olaraq, birinci mərtəbədə yerləşdirilməli, onların çölə müstəqil çıxışı olmalı və başqa təyinatlı otaqlardan yanmayan örtüklər və divarlarla ayrılmalıdır.

2.13. Müalicə-profilaktika müəssisələrinin binalarında oksigen balonlarmı quraşdırmaq və saxlamaq, onları rezin borudan, eləcə də sıx birləşdirilməmiş boru kəmərlərinin köməyi ilə ötürmək qadağandır.

Xəstələrə oksigenin verilməsi, balonları müalicə müəssisəsi binasından kənarda quraşdırmaqla (10 balondan artıq olmayaraq) mərkəzləşdirilmiş tərzdə təşkil edilməlidir. Tutulma 10 balondan artıq olan mərkəzi oksigen məntəqəsi daima xəstələr olan binalardan 20 metrdən az olmayan məsafədə ayrıca binada yerləşdirilməlidir. Xəstəxana palatalarının oksigenlə mərkəzləşdirilmiş təchizatı olmadıqda oksigen yastıqlarından istifadə qaydası, eləcə də ayn-ayn oksigen balonlarının quraşdırma yerləri müalicə-profilaktika müəssisələrinin rəhbərləri tərəfindən müəyyənləşdirilir.

2.14. Su qaynadanların, su qızdırıcıların və su qaynatmaq üçün xüsusi qurğulu böyük çənlərin quraşdırılmasına yalnız mətbəxlərdə, yaxud bu məqsədlər üçün nəzərdə tutulmuş otaqlarda icazə verilir.

2.15. Tibb alətlərinin (vasitələrinin) sterilləşdirilməsi ciddi surətdə müəyyən edilmiş yerlərdə aparılmalıdır. Tibb alətlərinin sterilləşdirilməsi üçün keroqaz, plitə və primusların istifadə edilməsi qadağandır. Bu qızdırıcı cihazların tətbiqinə istisna hallarda, yalnız müəssisə rəhbərinin icazəsi ilə xəstələrdən təcrid edilmiş otaqlarda, yaxud ayrıca olan tikililərdə yol verilə bilər.

2.16. Laboratoriyalar və anbarlardakı reaktivlər açarla bağlanan şkaflarda saxlanılmalı, açarlar laborantlarda, yaxud digər məsul şəxslərdə olmalıdır.

Ümumi miqdarı 3 kq-dan artıq olmamaq şərti ilə tezalışan və yanar mayeləri (benzin. benzol, efir, spirt, aseton, amilasetat və s.) xüsusi metal yeşikdə, qızdırıcı cihazlardan və çıxışlardan uzaq məsafədə saxlamağa icazə verilir.

2.17. Digər təyinatlı binalarda yerləşən əczaxanalarda tezalışan və yanar mayelərin ümumi miqdarı 100 kq-dan artıq olmamalıdır. Əczaxanalarda spirt, efir və digər alışan mayelər ayrıca, yanmayan otaqlarda, yaxud metal şkaflarda saxlanılmalıdır. Əcza-xanalarda iki oksigen balonundan artıq saxlamaq olmaz, bu balonlar şaquli vəziyyətdə xüsusi yuvalarda möhkəmləndirilməli və xamıt, yaxud digər vasitələrlə bərkidilməlidir.

2.18. Birgə saxlanılması istilik yığınını, akkumulyasiyasını, yanğın təhlükəli toplanmaları əmələ gətirə bilən, yaxud öz-özünə alışma təhlükəsi yaradan reaktivlər və digər maddə və materiallar, ayrıca müvafiq qablaşdırmada və yanmayan şkaflarda saxlanılmalıdır

Banka, butulka və digər qablaşdırmada olan kimyəvi reaktivlərin səciyyəvi xassələri göstərilməklə üzərlərində “Alışqandır”, “Zəhərlidir”, “Kimyəvi cəhətdən aktivdir” və s. aydın şəkildə yazılmalıdır.

2.19. Toplanmış mineral turşularının 3 litrdən artıq olmamaq şərti ilə kip bağlanan şüşə qabda saxlanılmasına cəza verilir. Brom və xrom anhidridi sorma şkafına xüsusi metal, yaxud çini futlyarda yerləşdirilmiş şüşə qabda saxlanılmalıdır.

2.20. Reaktivlər (oksidləşdiricilər), bertole duzu (kalium xlorid), barium və amonium xlorid, natrium hipoxlorid, kalium oksid-bromid, natrium və kalium nitrat, kalsium və barium, ammonyak şorası, kalium və natrium-nitrit kip bağlanan şüşə. yaxud burma plastik qapaqlı bankalarda saxlanılmalıdır. Bu reaktivlər şkafın ayn (yaxan) rəfində qoyulmalıdır.

2.21. Natrium və barium peroksidlərini kip bağlanan şüşə bankalarda saxlamağa icazə verilir. Bankalar metal futlyarlarda quraşdırılmalı və oksidləşdiricilərinə birgə şkafdakı rəfdə yerləşdirilməlidir. Bu rəfdə 2.19 və 2.20-ci bəndlərdə göstərilənlərdən başqa, digər maddələrin yerləşdirilməsinə yol verilmir.

2.22. Qırmızı fosforu probka, yaxud qapaqla kip bağlanan şüşə və ya metal bankada, hidrogen-peroksidi (30% perehidrol) probkalı tünd şüşə qabda saxlamaq və metal konteynerə yerləşdirmək lazımdır. Bu maddələri şkafda neytral duzlarla (karbonatlar, sulfatlar) birlikdə saxlamaq olar, lakin oksidləşdiricilər metal tozlar və qələvi materiallar olan rəflərdən uzaq saxlamaq lazımdır.

2.23. Anbarlarda və əczaxana anbarlarında qiymətli materiallar ciddi surətdə növlər üzrə saxlanılmalıdır. Bu halda tezalışan mayeləri digər materiallarla birgə saxlamağa icazə verilmir.

2.24. Oksigen və yanar qaz balonlarının birgə saxlanılmasına, eləcə də bu balonların material və əczaxana anbarlarında saxlanılmasına icazə verilmir.

Oksigen və yanar qaz balonlar xüsusi binalarda, yaxud talvarlar altında saxlanmalı, istilik mənbələrindən (qızdırıcı cihazlar. günəş şuaları və s.) və üzərinə yağ maddələrinin düşməsindən qorunmalıdırlar.

2.25. Emalatxana, laboratoriya və digər istehsalat binalarında:

a) spirtin distilə edilməsi və təmizlənməsi üçün aparatlar, benzin karbürator qurğuları və kompressorlar ayrıca otaqlarda quraşdırmalıdır;

b) spirt, benzin və digər tezalışan mayelər təcrid edilmiş anbar binalarında saxlanılmalıdır;

v) istehsalat ehtiyacı üçün tezalışan mayelər boru kəməri ilə verilməli, yaxud onların daşınması üçün xüsusi bağlı qabdan istifadə edilməli, verilən mayenin ümumi miqdarı növbədə tələb olunan miqdardan artıq olma-malıdır.

2.26. Qalan istehsalatlarda benzin karbürator qurğularında şüşə butulkaların tətbiqi və qazı odluqlara çatdırmaq üçün rezin boruların istifadəsi qadağandır.

2.27. Çardaqlar təmiz saxlanılmalı və açarla bağlanmalı, açarlar isə müəyyən edilmiş və istənilən vaxt əldə edilməsi üçün asan yerdə saxlanılmalıdır. Çardaqların taxta konstruksiyaları oda davamlı məhlulla hopdurulmalıdır. Çardaq yerlərində anbar, arxivlər düzəltmək, hər hansı əşya və ya material (xüsusən yanar) yığmaq, tüstü bacalarına paltar qurutmaq üçün ip bağlamaq və radio-televiziya antenalarım bərkitmək, örtükləri qızdırmaq üçün torf, taxta yonqar və digər yanan material tətbiq etmək qadağandır.

2.28. Müalicə və uşaq müəssisələrində, əczaxanaların zirzəmilərində emalatxana yerləşdirmək, alışqan maddə və materiallar, eləcə də tezalışan və yanar maye saxlamaq üçün anbarlar düzəltmək qadağandır.

2.29. Emalatxana, anbar, laboratoriya, kabinet və digər otaqlarda iş günü qurtardıqdan sonra, ustalar, anbar müdirləri, laborantlar, yaxud yanğın təhlükəsizliyinə görə məsul şəxslər bağladıqları otaqları mükəmməl gözdən keçirməli, yanğına qarşı rejim pozuntuların aradan qaldırmalı və elektrik xəttini şəbəkədən ayırmalıdırlar.

2.30. Uşaq və müalicə-profilaktika müəssisələri binalarında elektrik qaz qaynağı və digər alışqan işlərin aparılmasına yalnız bu müəssisələrin rəhbərləri yaxud onları əvəz edən şəxslərin yazılı icazəsi ilə yol verilə bilər. Qaynaq. bütün lazımi ehtiyat tədbirlərini ciddi surətdə yerinə yetirmək və iş yerini yanğınsöndürmə vasitələri ilə təmin etmək şərti ilə ixtisaslaşdırılmış mütəxəssislər tərəfindən yerinə yetirilməlidİr.

3.1. Elektrik və işıq müalicəsi kabinetinin sahəsi bir prosedura taxtına 6kv.m-dən az olmamaq hesabı ilə qəbul edilir.

3.2. Hər bir elektrik və işıq müalicəsi kabinetinin, mərkəzi (əsas) elektrik lövhəsindən götürmək üçün müstəqil xətti olmalıdır. Daha böyük kəsik tələb edilmədikdə, bu xətt 6kv.mm-dən az olmayan kəsiklə mis naqil vasitəsi ilə çəkilir.

Başqa istehlakçıların bu elektrik xətlərinə birləşdirilməsinə icazə verilmir,

3.3. Hər bir elektrik və işıq müalicəsi kabinetində 60-1OOA qmp elektrik lövhəsi qoyulmalı, bu lövhədə voltmetr, faza dəyişdirici açar və qoyulmuş aparatlara müvafiq qrup ( aparatlar içərisində sterilizatorlar və elektrik plitələri də nəzərə alınmaqla ) sayı ilə qoruyucular quraşdırılır,

Aparatların işə düşməsi üçün bağlı buraxılış qurğuları quraşdırılmalıdır. Bütün müalicə elektrik aparatları daima saz vəziyyətdə olmalı, yerlə etibarlı birləşdirilməli və onların zavod elektrik sxemi və texniki pasportu olmalıdır.

3.4. Aparatlar şəbəkəyə çevik rezin kabel, yaxud rezin boru salınmış naqillə qoşulur. Qurumuş və zədələnmiş qoruyucu örtükləri, aparaturaya birləşən və sıxılan yerlərində pozuntuları olan elektrik xətlərinin tətbiq edilməsinə yol verilmir.

3.5. Alətlərin qaynadılması üçün bağlı qızdırıcılar ( spiralları olan sterilizatorlar tətbiq edilməlidir.

3.6. Sterilizatorların dayaq səthləri yanmayan olmalıdır. Dayaq səthləri ilə dibi arasında hava qatı olan sterilizatorlar da yanmayan əsasda quraşdırılmalıdır.

3.7. Parafın və ozogeritin qızdırılması xüsusi ayrılmış otaqda (mətbəxdə) qızdırıcılarda, yaxud su hamamında aparılmalıdır.

Hündürlüyü döşəmədən 2,5 metr olan mətbəxin divarları şiferlənmiş plitələrlə, döşəmə isə metlaxla örtülməlidir. Qızdırıcılar quraşdırılan stol odadavamlı materialla örtülməlidir.Parafin və ozogerti açıq odda qızdırmaq qadağandır

3.8. Otaqlar, aparatlar və qurğulardan çıxarılan bütün hava dəyişmə və sovurma kanallarının boruları dam örtüyündən kənara çıxarılmalıdır.

3.9. Elektrik və işıq müalicəsi aparatura və avadanlığına qulluq və onların təmiri müvafiq hazırlıq keçən və bu barədə vəsiqəsi olan mütəxəssislər tərəfindən həyata keçirilməlidir.

Aparaturaya profilaktik ( zahiri və daxili) baxış, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün tədbirlər görməklə texniki pasportda (təlimatda) qoyulmuş müddət ərzində mütəxəssislər tərəfindən aparıl-malıdır.

Hər bir elektrik və işıq müalicəsi şöbəsində ( kabinetində ) xidməti heyətlə yanğına qarşı aparılan təlimatın və elektrik aparaturasının işində müşahidə edilən nöqsanların qeyd edilməsi üçün jurnal olmalıdır.

4.1. Rentgen plyonkaları saxlanılan arxivlər ayrıca olan binaların yuxan mərtəbələrində, yaxud əsas binadan yanmayan divar və arakəsmələrlə ayrılmış xüsusi otaqlarda yerləşdirilməlidir.

4.2. Rentgen arxivində kənar plyonka və rentgenoqramların saxlanılmasına yalnız o zaman yol verilə bilər ki, həmin otaqlarda onların miqdarı 4kq-dan artıq olmasın. Bu zaman aşağıdakı şərtlərə əməl edilməlidir:

a) rentgenoqramlar kip örtülən metal şkafda, yaxud istilik cihazlarından 1 m-dən az olmayan məsafədə yerləşən yeşikdə saxlanılmalıdır;

b) rentgenoqramlar saxlanılan otaqlarda papiros çəkmək, açıq alovla cihazlar, plitələr, sterilizatorlar tətbiq etmək qadağan edilməlidir;

v) odsöndürən quraşdırılmalıdır istifadə olunmayan plyonkalar ehtiyatı arxivlərdə qablaşdırılmış şəkildə saxlanılır.

4.3. Divar, döşəmə və tavan yanmayan materialdan, arxivə gedən qapılar ilə laylar arasında azbest karton qoyulmaqla bucaq şəklində tikilmiş qura taxtanı üç layından ibarət taxta parçalarından düzəldilməlidir. Qapılar gil məhlulu ilə hopdurulmuş azbest və ya keçə üstündə taxtapuş dəmiri ilə haşiyələnir, Bu qapılar qapı çərçivəsi olmadan quraşdırılmalı və çölə açılmalıdır.

4.4. Arxiv filmostat və yaxud şkafla təchiz edilir. Şkaflar və onların rəfləri metal yaxud gil məhlulu ilə hopdurmuş azbest və ya keçə üstə dəmirlə haşiyələnmiş taxtadan olmalıdır. Şkafdakı rəflər bir-birindən 50 sm məsafədə quraşdırılır və dərinliyi də, uzunluğu da 50 sm olan bölmələrə ayrılır. Hər bir bölmə metal yaxud gillə hopturulmuş azbest və ya keçə üstdə dəmirlə haşiyələnmiş taxta qapı ilə kip bağlanmalıdır.

Rentgenoqramlar şkaflarda şaquli vəziyyətdə yerləşdirilmiş kağız paketlərdə saxlanılır. Şkaflardan divar, pəncərə, tavan və döşəməyə kimi olan məsafə 0.5 metrdən az olmamalıdır. Keçidlərin eni istismar mülahizələrlə əlaqədar müəyyənləşdirilir, lakin 0,8 metrdən az olmamalıdır.

4.5. Plyonkanın miqdarı 500 kq artıq olan arxivlər yanmayan divar və qapılarla bölmələrə ayrılır. Bölmələrdə 500 kq artıq plyonka saxlamağa icazə verilmir. Hər bir bölmə ayrıca sovurma ventilyasiya ilə təchiz edilir. Qapılar çölə açılmalıdır.

Müalicə müəssisəsinin əsas binasında yerləşən arxivdə plyonkaların miqdarı 300 kq artıq olmamalıdır.

4.6. Pəncərə sahəsinin döşəmə sahəsinə görə nisbəti 1/8-dən az olmamaq şərti ilə anbarların təbii işığı olmalıdır. Anbarın pəncərələri çölə açılmalı və qonşu evin üzbəüz pəncərələrindən 15 metrdən az olmayan məsafədə olmalıdır. Anbarın pəncərələri, üstündəki damın pəncərələri yanmayan olmalıdır.

4.7. Anbarda süni işıq olmalı, elektrik xətti polad borularla çəkilib, işıqlandırıcı armatura kip bağlanmalıdır. Anbarlarda elektrik qoruyucuları, şəbəkədən açan qurğular, ştepsel birləşmələri, elektrik zəngləri və hər hansı bir səyyar elektrik aparatlarım quraşdırmaq qadağandır.

İş vaxtından sonra, elektrik xəttinin cərəyanı kəsilməlidir. Otaqları qaranlıqlaşdırmaq üçün elektrik çıraqlarını kağız, parça, yanan materiallarla örtmək qadağandır,

4.8. Anbara ventilyasiyası ümumi ventilyasiya sistemindən təcrid edilməlidir. Sovurma borusu diametri 25 sm-dən az olmamaq şərtilə yanmayan materialdan hazırlanmalı və bilavasitə çölə çıxarılmalıdır.

4.9. Otaqların isitmə sistemi mərkəzləşdirilmiş qaydada olmalıdır. Rentgen plyonkası saxlanılan anbarda buxar istiliyi, metal peçler, eləcə de açıq dəmir boruları olan gəzdirmə peçlərə yol verilmir. Kənd yerlərində peçlərdən istifadə edərkən odluq yerləri, siyirtmə və qapaqlan dəhliz tərəfdən qoymaq lazımdır. Peçlər taxtapuş dəmiri ilə örtülməlidir. İstilik cihazları ilə plyonka olan şkaflar arasındakı məsafə, 1 m-dən az olmamalıdır.

4.10. Hər bir plyonka saxlanılan anbarda ən azı iki odsöndürən və iki yun ədyal olmalıdır. Odsöndürənlərin yararlı olub olmadığını təyin etmək üçün müntəzəm yoxlamaq lazımdir.

Arxiv anbarının divarında, yanğınla əlaqədar xidməti heyətin vəzifələri barədə təlimat asılmalıdır.

4.11. Arxivin yerləşdiyi yer onun avadanlığı və saxlanılan lentlərin miqdarı yerli Dövlət Yanğın Nəzarəti orqanı ilə razılaşdırılmalıdır.

4.12. Arxiv anbarın qapısında “rentgen arxivi” sözləri ilə lövhə, girişdə isə “alışqandır”, “papiros çəkmək qəti qadağandır” yazısı olmalıdır.

5.1.Uşaq və müalicə müəssisələrində, bir qayda olaraq, mərkəzi isitmə sistemi olmalıdır. Xəstələri və 25 nəfərdən artıq sayda uşaqların gecə qruplarını, soba istiliyi olan taxta binalarda (5 dərəcəli odadavamlı) yerləşdirmək qadağandır. Sobaların tüstü bacalarının və yanğına qarşı arakəsmələrin texniki vəziyyəti tikinti norma və qaydalarının tələblərinə cavab verməlidir.

Soba tipli istilik sistemi olan uşaq müəssisələrində, xəstəxanalarda, sanatoriyalarda və istirahət evlərində odluq yerləri tambur və ya dəhlizə çıxmalıdır. Yataq otaqları, yaxud palatalarda peçlər qalamaq qadağandır.

5.2. Tüstü bacaları hisdən istilik mövsümi ərzində təmizlənməlidir. Mətbəx pilitələri, su qaynadıcılarının bacaları ayda bir dəfədən az olmayaraq, istilik peçləri isə ayda bir dəfə təmizlənməlidir,

5.3. Uşaq və müalicə müəssisələrində paltar və ayaqqabı üçün odlu quruducuların quraşdırılması qadağandır Ayaqqabı və paltarı xüsusi olaraq bu məqsədlər üçün təchiz edilmiş təhlükəsiz quruducularla qurutmaq lazımdır.

Stol, stul, şkaf və çarpayıları, sobadan 0,5 metrdən az məsafədə quraşdırmağa yol verilmir.

5.4. Uşaq və müalicə müəssisələrində gecə vaxtı, eləcə də kütləvi tədbirlərin, gecələrin, tamaşaların, kinoseansların keçirilməsi zamanı soba qalamaq qadağandır.

Uşaqların sutkalıq qaldıqları xəstəxana və uşaq müəssisələrində uşaq və xəstələrin yatmasına 2 saat qalmış sobalar söndürülməlidir. Uşaqların gündüzlər olduqları uşaq müəssisələrində sobaların qalanması, uşaqların gəlməsinə ən azı 1 saat qalmış başa çatmalıdır.

5.5. Sobalar kerosin ( ağ neft), benzin, yaxud digər tezalışan və yanar mayelərlə yandırmaq, qalanmış peçləri baxımsız qoymaq, eləcə də onları uşaqlara tapşırmaq qəti qadağandır.

5.6. Qalanmış sobaların qapılarını açıq saxlamağa və olduğun dərinliyindən uzun olan odundan istifadə etməyə icazə verilmir.

5.7. Sobaları daş kömürlə qalamaq qadağan edilir. Adi odun sobalarmı daş kömürlə yandırdıqda bu peçlər müvafiq olaraq yenidən qurulmalıdır.

(Yəni odluğu odadavamlı kərpiclə örtmək lazımdır).

5.8. Yanma məhsullarını peç və qaz cihazlarından çəkmək üçün ventilyasiya kanallarından istifadə etmək qadağandır.

5.9. İsti külü, şlakı, kömürü tikililər və yanar çəpərlərin yanına tökməyə icazə verilmir.

5.10. Yanacaq ( odun, kömür) xüsusi olaraq bu məqsədlər üçün nəzərdə tutulmuş yerlərdə yaxud tikililərdən 10 m-dən az olmayan məsafədə yerləşən hasarlanmış meydançalarda saxlanılmalıdır. Yanar örtükləri olan zirzəmilərdə, eləcə də ümumi pilləkən qəfəsləri ilə birləşən ( örtülülərin oda davamlığından asılı olmayaraq) zirzəmi yerlərində, kömür və digər yanacaq növlərinin saxlanılması qadağandır.

5.11. Xəstə və uşaqların daimi qaldıqları binaların altında mərkəzi istilik qazanxanaları yerləşdirmək qadağandır.

5.12. Mərkəzi istilik qazanxanalarında gün ərzində lazım olduğundan artıq bərk yanacaq ehtiyatı və 0,5 kub.m-dən artıq maye yanacaq saxlamaq qadağandır.

Yandırılmış qazanlar ocaqçının diqqətindən yayınmamalıdır. Qazanlar üzərində odun və yanar material qurutmağa icazə verilmir.

5.13. Qazanxanalarda mazutdan istifadə edərkən, odluqlardan döşəməyə yanacaq dağılmasının qarşısını almaq məqsədilə, odluğun qarşısında qumla doldurulmuş metal tava qoyulmalıdır.

Yağlanmış əsgilər hər gün qazanxanadan kənar, xüsusi olaraq bunun üçün ayrılmış yerə yığılmalıdır.

5.14. Donmuş istilik su kəməri, kanalizasiya borularını açıq alovla qızdırmaq qadağandır. Bunun üçün isti su, buxar, yaxud isti qumdan istifadə etmək lazımdır.

5.15. Qaz avadanlıqlarının quraşdırılması və istifadəsi zamanı “Qaz təsərrüfatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”-nın tələblərinə riayət olunmalıdır.

6.1. Uşaq və müalicə müəssisələrinin işığı elektrik olmalıdır. Yalnız elektrik fənərlərini, yaxud “yarasa” tipli fənərləri qəza işığı kimi ( enerji olmadıqda) tətbiq etməyə icazə verilir.

6.2. 50 nəfərdən çox yeri olan uşaq və müalicə müəssisələri binalarında qəza işığı quraşdırılmalıdır.

6.3. Xəstəxana, körpələr evi, uşaq evləri, sanatoriyalar, istirahət evləri, poliklinika, əczaxana və digər müalicə profilaktika müəssisələrinin rəhbərləri, elektrik qurğularına xidmət etmək məqsədi ilə ixtisaslaşdırılmış istismar təşkilatı ilə müqavilə bağlamalı, yaxud ixtisaslı elektrik montyorunun xidmətlərindən istifadə etməlidirlər.

6.4. Elektrik qızdırıcılarının, aparatlarının və digər elektrik cihazlarının elastik şlanqları olmalı, şəbəkəyə yalnız saz ştepsel birləşmələri vasitəsi ilə qoşulmalıdır.

6.5. Elektrik şəbəkələri və elektrik cihazlarını istismarı zamanı: elektrik xəttini mıxdan asmaq və divar kağızı ilə yapışdırmaq, zədələnmiş qoruyucu örtükləri olan elektrik xətlərində kustar üsulla hazırlanmış (əldə qayırma) qoruyucular tətbiq etmək, elektrik lampalarını kağız və ya əsgi parçası ilə dolamaq, elektrik xətlərini və diyircəkləri şəkil və paltar asmaq üçün istifadə etmək qadağandır. Yanar materiallar saxlanılan ağac emalı emalatxanalarında, kitabxanalarda, anbarlarda elektrik çıraqları şüşə papaqlı olmalıdır.

6.6. Yataq otaqlarında, xəstəxana palatalarında, xəstə və uşaqların yerləşdirildiyi digər otaqlarda ütü, elektrik plitələri və başqa elektrik qızdırıcı cihazlarından istifadə etmək qadağandır. Elektrİk cihazlarından istifadə etmək üçün xüsusi otaqlar (ütüləmə, sterilizasiya otaqları) ayrılmalıdır.

6.7. Elektrik şəbəkəsinə qoşulmuş cihazları (soyuduculardan başqa) baxımsız qoymaq, eləcə də yanmayan altlıqlarsız bu cihazlardan istifadə etmək olmaz.

6.8. Gündəlik işlə əlaqədar olmayan emalatxana. anbar, çardaq və digər yerlərin elektrik şəbəkələri, işdən kənar vaxt gərginliyi aradan qaldırmaq üçün rubilnik (elektrik cərəyanını kəsən açar), yaxud iki qütblü elektrik açarı ilə təchiz edilməlidir. Rubilniklər (açarlar) bayır tərəfdən (otaqlardan kənar) taxçalarda, yaxud açarla bağlanılan metal yeşiklərdə quraşdırılmalıdır.

6.9. Kerasinin (ağ neftin) saxlanılması və kerasin fanerlərinin doldurulması üçün uşaq və xəstələr yerləşən binadan kənar xüsusi yerlər ayrılmalıdır.

Kerasin yalnız saz, kip bağlanan metallara da saxlanılmalıdır, şüşə taradan istifadə etmək qəti qadağandır.

6.10. İşıqlandırıcı fənərlər yalnız kerasinlə doldurulmalıdır. Bu məqsədlər üçün benzindən istifadə etmək qəti qadağandır. Yandırılmış fənərlərin kerasinlə yenidən doldurulmasına, eləcə də bu zaman açıq alov tətbiq etməyə icazə verilmir.

6.11. Kerasin fənərlərini tez alışan material) və əşyaların (məsələn, pərdəyə yaxın) yanında quraşdırmaq olmaz.

6.12. Tez-tez tufan olan bölgələrdə (ildə 4 O tufan saatlarından artıq) 3-5 dərəcəli odadavamlı binalarda yerləşən müalicə, uşaq müəssisələri və istirahət evləri ildırımdan qoruyan qurğularla təchiz edilməlidir.

6.13. Elektrik qurğuları və avadanlıqlarının quraşdırılması və istismarı zamanı “Elektirik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə riayət olunmalıdır.

7.1. Uşaq və müalicə müəssisələrinin taxta binalarında, eləcə də yanar örtükləri olan binalarda kütləvi tədbirlər ikinci mərtəbədən yuxarı olmayan otaqlarda keçirilə bilər.

7.2. Kütləvi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan otaqlarda yerlərin miqdarı bir nəfərə 0,75 kvadratmetr hesabı ilə götürülür. Otaqlarda qəbul olunmuş normadan artıq insan yerləşdirilməsinə icazə verilmir.

7.3. Kütləvi tədbirlər keçirilən otaqların çölə ən azı iki çıxışı olmalıdır.

7.4. İnsanların köçürülməsi üçün nəzərdə tutulan dəhlizlər, keçidlər və çıxışlar boş olmalıdır. Kütləvi tədbirlərin keçirildiyi zaman qapıları açarla, yaxud çətin açılan siyirtmələrlə bağlamaq qadağandır. Hər qapının yanında tibb işçisi, yaxud xidməti heyətin üzvlərindən daima növbətçi olmalıdır.

7.5. Otaqların pəncərələrində barmaqlıqlar olmamalıdır. Kütləvi tədbirlər zamanı pəncərələri taxta qapılarla bağlamaq, pəncərələrə gedən yollan isə mebel və digər əşyalarla tutmaq olmaz.

7.6. Səyyar elektrik stansiyası (daimi elektrik mənbəyi olmadıqda), bina və qurğulardan 10 metrdən az olmayan məsafədə quraşdırılmalıdır.

7.7. Kütləvi tədbirlərin keçirilməsi və bu zaman yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinə görə məsuliyyət uşaq və müalicə müəssisələrinin rəhbərlərinin üzərinə düşür.

Kütləvi tədbirlərin keçirildiyi müddətdə mütləq yerli könüllü yanğın dəstəsi üzvlərinin növbətçiliyi təşkil edilməli, bina isə ilkin yanğın söndürmə vasitələri ilə (odsöndürənlər, daxili yanğın kranları) təmin edil.

7.8. Kütləvi tədbirlərin keçirilməsinə görə məsuliyyət daşıyan şəxslər, bütün otaqları, çıxışları yoxlamalı və onların yanğınsöndürmə vasitələri ilə təmin edilməklə yanğına qarşı tam hazırlığına əmin olmalıdırlar.

7.9. Kütləvi tədbirlərin keçirilməsi zamanı uşaqların yanında daitna tibb yaxud xidməti heyətin üzvlərindən növbətçi olmalıdır. Bu şəxslər yanğın təhlükəsizliyi tədbirləri və yanğın baş verdikdə uşaqları binadan köçürmə qaydaları haqqında təlimat keçməlidirlər.

7.10. Tamaşa və digər kütləvi tədbirlərin keçirilməsi zamanı, alışma yarada bilən kimyəvi və digər maddələr tətbiq etməklə işıq effekti yaratmağa icazə verilmir.

7.11. Yolka, möhkəm dayaq üzərində (altlıq, qum çölləri) elə qurulmalıdır ki, otaqdan çıxışı çətinləşdirməsin. Elektrik işığı olmadıqda, yolka yanındakı oyun və rəqslər gündüz keçirilməlidir.

7.12. Yeni il yolkasının keçirilməsi zamanı yolkanı selüolit və digər tez yanan oyuncaqlarla bəzəmək, altlıq və budaqları oddan qoruyan tərkiblə hopdurulmamış pambıqla örtmək, otaqda fişənglər, benqal fişəngləri, stearin şamları yandırmaq, şax-şaxlardan istifadə etmək, otaqdakı işığı tamamilə söndürmək, uşaqlara oddan qoruyan tərkiblə hopdurulmamış pambıq və tənzifdən kostyumlar geydirmək qadağandır.

7.13. Yolkanın əlvan işıqlarla bəzədilməsi üçün elektirik lampaları müəyyən olunmuş qaydalara riayət etməklə etibarlı surətdə quraşdırılmalıdır. Lampaların qüvvəsi 25 V- dan artıq olmamalıdır. Əlvan işıqların quraşdırılması üçün mis məftilli əyilən elektrik xətləri tətbiq edilməlidir.

Elektrik xətlərinin qoruyucuları işlək olmalı və elektrik şəbəkəsinə ştepsel birləşmələri vasitəsi ilə qoşulmalıdır. Əlvan işıqlar nasaz olduqda (xətlərin qızması, lampaların yanıb-sönməsi, qığılcım verməsi) onları dərhal şəbəkədən açmaq lazımdır.

7.14. Tətbiq edilən aparatura və kinoplyonkadan asılı olmayaraq bədii filmlərin nümayişinə yalnız kinoaparat otağından icazə verilir. Bu zaman müəyyən edilmiş qaydaların bütün tələbləri ciddi surətdə yerinə yetirilməlidir.

7.15. Müalicə müəssisələri palatalarında yataq rejimində olan xəstələr üçün kionofilmlərin nümayişi, yalnız yanmayan plyonka tətbiq etməklə çıxışla üzbəüz tərəfdə quraşdırılmış dar plyonkalı kinoaparat vasitəsi ilə yol verilə bilər. Bu zaman kinoseansa yalnız həmin palataların xəstələri buraxılırlar.

7.16. Kinofilmlərin nümayişinə, kinomexaniklər, yaxud dar plyonkalı kino nümayiş etdirən və “yanğın təhlükəsizliyi texnikası” üzrə talonu olan şəxslər buraxılırlar.

8.1. Xəstəxana (şöbələr), körpələr evi, uşaq evləri, sanatoriyalar, istirahət evləri və digər müalicə-profilaktika müəssisələrinin növbətçi xidmət heyəti, eləcə də növbətçilər yanğın baş verdikdə öz vəzifələrini bilməli, odsöndürənlər və başqa ilkin yanğınsöndürmə vasitələrindən istifadə etməyi, yanğın hissəsini ( KYD) çağırmağı bacarmalı, yanğın hallarında uşaqlan xilas etmək üçün dərhal tədbirlər görməlidirlər.

8.2. Müəssisə üzrə növbətçi borcludur:

a) palatalarda olan xəstələrin, otaqlarda gecələyən uşaqların sayını bilməli və onların sayı, olduqları yer haqqında telefonla yaxındakı yanğın xidmətinə məlumat verməlidir;

b) yanğınsöndürmə vasitələrinin və telefon rabitəsinin sazlığını yoxlamalıdır;

v) bütün köçürmə çıxışlarının, dəhlizlərin, tambur və pilləkən qəfəslərin yanğına qarşı vəziyyətini yoxlamalı, eləcə də bütün köçürmə çıxış qapılarının tez və maneəsiz açılması imkanına əmin olmalıdır, hər hansı bir pozuntunu aşkar etdikdə onu aradan qaldırmaq üçün tədbirlər görməli, lazım gəldikdə isə müəssisə rəhbərinə, yaxud onu əvəz edən şəxsə məlumat verməlidir.

Növbətçidə köçürmə çıxış qapılarının açarları və elektrik əl fənəri olmalıdır.

8.3. Gecə vaxtı növbətçi xidməti heyətin (tibb bacısı, dayənin və baş.) və növbətçinin yatması, müəssisədən kənara çıxması qadağandır.

9.1. Bütün yanğın avadanlığı (odsöndürənlər, su çəlləkləri, qum yeşikləri və kürəklər, eləcə də daxili yanğın kranları ) saz vəziyyətdə saxlanılmalıdır. Daxili yanğın kranlarının şkafları bağlı olmalı və plomblanmalıdır. Bu şkafların qapılarını mıxlamaq, məftillə burmaq, yaxud açarla bağlamaq qadağandır.

9.2. Kənd yerində yerləşən xəstəxana, sanatoriyalar, istirahət və körpələr evlərində yanğını söndürmək üçün motopompa və stasionar yanğın nasosları olmalıdır.

Motopompa və nasoslara qulluq etmək, bunlarla iş qaydalarına alışmış xüsusi ayrılmış şəxslərə həvalə olunur.

Sadalanan müəssisələr 2 nömrəli əlavəyə müvafiq, lazımi yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir.

Yanğının söndürülməsi ilə əlaqədar olmayan təsərrüfat və digər ehtiyaclar üçün yanğınsöndürmə vasitələri və yanğın avadanlıqlarından istifadə etmək qadağandır.

10.1. Uşaq və müalicə müəssisəsinin hər bir işçisinin əsas vəzifəsi yanğın zamanı insanların həyatını xilas etməkdir. Yanğın zamanı müəssisə rəhbəri, eləcə də tibb və xidməti heyət borcludur:

a) dərhal yanğın haqqında yaxındakı yanğın xidmətinə xəbər verməli, yerli könüllü yanğın dəstəsi üçün həyəcan siqnalı qaldırmalıdır;

b) insanları otaqlardan köçürmək üçün onlardan asılı olan bütün tədbirləri görməli, kiçik yaşlı uşaqları və ağır xəstələri ilk növbədə xilas etməlidirlər.

İnsanların köçürülməsini yanğın baş verən otaqdan, eləcə də alovun yayılması təhlükəsi olan otaqlardan başlamaq lazımdır;

v) xilas edilmiş uşaq və xəstələri təhlükəsiz yerlərə (binaya) göndərməlidirlər;

q) köçürmə ilə bərabər öz qüvvələri və müəssisəyə olan yanğınsöndürmə vasitələri ilə yanğının söndürülməsinə başlamalıdırlar:

d) müəssisə heyətindən olan şəxs çağırılmış yanğın xidməti (dəstəsi) rəisinə. yanan, yaxud tüstülənən binadan insanların hamılıqla xilas edilib-edilməməsi və hansı otaqlarda insanların qalması haqqında dəqiq məlumat verməlidirlər:

e) elektrik enerjisinin şəbəkədən kəsilməsi hallarında, müəssisə elektrik fənərləri, yaxud “ yarasa” tipli fənərlərlə təmin edilməlidir.

10.2. Bu qaydaların tələblərinin pozulması, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olur.

İcraçının soyadı və vəzifəsi

Yanğın (alışma) aşkar edildikdə dərhal yanğın yardımını çağırmalı (yanğın hissəsinə telefonla zəng etməli, yerli könüllü yanğın dəstəsinə siqnal verməli)

Bütün uşaq və xəstələr yanğın aşkar edilərkən dərhal dəhliz və çıxışlar vasitəsi ilə binadan çıxarılmalıdır.

Binadan köçürülmüş bütün uşaq və xəstələr yenidən sayılır və onların faktiki sayı palata və qruplarda olan adbaad siyahı ilə yoxlanılır.

Gündüz vaxtı qrup uşaqları, palata xəstələri binada (ünvan göstərilir) yerləşdirilir. Gecə vaxtı onlar müəyyən olunmuş binalara (ünvan göstərilir) köçürülür.

Adamların köçürülməsi ilə məşğul olmayan müəssisə əməkdaşları tərəfindən yanğın aşkar edildikdə dərhal onun söndürülməsi təşkil edilir.

Qeyd: 1. Otaqların mürəkkəb planlaşdırması və xəstələrin gündəlik qaldıqları müalicə müəssisələri üçün yanğın baş verdikdə insanların köçürmə yollarını qeyd etməklə otaqların sxemi işlənib hazırlanmalıdır. Yanğın baş verdikdə xidməti heyətin hərəkət və vəzifələrini əks etdirən sxem görünən yerdən asılmalıdır. Lazım gəldikdə belə sxemlər digər səhiyyə müəssisələrində də tərtib edilə bilər.

2. Köçürmə zamanı uşaq və xəstələrin hərəkət yolları kəsişməməlidir və yaranmış yanğın şəraitindən asılı olaraq dəyişilə bilər.

3. Lazım gəldikdə köçürmə üçün pəncərə və söykəmə pilləkənlərdən istifadə edilə bilər.

____________________________________________________________________________________________________

Uşaq müalicə profilaktika müəssisəsinin xidməti heyəti imza etməklə köçürmə planı və vəzifə bölgüsü ilə tanış edilməlidir.

1. Hər mərtəbəyə ən azı iki odsöndürən:

2. Sahəsi az olduqda hər otaqda ən azı bir odsöndürən olmalıdır.

Hər bir bina üçün (ya bina qrupu üçün) aşağıdakı yanğına qarşı əl avadanlığı ilə yanğın lövhəsi təchiz edilməlidir: 2 odsöndürən, 2-4 yanğın vedrəsi, 2-4 balta, 1-2 ling, 2-4 qarmaq.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver