5.1. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin uçotunun aparılmasını təmin etmək, şəkərli diabetlə xəstələnmə halları, ağırlaşma, əlilliyin müəyyən edilməsi və ölüm halları, müalicə-profilaktika tədbirlərinin səmərəliliyi haqqında sistematik və düzgün məlumat almaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən registr yaradılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) həmin registrə çıxışı təmin edilir.
5.2. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin registri mövcud zamanda xəstələrin vəziyyəti barədə zəruri məlumat bankının yaranmasını təmin edir. Bu məlumatlarda xəstənin şəxsiyyəti, xəstəliyi barədə qısa məlumat və tibbi yardım haqqında göstərişlər qeyd olunur, hər bir xəstə üçün xüsusi kart doldurulur və bu kart ümumi məlumat bankına daxil edilir.