"Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 32 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı" təsdiq edilsin (1 nömrəli əlavə).
2. "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası" təsdiq edilsin (2 nömrəli əlavə).
3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə tapşırılsın ki, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dərman preparatları, inyeksiya və digər özünənəzarət vasitələri ilə təminatı ilə əlaqədar tələb olunan xərclər barədə dəqiq hesablamaları Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 2006-cı ilin dövlət büdcəsinin layihəsinin tətbiqi zamanı müvafiq vasitələrin nəzərdə tutulmasını təmin etsin.
4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 13 may 2005-ci il
ehtiyac olanda 1-2 ildən bir
ehtiyac olanda 1-2 ildən bir
ehtiyac olanda 1-2 ildən bir
Sidikdə asetonun təyini
Sidikdə şəkərin təyini
özünənəzarət çərçivəsində sutkalıq
özünənəzarət çərçivəsində sutkalıq
özünənəzarət çərçivəsində sutkalıq
Qanda lipidlərin təyini
Birdəfəlik insulin şprisi
Qanda şəkəri təyin etmək üçün vizual test-çubuqlar (1 qutuda 50 ədəd)
Sidikdə şəkəri təyin etmək üçün vizual test-çubuqlar (1 qutuda 50 ədəd)
Sidikdə asetonu təyin etmək üçün vizual test-çubuqlar (1 qutuda 50 ədəd)
* Normativlər ağır fəsadları olmayan xəstələr üçün nəzərdə tutulub. Ağır fəsadları olan xəstələrə mütəxəssislərin baxışı ildə 4 dəfə keçirilməlidir. Böyrək çatışmazlığı zamanı nefroloqun, irinli yaralar zamanı cərrahın baxışı keçirilməlidir.
** Fəsadlar və müalicə zamanı ildə 4 dəfədən az olmayaraq.
*** Böyrək çatışmazlığında - ehtiyac olduqda.
1. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslər yaşadıqları ərazi üzrə müalicə-profilaktika müəssisəsinin endokrinoloji kabinetində və ya endokrinolqji dispanserində qeydiyyata alınırlar.
2. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslər insulin və digər şəkərsalıcı dərman preparatlarını, inyeksiya və özünənəzarət vasitələrini almaq üçün onlara qeydiyyatda olduqları müalicə-profılaktika müəssisəsi (endokrinoloji dispanser və ya ərazi poliklinikası) tərəfindən 2 nüsxədən ibarət resept yazılır.
3. Pulsuz dərman Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş xüsusi formada olan resept nüsxəsində yazılır.
4. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslər üçün dərman preparatları təyin olunarkən, terapevtik doza 30 günlük müalicə kursundan artıq olmamalıdır.
5. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı resept əsasında müalicə-profilaktika müəssisəsinin (endokrinoloji dispanser və ya ərazi poliklinikası) müqavilə bağladığı aptek vasitəsilə həyata keçirilir.
6. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin resept əsasında pulsuz aldıqları insulin və digər şəkərsalıcı dərman preparatlarının, inyeksiya və özünənəzarət vasitələrinin dəyəri Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilir.
1. 30 noyabr 2020-ci il tarixli 473 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 dekabr 2020-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1416)