Reyestrə daxil edilmiş seleksiya nailiyyətinin ərizəçisinə bir ay müddətində səlahiyyətli orqan tərəfindən patent verilir. Patent verilməsi haqqında ərizədə bir neçə ərizəçi göstərilmişsə, onların adına bir patent verilir.
Şəhadətnamələrin və patentlərin verilməsi müvafiq orqan tərəfindən təsdiq edilmiş Əsasnamədə nəzərdə tutulan şərtlərlə və qaydada həyata keçirilir.