Azərbaycan Respublikasında yalnız patentləşmiş və Reyestrdə qeydiyyata alınmış seleksiya nailiyyətləri istehsalatda istifadə edilə bilər.
Satılan bitki materialları və damazlıq ehtiyatları müvafiq dövlət orqanları tərəfindən keyfiyyət sertifikatları ilə təchiz olunmalıdır.
Sertifikat Reyestrdə qeydiyyata alınmış və rayonlaşdırılmış seleksiya nailiyyətlərinə verilir.