“Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 oktyabr tarixli 288 nömrəli fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”dən irəli gələn məsələləri həll etsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 13 may 2015-ci il
1.1. Bu Nümunəvi Əsasnamə (bundan sonra – Əsasnamə) “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 oktyabr tarixli 288 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən hazırlanmışdır və sənaye məhəllələrinin yaradılması, idarə edilməsi və onlarda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyir.
1.2. Sənaye məhəllələrində sənaye məhsullarının istehsalı və xidmətlərin göstərilməsi ilə bağlı sahibkarlıq fəaliyyəti həyata keçirilir.
1.3. Bu Əsasnamədə istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.3.1. sənaye məhəlləsi – sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik olan, mikro, kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən ərazi;
1.3.2. sənaye məhəlləsinin idarəedici təşkilatı (bundan sonra ‒ idarəedici təşkilat) – sənaye məhəlləsinin fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirləri hazırlayan, həyata keçirilməsini təmin edən, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərində iştirak edən publik hüquqi şəxs;
1.3.2-1. sənaye məhəlləsinin operatoru (bundan sonra – operator) – müsabiqə əsasında seçilən və bağlanılan idarəetmə sazişi çərçivəsində sənaye məhəlləsinin idarə olunmasını təmin edən hüquqi şəxs;
1.3.3. sənaye məhəlləsinin rezidenti – “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bu Əsasnamə ilə müəyyən edilmiş qaydada sənaye məhəlləsinin qeydiyyat şəhadətnaməsini almış və sənaye məhəlləsində fəaliyyət göstərən hüquqi şəxs və ya fərdi sahibkar;
1.3.4. sənaye məhəlləsinin infrastrukturu – yol-nəqliyyat, sosial, mədəni, ictimai iaşə, inzibati, mühəndis kommunikasiya təminatı və sənaye məhəlləsinin fəaliyyət göstərməsini təmin edən digər obyektlərin kompleksi;
1.3.5. sənaye məhəlləsinin ümumi istifadədə olan əraziləri – sənaye məhəlləsinin sərhədləri daxilində sənaye məhəlləsinin infrastrukturunun, küçələrin, meydanların və yaşıllıqların yerləşdiyi, habelə ümumi istifadə üçün nəzərdə tutulan digər ərazilər.
1.4. Sənaye məhəlləsi ixtisaslaşmış və qarışıq profilli ola bilər.
2.1. Sənaye məhəlləsinin yaradılmasının məqsədi sənaye və xidmət sahələrində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların inkişafı üçün əlverişli şəraitin təmin edilməsindən və əhalinin istehsal və xidmət sahəsində məşğulluğunun artırılmasından ibarətdir.
3.1. Sənaye məhəlləsi dövlət, xüsusi və bələdiyyə mülkiyyətində olan torpaqlarda yaradıla bilər. Sənaye məhəlləsinə dövlət mülkiyyətində olan torpaq sahəsi idarəedici təşkilatın daimi istifadəsinə həmin torpaq sahəsini icarəyə vermək hüququ ilə ayrılır. Xüsusi və bələdiyyə mülkiyyətində olan torpaq sahələri isə Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq bağlanılan icarə və ya alqı-satqı müqavilələri əsasında cəlb edilir. Dövlət tərəfindən sənaye məhəlləsinin yaradılması haqqında qərar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – səlahiyyətli orqan) təklifi əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən, özəl sənaye məhəlləsinin yaradılması haqqında qərar isə sahibkarlıq subyektləri tərəfindən qəbul edilir.
3.2. Sənaye məhəlləsinin yaradılması haqqında qərarda sənaye məhəlləsinin yaradılmasının məqsədi, fəaliyyət profili, maliyyələşdirilmə mənbələri, ərazisi, idarə olunması və fəaliyyətinin təşkili ilə bağlı məsələlər müəyyən edilir.
3.3. Sənaye məhəlləsinin yaradılması üçün ayrılan torpaq sahəsi:
3.3.1. məqsədli təyinatına görə sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olmalıdır;
3.3.2. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verməlidir;
3.3.3. ərazi planlaşdırılması sənədlərinə uyğun olmalıdır.
3.3-1. İdarəedici təşkilat sənaye məhəllələrinin və onların rezidentlərinin reyestrini (bundan sonra – reyestr) yaradır, həmin reyestrin aparılmasını və reyestrə daxil edilmiş məlumatların müntəzəm yenilənməsini təmin edir.
3.3-2. Reyestr informasiya ehtiyatıdır. Reyestrə sənaye məhəlləsinin yaradılması barədə aktın tarixi, nömrəsi və növü, yaradılmasının məqsədi, fəaliyyət profili, ərazisinin ölçüsü, yerləşdiyi inzibati ərazi vahidi, qeydiyyat tarixi və nömrəsi barədə məlumatlar daxil edilir.
3.3-3. Sənaye məhəlləsinin yaradılması barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən qərar qəbul edildikdən sonra 10 (on) iş günündən gec olmayaraq bu barədə bu Əsasnamənin 3.3-2-ci bəndində göstərilən məlumatlar idarəedici təşkilat tərəfindən reyestrə daxil edilir.
3.3-4. İdarəedici təşkilat sahibkarlıq subyektinin özəl sənaye məhəlləsinin qeydiyyata alınmasına dair təklifinin kağız daşıyıcıda və ya elektron qaydada təqdim edildiyi gündən 10 (on) iş günü müddətində həmin təklifin bu Əsasnamənin 3.3-cü bəndinin tələblərinə uyğunluğunu yoxladıqdan sonra özəl sənaye məhəlləsini qeydiyyata alır, bu barədə bu Əsasnamənin 3.3-2-ci bəndində göstərilən məlumatları reyestrə daxil edir və sənaye məhəlləsinin reyestrdə qeydiyyata alınmasını təsdiq edən sənədi sahibkarlıq subyektinə elektron qaydada təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.
3.3-5. Sahibkarlıq subyektinin təqdim etdiyi təklifdə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, sənədlər təqdim edildiyi tarixdən 5 (beş) iş günündən gec olmayaraq çatışmazlıqların aradan qaldırılması üçün bu barədə təklif göndərən sahibkarlıq subyektinə bildiriş elektron qaydada təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
3.3-6. Təklif təqdim edən sahibkarlıq subyekti bildirişi aldığı tarixdən ən geci 10 (on) iş günü müddətində həmin çatışmazlıqları aradan qaldırmalıdır. Təklifdə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqlar 10 (on) iş günü müddətində aradan qaldırılmadıqda idarəedici təşkilat tərəfindən təklifin baxılmamış saxlanılması haqqında qərar qəbul edilir və həmin qərar 2 (iki) iş günü müddətində təklifi təqdim edən sahibkarlıq subyektinə elektron qaydada təqdim olunur və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
3.4. Dövlət tərəfindən yaradılan sənaye məhəlləsi üçün nəzərdə tutulan dövlət mülkiyyətində olan torpaq sahəsi idarəedici təşkilatın daimi istifadəsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin torpaq sahəsini icarəyə vermək hüququ ilə ayrılır. Sənaye məhəlləsinin fəaliyyəti üçün ayrılmış torpaq sahəsi yalnız sənaye məhəlləsinin fəaliyyəti məqsədilə istifadə edilir.
4.1. Sənaye məhəlləsinin fəaliyyətinin təşkili, idarə olunması və inkişafı idarəedici təşkilat və ya həmin sənaye məhəlləsinin yaradılması barədə qərar qəbul etmiş sahibkarlıq subyekti tərəfindən həyata keçirilir. İdarəedici təşkilat və özəl sənaye məhəlləsinin yaradılması barədə qərar qəbul etmiş sahibkarlıq subyekti həmin sənaye məhəlləsinin fəaliyyətinə görə cavabdehdirlər.
4.1-1. İdarəedici təşkilat və operator sənaye məhəlləsinin rezidenti kimi fəaliyyət göstərə bilməz. Özəl sənaye məhəlləsinin yaradılması barədə qərar qəbul etmiş sahibkarlıq subyekti və ona aidiyyəti olan şəxslər həmin sənaye məhəlləsinin rezidenti olduqda, onların sayı sənaye məhəlləsinin digər rezidentlərinin ümumi sayından çox ola bilməz.
4.1-2. Sənaye məhəlləsinin daha səmərəli idarə olunmasını təmin etmək məqsədilə dövlət tərəfindən yaradılan sənaye məhəlləsinə münasibətdə idarəedici təşkilatın, özəl sənaye məhəlləsinə münasibətdə isə onun yaradılması barədə qərar qəbul etmiş sahibkarlıq subyektinin müsabiqə əsasında operator cəlb etmək hüququ vardır. Operatorun müsabiqə əsasında seçilməsi bu Əsasnamənin 5 nömrəli əlavəsinə uyğun qaydada həyata keçirilir.
4.2. Sənaye məhəlləsinin fəaliyyətinin təşkili məqsədi ilə aşağıdakı tədbirlər həyata keçirilir:
4.2.1. sənaye məhəlləsi üçün ayrılmış torpaq sahəsi istifadəyə yararlı vəziyyətə gətirilir;
4.2.2. sənaye məhəlləsinin infrastrukturu qurulur;
4.2.3. məsləhət, treninq, peşə hazırlığı və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsi təmin edilir.
4.3. Dövlət tərəfindən yaradılan sənaye məhəlləsinin infrastrukturu və onun ərazisində idarəedici təşkilat tərəfindən yaradılan istehsal sahələri dövlət mülkiyyəti hesab olunur.
4.4. Özəl sənaye məhəlləsinin yaradılması barədə qərar qəbul etmiş sahibkarlıq subyektinin və sənaye məhəlləsinin rezidentinin şəxsi vəsaiti hesabına yaradılan istehsal sahələri, quraşdırılan avadanlıq və qurğular müvafiq olaraq həmin sahibkarlıq subyektinin və rezidentin özəl mülkiyyəti hesab olunur.
4.5. Sənaye məhəlləsinin rezidentinə İcarəyə verilən torpaq sahəsində olan infrastruktur ümumi istifadədə qalır.
5.1. Səlahiyyətli orqan:
5.1.1. dövlət tərəfindən sənaye məhəlləsinin yaradılması və ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;
5.1.2. sənaye məhəlləsinin fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı idarəedici təşkilata və özəl sənaye məhəlləsinin yaradılması barədə qərar qəbul etmiş sahibkarlıq subyektinə və ya operatora köməklik göstərir;
5.1.3. sənaye məhəllələrinin fəaliyyəti barədə illik hesabat hazırlayır və Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.
6.1. İdarəedici təşkilatın vəzifələri aşağıdakılardır:
6.1.1. dövlət tərəfindən yaradılan sənaye məhəlləsinin fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirlər görür;
6.1.2. sənaye məhəlləsinin rezidenti kimi qeydiyyata alınmaq üçün müraciət edən ərizəçilərin investisiya layihəsini (bundan sonra – layihə) qiymətləndirir və nəticələrinə əsasən onlara sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsini verir, sənaye məhəllələrinin və onların rezidentlərinin qeydiyyatını (reyestrini) aparır;
6.1.3. dövlət tərəfindən yaradılan sənaye məhəlləsinin fəaliyyəti üçün ayrılmış torpaq sahələrini və orada olan torpaq sahələrini və (və ya) dövlət mülkiyyətində olan tikililəri sənaye məhəlləsinin rezidentlərinə müqavilə əsasında icarəyə (subicarəyə) verir, müqavilə şərtlərinə əməl olunmasına nəzarət edir, həmin müqavilə üzrə pozuntuların aradan qaldırılması və vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tədbirlər görür;
6.1.3-1. dövlət tərəfindən yaradılan sənaye məhəlləsinin rezidentlərinin istifadəsində (mülkiyyətində) olan torpaq sahələrinin və digər daşınmaz əmlakların onun yeni rezidentlərinə icarəyə (subicarəyə) verilməsinin sənaye məhəlləsinin fəaliyyətinə uyğunluğunu müəyyən edir;
6.1.4. sənaye məhəlləsinin idarə olunması və inkişafı məqsədi ilə səlahiyyətli orqana və özəl sənaye məhəlləsinin yaradılması barədə qərar qəbul etmiş sahibkarlıq subyektinə təkliflər verir;
6.1.4-1. dövlət tərəfindən yaradılan sənaye məhəlləsinin idarə olunması üçün müsabiqə əsasında operatoru seçir, onunla idarəetmə sazişi bağlayır və operator tərəfindən idarəetmə sazişindən irəli gələn vəzifələrin icrasına nəzarət edir;
6.1.5. sənaye məhəlləsinin rezidentləri və onlarla dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları arasında qarşılıqlı fəaliyyəti əlaqələndirir, sənaye məhəlləsində aidiyyəti dövlət orqanlarının (qurumlarının) səlahiyyətlərinin həyata keçirilməsi üçün şərait yaradır;
6.1.6. sənaye məhəlləsinin fəaliyyəti və inkişafı barədə illik hesabatları səlahiyyətli orqana təqdim edir;
6.1.7. dövlət orqanları (qurumları) tərəfindən sənaye məhəllələrinin rezidentlərində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilən yoxlamalarda onların dəvəti ilə iştirak edir;
6.1.8. sənaye məhəlləsinin rezidentləri arasında mübahisələrin danışıqlar yolu ilə həllinə kömək göstərir;
6.1.9. dövlət tərəfindən yaradılan sənaye məhəlləsinin infrastrukturuna xidmət göstərir, onun normal fəaliyyətini təmin edir, cari və əsaslı təmirini həyata keçirir;
6.1.10. dövlət tərəfindən yaradılan sənaye məhəlləsinin rezidentləri ilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə bağlayır, onun şərtlərinə əməl olunmasına nəzarət edir, həmin müqavilə üzrə pozuntuların aradan qaldırılması və vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tədbirlər görür;
6.1.11. sənaye məhəlləsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və bu Əsasnaməyə əməl edilməsi ilə bağlı sənaye məhəlləsinin rezidentlərinə köməklik göstərir, habelə Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.
6.2. Öz vəzifələrini yerinə yetirmək üçün idarəedici təşkilatın hüquqları aşağıdakılardır:
6.2.1. sənaye məhəllələrinin rezidentlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək, onların yazılı müraciəti əsasında dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları qarşısında agent və təmsilçilik (“bir pəncərə”) funksiyasını yerinə yetirmək;
6.2.2. mövcud tariflərə uyğun olaraq məişət tullantılarının yığılması xidmətlərini göstərmək;
6.2.3. ofis, konsaltinq, laboratoriya müayinəsi, biznes-inkubasiya, treninq, peşə hazırlığı, marketinq, hüquq, logistika, rabitə, mühafizə, ictimai iaşə, təşviqat, xarici iqtisadi əməliyyatlarla bağlı məsləhət xidmətlərinin və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün qanunla qadağan olunmayan digər xidmətlərin göstərilməsini müqavilə əsasında təmin etmək;
6.2.4. sənaye məhəlləsində məhsul istehsalının dəyər zənciri üzrə inkişaf etdirilməsi və ixracının dəstəklənməsi ilə bağlı təkliflərin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
6.2.5. sənaye məhəlləsində innovativ texnologiyaların, texnika və materialların tətbiqi, eləcə də istifadəsi ilə bağlı tədbirlər görmək;
6.2.6. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
6.3. Özəl sənaye məhəllələrinə münasibətdə bu Əsasnamənin 6.1.1-ci, 6.1.3-cü, 6.1.3-1-ci, 6.1.4-1-ci, 6.1.5-ci, 6.1.6-cı, 6.1.8-ci, 6.1.9-cu, 6.1.10-cu, 6.2.2-ci və 6.2.3-cü yarımbəndlərində nəzərdə tutulmuş vəzifə və hüquqlar həmin sənaye məhəlləsinin yaradılması barədə qərar qəbul etmiş sahibkarlıq subyekti tərəfindən həyata keçirilir. Özəl sənaye məhəlləsinin fəaliyyəti barədə illik hesabat onun yaradılması barədə qərar qəbul etmiş sahibkarlıq subyekti tərəfindən idarəedici təşkilata təqdim olunur.
6.4. Sənaye məhəlləsinin idarə olunması üçün müsabiqə əsasında operator seçilə və idarəetmə sazişinə əsasən sənaye məhəlləsinin idarəetmə və təsərrüfat fəaliyyətinin icrası ilə bağlı bu Əsasnamənin 6.1.1-ci, 6.1.4-cü (dövlət tərəfindən yaradılan sənaye məhəllələrinə münasibətdə), 6.1.6-cı, 6.1.9-cu, 6.1.11-ci, 6.2.2-ci və 6.2.3-cü yarımbəndlərində nəzərdə tutulmuş funksiyaların həyata keçirilməsi ona həvalə edilə bilər. Operator seçildiyi halda onunla idarəetmə sazişinin imzalanması və operator tərəfindən idarəetmə sazişindən irəli gələn vəzifələrin icrasına nəzarəti dövlət tərəfindən yaradılan sənaye məhəllələrinə münasibətdə idarəedici təşkilat, özəl sənaye məhəllələrinə münasibətdə isə həmin sənaye məhəlləsinin yaradılması barədə qərar qəbul etmiş sahibkarlıq subyekti həyata keçirir.
7.1. İdarəedici təşkilatın gəlirləri aşağıdakı mənbələrdən formalaşır:
7.1.1. sənaye məhəlləsinin inzibati, ictimai iaşə və istehsal təyinatlı obyektlərinin İcarəyə verilməsindən əldə olunan gəlirin “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 1-ci hissəsinin dördüncü abzası ilə müəyyən edilmiş hissəsindən;
7.1.1-1. sənaye məhəlləsinin idarə edilməsinə (onun infrastrukturdan və istehsal sahələrindən istifadəyə), həmçinin göstərilən xidmətlərə görə alınan haqlardan;
7.1.2. mövcud tariflərə uyğun olaraq məişət tullantılarının yığılması xidmətlərindən;
7.1.3. kreditlərdən, qrantlardan, ianələrdən;
7.1.4. müxtəlif məsləhət, mühafizə xidmətlərindən və qadağan olunmayan digər mənbələrdən.
8.1. Sənaye məhəlləsində fəaliyyət göstərmək üçün hüquqi şəxslər və fərdi sahibkarlar bu Əsasnamə ilə müəyyən edilmiş qaydada sənaye məhəlləsinin rezidenti kimi qeydiyyatdan keçərək “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsini almalıdırlar.
8.1-1. Sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.77-1-ci maddəsi ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.
8.2. Hüquqi şəxslər və fərdi sahibkarlar sənaye məhəlləsinin rezidenti kimi qeydiyyatdan keçmək üçün “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ərizə ilə idarəedici təşkilata müraciət edirlər.
8.3. İdarəedici təşkilat ərizəni “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edir, qeydiyyata alır və ərizəyə əlavə edilmiş sənədlərin “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan, ərizəçinin sənaye məhəlləsinin rezidenti kimi qeydiyyata alınmasından imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq, idarəedici təşkilat onların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.
8.4. Ərizəçi həmin çatışmazlıqları məlumatı aldığı gündən ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman qeydiyyat müddətinin axımı dayandırılır. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur. Ərizəçi ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları 10 (on) iş günü müddətində aradan qaldırmadıqda idarəedici təşkilat ərizənin baxılmamış saxlanılması haqqında qərar qəbul edir və bu barədə məlumatı 2 (iki) iş günü müddətində ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir. Ərizəçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra sənaye məhəlləsinin rezidenti kimi qeydiyyata alınması üçün təkrar ərizə ilə idarəedici təşkilata müraciət edə bilər.
8.5. Ərizəçi tərəfindən təqdim edilən layihə aşağıdakı qiymətləndirmə meyarlarına uyğun olaraq idarəedici təşkilat tərəfindən qiymətləndirilir:
8.5.1. layihənin sosial-iqtisadi əhəmiyyəti;
8.5.2. layihənin sənaye məhəlləsinin profilinə uyğunluğu;
8.5.3. layihənin ətraf mühitə təsiri;
8.5.4. layihənin yeni iş yerlərinin açılmasına təsiri.
8.6. İdarəedici təşkilat təqdim olunan ərizəyə və ona əlavə edilən sənədlərə baxılmasının nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 7 (yeddi) iş günündən gec olmayaraq ərizəçinin sənaye məhəlləsinin rezidenti kimi qeydiyyata alınması haqqında qərar qəbul edir və ərizəçiyə bu Əsasnamənin 2 nömrəli əlavəsində müəyyən olunmuş formaya uyğun sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsini verir və ya qeydiyyat şəhadətnaməsinin verilməsindən imtinaya dair əsaslandırılmış qərar qəbul edir.
8.6-1. İdarəedici təşkilat sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumunu ödəmək vəzifəsi barədə 2 (iki) iş günü müddətində ərizəçiyə şifahi və ya yazılı formada məlumat verir. Ərizəçi tərəfindən məlumat alındığı tarixdən 5 (beş) iş günü müddətində sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumu ödənilir və ödənişi təsdiq edən sənəd idarəedici təşkilata təqdim edilir.
8.6-2. Ərizəçi tərəfindən dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd təqdim edildikdən sonra sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsi 2 (iki) iş günündən gec olmayaraq ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd bu Əsasnamənin 8.6-1-ci bəndində nəzərdə tutulan müddətdə təqdim edilmədikdə idarəedici təşkilat tərəfindən sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsi ləğv edilir və bu barədə məlumat 2 (iki) iş günü müddətində ərizəçiyə göndərilir.
8.7. Ərizəçinin sənaye məhəlləsinin rezidenti kimi qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edilir:
8.7.1. ərizəçi tərəfindən təqdim edilən layihə bu Əsasnamənin 8.5-ci bəndinin tələblərinə uyğun olmadıqda;
8.7.2. ərizədə və ona əlavə olunan sənədlərdə təhrif olunmuş məlumatlar olduqda, yaxud sənədlər tam təqdim edilmədikdə (bu Əsasnamənin 8.3-cü bəndinin ikinci cümləsində nəzərdə tutulmuş hal istisna edilməklə).
8.8. Hüquqi şəxslər və fərdi sahibkarlar sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsini aldıqları gündən sənaye məhəlləsinin rezidenti hesab edilirlər. Sənaye məhəlləsinin və onun rezidentlərinin reyestri bu Əsasnamənin 3 nömrəli əlavəsinə uyğun qaydada aparılır.
9.1. Dövlət tərəfindən yaradılan sənaye məhəlləsinin rezidenti qeydiyyat şəhadətnaməsini aldıqdan sonra, 30 (otuz) gün ərzində idarəedici təşkilatla sənaye məhəlləsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə və 6 (altı) ay ərzində bu Əsasnamənin 4 nömrəli əlavəsində göstərilən nümunəvi formaya uyğun olaraq idarəedici təşkilatla sənaye məhəlləsinin ərazisində dövlət mülkiyyətində olan tikilinin və (və ya) torpaq sahəsinin icarə (subicarə) müqaviləsini (bu Əsasnamənin 9.1-1-ci bəndinə əsasən torpaq sahəsini və digər daşınmaz əmlakı icarəyə (subicarəyə) götürmüş hüquqi və fiziki şəxslər istisna olmaqla) bağlayır. Özəl sənaye məhəlləsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə, tikilinin və (və ya) torpaq sahəsinin icarə (subicarə) müqaviləsi həmin sənaye məhəlləsinin yaradılması barədə qərar qəbul etmiş sahibkarlıq subyekti ilə bağlanılır və onların surəti 10 (on) iş günü müddətində idarəedici təşkilata təqdim olunur.
9.1-1. Bu Əsasnamənin 6.1.3-1-ci yarımbəndi nəzərə alınmaqla onun rezidentinin istifadəsində (mülkiyyətində) olan torpaq sahəsini və digər daşınmaz əmlakları icarəyə (subicarəyə) götürmüş hüquqi və fiziki şəxslər bu Əsasnamənin 8-ci hissəsi ilə müəyyən olunmuş qaydada sənaye məhəlləsinin rezidenti kimi qeydiyyatdan keçməlidirlər.
9.2. Sənaye məhəlləsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə tərəflərin razılaşması ilə müəyyən edilmiş müddətə bağlanılır. Müqavilənin müddətinin bitməsinə 30 (otuz) gün qalmış tərəflərdən biri müqavilənin ləğv edilməsi ilə bağlı digər tərəfə yazılı bildiriş təqdim etməmişdirsə, müqavilə həmin müddətə uzadılmış hesab edilir.
9.3. Sənaye məhəlləsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqaviləyə xitam verilməsi tikilinin və (və ya) torpaq sahəsinin İcarə müqaviləsinin, sənaye məhəlləsinin rezidentinin qeydiyyatının və qeydiyyat şəhadətnaməsinin ləğvinə səbəb olur. Sənaye məhəlləsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və müqavilədə göstərilən hallar istisna olmaqla idarəedici təşkilat və özəl sənaye məhəlləsinin yaradılması barədə qərar qəbul etmiş sahibkarlıq subyekti tərəfindən birtərəfli qaydada ləğv edilə bilməz.
9.4. Sənaye məhəlləsinin rezidenti qeydiyyata və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair imzalanmış müqaviləyə xitam verilməsindən inzibati qaydada və məhkəməyə şikayət etmək hüququna malikdir.
10.1. Sənaye məhəlləsi ilə bağlı aşağıdakı stimullaşdırıcı tədbirlər müəyyən edilə bilər:
10.1.1. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 5-ci hissəsinə və “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 1-ci hissəsinin ikinci abzasına əsasən torpaq sahəsinin və tikililərin İcarə haqqının aşağı həddə müəyyən edilməsi;
10.1.2. güzəştli kreditlərin verilməsi;
10.1.3. inzibati prosedurların sadələşdirilməsi;
10.1.4. sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün xidmətlərin təşkili.
11.1. Sənaye məhəlləsinin fəaliyyəti üçün ayrılmış torpaq sahələri üzərində idarəetmə sənaye məhəlləsinin fəaliyyəti müddətində müvafiq olaraq idarəedici təşkilat və özəl sənaye məhəlləsinin yaradılması barədə qərar qəbul etmiş sahibkarlıq subyekti tərəfindən həyata keçirilir.
11.2. Sənaye məhəlləsinin ərazisində torpaqlar sənaye məhəlləsinin rezidentlərinə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair imzalanmış müqavilənin müddətinə uyğun olaraq icarəyə (subicarəyə) verilir.
11.3. Sənaye məhəlləsinin rezidentinə icarəyə verilmiş torpaq sahəsinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilədə göstərilməyən məqsədlər üçün istifadəsinə yol verilmir.
12.1. Sənaye məhəlləsinin yaradılması və fəaliyyətinin təşkili dövlət tərəfindən yaradılan sənaye məhəllələrinə münasibətdə dövlət büdcəsinin vəsaiti, idarəedici təşkilatın əldə etdiyi gəlirlər və qanunla qadağan olunmayan digər mənbələr, özəl sənaye məhəllələrinə münasibətdə isə onun yaradılması barədə qərar qəbul etmiş sahibkarlıq subyektinin gəlirləri və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
13.1. Sənaye məhəlləsinin yaradılması haqqında qərar qəbul edildikdən sonra, 5 (beş) il ərzində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair heç bir müqavilə bağlanılmadıqda və ya əvvəl bağlanılmış müqavilələr qüvvədən düşdükdə sənaye məhəlləsi ləğv edilir.
13.2. Sənaye məhəlləsinin ləğv edilməsi haqqında qərar qəbul edildiyi tarixdən 1 (bir) ay sonra qüvvəyə minir.
13.3. Sənaye məhəlləsinin ləğv edilməsi idarəedici təşkilatın və özəl sənaye məhəlləsinin yaradılması barədə qərar qəbul etmiş sahibkarlıq subyektinin ləğv edilməsinə səbəb olmur. Sənaye məhəlləsinin ləğv edilməsi onun rezidenti olmuş hüquqi şəxslərin və fərdi sahibkarların həmin ərazidə fəaliyyətlərini davam etdirmələrinə mane olmur.
Qeyd. Bu Əsasnamədə dəyişikliklər Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırıldıqdan sonra edilə bilər.
Qeydiyyata alındığı tarix: ___________________
Əsas: ___________________________________ ___________ tarixli
__________________ ___________ _________________________
(məsul şəxsin vəzifəsi) (imzası) (soyadı, adı)
1.1. Bu Qayda sənaye məhəlləsinin və onun rezidentlərinin reyestrinin aparılması ilə əlaqədar qaydaları müəyyən edir.
1.2. Sənaye məhəlləsinin və onun rezidentlərinin reyestri (bundan sonra – reyestr) idarəedici təşkilat tərəfindən aparılır.
1.3. Reyestr informasiya ehtiyatıdır, onun istifadəsi və mühafizəsi idarəedici təşkilat tərəfindən təmin edilir.
2.1. Reyestr təqvim illərinə əsasən və hər sənaye məhəlləsi üzrə ayrıca aparılır.
2.2. Reyestr kağız (reyestr kitabı) və elektron formada tərtib edilir və Azərbaycan dilində aparılır. Kağız və elektron daşıyıcılardakı qeydlər arasında uyğunsuzluq olduqda, kağız daşıyıcılar üzərində olan qeydlərə üstünlük verilir.
2.3. Reyestr kitabı qaytanlanır, idarəedici təşkilatın səlahiyyətli vəzifəli şəxsi tərəfindən imzalanır və möhürlənir.
2.4. Reyestrin elektron formada tərtib edilməsi təşkilati, metodoloji və texniki proqram prinsiplərinin tətbiqinə əsaslanmaqla dövlətin digər informasiya sistemləri və şəbəkələri ilə onun qarşılıqlı əlaqədə fəaliyyət göstərməsini təmin edir.
2.4-1. Özəl sənaye məhəlləsi barədə məlumatlar onun yaradılması ilə bağlı qərar qəbul etmiş sahibkarlıq subyektinin təklifinə, dövlət tərəfindən yaradılan sənaye məhəlləsi haqqında məlumatlar isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən onun yaradılmasına dair qəbul edilmiş qərara əsasən Reyestrə daxil edilir.
2.5. Reyestr aşağıdakılardan ibarətdir:
2.5.1. sənaye məhəllələri barədə məlumatlar;
2.5.2. rezident olan hüquqi şəxslər və fərdi sahibkarlar barədə məlumatlar;
2.5.3. sənaye məhəlləsinin və onun rezidentinin qeydiyyatı və ləğvi barədə məlumatlar;
2.5.4. reyestrə daxil edilmiş məlumatlarda dəyişikliklər;
2.5.5. sənaye məhəlləsinin və onun rezidenti kimi qeydiyyata alınmaq üçün təqdim edilmiş sənədlər.
2.5-1. Reyestrə sənaye məhəlləsinə dair aşağıdakı məlumatlar daxil edilir:
2.5-1.1. yaradılması barədə aktın tarixi, nömrəsi və növü;
2.5-1.2. adı, yaradılmasının məqsədi və fəaliyyət profili;
2.5-1.3. ərazisinin ölçüsü və yerləşdiyi inzibati ərazi vahidi;
2.5-1.5. məlumatın reyestrdə qeydiyyat tarixi və nömrəsi;
2.5-1.6. reyestrə daxil edilmiş məlumatlarda dəyişikliklər barədə qeyd.
2.6. Reyestrə aşağıdakı məlumatlar daxil edilir:
2.6.1. hüquqi şəxs olan rezidentin tam adı və təşkilati-hüquqi forması;
2.6.2. fərdi sahibkar olan rezidentin soyadı, adı və atasının adı;
2.6.3. rezidentin hüquqi (fəaliyyət) ünvanı;
2.6.4. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;
2.6.5. hüquqi şəxs olan rezidentin səlahiyyətli nümayəndəsinin (təmsilçisinin) soyadı, adı, atasının adı və ünvanı;
2.6.6. rezidentin sənaye məhəlləsində qeydiyyata alınması və qeydiyyatının ləğvi haqqında qərarın tarixi və nömrəsi.
2.6-1. Dövlət sənaye məhəlləsinin yaradılması barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən qərar qəbul edildikdən, özəl sənaye məhəlləsi isə idarəedici təşkilat tərəfindən qeydiyyata alındıqdan sonrakı 10 (on) iş günündən gec olmayaraq, bu barədə məlumatlar reyestrə daxil edilir.
2.7. İdarəedici təşkilat hüquqi şəxsin və fərdi sahibkarın sənaye məhəlləsinin rezidenti kimi qeydiyyata alınması və ya qeydiyyatının ləğvi haqqında qərar qəbul etdikdən sonra 5 (beş) iş günündən gec olmayaraq reyestrə məlumatları daxil edir.
2.7-1. Sənaye məhəlləsinə vahid və təkrarolunmaz 5 (beş) rəqəmdən ibarət qeydiyyat nömrəsi verilir. Qeydiyyat nömrəsindəki ilk 3 (üç) rəqəm sənaye məhəlləsinin reyestrdəki sıra nömrəsini, növbəti iki rəqəm qeydiyyata alındığı ilin son iki rəqəmini göstərir. Qeydiyyat nömrəsi reyestrdə və reyestrdən çıxarışda əks olunur.
2.8. Sənaye məhəlləsinin rezidentinə vahid və təkrarolunmaz 11 rəqəmdən ibarət qeydiyyat nömrəsi verilir. Qeydiyyat nömrəsinin ilk üç rəqəmi rezidentin reyestrdəki sıra nömrəsini, növbəti iki rəqəm rezidentin sənaye məhəlləsində qeydiyyata alındığı ilin son iki rəqəmini, növbəti altı rəqəm isə vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin üçüncü-səkkizinci rəqəmlərini göstərir. Qeydiyyat nömrəsi reyestrdə, sənaye məhəlləsinin qeydiyyat şəhadətnaməsində və reyestrdən çıxarışda əks olunur.
2.9. Sənaye məhəlləsinin və onun rezidentinin qeydiyyatı ləğv edildikdə, onların qeydiyyat nömrəsi silinmir, başqasına verilmir və bu barədə reyestrdə qeyd aparılır.
2.10. Reyestrə daxil edilən məlumatlarda dəyişikliklər baş verdikdə, özəl sənaye məhəlləsinin qeydiyyatı ilə bağlı təklif təqdim edən sahibkarlıq subyekti, habelə sənaye məhəlləsinin rezidenti bu barədə idarəedici təşkilata məlumat verməlidir. Məlumat daxil olduqdan sonra 5 (beş) iş günündən gec olmayaraq, idarəedici təşkilat tərəfindən reyestrdə müvafiq dəyişikliklər edilməlidir.
2.11. Reyestr məlumatlarındakı dəyişikliklərlə bağlı reyestr kitabında qeydlər aparılarkən ilkin məlumatlara, habelə həmin məlumatlarla əlaqəli digər dəyişikliklərə sıra nömrəsinə uyğun istinadlar edilir.
2.12. Reyestrdə dəyişiklik edilərkən, o cümlədən özəl sənaye məhəlləsinin qeydiyyatı ilə bağlı təklif təqdim edən və rezident olan hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, rezident olan fərdi sahibkarın soyadı, adı və atasının adı dəyişdikdə qeydiyyat nömrəsi dəyişilmir.
2.13. Reyestrə məlumatlar daxil edildikdən, sənaye məhəlləsinin rezidentinə qeydiyyat şəhadətnaməsi verildikdən, sənaye məhəlləsinin və onun rezidentinin qeydiyyatının ləğvi barədə qərar qəbul edildikdən sonra idarəedici təşkilat 2 (iki) iş günü ərzində bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə (Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələrinə münasibətdə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə) rəsmi məlumat təqdim etməlidir.
2.14. Hüquqi şəxslərin və fərdi sahibkarların sənaye məhəlləsinin və onun rezidenti kimi qeydiyyata alınması və qeydiyyatının ləğvi barədə məlumat “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla idarəedici təşkilatın internet informasiya ehtiyatında açıqlanır.
3.1. Özəl sənaye məhəlləsinin qeydiyyatı ilə bağlı təklif təqdim edən sahibkarlıq subyekti və sənaye məhəlləsinin rezidenti özü barəsində reyestrdəki məlumatlarla tanış olmaq, reyestrdən çıxarışı və sənaye məhəlləsinin və onun rezidenti kimi qeydiyyata alınmaq üçün təqdim etdiyi sənədlərin surətlərini almaq hüququna malikdir.
3.2. Reyestrdən çıxarış idarəedici təşkilatın səlahiyyətli vəzifəli şəxsinin imzası ilə verilir və möhürlə təsdiq edilir.
3.3. Reyestrdən çıxarış “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sorğu əsasında üçüncü şəxslərə də verilir. Bu halda reyestrdən çıxarışda əks olunan məlumatlar (özəl sənaye məhəlləsinin qeydiyyatı ilə bağlı təklif təqdim edən sahibkarlıq subyekti və rezident olan hüquqi şəxsin təsisçiləri və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) sorğuya uyğun verilir.
4.1. Reyestr məlumatlarını əks etdirən, həmçinin sənaye məhəlləsinin və onun rezidenti kimi qeydiyyata alınmaq üçün təqdim edilən sənədlər, o cümlədən sənaye məhəlləsinin qeydiyyat şəhadətnaməsi və reyestrdən çıxarış “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mühafizə edilmək üçün arxivə verilir.
Bir tərəfdən ______________________________________ (bundan sonra – İcarəyə verən)
(dövlət tərəfindən yaradılan sənaye məhəlləsinin idarəedici təşkilatının və ya özəl sənaye məhəlləsinin yaradılması barədə qərar qəbul etmiş sahibkarlıq subyektinin adı, VÜEN-i)
və digər tərəfdən _______________________________________(bundan sonra – İcarəçi)
(sənaye məhəlləsinin rezidentinin adı, VÜEN-i)
Nümunəvi Əsasnaməyə uyğun olaraq və ________________________________ idarəedici
təşkilatın sənaye məhəlləsinin rezidentinin qeydiyyatı haqqında ___________ 20______ il tarixli ______ nömrəli qərarı əsasında aşağıdakılar barəsində razılığa gələrək bu İcarə Müqaviləsini imzalayırlar.
Bu İcarə Müqaviləsində İcarəyə verən və İcarəçi ayrı-ayrılıqda “Tərəf”, birlikdə isə “Tərəflər” adlandırılır.
1.1. Bu İcarə Müqaviləsinin mətnində, o cümlədən preambulasında:
1.1.1. İcarə Müqaviləsi – bütün Tərəflərin imzaladığı və yazılı şəkildə dəyişiklik, müddətin uzadılması və digər düzəlişlər daxil olmaqla bütün əlavələrlə birlikdə bu Müqavilə deməkdir;
1.1.2. sənaye məhəlləsi – Azərbaycan Respublikasının Prezidenti və ya sahibkarlıq subyekti tərəfindən yaradılan _____________________ sənaye məhəlləsi deməkdir;
(sənaye məhəlləsinin adı)
1.1.3. Nümunəvi Əsasnamə – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20___ il ____ _____________ tarixli ____ nömrəli qərarı ilə təsdiq edilmiş “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə” deməkdir;
1.1.4. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə – Nümunəvi Əsasnamənin 9.1-ci bəndinə uyğun olaraq sənaye məhəlləsinin idarəedici təşkilatı və ya yaradılması barədə qərar qəbul etmiş sahibkarlıq subyekti ilə rezidenti arasında imzalanan sənaye məhəlləsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə deməkdir;
1.1.5. tikili – sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilədə göstərilən məqsədlə bu İcarə Müqaviləsi əsasında İcarəyə verilən, sənaye məhəlləsində olan tikili deməkdir;
1.1.6. torpaq sahəsi – sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilədə göstərilən məqsədlə bu İcarə Müqaviləsi əsasında İcarəyə verilən, sənaye məhəlləsində olan torpaq sahəsi deməkdir;
1.1.7. İcarə ili – bu İcarə Müqaviləsinin 10.2-ci bəndinə uyğun olaraq İcarə müddətinin başlandığı tarixdən sonra gələn ardıcıl 12 (on iki) aydan artıq olmayan müddət deməkdir.
2.1. Bu İcarə Müqaviləsinə görə İcarəyə verən sənaye məhəlləsində olan və ____________________________________________ ünvanında yerləşən tikilini və (və ya) ______ ha torpaq sahəsini İcarəçinin müddətli istifadəsinə verməyi, İcarəçi isə həmin tikilinin və (və ya) torpaq sahəsinin istifadəsinə görə bu İcarə Müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və qaydada İcarə haqqı ödəməyi öhdəsinə götürür.
2.2. Bu İcarə Müqaviləsinin 2.1-ci bəndində göstərilən tikili və (və ya) torpaq sahəsi Nümunəvi Əsasnamənin 9.1-ci bəndinə əsasən bağlanılan sənaye məhəlləsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilədə göstərilən məqsədlər üçün İcarəyə verilir. Bu İcarə Müqaviləsi əsasında İcarəyə verilmiş tikilinin və (və ya) torpaq sahəsinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilədə göstərilməyən məqsədlər üçün istifadəsinə, habelə mülkiyyətçinin yazılı razılığı olmadan digər şəxslərə subicarəyə verilməsinə, İcarə hüququnun girov qoyulmasına və ya güzəşt edilməsinə (ötürülməsinə) yol verilmir.
2.3. Tikilinin və (və ya) torpaq sahəsinin İcarəçiyə verilməsi və bu İcarə Müqaviləsinə xitam verildikdən sonra tikilinin və (və ya) torpaq sahəsinin İcarəyə verənə qaytarılması Tərəflər arasında imzalanan akt ilə rəsmiləşdirilir. Tikilinin və (və ya) torpaq sahəsinin İcarəçiyə verilməsi ilə bağlı akt bu İcarə Müqaviləsinin qüvvəyə mindiyi tarixdən 5 (beş) iş günü ərzində imzalanır. Bu İcarə Müqaviləsinə xitam verildikdə tikilinin və (və ya) torpaq sahəsinin İcarəyə verənə qaytarılması ilə bağlı akt torpaq sahəsində İcarəyə verənin razılığı ilə İcarəçi tərəfindən yaradılan istehsal sahələrinin, quraşdırılan avadanlıq və qurğuların müqəddəratının Tərəflər arasında müəyyən edilən ağlabatan müddətdə həll edildiyi tarixdən 5 (beş) iş günü ərzində imzalanır.
2.4. İcarəyə verən tikilini və (və ya) torpaq sahəsini əşyaların və hüquqların yüklülüyündən azad şəkildə, bu İcarə Müqaviləsi üzrə istifadəyə yararlı vəziyyətdə İcarəçiyə təhvil verir.
2.5. İcarəyə verilən tikilinin və (və ya) torpaq sahəsinin plan və ölçüsü bu İcarə Müqaviləsinə əlavə olunur. Plan və ölçü bu İcarə Müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab olunur.
2.6. Bu İcarə Müqaviləsi əsasında tikili və (və ya) torpaq sahəsi üzərində yaranmış İcarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır.
2.7. İcarəyə verilmiş torpaq sahəsində İcarəçi tərəfindən yaradılan istehsal sahələri, quraşdırılan avadanlıq və qurğular onun mülkiyyəti hesab olunur.
3.1. İcarəyə verənin hüquqları aşağıdakılardır:
3.1.1. İcarəyə verilmiş tikilinin və (və ya) torpaq sahəsinin təyinatı üzrə istifadəsinə və İcarə Müqaviləsinin şərtlərinə əməl edilməsinə nəzarət etmək;
3.1.2. İcarəyə verilmiş tikilinin və (və ya) torpaq sahəsinin istifadəsi, keyfiyyətinin yaxşılaşdırılması, qorunması və mühafizəsi barədə İcarəçidən məlumat almaq;
3.1.3. İcarə müqaviləsinin dəyişdirilməsi, ləğv edilməsi və uzadılması barədə İcarəçiyə təkliflər vermək;
3.1.4. İcarəçinin təqsiri üzündən İcarəyə verilmiş tikilinin və (və ya) torpaq sahəsinə vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək;
3.1.5. İcarəyə verilmiş torpaq sahəsində İcarəyə verənin razılığı olmadan tikilmiş və quraşdırılmış binaların, qurğuların sökülməsini tələb etmək.
3.2. İcarəyə verənin vəzifələri aşağıdakılardır:
3.2.1. İcarə Müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunvericiliyinə riayət etmək;
3.2.2. İcarəyə verilmiş tikilini və (və ya) torpaq sahəsini bu İcarə Müqaviləsi və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada İcarəçiyə təhvil vermək;
3.2.3. bu İcarə Müqaviləsinin müddəti bitdikdə İcarəyə verilmiş tikilinin və (və ya) torpaq sahəsinin İcarəyə götürülməsini ilk növbədə İcarəçiyə təklif etmək;
3.2.4. bu İcarə Müqaviləsinə xitam verildikdə üzünün razılığı ilə tikilinin və (və ya) torpaq sahəsinin yaxşılaşdırılması ilə bağlı İcarəçinin çəkdiyi xərclərin əvəzini ödəmək.
4.1. İcarəçinin hüquqları aşağıdakılardır:
4.1.1. tikilidən və (və ya) torpaq sahəsindən bu İcarə Müqaviləsi və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə ilə müəyyən edilmiş həddə sərbəst istifadə etmək;
4.1.2. İcarəyə verənin təqsiri üzündən bu İcarə Müqaviləsinə uyğun tikilidən və (və ya) torpaq sahəsindən istifadədən məhrum olarsa, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək;
4.1.3. İcarə Müqaviləsinin dəyişdirilməsi, ləğv edilməsi və uzadılması üçün İcarəyə verənə təklif vermək;
4.1.4. İcarəyə götürülmüş torpaq sahəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqaviləyə uyğun olaraq istehsal sahələri qurmaq, digər tikililər, avadanlıqlar və qurğular quraşdırmaq;
4.1.5. İcarəyə götürülmüş dövlət mülkiyyətində olan torpaq sahəsi özəlləşdirildiyi halda, həmin sahənin satın alınmasında üstünlük hüququna malik olmaq;
4.1.6. bu İcarə Müqaviləsinin müddəti bitdikdə İcarəyə götürülmüş tikilinin və (və ya) torpaq sahəsinin İcarəyə götürülməsində üstünlük hüququna malik olmaq və tikilinin və (və ya) torpaq sahəsinin ilk növbədə ona təklif olunmasını İcarəyə verəndən tələb etmək;
4.1.7. qonşu torpaq mülkiyyətçilərinin və istifadəçilərinin torpaq sahələrinə servitut qoyulmasını İcarəyə verəndən tələb etmək;
4.1.8. bu İcarə Müqaviləsinə xitam verildikdə İcarəyə verənin razılığı ilə tikilinin və (və ya) torpaq sahəsinin yaxşılaşdırılması ilə bağlı çəkdiyi xərclərin əvəzinin ödənilməsini İcarəyə verəndən tələb etmək.
4.2. İcarəçinin vəzifələri aşağıdakılardır:
4.2.1. İcarəyə götürülmüş tikilidən və (və ya) torpaq sahəsindən bu İcarə Müqaviləsinə və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqaviləyə uyğun olaraq təyinatı üzrə istifadə etmək;
4.2.2. İcarə Müqaviləsinin şərtlərinə və torpaq qanunvericiliyinin tələblərinə riayət etmək;
4.2.3. İcarəyə götürülmüş tikilini və (və ya) torpaq sahəsini bu İcarə Müqaviləsinə xitam verildikdən sonra İcarəyə verənə qaytarmaq;
4.2.4. İcarəyə götürülmüş tikiliyə və (və ya) torpaq sahəsinə, ətraf mühitə və əhalinin sağlamlığına ziyan vurmamaq;
4.2.5. tikilidən və (və ya) torpaq sahəsindən istifadəyə görə İcarə haqqını və torpaq vergisini tam və vaxtında ödəmək.
5.1. Bu İcarə Müqaviləsi üzrə İcarəyə verilən tikilidən və (və ya) torpaq sahəsindən istifadəyə görə İcarə haqqı Nümunəvi Əsasnamənin 10.1.1-ci yarımbəndinə, “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların İcarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 23 dekabr tarixli 226 nömrəli qərarına və “Dövlət əmlakının (mənzil fondundan başqa) İcarəyə verilməsi üçün İcarə haqqının minimum məbləği”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 noyabr tarixli 191 nömrəli qərarına uyğun olaraq illik ________ manat məbləğində müəyyən olunur. İcarə haqqının tərkibinə torpaq vergisi daxil deyildir.
5.2. İcarəçi İcarə haqqını bu İcarə Müqaviləsinin 10.2-ci bəndinə əsasən İcarə müddətinin başlandığı tarixdən etibarən hesablanan İcarə ilinin sonunadək İcarəyə verənlə razılaşdırılmış ödəniş cədvəlinə uyğun olaraq ödəyir.
5.3. İcarə haqqı nağdsız formada ödənilir. İcarəçi İcarə haqqının ödənilməsini təsdiq edən sənədin surətini ödəniş həyata keçirildikdən sonra 5 (beş) iş günü ərzində İcarəyə verənə təqdim edir.
5.4. İcarəçi bu İcarə Müqaviləsinin 5.2-ci bəndinə uyğun olaraq nəzərdə tutulmuş müddətdə İcarə haqqını ilin sonunadək tam ödəmədikdə, gecikdirilmiş hər gün üçün ödənilməmiş məbləğin _____ %-i miqdarında dəbbə pulu ödəyir.
6.1. Tərəflər fors-major hallarında (təbii fəlakət, fövqəladə hal, müharibə, tətillər, iğtişaşlar, qanunvericilikdə dəyişikliklər və digər hadisələr) bu İcarə Müqaviləsinin şərtlərinə uyğun olaraq göstərilmiş vaxtda üz öhdəliklərini tam və lazımi qaydada icra edə bilmədikdə, həmin öhdəliyin icrası baş vermiş fors-major halının müddətinədək uzadılır.
6.2. Tərəf bu İcarə Müqaviləsi üzrə öhdəliyin icrasını gecikdirən fors-major hadisəsinin başlanması və bitməsi barədə digər Tərəfi 3 (üç) iş günü ərzində yazılı şəkildə məlumatlandırmalıdır.
7.1. Açıqlanması qanunla tələb olunan hallar, habelə bu İcarə Müqaviləsi haqqında bilməyə ehtiyacı olan və belə məlumatı konfidensial saxlamalı olan aşağıdakı şəxslər istisna olmaqla, Tərəf bu İcarə Müqaviləsi çərçivəsində yaranan və ya əldə edilən hər hansı məlumatı və sənədi digər Tərəfin yazılı razılığı olmadan üçüncü tərəfə ötürə və ya açıqlaya bilməz:
7.1.1. üzünün auditorlarına, hüquq və maliyyə məsləhətçilərinə, banklara və sığorta təşkilatlarına;
7.1.2. tələb olunan həddə reytinq agentliyinə və ya birjaya;
7.1.3. dövlət orqanlarına (qurumlarına).
8.1. Tərəf bu İcarə Müqaviləsi üzrə üz öhdəliyini tam və ya lazımi qaydada icra etmədikdə digər Tərəfə dəymiş zərərin əvəzini ödəməlidir.
8.2. İcarəçi bu İcarə Müqaviləsinin 2.3-cü bəndinin sonuncu cümləsində müəyyən edilmiş qaydada və müddətdə tikilini və (və ya) torpaq sahəsini İcarəyə verənə qaytarmadıqda qaytarılmayan hər gün üçün ________ manat dəbbə pulu ödəməlidir.
8.3. Bu İcarə Müqaviləsinə uyğun olaraq dəbbə pulunun ödənildiyi hallarda zərər vuran Tərəf zərərin dəbbə pulundan artıq olan hissəsini tam həcmdə ödəyir.
8.4. Bu İcarə Müqaviləsinə xitam verilməsi Tərəfləri bu İcarə Müqaviləsinin şərtlərinin pozulması ilə bağlı məsuliyyətdən azad etmir.
9.1. Bu İcarə Müqaviləsi və ondan irəli gələn münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tənzimlənir.
9.2. Bu İcarə Müqaviləsinin bağlanılması və icrası zamanı yaranan bütün mübahisələr Tərəflərin qarşılıqlı razılığı ilə həll edilir.
9.3. Qarşılıqlı razılıq əldə edilmədikdə, Tərəflər arasında mübahisələr Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll olunur. Bu müddəa İcarə Müqaviləsinə xitam verildikdən sonra da üz qüvvəsini saxlayır.
10.1. Bu İcarə Müqaviləsi Tərəflər arasında imzalandığı tarixdən qüvvəyə minir.
10.2. İcarə müddəti bu İcarə Müqaviləsinin 2.3-cü bəndində göstərilən aktın imzalandığı tarixdən başlayır.
10.3. Bu İcarə Müqaviləsi ______ il müddətinə bağlanılır.
11.1. Bu İcarə Müqaviləsində Tərəflərin qarşılıqlı razılığına əsasən dəyişikliklər edilə bilər. Bu İcarə Müqaviləsində hər hansı dəyişiklik Tərəflərin imzaladıqları və bu İcarə Müqaviləsinin tərkib hissəsi olan protokolla rəsmiləşdirilir.
11.2. Bu İcarə Müqaviləsinin müddətinin bitməsinə azı 1 (bir) il qalmış Tərəf bu İcarə Müqaviləsinə xitam verilməsi və ya bu İcarə Müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi üçün digər Tərəfə yazılı bildiriş verə bilər. Bu İcarə Müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi Tərəflərin yazılı razılaşdırılması əsasında həyata keçirilir.
11.3. Bu İcarə Müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
11.3.1. İcarə Müqaviləsinin müddəti başa çatdıqda;
11.3.2. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqaviləyə xitam verildikdə;
11.3.3. İcarəçinin İcarəyə götürdüyü tikilidən və (və ya) torpaq sahəsindən istifadəsi bu İcarə Müqaviləsinin şərtlərinə uyğun gəlmədikdə;
11.3.4. İcarəçi İcarə haqqının və ya onun mühüm hissəsinin ödənilməsini 3 (üç) aydan çox gecikdirdikdə.
11.4. Bu İcarə Müqaviləsinin 11.3.3-cü və 11.3.4-cü yarımbəndlərində göstərilən hallar baş verdikdə, İcarəyə verən İcarəçiyə pozuntuların aradan qaldırılması üçün yazılı bildiriş verir. İcarəçi yazılı bildirişi aldığı tarixdən 30 (otuz) gün ərzində pozuntuları aradan qaldırmadıqda və ya aradan qaldırılması üçün heç bir tədbir görmədikdə, İcarəyə verən bu İcarə Müqaviləsinə xitam verə və vurulmuş zərəri tələb edə bilər.
12.1. Bu İcarə Müqaviləsi Azərbaycan dilində, habelə tələb olunduqda Tərəflər üçün məqbul sayılacaq dildə olmaqla eyni qüvvəyə malik _____ nüsxədə imzalanır və notarial qaydada təsdiq edilir. Nüsxələrdən biri İcarəyə verəndə, biri İcarəçidə, biri notariusda qalır, digəri isə torpaq sahəsi üzərində yaranmış İcarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün qeydiyyat orqanına təqdim edilir.
12.2. Bu İcarə Müqaviləsinin notarial qaydada təsdiqlənməsi və tikili və (və ya) torpaq sahəsi üzərində yaranmış İcarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xərclər İcarəçi tərəfindən ödənilir.
12.3. Bu İcarə Müqaviləsi üzrə Tərəflər arasında bütün yazışma (bildiriş, müraciət, məlumat və s.) faks, poçt xidməti və ya şəxsən çatdırılmaqla və müvafiq sənədin çatdırılması barəsində təsdiqedici sənəd almaqla həyata keçirilir. Hər hansı yazışma faks ilə göndərilmişdirsə, həmin yazışma göndərildiyi tarixdən sonra gələn iş günündə alınmış hesab olunur (bu şərtlə ki, müvafiq sənəd oxuna bilən formada alınmış olsun), poçt vasitəsilə göndərildikdə və ya şəxsən çatdırıldıqda, həmin yazışmanı alan Tərəf onu faktiki olaraq aldığı (alan tərəfə təhvil verildiyi) tarixdə alınmış hesab olunur.
12.4. Tərəflər arasında bu İcarə Müqaviləsi ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tənzimlənir.
12.5. Tərəf üz hüquqi ünvanında və bank rekvizitlərində dəyişiklik olduqda, bu barədə digər Tərəfi dərhal məlumatlandırır.
Hüquqi ünvanı __________________
VÜEN __________________________
Bank rekvizitləri_________________
İmzalayan şəxsin vəzifəsi, adı, soyadı və imzası___________________________
_______________________________
Hüquqi ünvanı ________________
VÜEN ________________________
Bank rekvizitləri_________________
İmzalayan şəxsin vəzifəsi, adı, soyadı və imzası__________________________
1.1. Bu Qayda sənaye məhəlləsinin operatorunun (bundan sonra – operator) müsabiqə əsasında seçilməsi qaydasını müəyyən edir.
1.2. Müsabiqənin təşkilinin məqsədi sənaye məhəlləsinin daha səmərəli idarə olunmasını təmin etmək üçün sənaye məhəlləsinin hüdudlarında idarəetməni və təsərrüfat fəaliyyətini həyata keçirəcək hüquqi şəxsin seçilməsindən ibarətdir.
1.3. Müsabiqənin predmetini onun qalibi ilə idarəetmə sazişinin imzalanması təşkil edir.
1.4. Müsabiqənin təşkilatçısı qismində dövlət tərəfindən yaradılan sənaye məhəlləsinə münasibətdə idarəedici təşkilat, özəl sənaye məhəlləsinə münasibətdə isə onun yaradılması barədə qərar qəbul etmiş sahibkarlıq subyekti çıxış edir. Müsabiqənin keçirilməsi üçün idarəedici təşkilat və ya sahibkarlıq subyekti müsabiqə komissiyasını (bundan sonra – komissiya) təşkil edir. Komissiya hər bir müsabiqə üçün ayrıca yaradılır və müsabiqənin qalibi ilə idarəetmə sazişi imzalananadək fəaliyyət göstərir.
1.5. Komissiya üzvlərinin ümumi sayı təkrəqəmli və ən azı 5 (beş) nəfərdən ibarət olmalıdır. Komissiyanın sədri və katibi komissiya yaradılarkən dövlət tərəfindən yaradılan sənaye məhəlləsinə münasibətdə idarəedici təşkilatın, özəl sənaye məhəlləsinə münasibətdə isə onun yaradılması barədə qərar qəbul etmiş sahibkarlıq subyektinin nümayəndələrindən təyin olunur. Müsabiqənin təşkilatçısı komissiyanın tərkibinə digər qurumların nümayəndələrini və ekspertləri cəlb etmək hüququna malikdir.
1.6. Müsabiqənin elan edilməsi ilə başlayan və qalibi ilə təşkilatçı arasında idarəetmə sazişinin imzalanması ilə başa çatan müsabiqə prosesi 90 (doxsan) iş günündən artıq davam etməməlidir.
2.1. Müsabiqənin keçirilməsi üçün müsabiqənin təşkilatçısı bu Qaydaya uyğun olaraq aşağıdakıları həyata keçirir:
2.1.1. komissiyanı təşkil edir və onun tərkibini müəyyən edir;
2.1.2. müsabiqənin keçirilməsi haqqında məlumatın hazırlanmasını və dərc edilməsini təmin edir;
2.1.3. müsabiqədə iştirak etmək üçün ərizə və bu Qaydanın 2.6-cı bəndində göstərilən sənədləri qəbul edir, hər bir ərizəyə nömrə və verilmə tarixini qoymaqla (gün, ay, saat) qeydiyyatını aparır;
2.1.4. təqdim edilmiş sənədlərin düzgün tərtib olunmasını yoxlayır;
2.1.5. daxil olmuş ərizələri və onlara əlavə edilmiş sənədləri ərizələrin qəbul müddəti başa çatdıqdan sonra komissiyaya təqdim edir;
2.1.6. müsabiqənin nəticələri haqqında komissiyanın protokolunu təsdiq edir;
2.1.7. müsabiqənin nəticələri haqqında məlumatı dərc etdirir;
2.1.8. müsabiqənin qalibi ilə idarəetmə sazişi imzalayır;
2.1.9. müsabiqənin qalibi tərəfindən müsabiqənin şərtlərinə əməl edilməsinə nəzarəti həyata keçirir;
2.1.10. idarəetmə hüququnun müsabiqənin qalibinə keçməsini qanunvericiliklə müəyyən edilmiş qaydada təmin edir.
2.11. İştirakçılar müsabiqənin şərtləri əks olunmuş sənədlər toplusunun əldə edilməsi üçün müsabiqə təşkilatçısına ərizə ilə müraciət etməlidirlər.
2.2. Müsabiqənin şərtləri komissiya tərəfindən hazırlanır və elan olunduqdan sonra dəyişdirilə bilməz. Bu zaman iddiaçılar qarşısında aşağıdakı şərtlər qoyula bilər:
2.2.1. sənaye məhəlləsinin inkişafı məqsədilə müvafiq investisiya proqramının təqdim edilməsi;
2.2.2. ətraf mühitin qorunması ilə bağlı tədbirlər görülməsi;
2.2.3. sənaye məhəlləsinin fəaliyyət profilinin dəyişdirilməsinə məhdudiyyətlərin qoyulması (zəruri olan hallarda);
2.2.4. əlavə iş yerlərinin yaradılmasının dəstəklənməsi;
2.2.5. sənaye məhəlləsində əməkhaqqı və ona bərabər tutulan ödənişlər üzrə borcları ödəmə qabiliyyəti;
2.2.6. digər şərtlər.
2.3. Müsabiqənin keçirilməsi haqqında məlumat müsabiqənin keçirildiyi gündən ən azı 30 (otuz) gün əvvəl təşkilatçının rəsmi internet saytında (olduqda), həmçinin mediada dərc edilməlidir.
2.4. Müsabiqənin keçirilməsi haqqında məlumatda aşağıdakılar göstərilir:
2.4.1. müsabiqənin keçirilmə vaxtı və yeri;
2.4.2. müsabiqədə iştirak etmək istəyən hüquqi şəxsin tam rəsmi adı, hüquqi ünvanı, fəaliyyət növü və işçilərinin sayı;
2.4.3. iddiaçılar tərəfindən müsabiqə sənədləri toplusunun alınması qaydası, yeri və vaxtı;
2.4.4. müsabiqə sənədlərinin rəsmiləşdirilməsi qaydası;
2.4.5. müsabiqə təkliflərinin təqdim olunma müddəti, qiymətləndirilməsi meyarları və qaydası, o cümlədən müsabiqənin qalibi ilə idarəetmə sazişinin imzalanma müddəti.
2.5. Müsabiqə təşkilatçısının elan verməklə yanaşı, müsabiqədə iştirak üçün fərdi dəvət göndərmək hüququ vardır.
2.6. Müsabiqə sənədləri toplusuna aşağıdakılar daxildir:
2.6.1. sənaye məhəlləsi haqqında məlumat;
2.6.2. sənaye məhəlləsinin idarə olunmasına və inkişaf etdirilməsinə dair tələblər;
2.6.3. iştirakçılar haqqında məlumat formasının nümunəsi;
2.6.4. müsabiqə təklifləri formasının nümunəsi;
2.6.5. müsabiqədə iştirakçıların imkanlarının qiymətləndirilmə formasının nümunəsi;
2.6.6. idarəetmə sazişinin nümunəsi;
2.6.7. müsabiqə təşkilatçısına müsabiqə təkliflərinin təqdim edilməsi üçün zərflər.
3.1. Müsabiqədə mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq idarəetmə sahəsində xidmətlərin göstərilməsi üzrə təcrübəyə malik hüquqi şəxslər (bundan sonra – iştirakçılar) iştirak edə bilərlər.
3.2. Müsabiqədə iştirak etmək üçün ərizəni və bu Qaydada nəzərdə tutulmuş digər sənədləri vaxtında təqdim etmiş və müsabiqənin şərtlərini yerinə yetirmək üçün öhdəliklər götürmüş şəxslər iştirak edə bilərlər.
3.3. Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar iddiaçılardan tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi iddiaçıların razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya iddiaçılar tərəfindən təmin edilir.
3.4. İştirakçı müsabiqənin şərtlərinə uyğun olaraq hazırladığı təklifləri müsabiqənin keçirilməsi haqqında məlumatda göstərilən müddət ərzində möhürlənmiş bağlı zərfdə təqdim etməlidir.
3.5. Aşağıdakı hallarda iddiaçı müsabiqəyə buraxılmır:
3.5.1. müsabiqədə iştirak üçün ərizə və digər sənədlər məlumatda göstərilən müddət bitdikdən sonra verildikdə;
3.5.2. müəyyən edilmiş sənədlər tam həcmdə təqdim olunmadıqda və ya düzgün tərtib edilmədikdə.
3.6. Ərizələrin qəbulu məlumatda qeyd edilən tarixdən başlayır.
4.1. İştirakçı müsabiqə təkliflərinin və iştirakçı haqqında məlumatın formalarını doldurmalı və komissiya üzvlərinin sayına uyğun təqdim etməlidir. Müsabiqə təkliflərinin forması və iştirakçı haqqında məlumat ayrı-ayrılıqda iki zərfə qoyulur, möhürlənir və həmin zərflər bir böyük zərfə yerləşdirilərək möhürlənir. İştirakçılar tərəfindən təqdim edilən zərflərin eyni olması üçün zərflərin dəqiq ölçüləri barədə məlumat müsabiqə iştirakçılarına əvvəlcədən bildirilir. İştirakçı haqqında məlumatlar müsabiqə təkliflərinə daxil edilə bilməz. Böyük zərfdə və ona yerləşdirilən hər iki zərfdə fərqləndirici nişanlar, qeydlər (“müsabiqə təklifləri” və “müsabiqə iştirakçısı haqqında məlumat” sözləri istisna olmaqla) və iştirakçı haqqında məlumatlar olmamalıdır.
4.2. Təkliflərin təqdim edilməsi üçün müsabiqənin keçirilməsi haqqında elanda müəyyən olunmuş müddətdən gec daxil olan təkliflərə baxılmır, müsabiqə sənədlərinin rəsmiləşdirilməsi qaydalarını pozmuş iştirakçılar isə müsabiqədə iştirak etməyə buraxılmırlar. Müsabiqənin keçirilməsi haqqında elanda müəyyən olunmuş müddətdə və müsabiqə sənədlərinin rəsmiləşdirilməsi qaydalarına uyğun təqdim olunmuş təkliflər müsabiqənin təşkilatçısı tərəfindən hər hansı istisnaya yol verilmədən qəbul edilməlidir. Müsabiqənin təşkilatçısı təqdim olunmuş təklifləri qeydiyyata alır və iştirakçıya qeydiyyatı təsdiq edən sənəd (arayış) təqdim edir.
4.3. İştirakçının müsabiqə təklifi müsabiqənin təşkilatçısı tərəfindən qeydiyyata alındıqdan sonra ona hər hansı əlavə və ya dəyişiklik edilə bilməz.
4.4. İştirakçılar tərəfindən təqdim edilən müsabiqəyə aid məlumatlar komissiya tərəfindən konfidensial saxlanılmalıdır.
4.5. İştirakçılar yazılı bildiriş verməklə ərizələrin qəbul müddəti bitənədək ərizəsini geri götürə bilər. Bu halda ərizənin geri götürülməsi komissiya tərəfindən qeydə alınmalıdır.
4.6. Komissiya tərəfindən zərflərin açılması, müsabiqə təkliflərinə baxılması, onların qiymətləndirilməsi, habelə müsabiqə qalibinin müəyyənləşdirilməsi müsabiqə iştirakçılarının və ya onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə açıq şəkildə həyata keçirilir.
4.7. Müsabiqədə iştirak etmək niyyətində olan iştirakçı müsabiqə təkliflərini təqdim etməmişdən əvvəl müsabiqə sənədləri toplusunda nəzərdə tutulmuş hər hansı bir məsələnin aydınlaşdırılması ilə bağlı müsabiqənin keçirilməsinə ən azı 15 (on beş) iş günü qalmış onun təşkilatçısına müraciət edə bilər. Müsabiqənin təşkilatçısı həmin müraciətləri 7 (yeddi) iş günü müddətində cavablandırır.
5.1. Zərflərin açılması, iştirakçıların müsabiqə təkliflərinə baxılması, təkliflərin qiymətləndirilməsi, həmçinin qalibin müəyyənləşdirilməsi komissiya tərəfindən həyata keçirilir.
5.2. İçərisində müsabiqə təklifləri olan zərfin, habelə iştirakçı haqqında məlumat olan zərfin möhürləndiyi böyük zərflər şəffaf olmayan qutuda olmalıdır.
5.3. Komissiyanın sədri qutuda olan böyük zərflərdən hər hansı birini çıxarıb, onun yuxarı sağ küncündə iri hərflərlə birinci sıra nömrəsini qoyur.
5.4. Bundan sonra sədr böyük zərfi açaraq, müsabiqə təkliflərinin olduğu zərfə, habelə müsabiqə iştirakçısı haqqında məlumatlar olan zərfə birinci sıra nömrəsini qoyur.
5.5. Sonra sədr müsabiqə təklifləri olan zərfi açır, təkliflərin hər bir nüsxəsində birinci sıra nömrəsini qoyur və onları komissiyanın hər bir üzvünə paylayır. İştirakçı haqqında məlumat olan zərf böyük zərfdə açılmamış saxlanılır.
5.6. Müsabiqə təkliflərinin nüsxələrinə komissiyanın üzvləri tərəfindən baxılır. Onlar müsabiqə təkliflərinin hər bir bəndini qiymətləndirərkən müsabiqə elanında müəyyən edilmiş təkliflərin qiymətləndirmə meyarlarını rəhbər tuturlar.
5.7. Müsabiqə təklifləri baxıldıqdan və qiymətləndirildikdən sonra zərfə qoyulması üçün komissiyanın katibinə təhvil verilir.
5.8. Müsabiqə təkliflərinin olduğu zərflərə baxılması proseduru eyni qaydada müsabiqənin digər iştirakçıları üçün tətbiq edilməlidir.
5.9. Müsabiqə təkliflərinin olduğu bütün zərflərə baxıldıqdan və onlar bu Qaydanın 2.4.5-ci yarımbəndinə əsasən müəyyən edilən meyarlara və qaydalara uyğun olaraq qiymətləndirildikdən sonra komissiya üzvləri tərəfindən bütün iştirakçılara dair qiymətləndirmə nəticələrini özündə əks etdirən xüsusi forma imzalanmaqla təsdiqlənir və katibə təqdim edilir.
5.10. Komissiyanın üzvləri tərəfindən təsdiqlənmiş formaya əsasən iştirakçının yekun balları eyni sıra nömrəsi ilə hesablanır və hər bir iştirakçının yekun balı müəyyən edilərək, komissiyanın katibi tərəfindən protokolda qeydiyyata alınır.
5.11. Ümumi yekun balların nəticələrinə əsasən komissiyanın katibi ən yüksək yekun bal toplamış iştirakçının sıra nömrəsini elan edir.
5.12. Komissiyanın sədri müsabiqə qalibinin elan olunmuş sıra nömrəsinə uyğun olaraq nömrəsi qalibin nömrəsinə uyğun olan böyük zərfi götürür, iştirakçı haqqında məlumatın olduğu zərfi çıxararaq onu açır və tanış olmaq üçün komissiyanın üzvlərinə paylayır.
5.13. Komissiya üzvləri iştirakçı haqqında məlumatlarla tanış olduqdan sonra müsabiqənin qalibi haqqında məlumatlar sədr tərəfindən elan edilir və protokollaşdırılır.
5.14. İki və daha artıq iştirakçı eyni miqdarda yekun bal topladıqda, komissiya idarəetmə sahəsində daha böyük təcrübəyə malik iştirakçını müsabiqənin qalibi elan edir. Qeyd olunan göstərici də bərabər olduğu təqdirdə, müsabiqənin qalibi həmin iştirakçılar arasında püşkatma yolu ilə müəyyən edilir.
5.15. Müsabiqənin qalibinin müəyyən olunması üzrə komissiyanın iclasının nəticələri protokolla rəsmiləşdirilir. Protokol komissiya üzvləri tərəfindən imzalanır və sədr tərəfindən təsdiq edilir.
5.16. Komissiyanın protokolu əsasında müsabiqənin təşkilatçısı ilə qalibi arasında 10 (on) iş günü müddətində idarəetmə sazişi imzalanır və bununla da müsabiqə baş tutmuş hesab olunur.
5.17. Tərəflərdən birinin saziş bağlamaqdan imtina etməsi və ya müsabiqənin keçirilməsi qaydalarının pozulması nəticəsində mübahisəli məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən tənzimlənir.
5.18. İştirakçı təqdim etdiyi müsabiqə təklifinə baxılmasının və onun təklifinin qiymətləndirilməsinin nəticəsi barədə müsabiqə təşkilatçısına müraciət etdikdə ona 10 (on) iş günü müddətində yazılı cavab verilməlidir.
1. 13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955)
2. 27 may 2019-cu il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 may 2019-cu il, № 116, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 975)
3. 17 fevral 2020-ci il tarixli 52 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 fevral 2020-ci il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 203)
4. 25 avqust 2021-ci il tarixli 244 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 avqust 2021-ci il, № 182, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 970)
5. 17 mart 2022-ci il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2022-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 275)
6. 23 avqust 2024-cü il tarixli 379 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 avqust 2024-cü il, “Xalq” qəzeti, 25 avqust 2024-cü il, № 182, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 8, maddə 995)
7. 18 sentyabr 2024-cü il tarixli 427 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 sentyabr 2024-cü il, “Azərbaycan” qəzeti, 21 sentyabr 2024-cü il, № 206, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1090)
8. 26 noyabr 2025-ci il tarixli 343 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 26 noyabr 2025-ci il, “Xalq” qəzeti, 29 noyabr 2025-ci il, № 251, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 11, maddə 1094)