I. Bu Qanunun 8-ci maddəsinin I—III hissələrinin, 12-ci maddəsinin III, V, VI və VII hissələrinin, 13-cü maddəsinin VI hissəsinin pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar.
II. Toplantı keçirilməsi ilə əlaqədar öz vəzifələrini yerinə yetirən polis əməkdaşlarının məsuliyyəti “Polis haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.