Qanunvericilik › Sərhəd mühafizə orqanlarıı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 34

Maddə 34. Sərhəd mühafizə orqanları hərbi qulluqçularının, dövlət qulluqçularının və digər mülki işçilərinin hüquqi vəziyyəti

Sərhəd mühafizə orqanlarıı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Dövlət sərhədinin bilavasitə mühafizəsi ilə əlaqədar vəzifələri yerinə yetirərkən sərhəd mühafizə orqanlarının hərbi qulluqçuları hakimiyyət nümayəndələri hesab edilirlər. Onların qanuni tələblərinin icrası vətəndaşlar və vəzifəli şəxslər üçün məcburidir. Qanunla səlahiyyət verilmiş şəxslərdən başqa heç kim onların fəaliyyətinə qarışa bilməz. Sərhəd mühafizə orqanlarının hərbi qulluqçuları müstəqil olaraq öz səlahiyyətləri daxilində qərarlar qəbul edir və qanunla onlara verilmiş hüquqları həyata keçirirlər.

Dövlət sərhədində bilavasitə xidmət keçən sərhəd mühafizə orqanları hərbi qulluqçularının və onların ailə üzvlərinin şəxsi təhlükəsizliyini təmin etmək məqsədi ilə mediada onların xidmət və yaşayış yerləri barəsində məlumat dərc olunması qadağan edilir.

Sərhəd mühafizə orqanlarının dövlət qulluqçuları və digər mülki işçiləri həmkarlar ittifaqlarını yaratmaq hüququna malikdirlər.

Sərhəd mühafizə orqanlarında siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və dini qurumların yaradılması və fəaliyyəti, habelə tətillər təşkil edilməsi və keçirilməsi qadağandır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver