Sərhəd mühafizə orqanlarının hərbi qulluqçuların Azərbaycan Respublikasının mənzil qanunvericiliyinə, “hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq sərhəd mühafizə orqanlarının mənzil fondundan ayrılan mənzil sahəsi ilə təmin edilirlər.
Sərhəd komandanlıqlarına, sərhəd zastavalarına, sərhəd nəzarəti bölmələrinə, Dövlət sərhədinin bilavasitə mühafizəsi üzrə digər orqanlara təhkim edilmiş mənzil fondu xidməti hesab edilir, özəlləşdirilə və dəyişdirilə bilməz.
Sərhəd mühafizə orqanları ilə əlaqəsini itirmiş şəxslər hərbi şəhərciklərdən, o cümlədən xidməti mənzillərdən müvafiq icra hakimiyyəti orqanının tələbi əsasında köçürülür.
Sərhəd komendantlıqlarında, sərhəd zastavalarında, sərhəd nəzarəti bölmələrində, sərhəd gəmilərində, sərhəd hava gəmilərinin şəxsi heyətində, Dövlət sərhədini mühafizə edən digər orqanlarda hərbi xidmət keçən və xidməti mənzillərdə yaşayan hərbi qulluqçulara mənzil sahəsi, məişət mebeli (müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahıya əsasən), müvafiq icra hakimiyyəti orqanının xərclər smetası hesabına verilir və kommunal xidmət göstərilir.