“Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 915-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 dekabr tarixli 1734 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə ölkə Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 19-cu bəndini rəhbər tutaraq Kollegiya
1. “Şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və cəzasının çəkilməsi təxirə salınmış şəxslər üzərində probasiya nəzarətinin həyata keçirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. “Şərti məhkum olunmuş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər üzərində nəzarətin həyata keçirilməsi qaydaları haqqında Təlimat”ın təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2012-ci il 30 avqust tarixli 16-N nömrəli qərarı (3-cü hissəsi istisna olmaqla) ləğv edilsin.
3. Bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A. Əliyev).
4. Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin (E.Qasımov).
Azərbaycan Respublikasının
I dərəcəli dövlət ədliyyə müşaviri
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinə uyğun olaraq hazırlanmışdır və şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və cəzasının çəkilməsi təxirə salınmış şəxslər (bundan sonra – məhkumlar) üzərində probasiya nəzarətinin təşkili qaydalarını tənzimləyir.
1.2. Şərti məhkum etmənin təyin edilməsi, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiq edilməsi və ya cəzanın çəkilməsinin təxirə salınması barədə məhkəmə hökmlərinin (qərarlarının) vaxtında və düzgün icra edilməsinə nəzarət hökmü (qərarı) çıxarmış məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidməti (bundan sonra – Probasiya xidməti) və Cəzaların icrasına nəzarət baş idarəsi tərəfindən həyata keçirilir.
1.3. Məhkumların Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual, Cəzaların İcrası, məcəllələri və digər qanunvericilik aktları ilə müəyyən edilmiş məhdudiyyətlər və istisnalar nəzərə alınmaqla Azərbaycan Respublikası vətəndaşlarına mənsub olan hüquq və azadlıqlarına təminat verilir.
1.4. Məhkumlar üzərində probasiya nəzarətinin həyata keçirilməsi zamanı qanunazidd hərəkətlərə yol vermiş icra məmurları barədə inzibati qaydada yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər.
2.1. Məhkumlar üzərində probasiya nəzarətini məhkumların yaşayış yeri üzrə icra məmuru (probasiya üzrə) (bundan sonra – icra məmuru) həyata keçirir.
2.2. İcra məmurlarının vəzifələri Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi, “Dövlət icra məmurları haqqında” Qanunu və digər qanunvericilik aktları ilə müəyyən edilir.
2.3. Məhkumlar üzərində probasiya nəzarətini həyata keçirən icra məmuru aşağıdakı əsas vəzifələri yerinə yetirir:
2.3.1. məhkumlara şəxsi iş açır (Əlavə 1);
2.3.2. məhkumların qeydiyyatını aparır;
2.3.3. məhkumlara qanunla və məhkəmənin hökmü (qərarı) ilə onların üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinin qayda və şərtlərini izah edir;
2.3.4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının 2017-ci il 16 fevral tarixli Q9-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, inzibati qaydada həbs edilmiş, habelə dövlət daktiloskopik qeydiyyatından keçən şəxslərin mərkəzləşdirilmiş fərdi uçotlarının təşkili və aparılmasına dair Təlimat”a uyğun olaraq məhkumlar barəsində tərtib edilmiş uçot sənədlərini üç iş günü ərzində həmin nazirliyin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə göndərir;
2.3.5. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq hərbi vəzifəlilərə və ya çağırışçılara şərti məhkum etmənin təyin edilməsi, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiq edilməsi və ya onların cəzasının çəkilməsinin təxirə salınması barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün (qərarının) surətini aldıqdan yeddi gün müddətində həmin hökm (qərar) barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və ya bölməsinə məlumat verir;
2.3.6. məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum edilmiş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə elektron nəzarət vasitələrini tətbiq edir və bu şəxslər tərəfindən həmin vasitələrdən istifadə qaydalarına riayət edilməsinə nəzarət edir;
2.3.7. məhkumların Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi və bu Qaydalarda müəyyən edilmiş qaydalara və şərtlərə riayət etməsinə nəzarət edir;
2.3.8. şərti məhkum edilmiş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərin ictimai qaydalara riayət etməsinə və məhkəmə tərəfindən onlara həvalə olunan vəzifələrin yerinə yetirilməsinə nəzarət edir;
2.3.9. olduqları yer müəyyən edilməyən məhkumların axtarışını təşkil edir;
2.3.10. üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş vəzifələr qoyulmaqla şərti məhkum edilmiş, yaxud da cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməsi təxirə salınmış şəxslərin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə probasiya qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş məlumat vərəqini dərhal, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün (qərarının) icrası barədə hakimin göstərişinin surəti əlavə olunmaqla elektron qaydada Probasiya xidmətinin elektron poçt ünvanına göndərir və bunu təsdiq edən sənədi məhkumun şəxsi işinə əlavə edir;
2.3.11. şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxsin müvafiq olaraq sınaq müddəti və ya cəzasının çəkilməmiş hissəsi başa çatdıqdan və ya şərti məhkumetmə, yaxud üzərinə qoyulmuş vəzifələr vaxtından əvvəl tamamilə ləğv edildikdən, cəzasının çəkilməsi təxirə salınmış şəxs isə məhkəmə tərəfindən cəzanın çəkilməmiş hissəsindən azad edildikdən, habelə məhkumun ölməsi və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi haqqında məlumat daxil olduqdan sonra 24 saat müddətində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi üçün bu Qaydaların 2.3.10-cu yarımbəndində nəzərdə tutulmuş qaydada tədbirlər görür;
2.3.12. məhkumlara təyin olunmuş müddət istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qurtararsa, məhdudlaşdırılmanın götürülməsinə dair həmin günlərdən əvvəl gələn sonuncu iş günü ərzində bu Qaydaların 2.3.10-cu yarımbəndində nəzərdə tutulmuş qaydada tədbirlər görür;
2.3.13. məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş tədbirləri həyata keçirir;
2.3.14. hər rübdən sonra gələn ayın 5-dən gec olmayaraq məhkumlar üzərində probasiya nəzarətinin həyata keçirilməsi sahəsində görülmüş işlərin yekunu barədə Probasiya xidmətinə öz rəhbəri vasitəsi ilə məlumat verir;
2.3.15. məhkumun xəstəliyə görə, yaxud zərərçəkmiş şəxslə barışmaqla, cinayət nəticəsində vurulmuş ziyanı və ya əldə edilmiş gəliri tamamilə ödəməklə əlaqədar cəza çəkməkdən azad edilməsi, eləcə də sınaq müddətinin azı yarısı keçdikdən sonra öz davranışı ilə islah olunduğunu sübut edən şərti məhkum edilmiş şəxs barəsində şərti məhkum etmənin ləğv edilməsi ilə bağlı təqdimatları, habelə onlara əsas olmuş materialları Probasiya xidmətinə məlumat verməklə məhkəməyə göndərir;
2.3.16. məhkumlar üzərində probasiya nəzarətinin həyata keçirilməsindən irəli gələn digər vəzifələri yerinə yetirir.
2.4. “Dövlət icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra məmurlarının qanuni tələbləri Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir və bu tələbləri yerinə yetirməyən, habelə icra məmuruna həvalə olunmuş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
3.1. Şərti məhkum etmənin təyin edilməsi, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiq edilməsi və ya cəzanın çəkilməsinin təxirə salınması barədə məhkəmə hökmlərinin (qərarlarının) icraya qəbul edilməsi məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün (qərarının) surəti və onun icrası barədə hakimin göstərişi əsasında həyata keçirilir.
3.2. İcra məmuru məhkumlar barədə məhkəmə hökmünün (qərarının) surətini və göstərişi aldıqda, həmin məhkəməyə bu barədə dərhal məlumat verir (Əlavə 2 və 3).
3.3. İcra məmuru şərti məhkum etmənin təyin edilməsi, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiq edilməsi və ya cəzanın çəkilməsinin təxirə salınması barədə məhkəmə sənədlərində icraya mane olan şübhə və anlaşılmazlıqlar olduqda, həmin halların aradan qaldırılması məqsədilə həmin sənədləri aldığı vaxtdan üç gün ərzində qanunvericiliyə uyğun olaraq hökmü (qərarı) çıxarmış məhkəməyə təqdimat verir.
3.4. İcra məmuru məhkumları “Şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və cəzasının çəkilməsi təxirə salınmış şəxslərin qeydiyyatı kitabı”nın aidiyyəti hissəsində qeydiyyata alır (Əlavə 4).
3.5. “Şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və cəzasının çəkilməsi təxirə salınmış şəxslərin qeydiyyatı kitabı” nömrələnərək tikilir və probasiya qurumunun möhürü ilə təsdiq edilir.
3.6. İcra məmuru şərti məhkum etmənin təyin edilməsi, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiq edilməsi və ya cəzanın çəkilməsinin təxirə salınması barədə məhkəmə hökmlərinin (qərarlarının) icrası üçün əsas olan sənədləri, müvafiq qurumlara və şəxslərə göndərilən məktubları, habelə hökmlərin (qərarların) icrası ilə əlaqədar olan digər sənədləri məhkumlar üçün açılmış şəxsi işlərdə saxlayır.
3.7. Şəxsi işdə saxlanılan sənədlər ardıcıllıqla nömrələnərək tikilir, sənədlərin adı və hansı nömrədə olması göstərilməklə siyahıya alınır.
3.8. Məhkumlar yaşayış yerini dəyişdikdə icra məmuru onların şəxsi işini yeni yaşayış yeri üzrə probasiya qurumuna göndərir və şəxsi işin alınması barədə qurumdan daxil olmuş yazılı bildirişə əsasən məhkumu qeydiyyatdan çıxarır.
4.1. Şərti məhkum etmənin təyin edilməsi, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiq edilməsi və ya cəzanın çəkilməsinin təxirə salınması barədə məhkəmə hökmünün (qərarının) surəti və onun icrası haqqında hakimin göstərişi alındığı gündən sonrakı gün icra məmuru hökmün (qərarın) icrasının təmin edilməsi ilə bağlı tədbirlərə başlamalıdır.
4.2. Şərti məhkum edilmiş şəxsə təyin olunmuş sınaq müddəti məhkəmə hökmünün (qərarının) qanuni qüvvəyə mindiyi gündən başlayır.
4.3. İcra məmuru məhkumları qeydiyyata götürdükdən sonra onlarla söhbət aparır, hüquqlarını, qanunla və məhkəmənin hökmü (qərarı) ilə onların üzərinə qoyulmuş vəzifələrini izah edir və yol verilə biləcək pozuntulara görə qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri nəzərlərinə çatdırır və bu barədə protokol tərtib edir (Əlavə 5). Həmin protokol icra məmuru və məhkum tərəfindən imzalanır. Məhkum protokolu imzalamaqdan imtina etdikdə bu barədə protokolda müvafiq qeyd aparılır.
4.4. İcra məmuru cəzasının çəkilməsi təxirə salınmış və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxsi qeydiyyata aldıqdan sonra üç gün ərzində onun azad edildiyi cəzaçəkmə müəssisəsinə məlumat göndərir.
4.5. Şərti məhkum edilmiş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər məhkəmə tərəfindən onlara həvalə edilən vəzifələri yerinə yetirməli və icra məmurunun çağırışı ilə gəlməlidirlər. İcra məmurunun çağırışına üzrsüz səbəblərdən gəlməyən şəxslər probasiya qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş icra məmurunun qərarı ilə məcburi gətirilə bilərlər (Əlavə 6).
4.6. Cəzasının çəkilməsi təxirə salınmış şəxslər azad edildiyi gündən on beş gün ərzində qeydiyyata götürülməsi ilə əlaqədar üzrsüz səbəbdən icra məmuruna müraciət etmədikdə, onun yerinin müəyyən edilməsi üçün tədbirlər həyata keçirilir, məhkumun yeri müəyyən olunmadıqda isə icra məmurunun qərarı ilə axtarış elan edilir və qərarın surəti Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilir.
4.7. Məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum edilmiş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə elektron nəzarət vasitələrinin quraşdırılması, dəyişdirilməsi, çıxarılması və elektron nəzarət vasitələrinin tətbiqi ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli 144 nömrəli qərarı ilə təsdiq edilmiş “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları” ilə tənzimlənir.
4.8. İcra məmuru şərti məhkum edilmiş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə nəzarəti həyata keçirərkən:
4.8.1. üzərinə məlumat vermədən təhsil və iş yerini dəyişməməklə bağlı vəzifə qoyulmuş şəxsin təhsil aldığı müəssisənin müdiriyyətini və işəgötürəni məhkəmənin hökmü (qərarı) barədə məlumatlandırır, onlardan şəxsin təhsil və iş yerini dəyişməsi ilə bağlı icra məmurunu dərhal məlumatlandırmağı xahiş edir;
4.8.2. üzərinə alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçməklə bağlı vəzifə qoyulmuş şəxsin müalicəsinin həyata keçirildiyi müvafiq tibb müəssisəsinin müdiriyyətini məhkəmənin hökmü (qərarı) barədə məlumatlandırır və şəxsin müalicəsinin başa çatması, müalicədən yayınması və ya imtina etməsi ilə əlaqədar icra məmuruna dərhal məlumat verməyi xahiş edir;
4.8.3. üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməklə bağlı vəzifələr qoyulmuş şəxsin hərəkətləri barədə məlumat almaq məqsədilə Probasiya xidmətinin Elektron monitorinq şöbəsi ilə əlaqə saxlayır;
4.8.4. üzərinə ailəsinə maddi yardım göstərmək vəzifəsi qoyulmuş şəxsin ailə üzvləri ilə ayda iki dəfədən az olmayaraq əlaqə saxlayır və ya həmin ailələrə başçəkmə həyata keçirir;
4.8.5. üzərinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək vəzifələri qoyulmuş şəxsi ayda iki dəfədən az olmayaraq onun yaşayış yerinə başçəkmə, habelə telefon əlaqəsi saxlanılmaqla yoxlayır;
4.9. Şərti məhkum edilmiş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərin üzərinə məhkəmə tərəfindən bu Qaydaların 4.8-ci bəndində göstərilən vəzifələrdən başqa onun islah olunmasına kömək edən digər vəzifələr qoyulduqda, icra məmuru həmin vəzifələrin xüsusiyyətlərindən asılı olaraq tədbirlər həyata keçirir.
4.10. İcra məmuru cəzasının çəkilməsi təxirə salınmış şəxslərə nəzarəti həyata keçirərkən:
4.10.1. uşağı tərbiyə etməkdən boyun qaçırma və ya uşaqdan imtina etmə hallarını müəyyən etmək məqsədilə ayda bir dəfədən az olmayaraq şəxsin yaşayış yerinə başçəkmə həyata keçirir və nəticələrini başçəkmələrlə bağlı cədvəldə qeyd edir (Əlavə 7);
4.10.2. şəxs uşağı tərbiyə etməkdən boyun qaçırdıqda və ya uşaqdan imtina etdikdə, onun qohumları və habelə məhkuma müsbət təsir göstərə bilən şəxslərlə profilaktik söhbətlər aparır;
4.10.3. şəxs işə girdikdə iş yeri üzrə işəgötürənə onun barəsində məlumat göndərir.
4.11. Bu Qaydaların 4.8-ci və 4.10-cu bəndlərində göstərilmiş tədbirlərin və söhbətlərin nəticələri barədə protokol tərtib olunur, icra məmuru və məhkum tərəfindən imzalanır. Məhkum protokolu imzalamaqdan imtina etdikdə bu barədə protokolda müvafiq qeyd aparılır. Protokol məhkumun şəxsi işinə əlavə olunur.
4.12. Məhkumlara məhkəmə hökmü ilə əlavə cəzalar təyin edildikdə, onların icrası Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
5.1. Şərti məhkum edilmiş şəxs məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsindən boyun qaçırdıqda və ya ictimai qaydaları pozduğuna görə barəsində inzibati tənbeh tətbiq edildikdə, icra məmuru sınaq müddətinin uzadılması barədə məhkəməyə təqdimat verir. İcra məmuru məhkumun üzərinə onun islah olunmasına kömək edən yeni vəzifələrin qoyulması və ya Probasiya xidmətinə məlumat verməklə əvvəllər məhkumun üzərinə qoyulmuş vəzifələrin tamamilə və ya qismən ləğv edilməsi barədə məhkəməyə təqdimat verə bilər.
5.2. Şərti məhkum edilmiş şəxs sınaq müddətində məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsindən mütəmadi və ya qərəzli olaraq boyun qaçırdıqda icra məmuru şərti məhkum etmənin ləğv edilməsi və hökmlə təyin olunmuş cəzanın icra olunması barədə məhkəməyə təqdimat verir.
5.3. Şərti məhkum edilmiş şəxs tərəfindən onun üzərinə qoyulmuş vəzifələrin il ərzində dəfələrlə yerinə yetirilməməsi sınaq müddəti ərzində vəzifələri mütəmadi yerinə yetirməmə hesab edilir.
5.4. On gündən artıq müddətdə olduğu yer müəyyən edilməyən və ya elektron nəzarət vasitəsini gəzdirməkdən imtina edən, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etməyən, elektron nəzarət vasitəsini zədələyən və ya digər üsulla yararsız vəziyyətə salan şərti məhkum edilmiş şəxs ona həvalə edilmiş vəzifələri yerinə yetirməkdən qərəzli boyun qaçırmış hesab edilir.
5.5. Cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsindən mütəmadi, yaxud qərəzli olaraq boyun qaçırdıqda və ya ictimai qaydaları pozduğuna görə barəsində inzibati tənbeh tətbiq edildikdə, icra məmuru şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və cəzanın çəkilməmiş hissəsinin icra olunması haqqında məhkəməyə təqdimat verir.
5.6. Cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs tərəfindən onun üzərinə qoyulmuş vəzifələrin il ərzində dəfələrlə yerinə yetirilməməsi vəzifələri mütəmadi yerinə yetirməmə hesab edilir.
5.7. On gündən artıq müddətdə olduğu yer müəyyən edilməyən və ya elektron nəzarət vasitəsini gəzdirməkdən imtina edən, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət göstərməyən, elektron nəzarət vasitəsini zədələyən və ya digər üsulla yararsız vəziyyətə salan cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs ona həvalə edilmiş vəzifələri yerinə yetirməkdən qərəzli boyun qaçırmış hesab edilir.
5.8. Hamilə və ya on dörd yaşına qədər uşağı olan məhkum qadın, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişi cəzanın çəkilməsinin təxirə salınması dövründə uşağı tərbiyə etməkdən boyun qaçırdıqda və ya uşaqdan imtina etdikdə icra məmuru həmin məhkumu probasiya qurumuna çağırır və ya onun yaşayış yerinə baş çəkir.
5.9. İcra məmuru həmin məhkumla profilaktik söhbət aparılmasından sonra ona imza etdirməklə rəsmi xəbərdarlıq edir (Əlavə 8). Məhkum imza etməkdən imtina etdikdə bu barədə protokol tərtib edilir.
5.10. Həmin məhkum xəbərdarlıqdan sonra uşaqdan imtina etdiyi və ya uşağı tərbiyə etməkdən boyun qaçırmaqda davam etdiyi halda icra məmuru məhkumun yaşayış yeri üzrə məhkəməyə cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi və məhkumun hökmlə (qərarla) müəyyən olunmuş cəzanın icrası yerinə göndərilməsi haqqında təqdimat verir. Təqdimata cəzanın çəkilməsinin təxirə salınması haqqında qərarın surəti əlavə olunur.
5.11. Uşaq on dörd yaşına çatdıqda və ya uşaq vəfat etdikdə məhkumun davranışı, uşağın tərbiyəsinə münasibəti nəzərə alınmaqla onun cəzadan azad edilməsi və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi məsələsinə məhkəmədə baxılarkən icra məmuru mülahizəsini Probasiya xidmətinə məlumat verməklə məhkəməyə təqdim edir.
6.1. Məhkumun olduğu yer müəyyən edilmədikdə on günədək müddətə onun axtarılması ilə əlaqədar icra məmuru aşağıdakı ilkin axtarış tədbirləri həyata keçirilir:
6.1.1. şəxsin qohumları, tanışları və digər yaxın şəxslərlə onun yerinin müəyyən edilməsi üçün söhbətlər aparır və ya bu barədə sorğu edir;
6.1.2. şəxsin qeydiyyatda olduğu ərazinin yerli icra hakimiyyəti orqanı nümayəndəsinə, polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumuna sorğu edir;
6.1.3. şəxsin həbs yerlərində, o cümlədən inzibati həbs yerlərində saxlanılıb-saxlanılmaması barədə sorğu edir;
6.1.4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli qurumlarına sorğu edir.
6.1.5. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və ya bölməsinə şəxsin həqiqi hərbi xidmətə və ya toplanış keçməyə göndərilib-göndərilməməsi barədə sorğu edir;
6.1.6. şəxsin yaşayış yeri üzrə xəstəxana və digər müalicə müəssisələrinə sorğu edir;
6.1.7. şəxsin olduğu yerin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edə biləcək digər tədbirləri görür.
6.2. Məhkumun olduğu yer on gündən artıq müddətdə müəyyən edilmədikdə, icra məmuru onun barəsində axtarış elan edilməsi haqqında qərar qəbul edir, həmçinin məhkumun tutulması barədə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada aidiyyəti prokurorluğa vəsatət verir (Əlavə 9). Həmin vəsatət və prokurorun təqdimatı əsasında məhkumun tutulması barədə məhkəmənin qəbul etdiyi qərarı, axtarış elan edilməsi haqqında qərarla və məhkumun şəxsiyyətini təsdiq edən sənədlərlə birlikdə axtarış işinin açılması və məhkumun tutulması üçün aidiyyəti polis orqanına göndərilir.
7.1. İcra məmuru aşağıdakı əsaslar olduqda məhkumları qeydiyyatdan çıxarır:
7.1.1. şərti məhkum edilmiş şəxs barəsində təyin edilmiş sınaq müddəti və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxsin cəzasının çəkilməmiş hissəsi başa çatdıqda;
7.1.2. cəzasının çəkilməsi təxirə salınmış şəxs cəzadan azad edildikdə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə;
7.1.3. şərti məhkum etmə, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməsinin təxirə salınması ləğv edildikdə və məhkum ona məhkəmənin hökmü (qərarı) ilə təyin olunmuş cəzanı (cəzanın çəkilməmiş hissəsini) çəkməyə göndərildikdə;
7.1.4. məhkum barəsində amnistiya aktı tətbiq edildikdə;
7.1.5. məhkum əfv edildikdə;
7.1.6. məhkəmənin hökmü (qərarı) ləğv edildikdə;
7.1.7. məhkum yeni cinayət törətdiyinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edildikdə;
7.1.8. məhkum bəraət aldıqda;
7.1.9. məhkum yaşayış yerini dəyişdikdə;
7.1.10. məhkum öldükdə və ya məhkəmə tərəfindən ölmüş elan edildikdə.
7.2. Aşağıdakı sənədlər məhkumları qeydiyyatdan çıxarmağa əsas verir:
7.2.1. cəzasının çəkilməsi təxirə salınmış şəxsin cəzadan azad olması və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi barədə məhkəmə qərarının surəti;
7.2.2. şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin və ya cəzanın çəkilməsinin təxirə salınmasının ləğv edilməsi və məhkumun ona məhkəmənin hökmü (qərarı) ilə təyin olunmuş cəzanı (cəzanın çəkilməmiş hissəsini) çəkməyə göndərilməsi barədə məhkəmə qərarının surəti;
7.2.3. amnistiya aktının tətbiq edilməsi barədə qərar;
7.2.4. əfvetmə haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı;
7.2.5. məhkəmə hökmünün (qərarının) ləğv edilməsi barədə məhkəmənin yeni qərarının surəti;
7.2.6. məhkum yeni cinayət törətdiyinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edildikdə, məhkəmə hökmünün və göstərişin surəti;
7.2.7. məhkəmənin bəraət hökmünün surəti;
7.2.8. məhkum yaşayış yerini dəyişdikdə şəxsi işin alınması barədə yeni yaşayış yeri üzrə probasiya qurumundan daxil olmuş yazılı bildiriş;
7.2.9. şəxs öldükdə və ya məhkəmə tərəfindən ölmüş elan edildikdə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın bu barədə ölüm haqqında şəhadətnaməsinin surəti.
7.3. Məhkumlar qeydiyyatdan çıxarıldıqda “Şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və cəzasının çəkilməsi təxirə salınmış şəxslərin qeydiyyatı kitabı”nda bu barədə qeyd aparılır və hökmü (qərarı) çıxarmış məhkəməyə, məhkum barəsində isə əlavə olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə məlumat verilir (Əlavə 10, 11).
_________________________________________________________________________________________
_________________________________________________________________________________________
_________________________________________________________________________________________
“_____” ____________________________ 20__________ il tarixli hökmü (qərarı) ilə
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin __________________ maddəsi ilə təqsirli bilinərək
________ müddətinə ___________ növündə cəzaya şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməsi təxirə salınmışdır.
Başlandı: “ _____” ____________________20____ -il.
Qurtardı: “ _____” ____________________20____ -il.
Hökmün (qərarın) surətinin alınması barədə “ ____” _______________20___ il tarixdə məhkəməyə məlumat verilmişdir.
Hökmün (qərarın) icra edilib qurtarması barədə “ ____” _____________20___ il tarixdə məhkəməyə məlumat verilmişdir
“_____” ____________20 ___il __________________________
(probasiya qurumunun adı)
Kimə_______________________________________________________________________________
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin ______________________maddəsi ilə təqsirli
bilinərək ____________________ tarixdə______________________ müddətə ______________________
barədə hökmün (qərarın) surəti və onun icrası barədə göstəriş tərəfimdən icraya qəbul edildi.
İmza_______________________________________________________________________________
“_____” ____________20 ___il ______________________________
Kimə______________________________________________________________________________
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin __________________ maddəsi ilə təqsirli bilinərək
_________________________ tarixdə____________ müddətə ___________________________ cəzasına
məhkum olunmuş və _______________________ məhkəməsinin __________________________tarixli
qərarı ilə ___________________________ müddətə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş
________________________________________________________________________________________
barədə qərarın surəti tərəfimdən icraya qəbul edildi.
İmza______________________________________________________________________________
Başlandı: “___” _______________ 20____il
Qurtardı: “___” _______________ 20____il
I hissə. Şərti məhkum edilmiş şəxslərin qeydiyyatı
II hissə. Cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş məhkumların qeydiyyatı
III hissə. Cəzasının çəkilməsi təxirə salınmış məhkumlar qeydiyyatı
Mən, ____________________________________________________________________________________
icra məmuru_____________________________________________________________________________
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin ___________ maddəsi ilə təqsirli bilinərək _________________ məhkəməsinin ____________ tarixli hökmü (qərarı) ilə ______________ müddətə
_________________________________________________________________________________________
(şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməsi təxirə salınmış)
_________________________________________________________________________ “ ”________
(məhkumun adı, soyadı, atasının adı)
20____ il tarixdə saat ________ _______________________________________ söhbət apardım.
(söhbət aparıldığı yer)
Söhbət zamanı məhkuma məhkəmə hökmünün (qərarının) icrası ilə bağlı hüquqları, qanunla və məhkəmənin hökmü (qərarı) ilə onların üzərinə qoyulmuş vəzifələri izah edildi və yol verilə biləcək pozuntulara görə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər nəzərinə çatdırıldı.
İmza __________________________________________________________________________________
(icra məmurunun (probasiya üzrə) soyadı, adı, atasının adı)
“_____” __________________ 20_____ il.
Tanış oldum __________________________________________
(məhkumun imzası, soyadı, adı)
“_____” __________________ 20_____ il.
___________________________________________
___________________________________________
“_____” ____________20 ______ il
_____________________________________ icra məmuru _______________________________________
(probasiya qurumunun adı) (xüsusi rütbəsi, soyadı, adı, atasının adı)
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin __________ maddəsi ilə təqsirli bilinərək __________________ məhkəməsinin ___________ tarixli hökmü (qərarı) ilə ______________ müddətə
_________________________________________________________________________________________
(şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş)
________________________________________________ şəxsi işini nəzərdən keçirərək,
(məhkumun soyadı, adı, atasının adı)
Məhkum ______________ ona yazılı bildiriş göndərilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin tələbinə əməl etməyərək probasiya qurumuna gəlməmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 178.4 və ya 180.4-cü maddəsini (lazım olanın altından xətt çəkilməlidir) rəhbər tutaraq,
1. ______________________________________________________________________________________
məhkəmə hökmün (qərarının) icrası ilə bağlı_________________________________________________
________________________________________________________________________________________
üçün məcburi qaydada __________________________________________________________ gətirilsin.
(probasiya qurumunun adı)
2. Qərar icra edilməsi üçün _____________________________________________________ göndərilsin.
(şəhər, rayon polis orqanının adı)
İmza___________________________________________________________________________________
(icra məmurunun xüsusi rütbəsi, soyadı, adı, atasının adı)
_________________________________________________________________________________________
(cəzasının çəkilməsi təxirə salınmış məhkumun soyadı, adı, atasının adı)
Siz _____________________________________ “____” ___________ 20_______ il tarixli hökmü (qərarı)
ilə __________________ müddətinə ________________________növündə cəzaya məhkum edilmiş və
______________________________________ ilə əlaqədar haqqınızda cəzanın icrası təxirə salınmışdır.
Cəzanın təxirə salındığı müddətdə tərəfinizdən ______________________________________________
________________________________________________________________________________________
(yol verilmiş pozuntuları qeyd etməli)
______________________________________________________________________ ilə bağlı pozuntulara yol verilmişdir. Qeyd olunanlara əsaslanaraq Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 173.2-ci maddəsinə əsasən Sizə xəbərdarlıq edilir. Xəbərdarlıqdan sonra uşaqdan imtina etdiyiniz və ya uşağı tərbiyə etməkdən boyun qaçırmaqda davam etdiyiniz təqdirdə cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi və hökmlə (qərarla) müəyyən olunmuş cəzanın icrası yerinə göndərilməyiniz haqqında məhkəməyə təqdimat veriləcəyi nəzərinizə çatdırılır.
İmza __________________________________________________________________________________
(icra məmurunun (probasiya üzrə) soyadı, adı, atasının adı
“___” ________________ 20______ il.
Xəbərdarlıq mənə elan edildi.
_______________________________________
(məhkumun imzası, soyadı, adı)
“_____” __________________ 20_____ il.
________________________________________________________________________________________
_____________________________________________ “___” _____________________ 20 ______il tarixli
hökmü (qərarı) ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin _______ maddəsi ilə təqsirli bilinərək _____________ müddətə ___________________________________________________________
(şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməsi təxirə salınmışdır)
Məhkum __________________________________________________________ probasiya nəzarətindən
(məhkumun adı, atasının adı, soyadı)
yayındığına görə onun olduğu yeri müəyyən etmək məqsədilə Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.4.2-ci maddəsinə uyğun olaraq on gün müddətində həyata keçirilmiş ilkin tədbirlər nəticə verməmişdir. Belə ki,
________________________________________________________________________________________
________________________________________________________________________________________
Ona görə də Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.4.3-cü maddəsinə əsasən, məhkum __________________________________________________________________ barədə
_______________________________________ icra məmuru tərəfindən axtarış elan edilməsi haqqında
(probasiya qurumunun adı)
________tarixli qərar qəbul edilmişdir.
Məhkum___________________________________________________ barədə qanunvericilikdə nəzərdə
(məhkumun soyadı, adı, atasının adı)
tutulmuş tədbirlərin görülməsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 152.1-ci maddəsinə əsasən onun tutulması üçün məhkəməyə təqdimat verilməsi məsələsinə baxmağınızı xahiş edirəm.
Qoşma: (məhkumun probasiya nəzarətindən yayınmasını təsdiq edən sənədlərin surəti).
İmza_______________________________________________________________________________
(icra məmurunun (probasiya üzrə) xüsusi rütbəsi, adı, soyadı)
İmza_______________________________________________________________________________
(probasiya qurumunun rəisinin xüsusi rütbəsi, adı, soyadı)
“______”_____________20___ il.
“_____” ____________20 ___il __________________________
(probasiya qurumunun adı)
Kimə_____________________________________________________________________________
(məhkəmənin adı, hakimin soyadı, adı, atasının adı)
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin __________________ maddəsi ilə təqsirli bilinərək
__________________ tarixdə______________ müddətə __________________________
cəzasına şərti məhkum edilmiş və ya cəzasının çəkilməsi təxirə salınmış (lazım olanın altından xətt çəkilməlidir)
________________________________________________________________________________________
_____________________________________________________________ qeydiyyatdan çıxarılmışdır.
(qeydiyyatdan çıxarılmanın səbəbi və əsası)
İmza _____________________________________________________________________________
(icra məmurunun (probasiya üzrə) soyadı, adı, atasının adı)
“_____” ____________20 ___il _____________________________
(probasiya qurumunun adı)
Kimə___________________________________________________________________________________
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin __________________ maddəsi ilə təqsirli bilinərək
_____________________ tarixdə__________________ müddətə _________________________
cəzasına məhkum olunmuş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş________________________________________________________________
(məhkumun soyadı, adı, atasının adı)
_________________________________________________________ qeydiyyatdan çıxarılmışdır.
(qeydiyyatdan çıxarılmanın səbəbi və əsası)
İmza _________________________________________________________________________________
(icra məmurunun (probasiya üzrə) soyadı, adı, atasının adı)
1. 5 oktyabr 2020-ci il tarixli 12-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202010050012, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 oktyabr 2020-ci il)
2. 15 dekabr 2020-ci il tarixli 24-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202012150024, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 dekabr 2020-ci il)
3. 10 avqust 2022-ci il tarixli 8-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202208100008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 10 avqust 2022-ci il)
4. 2 aprel 2025-ci il tarixli 4-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202504020004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 aprel 2025-ci il)
5. 22 iyul 2026-cı il tarixli 3-16/1-KQ/12/2026 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202607220012, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 iyul 2026-cı il)