Qanunvericilik › “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın təsdiq edilməsi barədə (Ədliyyə Nazirliyi, 22.04.2013) › Tam mətn

“Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın təsdiq edilməsi barədə (Ədliyyə Nazirliyi, 22.04.2013)

“Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın təsdiq edilməsi barədə (Ədliyyə Nazirliyi, 22.04.2013) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilmiş şəxsin, habelə məhkəmə qərarını üzrsüz səbəbdən icra etməyən borclunun ölkədən getmək hüququna müvəqqəti məhdudlaşdırmanın icra və probasiya qurumları tərəfindən qoyulması və onun götürülməsi sahəsində işin təkmilləşdirilməsi məqsədi ilə “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 19-cu bəndinə əsasən Kollegiya

1. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat” təsdiq edilsin (əlavə olunur).

2. “İcra xidmətinin fəaliyyəti ilə bağlı bəzi məsələlər barədə” Ədliyyə Nazirliyi üzrə 2010-cu il 20 dekabr tarixli 21-T nömrəli əmrin 2.3-cü bəndi ləğv edilsin.

3. Bu Qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Əliyev).

4. Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin.

Azərbaycan Respublikasının

I dərəcəli dövlət ədliyyə

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmişdir

1.1. Bu Təlimat məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri üzrə borclunun və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilmiş, yaxud üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş vəzifələr qoyulmaqla şərti məhkum edilmiş, yaxud da cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməsi təxirə salınmış şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və həmin məhdudlaşdırmanın götürülməsi ilə bağlı qaydaları müəyyən edir.

1.2. Bu Təlimat “İcra haqqında”, “İcra məmurları haqqında” Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Cəzaların İcrası və Miqrasiya məcəllələrinə, Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2008-ci il tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”yə və digər qanunvericilik aktlarına uyğun hazırlanmışdır.

2.1. Məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər.

2.2. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl:

2.2.1. könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir;

2.2.2. icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir;

2.2.3. borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır.

2.3. Aşağıdakı hallar mövcud olduqda borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edilməsinə yol verilmir:

2.3.1. icra sənədi üzrə icraatın dayandırılması və ya onun icrasına möhlət verilməsi barədə məhkəmə qərarı olduqda;

2.3.2. icraatın təxirə salınması haqqında icra məmuru qərar qəbul etdikdə;

2.3.3. tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icra üsul və qaydasının dəyişdirilməsi haqqında məhkəməyə müraciət etdikdə;

2.3.4. icra sənədində nəzərdə tutulan tələbin aydın olmaması ilə əlaqədar icra məmuru həmin sənədə izah verilməsi üçün məhkəməyə müraciət etdikdə;

2.3.5. Tələbin yönəldiyi əmlakın dəyəri icra sənədi üzrə borcun və icra xərclərinin həcmindən çox olduqda.

2.4. Təqdimatda borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunur (Əlavə 1).

Təqdimata icraat materialının, o cümlədən borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün verilmiş müddət barədə bildiriş və onun çatdırılmasını təsdiq edən sifarişli poçt göndərişinin (məktubu) və ya şəxsən verilməsi barədə sənədin surəti əlavə edilir.

2.5. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatına icra qurumunun rəhbəri tərəfindən operativ baxılaraq aşağıdakı hərəkətlər yerinə yetirilir:

2.5.1. borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin rəsmi qaydada verilməsini yoxlayır;

2.5.2. borclunun icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması hallarını araşdırır;

2.5.3. bu Təlimatın 2.2-ci bəndində göstərilən tələblərə əməl olunub-olunmamasını yoxlayır;

2.5.4. təqdimatla razılaşdıqda onu təsdiq edir.

2.7. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı icra qurumuna daxil olduqdan sonra dərhal müvafiq qaydada qeydiyyata alınır və icra məmuruna təqdim olunur.

İcra məmuru bu barədə dərhal borcluya və tələbkara məlumat verir, habelə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edilməsi üçün İcra xidmətinə icra qurumunun rəhbəri tərəfindən təsdiq edilmiş və bu Təlimatın 3.3-cü bəndində nəzərdə tutulmuş qaydada məhdudlaşdırma tətbiq edilmə haqqında məhkəmə qərarının surətini əlavə etməklə məlumat vərəqini (Əlavə 2) göndərir.

2.8. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra, habelə aşağıdakı hallarda icra məmuru 24 saat müddətində həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir (Əlavə 3):

2.8.1 “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsi ilə müəyyən edilmiş əsaslar üzrə icraata xitam verildikdə;

2.8.2. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.1 və 23.1.5-ci maddələrinə əsasən icra sənədi qaytarıldıqda;

2.8.3. məhkəmə qərarı olduqda;

2.9. Məhdudlaşdırmanın götürülməsi barədə qərar və həmin qərarla birlikdə tərtib olunmuş məlumat vərəqi (Əlavə 4) “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edilməsi üçün bu Təlimatın 3.3-cü bəndinə uyğun olaraq icra məmuru tərəfindən dərhal İcra xidmətinə göndərilir. Həmin məlumatın bu sistemə daxil edilməsi haqqında icra məmuru baş idarədən müvafiq təsdiqnamə aldıqdan sonra bu barədə dərhal borcluya, tələbkara və məhkəməyə məlumat göndərir.

2.10. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının əsaslarının aradan qalxmasını təsdiq edən sənəd icra məmuruna təqdim edilərkən növbəti gün qeyri-iş günü olduqda, icra məmuru məhdudlaşdırılmanın götürülməsi barədə dərhal qərar qəbul edir və bu Təlimatın 2.9-cu və 3.3-cü bəndlərinə uyğun təxirəsalınmadan tədbirlər görür.

3.1. Şəxsin azadlığın məhdudlaşdırılması, islah işləri, ictimai işlər və ya cərimə növündə cəzaya məhkum olunması, yaxud üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş vəzifələr qoyulmaqla şərti məhkum edilməsi, yaxud da cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, habelə cəzasının çəkilməsinin təxirə salınması haqqında hökm və ya məhkəmənin digər yekun qərarının icrası ilə bağlı hakimin göstərişi probasiya qurumuna daxil olduqdan sonra dərhal qeydiyyata alınır və icra məmuruna (probasiya üzrə) təqdim olunur.

İcra məmuru (probasiya üzrə), həmin məhkumun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə probasiya qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş məlumat vərəqini (Əlavə 5) dərhal, qeyd olunan göstərişin surəti əlavə olunmaqla bu Təlimatın 3.3‑cü bəndində nəzərdə tutulmuş qaydada Probasiya xidmətinə göndərir.

3.2. İcra məmuru (probasiya üzrə) məhkumun cəzasını çəkib qurtardıqdan, amnistiya və ya əfvetmə aktına əsasən cəzadan azad edildikdə, cəzadan azad edilməsi barədə məhkəmənin qərarını aldıqdan sonra 24 saat müddətində onun üzərindən məhdudlaşdırmanın götürülməsi üçün probasiya qurumunun rəhbəri tərəfindən təsdiq edilmiş məlumat vərəqini (Əlavə 6) bu Təlimatın 3.3-cü bəndində nəzərdə tutulmuş qaydada Probasiya xidmətinə göndərir. Məhkumun ölməsi və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi haqqında məlumat daxil olduqda da eyni qayda tətbiq olunur.

3.2-1. Məhkumun cəza müddəti istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümümxalq hüzn günü qurtararsa, icra məmuru (probasiya üzrə) məhdudlaşdırılmanın götürülməsinə dair həmin günlərdən əvvəl gələn sonuncu iş günü ərzində bu Təlimatın 3.3-cü bəndinə uyğun təxirəsalınmadan tədbirlər görür.

3.3. Bu Təlimatın 2.7-ci, 2.9-cu, 3.1-ci və 3.2-ci bəndlərində qeyd olunan məlumat vərəqləri borcluya münasibətdə İcra xidmətinə, məhkuma münasibətdə isə Probasiya xidmətinə elektron qaydada (elektron poçt ünvanına) göndərilir və bunu təsdiq edən sənəd müvafiq icra icraatına əlavə edilir.

Elektron vasitələrdən istifadə mümkünsüz olduqda həmin məlumat vərəqləri təcili sifarişli poçtla göndərilir.

4.1.Borclunun və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilmiş, yaxud üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş vəzifələr qoyulmaqla şərti məhkum edilmiş, yaxud da cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməsi təxirə salınmış şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, yaxud həmin məhdudiyyətin götürülməsinə dair sənədlər aidiyyəti üzrə İcra xidmətinə və ya Probasiya xidmətinə daxil olduqdan dərhal sonra rəhbərlik tərəfindən müvafiq dərkənarla elektron qaydada idarənin aidiyyəti işçilərinə göndərilir. İcra xidməti və ya Probasiya xidməti 24 saatdan gec olmayaraq:

4.1.1. müvafiq məlumatların düzgünlüyünü yoxlayır:

4.1.1.1. uyğunsuzluq aşkar etdikdə həmin sənədləri aidiyyəti üzrə icra və ya probasiya qurumuna qaytarır. İcra və ya probasiya qurumu bu pozuntuları təxirəsalınmadan aradan qaldıraraq onları aidiyyəti üzrə İcra xidmətinə və ya Probasiya xidmətinə göndərir;

4.1.1.2. uyğunsuzluq aşkar edilmədikdə borclunun və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilmiş, yaxud üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş vəzifələr qoyulmaqla şərti məhkum edilmiş, yaxud da cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməsi təxirə salınmış şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və ya məhdudlaşdırmanın götürülməsi barədə məlumatları “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edir və bu barədə icra və ya probasiya qurumuna elektron vasitələrdən istifadə etməklə, o cümlədən elektron poçt vasitəsilə məlumat göndərir.

4.2. İcra xidmətinin rəisi borclunun, Probasiya xidmətinin rəisi isə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilmiş, yaxud üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş vəzifələr qoyulmaqla şərti məhkum edilmiş, yaxud da cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməsi təxirə salınmış şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və həmin məhdudlaşdırmanın götürülməsi sahəsində işin vəziyyəti barədə rübdə 1 dəfə Ədliyyə Nazirliyinin rəhbərliyinə məlumat verir.

4.3. Borclunun və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilmiş, yaxud üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş vəzifələr qoyulmaqla şərti məhkum edilmiş, yaxud da cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməsi təxirə salınmış şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və ya bu məhdudlaşdırmanın götürülməsi barədə məlumatlar Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetdə yerləşdirilir.

5.1. Borclunun və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilmiş, yaxud üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş vəzifələr qoyulmaqla şərti məhkum edilmiş, yaxud da cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməsi təxirə salınmış şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və həmin məhdudlaşdırmanın götürülməsi qaydalarına düzgün əməl olunmasına nəzarət müvafiq olaraq icra və ya probasiya qurumunun rəhbəri, İcra xidmətinin və ya Probasiya xidmətinin rəisi və səlahiyyətləri daxilində Cəzaların icrasına nəzarət baş idarəsi tərəfindən həyata keçirilir.

5.2. İcra və ya probasiya qurumunun rəhbəri qurumda icraatda olan işlər üzrə borclunun və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilmiş, yaxud üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş vəzifələr qoyulmaqla şərti məhkum edilmiş, yaxud da cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməsi təxirə salınmış şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və həmin məhdudlaşdırmanın götürülməsi vəziyyəti barədə ayda bir dəfə aidiyyəti üzrə İcra xidmətinə və ya Probasiya xidmətinə məlumat verir.

__________________________________

“__”______20___ c__ il tarixli qərarla icraata başladığım ____________________________

(icra sənədini vermiş orqanın adı)

____________________________________________ tərəfindən verilmiş ____________saylı,

“____”_______20__c il tarixli icra sənədinə əsasən ___________________________________

_______________________________________________________________________________

Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq, borclu və ya məhkumun__________________________________

(soyadı, adı, atasının adı)

ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş edirəm.

Qoşma: ________ vərəq

____________________________________

___________________________________________ _________________

(icra məmurunun xüsusi rütbəsi, soyadı, adı, atasının adı) (imza)

“_____”_____________20__c il

___________________________________ _______________

(icra qurumunun rəhbərinin xüsusi rütbəsi, (imza)

soyadı, adı, atasının adı)

“_____”_____________20__c il

4. Doğulduğu tarix (gün, ay, il)

8. Ünvanı (qeydiyyatda olduğu və ya faktiki yaşadığı)

9. Qərarı qəbul etmiş məhkəmənin adı, onun tarixi

_______________________________

____________________________________________ ____________

(icra məmurunun xüsusi rütbəsi, soyadı, adı, atasının adı) (imza)

“_____”_____________20__c il

____________________________________ ______________

(icra qurumunun rəhbərinin xüsusi rütbəsi, (imza)

soyadı, adı, atasının adı)

“_____”_____________20__c il

___________icra __________________rəisi (rəhbəri)

rayon (şəhər) (idarə, şöbə, bölmə, qrup)

______________________________________________

(xüsusi rütbəsi, soyadı, adı, atasının adı)

_____________________________________________

“___” ___________ 20__c il

“_____” _________ 20__c il ___________________________

Mən, ___________________________icra məmuru “_____” _______20__c il tarixli

qərarla icraata başladığım ______________________________________________tərəfindən

verilmiş _______saylı, “____”____20__c il tarixli icra sənədinin və həmin icra sənədi üzrə borclu________________________________________ ölkədən getmək hüququnun müvəqqəti

(soyadı, adı, atasının adı)

məhdudlaşdırılması haqqında ________________________________________________saylı,

“____”_______20__c il tarixli qərarını nəzərdən keçirərək,

Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.2-ci maddəsini rəhbər tutaraq,

1. __________________________________________saylı, “____”____________20__c il

tarixli qərarı ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış borclu __________________________________________________________________________________

üzərindən həmin məhdudlaşdırma götürülsün.

2. Qərarın surəti “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.9-cu bəndinə uyğun borcluya, tələbkara, məhkəməyə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra xidmətinə göndərilsin.

3. Qərardan, onun surəti rəsmi qaydada alındıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət verilə bilər.

“_____”_____________20__c il

4. Doğulduğu tarix (gün, ay, il)

8. Ünvanı (qeydiyyatda olduğu və faktiki yaşadığı)

9. Məhdudlaşdırılmanın götürülməsinə əsas

olmuş icra məmurunun qərarının nömrəsi və tarixi

___________________________________

“____” ________ 20 ___ ci il M.Y.

____________________________________________ ____________

soyadı, adı, atasının adı)

«____» ________ 20 ___ ci il M.Y.

4. Doğulduğu tarix (gün, ay, il)

8. Ünvanı (qeydiyyatda olduğu və faktiki yaşadığı)

9. Təyin edilmiş cəza

9-1. Cinayət Məcəlləsinin maddəsi

10. Hökmü və ya qərarı qəbul etmiş məhkəmənin adı,

qərarın nömrəsi və tarixi

11. Hökmün və ya qərarın daxil olma tarixi

___________________________________

(probasiya qurumunun adı)

______________________________________________ ______________

“____” ________ 20 ___ ci il M.Y.

_____________________________________________ ____________

(probasiya qurumunun rəhbərinin xüsusi rütbəsi, (imza)

soyadı, adı, atasının adı)

«____» ________ 20 ___ ci il M.Y.

4. Doğulduğu tarix (gün, ay, il)

8. Ünvanı (qeydiyyatda olduğu və faktiki yaşadığı)

9. Təyin edilmiş cəza və müddəti (miqdarı)

10. Cəzanın növünün və müddətinin dəyişməsinə dair qeyd

11. Məhdudlaşdırılmanın götürülməsinin əsası

(müvafiq məhkəmənin adı, qərarın nömrəsi və

tarixi, cəzanın sonu, əfv, amnistiya, cərimənin

___________________________________

(probasiya qurumunun adı)

____________________________________________ ____________

“____” ________ 20 ___ ci il M.Y.

___________________________________________ ______________

soyadı, adı, atasının adı)

«____» ________ 20 ___ ci il M.Y.

1. 30 mart 2015-ci il tarixli 4-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiya qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201503300004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 01 aprel 2015-ci il)

2. 12 fevral 2016-cı il tarixli 8-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiya qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201602120008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 fevral 2016-cı il)

3. 31 oktyabr 2016-cı il tarixli 18-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiya qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201610310018, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 03 noyabr 2016-cı il)

4. 16 fevral 2018-ci il tarixli 3-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiya qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201802160003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 fevral 2018-ci il)

5. 2 aprel 2025-ci il tarixli 4-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202504020004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 aprel 2025-ci il)

6. 28 noyabr 2025-ci il tarixli 3-16/1-KQ/6/2025 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202511281616, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 dekabr 2025-ci il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver