“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 88.1-ci maddəsinə və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.1.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti
1. Sığorta brokerinin peşə məsuliyyətinin sığortası üzrə sığorta məbləğinin minimum həddi aşağıdakı kimi müəyyən edilsin:
1.1. fiziki şəxs olan sığorta brokerinin peşə məsuliyyətinin sığortası üzrə − 200 000 (iki yüz min) manat;
1.2. hüquqi şəxs olan sığorta brokerinin peşə məsuliyyətinin sığortası üzrə − 1 000 000 (bir milyon) manat.
2. Hüquq departamentinə (Rəna Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.