102.1. Aparılan təhlillər, araşdırmalar və ya yoxlamalar nəticəsində sığortaçıların, aktuarilərin, müstəqil ekspertlərin və sığorta vasitəçilərinin fəaliyyətində sığorta qanunvericiliyinin pozulması və ya buna şərait yarada bilən hallar aşkar edildikdə, o cümlədən Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq əsaslandırılmış mülahizə hüququndan istifadə edildikdə Mərkəzi Bank onlara belə pozuntu və (və ya) halların müəyyən müddət ərzində aradan qaldırılmasına, yaxud qarşısının alınmasına dair icrası məcburi olan tədbirlər barədə yazılı göstəriş – təqdimat verir.
102.2. Mərkəzi Bank təqdimat verməklə, sığortaçılardan, aktuarilərdən, müstəqil ekspertlərdən və sığorta vasitəçilərindən onlara aid olan hallarla bağlı müvafiq olaraq aşağıdakıları tələb edir:
102.2.1. sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyəti ilə bağlı normativlərə əməl edilməsini, bu məqsədlə onun öz vəsaitinin artırılmasını, aktivlərinin likvidliyinin təmin edilməsini;
102.2.2. yeni filiallar açılmasının dayandırılmasını, mövcud filialların fəaliyyətinin dayandırılmasını, yaxud ləğv edilməsini;
102.2.3. sığortaçının daxili nəzarətinin həyata keçirilməsi qaydalarında dəyişikliklər edilməsini;
102.2.4. qanunvericiliyin tələblərinə riayət edilməməsinin və ya buna şərait yarada bilən halların müəyyən müddət ərzində aradan qaldırılması üçün tədbirlər planının müəyyən edilməsini;
102.2.5. aşağıdakı hallarda sığortaçının müvafiq orqanı tərəfindən məsələyə baxılıb qanunazidd hallar və (və ya) nöqsanlar aradan qaldırılanadək sığortaçının rəhbər işçisinin vəzifəsindən kənarlaşdırılmasını:
102.2.5.1. sığortaçının rəhbər işçisinin hərəkətlərinin bu Qanunun tələblərinə uyğun olmadığını hesab etmək üçün əsaslar olduqda;
102.2.5.2. sığortaçının rəhbər işçisi sığortaçıdakı vəzifəsinin icrası ilə bağlı 1 il ərzində ən azı iki dəfə inzibati məsuliyyətə cəlb olunduqda;
102.2.7. ödənilməsindən qanuni əsas olmadan imtina edilmiş sığorta ödənişinin həyata keçirilməsini;
102.2.8. Mərkəzi Bankın, yaxud onun səyyar yoxlayıcısının tələb etdiyi sənədlərin və məlumatların təqdim edilməsini;
102.2.8-1. sığortaçının rəhbər işçisi vəzifəsini icra edən səlahiyyətli şəxsin bu Qanunda müəyyən edilmiş qaydada təyin edilməsini;
102.2.8-2. sığortaçının rəsmi internet səhifəsinin və elektron informasiya sisteminin mövcudluğunun, həmçinin onların Mərkəzi Bankın müəyyən etdiyi minimum tələblərə uyğunluğunun təmin edilməsini;
102.2.9. sığorta qanunvericiliyi ilə əlaqədar olan digər nöqsan və çatışmazlıqların aradan qaldırılmasını;
102.2.10. sığortaçının bank hesablarındakı vəsaitləri və bu vəsaitlərin müvafiq dövr üzrə hərəkəti və ya onlarla bağlı aparılmış əməliyyatlar barədə bank sənədləri ilə əsaslandırılmış məlumatların təqdim edilməsini;
102.2.11. bu Qanunun 96-2-ci maddəsində nəzərdə tutulmuş sağlamlaşdırma planında göstərilən tədbirlərin təxirəsalınmaz icrasını və (və ya) sağlamlaşdırma planına dəyişikliklər edilməsini;
102.2.12. sığorta agenti fəaliyyətinə lisenziya almış hüquqi şəxs tərəfindən bu Qanunun 88.4-cü maddəsində göstərilmiş əməkdaşlarının həmin maddəyə uyğun olaraq attestasiyadan keçmələrinin təmin edilməsini.
102.3. Mərkəzi Bankın müvafiq təqdimatında icrası məcburi olan hər bir göstərişin səbəbi və yerinə yetirilməsinin son tarixi göstərilməlidir.
102.4. Bu Qanunun 102.1-ci maddəsinə uyğun olaraq aşkar edilmiş hallardan asılı olaraq, Mərkəzi Bankın müvafiq təqdimatı bu Qanunun 102.2-ci maddəsində nəzərdə tutulmuş tələblərdən birini və ya bir neçəsini əhatə etməlidir.
102.2.5. sığortaçının rəhbər işçisinin hərəkətlərinin bu Qanunun tələblərinə uyğun olmadığını hesab etmək üçün əsaslar olduqda sığortaçının müvafiq orqanı tərəfindən məsələyə baxılıb qanunazidd hallar və (və ya) nöqsanlar aradan qaldırılanadək sığortaçının rəhbər işçisinin vəzifəsindən kənarlaşdırılmasını;
102.2.5-1. bu Qanunun 38.4-cü və ya 92.5-ci maddələrinə uyğun olaraq rəhbər işçinin vəzifədən azad edilməsini;
102.6. Bu Qanunun 102.2.7-ci maddəsinə əsasən verilən təqdimat vaxtında və (və ya) tam yerinə yetirilmədikdə Mərkəzi Bank sığorta müqaviləsinə uyğun olaraq hesablanmış sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığortaçının bank hesablarından ödənilməsi üçün banklara və ya digər kredit təşkilatlarına icrası məcburi olan icra (ödəniş) sənədi - sərəncam verməlidir.
102.7. Sığorta fəaliyyətinə nəzarət çərçivəsində, Mərkəzi Bank sığortaçının bank hesablarındakı vəsaitləri və bu vəsaitlərin hərəkəti barədə banklardan məlumat tələb edə bilər. Bu tələbə vaxtında və tam əməl etməyən banklar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyəti daşıyırlar.