113.1. Səhmdarların Ümumi Yığıncağının sığortaçının könüllü qaydada ləğvi barədə qərarının qəbul edildiyi tarixdən 15 iş günü müddətində sığortaçı ləğvetmə komissiyasının yaradılması və onun tərkibi barədə Mərkəzi Banka yazılı məlumat verməlidir.
113.2. Könüllü qaydada ləğv edilən sığortaçının ləğvetmə komissiyasının üzvlərinin sayı üç nəfərdən az olmamalı və onlar müvəqqəti inzibatçı üçün, bu Qanunun 109.2.2-ci maddəsi istisna olmaqla, 109-cu maddəsində nəzərdə tutulmuş tələblərə cavab verməlidirlər.
113.3. Könüllü qaydada ləğv edilən sığortaçının ləğvetmə komissiyası Mərkəzi Bankın yazılı sorğusu əsasında fəaliyyətinə dair sənədləri və məlumatları, həmçinin sığortalıların, sığorta olunanların, faydalanan şəxslərin mənafelərinə aid olan sənədləri və məlumatları təqdim etməyə, Mərkəzi Bankın səlahiyyətli əməkdaşlarının sığortaçının binasına daxil olmasına və ləğvetmə ilə bağlı istənilən sənədlərlə işləməsinə şərait yaratmalıdır.
113.4. Ləğvetmə komissiyası sığortaçının ləğv edilməsi haqqında hesabatı və ləğvetmə balansını onları təsdiq etdiyi tarixdən 7 iş günü müddətində Mərkəzi Banka təqdim etməlidir.
113.6. Mərkəzi Bank könüllü qaydada ləğv edilən sığortaçının ləğvetmə komissiyasının fəaliyyətinə nəzarət edir.