115.1. Məhkəmə sığortaçının məcburi qaydada ləğvi barədə qərarının surətini həmin qərarı qəbul etdiyi tarixdən 7 iş günü müddətində Mərkəzi Banka göndərir.
115.2. Mərkəzi Bank bu Qanunun 114.2-ci maddəsinə əsasən sığortaçının məcburi qaydada ləğv edilməsi haqqında məhkəmədə iddia qaldırdığı tarixdən, könüllü qaydada ləğv edilən sığortaçının ləğvetmə komissiyasının səlahiyyətləri Mərkəzi Bankın iddia ərizəsində göstərdiyi müvəqqəti inzibatçıya keçir.
115.3. Məcburi qaydada ləğv edilən sığortaçının kreditorlarının siyahısı Mərkəzi Bankın təqdimatı ilə məhkəmə tərəfindən təsdiq edilir.
115.4. Sığortaçının müflisləşmə ilə bağlı ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.