117.1. Sığortaçının ləğvi prosesində onun kreditorlarının mənafelərinin müdafiəsi, o cümlədən qərarların qəbul edilməsində onların iştirakını təmin etmək məqsədilə kreditorlar komitəsi yaradıla bilər.
117.2. Könüllü qaydada ləğv edilən sığortaçının kreditorlar komitəsinin tərkibi sığortaçının ləğvetmə komissiyasının təqdimatına əsasən, Mərkəzi Bank tərəfindən təsdiq edilir.
117.3. Məcburi qaydada ləğv edilən sığortaçının kreditorlar komitəsinin tərkibi sığortaçının ləğvetmə komissiyasının və Mərkəzi Bankın birgə təqdimatına əsasən məhkəmə tərəfindən təsdiq edilir.