2.1. Azərbaycan Respublikasının sığorta qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan və onun əsasında qəbul edilən normativ hüquqi aktlardan, icbari sığorta qanunlarından, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası beynəlxalq müqavilələrdən ibarətdir.
2.2. Mərkəzi Bank Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda, bu Qanunda və icbari sığorta qanunlarında nəzərdə tutulan hallarda sığorta bazarının tənzimlənməsi üzrə normativ xarakterli aktlar qəbul etmək səlahiyyətinə malikdir.
2.3. İcbari sığorta qanunlarında fərqli müddəaların nəzərdə tutulduğu hallar və bu Qanunun 2.6-cı maddəsi istisna olmaqla, icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Qanunla və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.
2.4. Ələt azad iqtisadi zonasında sığorta sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.
2.5. Aqrar sığorta sistemi ilə əhatə olunan münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, bu Qanun və “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
2.6. Bu Qanun sosial sığorta, dövlət icbari şəxsi sığorta və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta münasibətlərinə şamil edilmir.