4.1. "Sığorta" və "təkrarsığorta" sözlərinin, onlardan törəmiş digər sözlərin, habelə onların digər dillərdəki tərcüməsinin (onların işlədildiyi mətndən həmin sözün müvafiq olaraq sığorta, təkrarsığorta və ya sığorta vasitəçiliyi fəaliyyətinə aid edilmədiyi tam aydın olduğu hallardan başqa), "sığorta brokeri", “sığorta agenti” və “sığorta üzrə müstəqil ekspert” sözlərinin, həmçinin onların digər dillərdəki tərcüməsinin isə hər bir halda qeyd olunan fəaliyyət növləri ilə əsas fəaliyyət növü kimi məşğul olmayan şəxslərin öz adında istifadə etməsi qadağandır.
4.2. Sığorta vasitəçiliyi fəaliyyəti üzrə lisenziyası ləğv olunmuş, yaxud bu Qanunda nəzərdə tutulmuş hər hansı növ lisenziya verilməsindən imtina edilmiş hüquqi şəxs, bu barədə Mərkəzi Bankın müvafiq qərarının qəbul edildiyi tarixdən 2 ay müddətində bu Qanunun 4.1-ci maddəsinin tələbini təmin etməli və ya könüllü qaydada ləğv edilməlidir.
4.3. Hüquqi şəxs bu Qanunun 4.2-ci maddəsində nəzərdə tutulmuş müddətə riayət etmədikdə Mərkəzi Bankın iddiası əsasında məhkəmənin qərarı ilə məcburi qaydada ləğv olunur.