66.1. Bu Qanunun 66.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, sığortaçı özünün törəmə cəmiyyətlərindən başqa Mərkəzi Bankın razılığı olmadan digər hüquqi şəxslərin nizamnamə kapitalında mühüm iştirak payına sahib ola bilməz.
66.3. Mərkəzi Bank digər hüquqi şəxsin nizamnamə kapitalına investisiya qoymaq üçün bu Qanunun 66.1-ci maddəsində nəzərdə tutulmuş razılığın verilməsi üçün müraciətə onun daxil olduğu tarixdən etibarən 15 iş günü ərzində baxaraq müvafiq qərarı barədə müraciət edənə yazılı bildiriş göndərir.
66.4. Aşağıdakı şərtlərin hər ikisi eyni zamanda mövcud olduqda sığortaçı Mərkəzi Bankın razılığını almadan yerli hüquqi şəxsin nizamnamə kapitalına investisiya qoya bilər:
66.4.1. hüquqi şəxsin nizamnamə kapitalına yönəldilən investisiyanın həcmi investisiya qoyan sığortaçının məcmu kapitalının 2 faizindən çox deyilsə;
66.4.2. nizamnamə kapitalına investisiya qoyulan hüquqi şəxs maliyyə sahəsində fəaliyyət göstərirsə.