81-2.1. Aktuari fəaliyyəti aşağıdakı xidmətlərin göstərilməsini də özündə birləşdirir:
81-2.1.1. sığorta ehtiyatlarının formalaşdırılması metodları və mənbələri ilə bağlı məsləhətlər və tövsiyələrin verilməsi;
81-2.1.2. sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyətinin qiymətləndirilməsi ilə bağlı məsələlər üzrə xidmətlərin göstərilməsi;
81-2.1.3. sığorta tariflərinin hesablanması və iqtisadi əsaslandırılmasının metodologiyasının işlənib hazırlanması;
81-2.1.4. bu Qanunda müəyyən edilmiş sığorta siniflərinin təsnifatına müvafiq olaraq sığorta risklərinin tədqiq edilməsi və sistemləşdirilməsi;
81-2.1.5. sığortaçının könüllü sığorta növləri üzrə sığorta qaydalarındakı şərtlərin iqtisadi əsaslandırılması;
81-2.1.6. həyatın yığım sığortası müqavilələri üzrə sığorta olunanlara verilən borcların son həddinin müəyyən olunması;
81-2.1.7. aktuar hesablamalar üzrə məsləhət xidmətləri.
81-2.2. Mərkəzi Bank aktuar hesablamaların aparılmasına dair təlimat müəyyən edir.
81-2.3. Aktuari fəaliyyətinin həyata keçirilməsinə aid olan xidmətlər (bundan sonra — aktuari xidmətləri) sığorta xidmətlərinin tərkib hissəsi hesab edilir.