96-7.1. Mərkəzi Bank müvəqqəti inzibatçının üzərində fəaliyyətinin bütün müddəti ərzində nəzarəti həyata keçirir.
96-7.2. Mərkəzi Bank:
96-7.2.1. müvəqqəti inzibatçıya yazılı şəkildə icrası məcburi olan göstərişlər verməyə;
96-7.2.2. müvəqqəti inzibatçının fəaliyyəti barəsində məlumatların təqdim edilməsini tələb etməyə;
96-7.2.3. müvəqqəti inzibatçıdan hesabat almağa;
96-7.2.4. müvəqqəti inzibatçının təyinat müddətinin bu Qanunun 96-5.1-ci maddəsinə müvafiq olaraq uzadılmasına səlahiyyətlidir.
96-7.3. Müvəqqəti inzibatçı yalnız Mərkəzi Bank qarşısında hesabat verir.