96-9.1. Müvəqqəti inzibatçının səlahiyyətlərinə Mərkəzi Bankın qərarı ilə aşağıdakı hallarda xitam verilir:
96-9.1.1. Mərkəzi Bank tərəfindən müəyyən edilən müddət bitdikdə;
96-9.1.2. bu Qanunun 96-5.2-ci maddəsində göstərilən xərclər Mərkəzi Bank tərəfindən 3 ay ardıcıl olaraq ödənildikdə;
96-9.1.3. Mərkəzi Bank tərəfindən müvəqqəti inzibatçının səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə.
96-9.2. Bu Qanunun 107.1.7-1-ci maddəsində göstərilən hal mövcud olduqda Mərkəzi Bank müvəqqəti inzibatçının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında qərar qəbul edir və sığortaçıya sığorta fəaliyyətini həyata keçirmək üçün verilmiş lisenziyanı ləğv edir.
96-9.3. Müvəqqəti inzibatçının səlahiyyətlərinə xitam verildikdən sonra o, yekun hesabatı 30 gün müddətində hazırlayıb Mərkəzi Banka təqdim etməlidir.