Qanunvericilik › Sığorta sahəsində bəzi normativ hüquqi aktların qüvvədən düşməsi barədə (Ədliyyə Nazirliyi, 30.06.2005) › Tam mətn

Sığorta sahəsində bəzi normativ hüquqi aktların qüvvədən düşməsi barədə (Ədliyyə Nazirliyi, 30.06.2005)

Sığorta sahəsində bəzi normativ hüquqi aktların qüvvədən düşməsi barədə (Ədliyyə Nazirliyi, 30.06.2005) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş sığorta sahəsində bir sıra normativ hüquqi aktların qüvvəyə minməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti tərəfindən təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış aşağıdakı normativ hüquqi aktlar qüvvədən düşmüş hesab edilsin:

I. 17 avqust 1998-ci il tarixli A-75 nömrəli əmrlə təsdiq edilmiş və 28 avqust 1998-ci il tarixdə dövlət qeydiyyatına alınmış (şəhadətnamə № 122) “Sığortaçıların aktivləri və öhdəliklərinin normativ nisbətlərinin hesablanması Qaydaları”;

II. 14 dekabr 1999-cu il tarixli A-85 nömrəli əmrlə təsdiq edilmiş və 20 dekabr 1999-cu il tarixdə dövlət qeydiyyatına alınmış (şəhadətnamə № 200) “Qeyri-həyat sığortası növləri üzrə sığorta ehtiyatlarının yaradılması və ayırmaların hesablanması Qaydaları”;

III. 27 dekabr 1999-cu il tarixli A-88 nömrəli əmrlə təsdiq edilmiş və 28 yanvar 2000-ci il tarixdə dövlət qeydiyyatına alınmış (şəhadətnamə № 211) “Sığortanın könüllü növləri üzrə qarşısı alınma tədbirləri fondunun yaradılması və yerləşdirilməsi Qaydaları”;

IV. 15 avqust 2000-ci il tarixli A-43 nömrəli əmrlə təsdiq edilmiş və 18 avqust 2000-ci il tarixdə dövlət qeydiyyatına alınmış (şəhadətnamə № 1930) “Azərbaycan Respublikasında sığorta və təkrar sığorta brokerlərinin fəaliyyət Qaydaları”;

V. 15 avqust 2000-ci il tarixli A-43 nömrəli əmrlə təsdiq edilmiş və 18 avqust 2000-ci il tarixdə dövlət qeydiyyatına alınmış (şəhadətnamə № 1931) “Aktuar və sığorta ekspertinin fəaliyyət göstərməsi Qaydası”;

VI. 29 sentyabr 2000-ci il tarixli A-45 nömrəli əmrlə təsdiq edilmiş və 05 oktyabr 2000-ci il tarixdə dövlət qeydiyyatına alınmış (şəhadətnamə № 2077)”Azərbaycan Respublikasında sığorta agentlərinin fəaliyyət Qaydaları”;

VII. 16 noyabr 2000-ci il tarixli A-52 nömrəli əmrlə təsdiq edilmiş və 22 noyabr 2000-ci il tarixdə dövlət qeydiyyatına alınmış (şəhadətnamə № 2187)”Sığortaçıların aktivləri və öhdəliklərinin normativ nisbətlərinin hesablanması Qaydaları”na edilmiş əlavə və dəyişikliklər”;

VIII. 25 dekabr 2000-ci il tarixli A-58 nömrəli əmrlə təsdiq edilmiş və 18 yanvar 2001-ci il tarixdə dövlət qeydiyyatına alınmış (şəhadətnamə № 2594) “Aktuar və sığorta ekspertinin fəaliyyət göstərməsi Qaydası”na əlavə.

Əsas: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 04 may 2005-ci il tarixli 1-53 nömrəli əmri.

Azərbaycan Respublikasının

I dərəcəli dövlət ədliyyə

müşaviri Fikrət Məmmədov

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver