“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 53.4-cü, 81-3.6-cı və 87.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.1.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti
1. “Sığorta, təkrarsığorta, sığorta agenti və sığorta brokeri fəaliyyətinə verilən lisenziyaların, habelə aktuari şəhadətnaməsinin forması və doldurulması Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq departamentinə (Rəna Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
1.1. Bu Qayda “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 53.4-cü, 81-3.6-cı və 87.1-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və sığorta, təkrarsığorta, sığorta agenti və sığorta brokeri fəaliyyətinə verilən lisenziyaların (bundan sonra − lisenziya), habelə aktuari şəhadətnaməsinin (bundan sonra – şəhadətnamə) formasını və doldurulması qaydasını müəyyən edir.
1.2. Lisenziya və şəhadətnamə bu Qaydanın müvafiq olaraq 1 və 2 nömrəli əlavələrində müəyyən edilmiş formada tərtib edilir.
2. Lisenziya və şəhadətnamə formasının doldurulması
2.1. Lisenziya və şəhadətnamənin forması Azərbaycan Respublikası Mərkəzi Bankı (bundan sonra - Mərkəzi Bank) tərəfindən aşağıdakı qaydada doldurulur:
2.1.1. lisenziya və şəhadətnamənin verilmə tarixi və qeydiyyat nömrəsi yazılır;
2.1.2. lisenziyada həyata keçirilməsinə icazə verilən fəaliyyət növünün adı qeyd olunur;
2.1.3. lisenziyada müvafiq fəaliyyət növünün həyata keçirilməsinə icazə verilən hüquqi şəxsin adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi və hüquqi ünvanı, fiziki şəxsin adı, soyadı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi və qeydiyyatda olduğu ünvan, şəhadətnamədə isə aktuari fəaliyyəti göstərmək səlahiyyəti təsdiq edilən fiziki şəxsin adı, soyadı, atasının adı və qeydiyyatda olduğu ünvan yazılır;
2.1.4. şəhadətnamənin qüvvədə olduğu müddət (başlama və başa çatma tarixləri göstərilməklə) yazılır. Attestasiyadan keçmə günü şəhadətnamənin qüvvədə olduğu müddətin başlama tarixi, attestasiyadan keçmə günündən hesablanaraq 5 (beş) ilin tamamlandığı gün isə başa çatma tarixi kimi qeyd olunur;
2.1.5. lisenziya və şəhadətnamə Mərkəzi Bankın səlahiyyətli şəxsi tərəfindən adı, soyadı və vəzifəsi yazılmaqla imzalanır və möhürlə təsdiq edilir.
2.2. Lisenziya və şəhadətnamə oğurlanması, itirilməsi, yararsız hala düşməsi və ya məhv olması halında yeniləndikdə yuxarı sağ tərəfində iri hərflərlə “DUBLİKAT” sözü yazılır.
2.3. Lisenziya və şəhadətnamənin doldurulması zamanı düzəlişlərə yol verilmir. Belə lisenziya və şəhadətnamə etibarsızdır.
Qeydiyyat nömrəsi ___________ «_____»_____________20____il
___________________________________________________________________________
(lisenziya verilən fəaliyyət növü)
Bu lisenziya _________________________________________________________________
_____________________________________________________________________ verilib
(hüquqi şəxslər üçün – lisenziya verilən hüquqi şəxsin adı, hüquqi ünvanı və VÖEN-i; fiziki şəxslər üçün – soyadı, adı, atasının adı, qeydiyyatda olduğu ünvan və VÖEN-i)
Qeydiyyat nömrəsi ___________ «_____»_____________20____il
Bu şəhadətnamə ___________________________________________________________
__________________________________________________________________________
(adı, soyadı, atasının adı və qeydiyyatda olduğu ünvan)
aktuari fəaliyyətinin həyata keçirilməsi səlahiyyətini təsdiq edir.
Şəhadətnamənin qüvvədə olduğu müddət: