Qanunvericilik › “Sığortalı tərəfindən ödənilmiş dövlət icbari şəxsi sığorta haqları və sığortaolunanlar barədə sığortaçıya verilən hesabatın forması və onun verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 20.02.2023) › Tam mətn

“Sığortalı tərəfindən ödənilmiş dövlət icbari şəxsi sığorta haqları və sığortaolunanlar barədə sığortaçıya verilən hesabatın forması və onun verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 20.02.2023)

“Sığortalı tərəfindən ödənilmiş dövlət icbari şəxsi sığorta haqları və sığortaolunanlar barədə sığortaçıya verilən hesabatın forması və onun verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 20.02.2023) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 418-VIQD nömrəli Qanununun tətbiqi və “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 620 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 1544 nömrəli Fərmanının 2.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Sığortalı tərəfindən ödənilmiş dövlət icbari şəxsi sığorta haqları və sığortaolunanlar barədə sığortaçıya verilən hesabatın forması və onun verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 20 fevral 2023-cü il

1.1. Bu Qayda Azərbaycan Respublikasının “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanununun 4-3.2.5-ci maddəsinə, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının dövlət icbari şəxsi sığortası haqqında” Qanununun 6-1.2.5-ci maddəsinə, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanununun 4-3.2.5-ci maddəsinə, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanununun 30-6-cı maddəsinin yeddinci hissəsinin 5-ci bəndinə uyğun olaraq, sığortalı tərəfindən ödənilmiş dövlət icbari şəxsi sığorta haqları (bundan sonra – sığorta haqları) və sığortaolunanlar barədə sığortaçıya verilən hesabatın (bundan sonra – hesabat) formasını və onun verilməsi qaydasını müəyyən edir.

1.2. Bu Qaydada istifadə olunan anlayışlar Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

2.1. Bu Qaydanın 2.2-ci bəndində qeyd edilən sığortalılar istisna olmaqla, digər sığortalılar üzrə müvafiq hesabat Elektron Hökumət İnformasiya Sistemində və ya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) “e-sosial” internet portalında yerləşdirilmiş “Dövlət icbari şəxsi sığorta üzrə hesabatların təqdim edilməsi” elektron xidməti vasitəsilə sığortalının müvafiq səlahiyyətli vəzifəli şəxsi tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq olunmaqla, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEİS) “Dövlət icbari şəxsi sığorta” altsisteminə daxil edilir.

2.2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Baş Prokurorluğunun “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığortaolunanları üzrə hesabatlar bu Qaydanın 2 nömrəli əlavəsinə uyğun olaraq kağız daşıyıcıda (elektron daşıyıcı əlavə edilməklə) sığortalının müvafiq səlahiyyətli vəzifəli şəxsi tərəfindən imzalanmaqla Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim edilir və MEİS-in “Dövlət icbari şəxsi sığorta” altsisteminə daxil edilmir.

2.3. Bu Qaydanın 2.2-ci bəndində qeyd olunan hesabat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 20 fevral tarixli 62 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların sığortaçıda uçotu, habelə sığortalılar tərəfindən dövlət icbari şəxsi sığorta haqlarının hesablanması, sığortaçıya ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş dövlət icbari şəxsi sığorta haqlarının qaytarılması Qaydası”na uyğun olaraq unikal kod əsasında tərtib edilir.

2.4. Hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq, sığortalı tərəfindən onun bütün struktur bölmələri üzrə vahid hesabat (ilkin hesabat) mərkəzləşdirilmiş qaydada sığortaçıya bu Qaydanın 2.1-2.3-cü bəndlərinin tələbləri nəzərə alınmaqla bu Qaydanın 1-6 nömrəli əlavələrində qeyd edilmiş formada tərtib olunaraq təqdim edilir.

2.5. Sığortalı tərəfindən cari büdcə ilinin rübləri üzrə ilkin hesabatlardakı məlumatlarda düzəlişlər edilməsi məqsədilə təqdim edilən dəqiqləşdirilmiş hesabatlar növbəti büdcə ilinin ikinci hesabat dövrünədək təqdim edilə bilər.

2.6. Sığorta məbləğinin azalmasına səbəb olan dəqiqləşdirilmiş hesabatlar sığorta ödənişi almış sığortaolunanlara münasibətdə təqdim edilə bilməz.

3.1. Hesabatların saxlanılması, qorunması və arxivləşdirilməsi (bu Qaydanın 2.2-ci bəndində qeyd edilən hesabatlar istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın tələblərinə riayət olunmaqla MEİS-in “Dövlət icbari şəxsi sığorta” altsistemi vasitəsilə həyata keçirilir.

3.2. Bu Qaydanın 2.2-ci bəndində qeyd edilən hesabatların saxlanılması, qorunması və arxivləşdirilməsi Fond tərəfindən kağız daşıyıcıda (elektron daşıyıcı əlavə edilməklə) təmin edilir.

Sığortalının uçot nömrəsi (SUN)

Hesabat dövrünün əvvəlinə borc

Hesabat dövrünün əvvəlinə artıq ödənilmiş sığorta haqqı

Sığortalının uçot nömrəsi (SUN)

Hesabat dövrünün əvvəlinə borc

Hesabat dövrün əvvəlinə artıq ödənilmiş sığorta haqqı

Hesabatın tərtib edildiyi tarix

Sığortalının rəhbərinin soyadı, adı, atasının adı ________________

Sığortalının məsul şəxsinin soyadı, adı, atasının adı ________________

Sığortalının uçot nömrəsi (SUN)

Hesabat dövrünün əvvəlinə borc

Hesabat dövrünün əvvəlinə artıq ödənilmiş sığorta haqqı

Sığortalının uçot nömrəsi (SUN)

Hesabat dövrünün əvvəlinə borc

Hesabat dövrünün əvvəlinə artıq ödənilmiş sığorta haqqı

Qeyd. 2023-cü il yanvarın 1-dən 2024-cü il yanvarın 1-dək tərtib edilən hesabatlara tətbiq edilir.

Sığortalının uçot nömrəsi (SUN)

Hesabat dövrünün əvvəlinə borc

Hesabat dövrünün əvvəlinə artıq ödənilmiş sığorta haqqı

Sığortalının uçot nömrəsi (SUN)

Hesabat dövrünün əvvəlinə borc

Hesabat dövrünün əvvəlinə artıq ödənilmiş sığorta haqqı

Qeyd. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və konsulluqlarının rəhbərlərinə münasibətdə sığorta məbləği 11.000 (on bir min) manat, digər diplomatik xidmət əməkdaşlarına münasibətdə sığorta məbləği 6.600 (altı min altı yüz) manat, inzibati-texniki xidmət əməkdaşlarına münasibətdə sığorta məbləği 4.400 (dörd min dörd yüz) manat məbləğində sığorta olunurlar.

1. 28 fevral 2024-cü il tarixli 110 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 1 mart 2024-cü il, “Xalq” qəzeti, 2 mart 2024-cü il, № 48, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 2, maddə 242)

2. 22 may 2025-ci il tarixli 166 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 may 2025-ci il, “Xalq” qəzeti, 25 may 2025-ci il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 5, maddə 516)

3. 25 sentyabr 2025-ci il tarixli 284 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 sentyabr 2025-ci il, “Xalq” qəzeti, 2 oktyabr 2025-ci il, № 211, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 9, maddə 884)

4. 9 fevral 2026-cı il tarixli 44 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 fevral 2026-cı il, “Xalq” qəzeti, 12 fevral 2026-cı il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 2, maddə 183)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver