Qanunvericilik › Siyasi partiyalar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 18

Maddə 18. Siyasi partiyanın struktur qurumları

Siyasi partiyalar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

18.1. Siyasi partiyada müvafiq istiqamətlər üzrə məşvərətçi qurumlar, siyasi partiyanın qərargahında cari işlərlə məşğul olmaq məqsədilə ayrıca bölmə (katiblik, aparat və s.), həmçinin yerli təşkilatlar yaradıla bilər.

18.2. Struktur qurumların təşkili qaydası və səlahiyyətləri, onların səlahiyyət müddətləri siyasi partiyanın nizamnaməsi ilə müəyyən edilir.

18.3. Yerli təşkilatın statusu Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq hüquqi şəxsin filialı statusuna bərabər tutulur.

18.4. Yerli təşkilat siyasi partiya tərəfindən Azərbaycan Respublikasının müvafiq inzibati ərazi vahidi üzrə yaradılır.

18.5. Yerli təşkilatın adında onu yaratmış partiyanın adına və yaradıldığı müvafiq inzibati ərazi vahidinin adına istinad olunmalıdır.

18.6. Yerli təşkilatın yuxarı orqanı ümumi yığıncaqdır (konfrans və s.). Ümumi yığıncaqda siyasi partiyanın yerli təşkilatında qeydiyyatda olan üzvlər iştirak edir. Ümumi yığıncaqda yerli təşkilatın fəaliyyətinə dair hesabat dinlənilir, siyasi partiyada müəyyən olunmuş nümayəndəlik normasına uyğun olaraq siyasi partiyanın qurultayına nümayəndələr seçilir və siyasi partiyanın nizamnaməsinə uyğun olaraq digər məsələlər həll edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver