Qanunvericilik › Siyasi partiyalar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 26

Maddə 26. Siyasi partiyanın əmlakı

Siyasi partiyalar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

26.1. Siyasi partiyanın mülkiyyətində və istifadəsində onun fəaliyyətini təmin etmək üçün lazım olan qanunla qadağan olunmayan istənilən əmlak ola bilər.

26.2. Siyasi partiyanın əmlakından yalnız nizamnaməsindən və proqramından irəli gələn məqsəd və hədəflərə nail olunması, habelə vəzifələrin həyata keçirilməsi üçün istifadə edilir.

26.3. Siyasi partiyanın üzvləri partiyanın əmlakına münasibətdə hüquqlara malik deyillər.

26.4. Siyasi partiyanın mülkiyyətində sənaye müəssisələri, kooperativlər, həmçinin istehsal müəssisələri (bu Qanunun 12.2-ci maddəsində nəzərə tutulmuş hallarda istisna olmaqla) ola bilməz.

26.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiyanın əsaslandırılmış müraciəti əsasında və mövcud imkanlar daxilində onun qərargahla təmin olunması üçün tədbirlər görür.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver