Qanunvericilik › “Siyasi partiyalarda mühasibat uçotunun aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 30.08.2013) › Tam mətn

“Siyasi partiyalarda mühasibat uçotunun aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 30.08.2013)

“Siyasi partiyalarda mühasibat uçotunun aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 30.08.2013) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 11 dekabr tarixli 499-IVQD nömrəli qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 17 yanvar tarixli 807 nömrəli fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Siyasi partiyalarda mühasibat uçotunun aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 30 avqust 2013-cü il

1.1. Bu Qaydalar “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 11 dekabr tarixli 499-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 17 yanvar tarixli 807 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinə əsasən hazırlanmışdır və siyasi partiyalar (bundan sonra-təşkilatlar) tərəfindən mühasibat uçotunun aparılması, maliyyə hesabatlarının hazırlanması və tərtib edilməsi qaydalarını müəyyən edir.

2.1. Bu Qaydalarda istifadə olunmuş anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. Maliyyə hesabatları – mühasibat uçotu subyektinin maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlardır.

2.1.2. hesablama metodu - alıcının (sifarişçinin) satış məbləğinin ödənilməsi dövründən asılı olmayaraq, bu məbləğlərin satıcı (icraçı) tərəfindən malların təqdim edildiyi və ya xidmətlərin göstərildiyi dövrdə gəlir kimi, həmçinin xərc maddələrinin müvafiq dövrdə ödənilib-ödənilmədiyindən asılı olmayaraq, yarandığı hesabat dövrləri üzrə xərc kimi tanınmasıdır;

2.1.3. təşkilatın fəaliyyətinin fasiləsizliyi - təşkilatın fəaliyyətinin davam edəcəyi ehtimalının mövcudluğu və dayandırılması və ya həcminin əhəmiyyətli dərəcədə ixtisara salınması zərurətinin olmamasıdır;

2.1.4. aktiv - baş vermiş maliyyə-təsərrüfat əməliyyatının nəticəsi kimi təşkilat tərəfindən idarə olunan (nəzarət edilən) və təşkilata gələcəkdə iqtisadi səmərə gətirə biləcəyi gözlənilən resurslardır;

2.1.5. öhdəlik - təşkilatın maliyyə-təsərrüfat əməliyyatından yaranmış və iqtisadi səmərəni əmələ gətirən resurslarının təşkilatdan çıxması ilə nəticələnən mövcud borcudur;

2.1.6. kapital - bütün öhdəliklər çıxıldıqdan sonra təşkilatın xalis aktivlərinin dəyəridir;

2.1.7. gəlir - mülkiyyətçilərin kapital qoyuluşu ilə əlaqəli olmayan, lakin kapitalda artım ilə nəticələnən və hesabat dövrü ərzində aktivlərin artması, daxil olması və ya öhdəliklərin azalması şəklində iqtisadi səmərənin artımıdır;

2.1.8. xərc - mülkiyyətçilər аrаsında kapitalın bölüşdürülməsi ilə əlaqəli оlmаyаn, lakin kapitalın аzаlmаsı ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara ахını və yа аzаlmаsı və öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin аzаlmаsıdır;

2.1.9. qiymətləndirmə əsasları - təşkilatın aktivlərinin, öhdəliklərinin, kapitalının, gəlirlərinin və xərclərinin maliyyə hesabatlarında pul ifadəsində əks etdirilməsi məqsədi ilə istifadə olunan hesablama metodologiyasıdır;

2.1.10. ilkin dəyər - aktivin ilkin dəyər əsasında qiymətləndirilməsi onun əldə edilməsi zamanı pul vəsaitlərinin və ya pul vəsaitlərinin ekvivalentlərinin ödənilmiş məbləği və ya verilmiş əvəzləşdirmənin (mübadiləyə verilmiş qeyri-monetar aktivlərin, qəbul edilmiş öhdəliklərin) ədalətli dəyəri ilə ölçülməsidir. Öhdəliyin ilkin dəyər əsasında qiymətləndirilməsi müəssisənin adi iş şəraitində bu öhdəliyin yerinə yetirilməsi məqsədi ilə ödənilməsi gözlənilən pul vəsaitlərinin və ya onların ekvivalentlərinin məbləği, yaxud borc öhdəliyi əvəzinə alınmış pul vəsaitlərinin və ya onların ekvivalentlərinin məbləği, yaxud alınmış digər vəsaitlərin ədalətli dəyəri ilə ölçülməsidir;

2.1.11. mümkün xalis satış dəyəri – adi fəaliyyət zamanı nəzərdə tutulmuş satış qiymətindən işin tamamlanmasına çəkilməsi ehtimal edilən xərclər və satışın, mübadilənin və ya bölüşdürmənin həyata keçirilməsi üçün ehtimal edilən xərclər çıxıldıqdan sonra qalan məbləğdir;

2.1.12. likvidlik-təşkilatın aktivinin nominal dəyərinin dəyişilməz saxlanılmaqla, onların qısa müddətdə nağd pul vəsaitlərinə çevrilməsi yolu ilə yaranmış öhdəliklərinin yerinə yetirilməsi qabiliyyətidir.

3.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 avqust tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Siyasi partiyanın maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”na uyğun olaraq maliyyə hesabatlarının tərkib hissələri “Maliyyə vəziyyəti haqqında hesabat”dan, “Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat”dan və “Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər”dən ibarətdir.

4.1. Mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının hazırlanması zamanı konseptual əsaslarla iki əsas prinsipin mövcudluğu gözlənilir:

4.1.1. hesablama metodu;

4.1.2. təşkilatın fəaliyyətinin fasiləsizliyi.

4.2. Hesablama metodu əsasən, gəlirlər və xərclər təsərrüfat əməliyyatlarının yerinə yetirilməsi ilə bağlı pul vəsaitlərinin və onların ekvivalentlərinin daxil olması və ya xaric olması zamanı deyil, bu əməliyyatların baş verdiyi anda müvafiq hesabat dövründə tanınaraq, maliyyə hesabatlarında əks etdirilir.

4.3. Təşkilatın fəaliyyətinin fasiləsizliyi prinsipi təşkilatın fəaliyyətinin davam edəcəyi və dayandırılması və ya həcminin əhəmiyyətli dərəcədə ixtisara salınması zərurətinin olmadığı təqdirdə tətbiq edilir.

4.4. Təşkilatın fəaliyyətinin fasiləsizliyi prinsipi ilk növbədə maliyyə hesabatlarının hazırlanması zamanı aktivlərin və öhdəliklərin ilkin dəyəri ilə qiymətləndirilməsini nəzərdə tutur.

4.5. Təşkilatın ləğv olunacağı təqdirdə, aktivlərin qiymətləndirilməsi zamanı bu aktivlərin alınması üçün çəkilmiş məsrəflərdən deyil, onların ehtimal olunan satış dəyərindən istifadə olunur. Bu halda təşkilat tərəfindən aktivlərin uzunmüddətli və qısamüddətli kimi təsnifləşdirilməsi öz əhəmiyyətini itirir və təşkilatın aktivləri satış məqsədi ilə saxlanılan qısamüddətli aktivlər kimi təsnifləşdirilməklə maliyyə hesabatlarında tanınır.

4.6. Ləğv olunan təşkilatın aktivləri satışa çıxarıldıqda rəhbərliyin əsas məqsədi aktivlərin sərfəli qiymətlə deyil, ən qısa müddətdə onların mümkün xalis satış dəyəri ilə satılmasından ibarətdir.

4.7. Bu Qaydaların 4.5-ci bəndində nəzərdə tutulan hallarda aktivlərin qısamüddətli aktivlər kimi təsnifləşdirilməsi zaman keçdikcə qiymətləri artan aktivlərin (torpaq və tikililərin) xalis satış dəyərinə şamil edilmir.

4.8. Öhdəliklərin maliyyə hesabatlarında əks etdirilməsi isə bu öhdəliklərin kreditorlara ödənişlərin zəruriliyi əsasında həyata keçirilməsi maliyyə hesabatlarının istifadəçiləri üçün daha əhəmiyyətlidir.

4.9. Təşkilatın iki ildən sonra fəaliyyətinin dayandırılacağı halda, aktivlər qısamüddətli aktivlər kimi maliyyə vəziyyəti haqqında hesabatda xalis satış dəyəri ilə əks etdirilir. Həmin aktivlərin xaric olmasından əldə edilən vəsait ilk növbədə kreditorlarla bağlı öhdəliklərin ödənilməsinə yönəldilir.

4.10. Ləğvetmə konsepsiyasına uyğun olaraq, maliyyə hesabatlarının istifadəçiləri öhdəliklərin mövcudluğu və ödənilməsinin mümkünlüyü barədə etibarlı məlumatın alınmasında maraqlı olduqlarından, bu öhdəliklərin uzunmüddətli və qısamüddətli öhdəliklər kimi deyil, daha çox kreditor borclarının prioriteti üzrə qruplaşdırılmasına üstünlük verirlər.

5.1. Maliyyə hesabatlarının elementləri maliyyə vəziyyəti haqqında hesabatda aktiv, öhdəlik və kapitaldan, maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabatda isə gəlir və xərclərdən ibarətdir.

6.1. Aktivin tanınması

6.1.1. aktiv yalnız təşkilata gələcək iqtisadi səmərənin axını ehtimal olunduğu və onun dəyərinin və ya qiymətinin etibarlı səviyyədə qiymətləndirilməsi imkanının mövcud olduğu hallarda, maliyyə vəziyyəti haqqında hesabatda tanınır;

6.1.2. aktiv tanınma meyarına uyğun olaraq tanındıqdan və qiymətləndirildikdən sonra uçota alınmaqla, təşkilatın maliyyə vəziyyəti haqqında hesabatda əks etdirilir.

6.2. Öhdəliyin tanınması:

6.2.1. öhdəlik yalnız baş vermiş maliyyə-təsərrüfat əməliyyatına görə yaranmış cari borcun ödənilməsi nəticəsində təşkilatdan gələcək iqtisadi səmərənin kənara axını ehtimal olduğu və bu borcun dəyərinin etibarlı səviyyədə qiymətləndirilməsi imkanının mövcud olduğu hallarda maliyyə vəziyyəti haqqında hesabatda tanınır;

6.2.2. öhdəlik tanınma meyarına uyğun olaraq tanındıqdan və qiymətləndirildikdən sonra uçota alınmaqla təşkilatın maliyyə vəziyyəti haqqında hesabatlarda əks etdirilir.

6.3. Gəlirin tanınması:

6.3.1. gəlir aktivlərin artması və öhdəliklərin azalması ilə bağlı iqtisadi səmərənin artımının baş verdiyi və bu artımın etibarlı səviyyədə qiymətləndirilməsi mümkün olduğu hallarda tanınır;

6.3.2. gəlir tanınma meyarına uyğun olaraq tanındıqdan və qiymətləndirildikdən sonra uçota alınmaqla, təşkilatın maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabatda əks etdirilir.

6.4. Xərcin tanınması:

6.4.1. xərc aktivlərin azalması və öhdəliklərin artması ilə bağlı iqtisadi səmərənin azalmasının baş verdiyi və bu azalmanın etibarlı səviyyədə qiymətləndirilməsi mümkün olduğu hallarda tanınır. Məsrəflər gəlirlərin ayrı-ayrı maddələri ilə birbaşa əlaqəli olduğu təqdirdə, xərc kimi gəlirlərlə eyni vaxtda tanınmalıdır. Məsrəflər gəlirlərlə birbaşa əlaqəli olmadıqda, hesabat dövründə sistematik və ardıcıl olaraq bölüşdürülməklə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabatda xərc kimi dərhal tanınır. Məsrəflər maliyyə vəziyyəti haqqında hesabatda aktivin tanınma meyarlarına uyğun gəldikdə, maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabatda xərc kimi tanınmır;

6.4.2. xərc tanınma meyarına uyğun olaraq tanındıqdan və qiymətləndirildikdən sonra uçota alınmaqla, təşkilatın maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabatda əks etdirilir.

7.1. Hesablar Planı təşkilat tərəfindən təqdim edilən “Maliyyə vəziyyəti haqqında hesabat”dan və “Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat”dan fərqli olaraq özündə maliyyə informasiyasını daha dolğun təcəssüm etdirir. Hesablar Planı maliyyə hesabatı elementlərinin qruplaşdırılması və dəyər ifadəsində cari vəziyyətinin əks etdirilməsi üçün nəzərdə tutulmuşdur. Hesablar Planı üzrə hesablar azalan likvidlik dərəcəsi qaydasında düzülür. Hesablar Planında maliyyə hesabatının bölməsinin nömrəsi bir, maddəsinin nömrəsi iki, mühasibat uçotunun hesablarının nömrəsi isə üç rəqəmdən ibarət olmaqla müəyyən edilir. Təşkilatlar tərəfindən Hesablar Planında təhlilin, nəzarətin aparılması və maliyyə hesabatlarının tərtib olunması tələblərindən asılı olaraq müvafiq subhesablar açılır.

7.2. “Maliyyə vəziyyəti haqqında hesabat”ın müvafiq maddələrində təşkilat tərəfindən hesabat dövrünün sonuna və əvvəlinə mühasibat uçotu (sintetik) hesablarının yekunlaşdırılmış qalıqları əks etdirilir.

7.3. “Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat”ın müvafiq maddələrində isə təşkilat tərəfindən hesabat dövrünün sonuna və əvvəlinə mühasibat uçotu (sintetik) hesablarının yekunlaşdırılmış dövriyyələri əks etdirilir.

7.4. Sintetik hesablar maliyyə hesabatlarının elementlərinin (aktivlərin, öhdəliklərin və kapitalın, habelə gəlir və xərclərin) müəyyən edilmiş növlər və əlamətlər üzrə ümumiləşdirilmiş informasiyasının qruplaşdırılmasını təmin edir. Sintetik hesabın bir hissəsini təşkil edən subhesab isə özündə qruplaşdırılmış analitik uçot məlumatlarını əks etdirməklə, göstərilən sintetik hesabda maliyyə hesabatlarının elementləri barədə ümumiləşdirilmiş informasiyanı açıqlayır.

7.5. Bu Qaydalarla müəyyən edilən Hesablar Planı aşağıdakı bölmələrdən ibarətdir:

7.5.1. Bölmə 1. Uzunmüddətli aktivlər

7.5.2. Bölmə 2. Qısamüddətli aktivlər

7.5.3. Bölmə 3. Xalis aktivlər(Kapital)

7.5.4. Bölmə 4. Uzunmüddətli öhdəliklər

7.5.5. Bölmə 5. Qısamüddətli öhdəliklər

7.5.6. Bölmə 6. Gəlirlər

7.5.7. Bölmə 7. Xərclər

7.5.8. Bölmə 8. Ümumi mənfəət (zərər).

Uzunmüddətli aktivlər

Qeyri-maddi aktivlər - dəyər

Qeyri-maddi aktivlər - amortizasiya

Qeyri-maddi aktivlər üzrə kapitallaşdırılmış məsrəflər

Torpaq, tikili və avadanlıqlar

Torpaq, tikili və avadanlıqlar - dəyər

Torpaq, tikili və avadanlıqlar – amortizasiya

Torpaq, tikili və avadanlıqlar üzrə kapitallaşdırılmış məsrəflər

Daşınmaz əmlaka investisiyalar

Daşınmaz əmlaka investisiyalar - dəyər

Daşınmaz əmlaka investisiyalar – amortizasiya

Daşınmaz əmlaka investisiyalar üzrə kapitallaşdırılmış məsrəflər

Uzunmüddətli debitor borcları

Üzvlərin uzunmüddətli debitor borcları

Transferlər üzrə uzunmüddətli debitor borcları

İcarə üzrə uzunmüddətli debitor borcları

Digər uzunmüddətli debitor borcları

Sair uzunmüddətli aktivlər

Sair uzunmüddətli aktivlər

Qısamüddətli aktivlər

Hesablanmış məsrəflər

Qısamüddətli debitor borcları

Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları

Üzvlərin qısamüddətli debitor borcları

Transferlər üzrə qısamüddətli debitor borcları

İcarə üzrə qısamüddətli debitor borcları

Digər qısamüddətli debitor borcları

Pul vəsaitləri və onların ekvivalentləri

Bank hesablaşma hesabları

Pul vəsaitlərinin ekvivalentlərı

Sair qısamüddətli aktivlər

Təhtəlhesab məbləğlər

Verilmiş qısamüddətli avanslar

Digər qısamüddətli aktivlər

Xalis aktivlər (kapital)

Yenidənqiymətləndirmə üzrə ehtiyat fondu

Məzənnə fərqləri üzrə ehtiyat fondu

Digər ehtiyat fondları

Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)

Hesabat dövrü üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)

Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)

Uzunmüddətli öhdəliklər

Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər

Uzunmüddətli bank kreditləri

İşçilər üçün uzunmüddətli bank kreditləri

Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər

Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər

Uzunmüddətli zəmanət öhdəlikləri

Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər

Uzunmüddətli kreditor borcları

Malsatan və podratçılara uzunmüddətli kreditor borcları

Digər uzunmüddətli kreditor borcları

Sair uzunmüddətli öhdəliklər

Alınmış uzunmüddətli avanslar

Digər uzunmüddətli öhdəliklər

Qısamüddətli öhdəliklər

Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər

Qısamüddətli bank kreditləri

İşçilər üçün qısamüddətli bank kreditləri

Digər qısamüddətli faiz xərcləri yaradan öhdəliklər

Qısamüddətli qiymətləndirilmiş öhdəliklər

Qısamüddətli zəmanət öhdəlikləri

Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər

Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər

Sosial sığorta və təminat üzrə öhdəliklər

Digər məcburi ödənişlər üzrə öhdəliklər

Qısamüddətli kreditor borcları

Malsatan və podratçılara qısamüddətli kreditor borcları

İşçi heyətinə qısamüddətli kreditor borcları

İcarə üzrə qısamüddətli kreditor borcları

Faizlər üzrə qısamüddətli kreditor borcları

Digər qısamüddətli kreditor borcları

Sair qısamüddətli öhdəliklər

Alınmış qısamüddətli avanslar

Digər qısamüddətli öhdəliklər

Dövlət maliyyə yardımı

Çap mediasının təsis edilməsindən, o cümlədən çap mediasının iştirakçısı olmaqdan əldə edilən gəlir

İctimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materiallarının hazırlanması və satışından gəlir

Mülki hüquq müqavilələri üzrə, o cümlədən əmlakından istifadə və onun satılmasından əldə edilən gəlir

Hüquq varisliyi və ya vərəsəlik (miras aktivi) yolu ilə əldə edilmiş əmlak

Qanunla qadağan olunmayan digər gəlirlər

Cari işlərə sərf olunan vəsait

Siyasi partiyanın saxlanılmasına və informasiya təminatına çəkilən xərclər

İctimaiyyətlə əlaqələrə və seçkilərin keçirilməsinə çəkilən xərclər

Yerli (aşağı) təşkilatlara ödənişlər

Kreditlər üzrə faizlər

Ümumi mənfəət (zərər)

Ümumi mənfəət (zərər)

Ümumi mənfəət (zərər)

9.1. “Maliyyə vəziyyəti haqqında hesabat”da maliyyə informasiyası aşağıdakı maliyyə elementləri üzrə qruplaşdırılır:

9.1.1. uzunmüddətli aktivlər;

9.1.2. qısamüddətli aktivlər;

9.1.3. xalis aktivlər (kapital);

9.1.4. uzunmüddətli öhdəliklər;

9.1.5. qısamüddətli öhdəliklər.

10.1. Aktivlər aşağıdakı hallarda qısamüddətli aktiv kimi təsnifləşdirilir:

10.1.1. təşkilatın adi əməliyyat dövründə istifadə üçün saхlаnıldıqda və ya satılması ehtimal olunduqda;

10.1.2. əsasən alqı-satqı məqsədləri üçün saxlanıldıqda;

10.1.3. hesabat tarixindən sonra 12 (on iki) ay müddətində satılması ehtimal olunduqda;

10.1.4. hesabat tarixindən sonra ən azı 12 (on iki) ay müddətində mübadiləsinə və ya istifadəsinə məhdudiyyət qoyulmayan pul vəsaitləri və ya onun ekvivalentləri olduqda.

10.2. Bu Qaydaların 10.1-ci bəndində göstərilməyən hallarda, aktivlər uzunmüddətli aktiv kimi təsnifləşdirilməlidir.

10.3. Öhdəliklər aşağıdakı hallarda qısamüddətli öhdəlik kimi təsnifləşdirilir:

10.3.1. təşkilatın adi əməliyyat dövründə öhdəliklərin yerinə yetirilməsi nəzərdə tutulduqda;

10.3.2. hesabat tarixindən sonra 12 (on iki) ay müddətində öhdəlik yerinə yetirildikdə;

10.3.3. təşkilat öhdəliyin yerinə yetirilməsini hesabat tarixindən sonra ən azı 12 (on iki) ay müddətində uzatmaq kimi müstəsna hüquqa malik olmadıqda.

10.4. Bu Qaydaların 10.3-cü bəndində göstərilməyən hallarda, öhdəliklər uzunmüddətli öhdəlik kimi təsnifləşdirilməlidir.

11.1. Uzunmüddətli aktivlər

11.1.1. Uzunmüddətli aktivlər aşağıdakı maddələr üzrə ümumiləşdirilmiş məlumatları əhatə edir:

11.1.1.1. qeyri-maddi aktivlər;

11.1.1.2. torpaq, tikili və avadanlıq;

11.1.1.3. daşınmaz əmlaka investisiyalar;

11.1.1.4. uzunmüddətli debitor borcları;

11.1.1.5. sair uzunmüddətli aktivlər.

11.1.2. “Qeyri-maddi aktivlər” maddəsinin “Qeyri-maddi aktivlər” və “Qeyri-maddi aktivlər üzrə kapitallaşdırılmış məsrəflər” hesablarında əks etdirilən məbləğlərdən “Qeyri-maddi aktivlərin amortizasiyası” hesabında uçota alınan məbləğlər çıxılmaqla, hesabat dövrünün əvvəlinə və sonuna təqdim edilən ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.1.3. “Torpaq, tikili və avadanlıq” maddəsinin “Torpaq, tikili və avadanlıqlar” və “Torpaq, tikili və avadanlıqlar üzrə kapitallaşdırılmış məsrəflər” hesablarında əks etdirilən məbləğlərdən “Torpaq, tikili və avadanlığın amortizasiyası” hesabında uçota alınan məbləğlər çıxılmaqla, hesabat dövrünün əvvəlinə və sonuna təqdim edilən ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğləri göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.1.4. “Daşınmaz əmlaka investisiyalar” maddəsinin “Daşınmaz əmlaka investisiyalar” və “Daşınmaz əmlaka investisiyalar üzrə kapitallaşdırılmış məsrəflər” hesablarında əks etdirilən məbləğlərdən “Daşınmaz əmlaka investisiyaların amortizasiyası” hesabında uçota alınan məbləğlər çıxılmaqla, hesabat dövrünün əvvəlinə və sonuna təqdim edilən ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğləri göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.1.5. “Uzunmüddətli debitor borcları” maddəsinin “Üzvlərin uzunmüddətli debitor borcları”, “Transferlər üzrə uzunmüddətli debitor borcları”, “İcarə üzrə uzunmüddətli debitor borcları” və “Digər uzunmüddətli debitor borcları” hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.1.6. “Sair uzunmüddətli aktivlər” maddəsində uzunmüddətli aktivlər kimi təsnifləşdirilən “Sair uzunmüddətli aktivlər” hesabında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.1.7. “Cəmi uzunmüddətli aktivlər” sətri üzrə yekun məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 4-cü və 6-cı sütunlarında əks etdirilir.

11.2. Qısamüddətli aktivlər

11.2.1. Qısamüddətli aktivlər aşağıdakı maddələr üzrə ümumiləşdirilmiş məlumatları əhatə edir:

11.2.1.1. ehtiyatlar;

11.2.1.2. qısamüddətli debitor borcları;

11.2.1.3. pul vəsaitləri və onların ekvivalentləri;

11.2.1.4. sair qısamüddətli aktivlər.

11.2.2. “Ehtiyatlar” maddəsinin “Material ehtiyatları”, “Hesablanmış məsrəflər” və “Digər ehtiyatlar” hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.2.3. “Qısamüddətli debitor borcları” maddəsinin “Alıcılar və sifarişçilər üzrə qısamüddətli debitor borcları”, “Üzvlərin qısamüddətli debitor borcları”, “Transferlər üzrə qısamüddətli debitor borcları”, “İcarə üzrə qısamüddətli debitor borcları” və “Digər qısamüddətli debitor borcları” hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.2.4. “Pul vəsaitləri və onların ekvivalentləri” maddəsinin “Kassa”, “Bank hesablaşma hesabları” və “Pul vəsaitlərinin ekvivalentləri” hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.2.5. “Sair qısamüddətli aktivlər” maddəsində qısamüddətli aktivlər kimi təsnifləşdirilən “Təhtəlhesab məbləğlər”, “Verilmiş qısamüddətli avanslar” və “Digər qısamüddətli aktivlər” hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.2.6. “Cəmi qısamüddətli aktivlər” sətri üzrə yekun məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 4-cü və 6-cı sütunlarında əks etdirilir.

11.2.7. “Cəmi aktivlər” sətri üzrə yekun məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 4-cü və 6-cı sütunlarında əks etdirilir.

11.3. Xalis aktivlər (kapital)

11.3.1. Xalis aktivlər (kapital) aşağıdakı maddələr üzrə ümumiləşdirilmiş məlumatları əhatə edir:

11.3.1.1. ehtiyat fondu;

11.3.1.2. bölüşdürülməmiş mənfəət (ödənilməmiş) zərər.

11.3.2. “Ehtiyat fondu” maddəsinin “Yenidən qiymətləndirmə üzrə ehtiyat fondu”, “Məzənnə fərqləri üzrə ehtiyat fondu” və “Digər ehtiyat fondları” hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.3.3. “Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)” maddəsinin “Hesabat dövrü üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)” hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.3.4. “Cəmi xalis aktivlər (kapital)” sətri üzrə yekun məbləğlər “Maliyyə vəziyyəti haqqında hesabat”ın müvafiq olaraq 4-cü və 6-cı sütunlarında əks etdirilir.

11.4. Uzunmüddətli öhdəliklər

11.4.1. Uzunmüddətli öhdəliklər aşağıdakı maddələr üzrə ümumiləşdirilmiş məlumatları əhatə edir:

11.4.1.1. uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər;

11.4.1.2. uzunmüddətli qiymətləndirilmiş öhdəliklər;

11.4.1.3. uzunmüddətli kreditor borcları;

11.4.1.4. sair uzunmüddətli öhdəliklər.

11.4.2. “Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər” maddəsinin “Uzunmüddətli bank kreditləri”, “İşçilər üçün uzunmüddətli bank kreditləri”, “Uzunmüddətli borclar”, “Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər” hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğləri göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.4.3. “Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər” maddəsinin “Uzunmüddətli zəmanət öhdəlikləri”, “Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər” hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.4.4. “Uzunmüddətli kreditor borclar” maddəsinin “Malsatan və podratçılara uzunmüddətli kreditor borcları”, “Digər uzunmüddətli kreditor borcları” hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.4.5. “Sair uzunmüddətli öhdəliklər” maddəsində uzunmüddətli öhdəliklər kimi təsnifləşdirilən “Alınmış uzunmüddətli avanslar” və “Digər uzunmüddətli öhdəliklər” hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.4.6. “Cəmi uzunmüddətli öhdəliklər” sətri üzrə yekun məbləğlər “Maliyyə vəziyyəti haqqında hesabat”ın müvafiq olaraq 4-cü və 6-cı sütunlarında əks etdirilir.

11.5. Qısamüddətli öhdəliklər

11.5.1. Qısamüddətli öhdəliklər aşağıdakı maddələr üzrə ümumiləşdirilmiş məlumatları əhatə edir:

11.5.1.1. qısamüddətli faiz xərcləri yaradan öhdəliklər;

11.5.1.2. qısamüddətli qiymətləndirilmiş öhdəliklər;

11.5.1.3. vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər;

11.5.1.4. qısamüddətli kreditor borcları;

11.5.1.5. sair qısamüddətli öhdəliklər.

11.5.2. “Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər” maddəsinin “Qısamüddətli bank kreditləri”, “İşçilər üçün qısamüddətli bank kreditləri”, “Qısamüddətli borclar” və “Digər qısamüddətli faiz xərcləri yaradan öhdəliklər” hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğləri göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.5.3. “Qısamüddətli qiymətləndirilmiş öhdəliklər” maddəsinin “Qısamüddətli zəmanət öhdəlikləri”, “Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər” hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.5.4. “Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər” maddəsinin “Vergi öhdəlikləri”, “Sosial, sığorta və təminat üzrə öhdəliklər” və “Digər məcburi ödənişlər üzrə öhdəliklər” hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.5.5. “Qısamüddətli kreditor borcları” maddəsinin “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, “İşçi heyətinə qısamüddətli kreditor borcları”, “İcarə ilə bağlı qısamüddətli kreditor borcları”, “Faizlər üzrə qısamüddətli kreditor borcları”, “Digər qısamüddətli kreditor borcları” hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.5.6. “Sair qısamüddətli öhdəliklər” maddəsində qısamüddətli öhdəliklər kimi təsnifləşdirilən “Alınmış qısamüddətli avanslar” və “Digər qısamüddətli öhdəliklər” hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.5.7. “Cəmi qısamüddətli öhdəliklər” sətri üzrə yekun məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 4-cü və 6-cı sütunlarında əks etdirilir.

11.5.8. “Cəmi öhdəliklər” sətri üzrə yekun məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 4-cü və 6-cı sütunlarında əks etdirilir.

11.5.9. ”Cəmi xalis aktivlər (kapital) və öhdəliklər” sətri üzrə yekun məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 4-cü və 6-cı sütunlarında əks etdirilir.

12.1. Təşkilat tərəfindən hesabat dövründə tanınmış bütün gəlir, xərc və mənfəət (zərər) haqqında maliyyə informasiyası “Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat”da əks olunmaqla, aşağıdakı maliyyə elementləri üzrə qruplaşdırılır:

12.1.3. ümumi mənfəət (zərər).

13.1. Təşkilatın gəlirləri aşağıdakı kimi formalaşır:

13.1.1. “Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat”da gəlirlər aşağıdakı hesablar üzrə yığılır və maliyyə hesabatının 60-cı maddəsində ümumiləşdirilir:

13.1.1.1. üzvlük haqqı;

13.1.1.3. dövlət maliyyə yardımı;

13.1.1.4. çap mediasının təsis edilməsindən, o cümlədən çap mediasının iştirakçısı olmaqdan əldə edilən gəlir;

13.1.1.5. ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materiallarının hazırlanması və satışından gəlir;

13.1.1.6. mülki hüquq müqavilələri üzrə, o cümlədən əmlakından istifadə və onun satılmasından əldə edilən gəlir;

13.1.1.7. hüquq varisliyi və ya vərəsəlik (miras aktivi) yolu ilə əldə edilmiş əmlak;

13.1.1.8. qanunla qadağan olmayan digər gəlirlər.

13.1.2. “Üzvlük haqqı” hesabında təşkilatın üzvlük haqqı kimi əldə etdiyi gəlirlərin uçotu aparılır. Hesabat dövrü üzrə və əvvəlki hesabat dövrü üzrə bu hesabın məbləğləri “Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat”ın həmin hesab sətri üzrə müvafiq olaraq 3-cü və 5-ci sütunlarında əks etdirilir.

13.1.3. “İanə” hesabında təşkilatın ianə kimi əldə etdiyi gəlirlərin uçotu aparılır. Hesabat dövrü üzrə və əvvəlki hesabat dövrü üzrə bu hesabın məbləğləri “Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat”ın həmin hesab sətri üzrə müvafiq olaraq 3-cü və 5-ci sütunlarında əks etdirilir.

13.1.4. “Dövlət maliyyə yardımı” hesabında təşkilatın dövlət maliyyə yardımı hesabına əldə etdiyi gəlirlərin uçotu aparılır. Hesabat dövrü üzrə və əvvəlki hesabat dövrü üzrə bu hesabın məbləğləri “Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat”ın həmin hesab sətri üzrə müvafiq olaraq 3-cü və 5-ci sütunlarında əks etdirilir.

13.1.5. “Çap mediasının təsis edilməsindən, o cümlədən çap mediasının iştirakçısı olmaqdan əldə edilən gəlir” hesabında təşkilatın çap mediasının təsis edilməsindən, o cümlədən çap mediasının iştirakçısı olmaqdan əldə etdiyi gəlirlərin uçotu aparılır. Hesabat dövrü üzrə və əvvəlki hesabat dövrü üzrə bu hesabın məbləğləri “Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat”ın həmin hesab sətri üzrə müvafiq olaraq 3-cü və 5-ci sütunlarında əks etdirilir.

13.1.6. “İctimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materiallarının hazırlanması və satışından gəlir” hesabında təşkilatın ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materiallarının hazırlanması və satışından əldə etdiyi gəlirlərin uçotu aparılır. Hesabat dövrü üzrə və əvvəlki hesabat dövrü üzrə bu hesabın məbləğləri “Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat”ın həmin hesab sətri üzrə müvafiq olaraq 3-cü və 5-ci sütunlarında əks etdirilir.

13.1.7. “Mülki hüquq müqavilələri üzrə, o cümlədən əmlakından istifadə və onun satılmasından əldə edilən gəlir” hesabında təşkilatın mülki hüquq müqavilələri üzrə, o cümlədən əmlakından istifadə və onun satılmasından əldə etdiyi gəlirlərin uçotu aparılır. Hesabat dövrü üzrə və əvvəlki hesabat dövrü üzrə bu hesabın məbləğləri “Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat”ın həmin hesab sətri üzrə müvafiq olaraq 3-cü və 5-ci sütunlarında əks etdirilir.

13.1.8. “Hüquq varisliyi və ya vərəsəlik (miras aktivi) yolu ilə əldə edilmiş əmlak” hesabında təşkilatın hüquq varisliyi və ya vərəsəlik (miras aktivi) yolu ilə əldə etdiyi əmlak üzrə gəlirlərinin uçotu aparılır. Hesabat dövrü üzrə və əvvəlki hesabat dövrü üzrə bu hesabın məbləğləri “Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat”ın həmin hesab sətri üzrə müvafiq olaraq 3-cü və 5-ci sütunlarında əks etdirilir.

13.1.9. “Qanunla qadağan olunmayan digər gəlirlər” hesabında təşkilatın qanunla qadağan olunmayan digər gəlirlərinin uçotu aparılır. Hesabat dövrü üzrə və əvvəlki hesabat dövrü üzrə bu hesabın məbləğləri “Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat”ın həmin hesab sətri üzrə müvafiq olaraq 3-cü və 5-ci sütunlarında əks etdirilir.

13.2. Təşkilatın xərcləri aşağıdakı kimi formalaşır:

13.2.1. “Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat”da xərclər aşağıdakı hesablar üzrə yığılır və maliyyə hesabatının 70-ci maddəsində ümumiləşdirilir.

13.2.1.1. cari işlərə sərf olunan vəsait;

13.2.1.2. siyasi partiyanın saxlanılmasına və informasiya təminatına çəkilən xərclər;

13.2.1.3. ictimaiyyətlə əlaqələrə və seçkilərin keçirilməsinə çəkilən xərclər;

13.2.1.4. yerli (aşağı) təşkilatlara ödənişlər;

13.2.1.5. kreditlər üzrə faizlər;

13.2.1.6. fərdi xərclər;

13.2.1.7. sair xərclər.

13.2.2. “Cari işlərə sərf olunan vəsait” hesabında təşkilatın əldə etdiyi gəlirləri üzrə xərc kimi tanınmış məsrəflərinin uçotu aparılır. Hesabat dövrü üzrə və əvvəlki hesabat dövrü üzrə bu hesabın məbləğləri “Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat”ın həmin hesab sətri üzrə müvafiq olaraq 3-cü və 5-ci sütunlarında əks etdirilir.

13.2.3. “Siyasi partiyanın saxlanmasına və informasiya təminatına çəkilən xərclər” hesabında təşkilatın əldə etdiyi gəlirləri üzrə xərc kimi tanınmış məsrəflərinin uçotu aparılır. Hesabat dövrü üzrə və əvvəlki hesabat dövrü üzrə bu hesabın məbləğləri “Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat”ın həmin hesab sətri üzrə müvafiq olaraq 3-cü və 5-ci sütunlarında əks etdirilir.

13.2.4. “İctimaiyyətlə əlaqələrə və seçkilərin keçirilməsinə çəkilən xərclər” hesabında təşkilatın seçki kampaniyası üçün xərclərin ödənilməsi şəklində daxil olan vəsait üzrə xərc kimi tanınmış məsrəflərinin uçotu aparılır. Hesabat dövrü üzrə və əvvəlki hesabat dövrü üzrə bu hesabın məbləğləri “Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat”ın həmin hesab sətri üzrə müvafiq olaraq 3-cü və 5-ci sütunlarında əks etdirilir.

13.2.5. “Yerli (aşağı) təşkilatlara ödənişlər” hesabında təşkilatın yerli (aşağı) təşkilatların (filialların, nümayəndəliklərin və digər struktur bölmələrinin) saxlanılması ilə bağlı əldə etdiyi gəlirləri üzrə xərc kimi tanınmış məsrəflərinin uçotu aparılır. Hesabat dövrü üzrə və əvvəlki hesabat dövrü üzrə bu hesabın məbləğləri “Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat”ın həmin hesab sətri üzrə müvafiq olaraq 3-cü və 5-ci sütunlarında əks etdirilir.

13.2.6. “Kreditlər üzrə faizlər” hesabında təşkilatın gəlirləri ilə bağlı olmayan xərc kimi tanınmış məsrəflərinin uçotu aparılır. Hesabat dövrü üzrə və əvvəlki hesabat dövrü üzrə bu hesabın məbləğləri “Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat”ın həmin hesab sətri üzrə müvafiq olaraq 3-cü və 5-ci sütunlarında əks etdirilir.

13.2.7. “Fərdi xərclər” hesabında təşkilatın əldə etdiyi gəlirləri ilə bağlı olmayan ezamiyyə və nümayəndəlik xərcləri uçota alınır. Hesabat dövrü üzrə və əvvəlki hesabat dövrü üzrə bu hesabın məbləğləri “Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat”ın həmin hesab sətri üzrə müvafiq olaraq 3-cü və 5-ci sütunlarında əks etdirilir.

13.2.8. “Sair xərclər” hesabında təşkilatın əldə etdiyi gəlirləri ilə bağlı olmayan xərc kimi tanınmış məbləğlər uçota alınır. Hesabat dövrü üzrə və əvvəlki hesabat dövrü üzrə bu hesabın məbləğləri “Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat”ın həmin hesab sətri üzrə müvafiq olaraq 3-cü və 5-ci sütunlarında əks etdirilir.

13.3. Ümumi mənfəət (zərər)

13.3.1. “Ümumi mənfəət (zərər)” maddəsində təşkilatın hesabat dövründə və əvvəlki hesabat dövründə maliyyə hesabatının 60-cı maddəsi üzrə əldə edilmiş gəlirlərindən maliyyə hesabatının 70-ci maddəsi üzrə xərcləri çıxılmaqla, ümumi mənfəətin (zərərin) məbləği eyniadlı maddə üzrə “Maliyyə fəaliyyətinin nəticələri haqqında” hesabatda ümumiləşdirilir.

13.3.2. Hesabat dövrü üzrə və əvvəlki hesabat dövrü üzrə “Ümumi mənfəət (zərər)” sətri üzrə məbləğlər müvafiq olaraq “Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat”ın 4-cü və 6-cı sütunlarında əks etdirilir.

14.1. Təşkilatın maliyyə hesabatlarına əlavə edilən “Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər”də “Maliyyə vəziyyəti haqqında hesabat” və “Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat”da təqdim edilən maliyyə informasiyaları açıqlanır.

14.2. “Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər”də aşağıdakılar göstərilir:

14.2.1. təşkilatın hüquqi ünvanı və hüquqi forması;

14.2.2. təşkilatın əməliyyatlarının və fəaliyyətinin əsas növlərinin təsviri;

14.2.3. qrupun bilavasitə və son nəticədə tabe olduğu əsas təşkilatların adları;

14.2.4. hesabat dövrü ərzində işçilərin orta sayı.

14.3. Hesabat dövrü ərzində maliyyə hesabatlarının tərtib olunması zamanı “Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər”in quruluşu “Əhəmiyyətli uçot siyasəti” və “İzahlı qeydlər” kimi qruplaşdırılır.

15.1. Maliyyə hesabatlarının hazırlanması zamanı uçot siyasətinin konkret aspektləri haqqında məlumat maliyyə hesabatlarının ayrıca komponenti kimi təqdim edilir. Təşkilatın təqdim etdiyi “Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər”də aşağıdakılar əks etdirilməlidir:

15.1.1. maliyyə hesabatlarının hazırlanmasında istifadə olunmuş qiymətləndirmənin əsasları (maliyyə hesabatlarında bir neçə qiymətləndirmə əsası istifadə edildikdə, qiymətləndirmə əsasına müvafiq olaraq aktivlərin və öhdəliklərin kateqoriyası göstərilir);

15.1.2. maliyyə hesabatlarına görə məsul şəxslərin qəbul etdiyi və maliyyə hesabatlarında tanınmış məbləğlərə əhəmiyyətli dərəcədə təsir göstərən qərarlar;

15.1.3. “Maliyyə vəziyyəti haqqında hesabat” və “Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat”ın hər bir maddəsinin təqdim edilməsinə əhəmiyyətli təsir göstərən əlavə informasiyalar.

15.2. Maliyyə hesabatlarındakı məlumatların təfərrüatı ilə açıqlanması göstərilən bu hesabatlarda maddələrin xarakterindən, funksiyasından və məbləğlərinin həcmindən asılıdır.

15.3. “Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər”də maliyyə vəziyyəti haqqında hesabatla bağlı təqdim edilməli olan informasiyada aktivlər, xalis aktivlər (kapital) və öhdəliklər çərçivəsində onların xüsusiyyətləri və məqsədi təsvir edilməklə açıqlanmalıdır.

15.4. “Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər”də maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabatla bağlı təqdim edilməli olan informasiyada gəlir və xərc maddələrinin xüsusiyyətləri və məbləğləri təsvir edilməklə açıqlanmalıdır.

1. 22 sentyabr 2018-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 sentyabr 2018-ci il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1938)

2. 13 mart 2024-cü il tarixli 146 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 14 mart 2024-cü il, “Xalq” qəzeti, 17 mart 2024-cü il, № 60, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 323)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver