Bu Qanunun məqsədləri üçün siyasi mülahizələrə görə dövlət tərəfindən tətbiq edilən, məhkəmələrin və mühakimə funksiyaları verilmiş başqa orqanların qərarı ilə, yaxud icra hakimiyyəti orqanları və vəzifəli şəxslər, inzibati səlahiyyət verilmiş ictimai təşkilatlar və ya onların orqanları tərəfindən inzibati qaydada icra olunan, həyatdan və ya azadlıqdan məhrumetmə, qeyri-qanuni məcburi müalicə üçün ruhi müalicəxanaya yerləşdirmə, ölkədən çıxarma və vətəndaşlıqdan məhrumetmə, əhali qruplarını yaşayış yerindən çıxarma, sürgünetmə, köçürtmə və xüsusi məskənə göndərmə, azadlığın məhdudlaşdırılması şəraitində məcburi əməyə cəlb etmə şəklində müxtəlif məcburiyyət tədbirləri, habelə sinfi, sosial, milli, dini və ya sair əlamətlərə görə dövlət və ya siyasi quruluş üçün sosial təhlükəli sayılan şəxslərin hüquq və azadlıqlardan başqa cür məhrum edilməsi və ya bunların məhdudlaşdırılması siyasi repressiya hesab olunur.
Qanunvericilik › Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1
Maddə 1. Siyasi repressiya anlayışı
Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Bu maddə sizin işinizə necə tətbiq olunur?
Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.
Sual ver