"Sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası" (bundan sonra "VTİSK" adlandırılacaq) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57-ci və 156-cı maddələrinin 2-ci hissələrinin tələblərinə uyğun olaraq hazırlanmışdır.
VTİSK-də respublikada əhalinin sosial müdafiəsi sahəsində fəaliyyət göstərən sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya sahəsinə aid olan və sosial xidmətlər göstərən digər müəssisələrin bu sahəyə aid edilən səciyyəvi qulluqçu vəzifələrinin və fəhlə peşələrinin tarif-ixtisas xüsusiyyətləri öz əksini tapmışdır.
VTİSK-də hər bir vəzifənin tarif-ixtisas xüsusiyyətləri 3 bölmədən ibarətdir:
- "Əmək funksiyası" bölməsində bu vəzifəni tutan işçinin görməli olduğu işlərin həcmi və məzmunu;
- "Bilməlidir" bölməsində işçinin qanunvericilik aktları və digər normativ hüquqi sənədləri, eləcə də yerinə yetirilən işin üsul və vasitələrini bilməsi kimi tələblər;
- "Ödəniş dərəcələrinə ixtisas tələbləri" bölməsində işçinin xüsusi hazırlıq səviyyəsi, ixtisas və əmək stajına olan tələblər öz əksini tapmışdır.
VTİSK qulluqçu vəzifələrini və fəhlə peşələrini tutan işçilərin əsas əmək funksiyalarını, qulluqçuların hüquq və məsuliyyətini əks etdirən vəzifə təlimatlarının hazırlanmasında, kadrların seçilməsi və yerləşdirilməsində, ixtisaslarından asılı olaraq onların məşğulluğunun səmərəli təmin edilməsinə nəzarətin həyata keçirilməsində, işçilərin attestasiyasının keçirilməsində və əmək müqavilələrinin (kontraktlarının) bağlanmasında əsas normativ hüquqi akt olaraq tətbiq edilir.
VTİSK-də "Rəhbərlər" kateqoriyasına aid edilən müəyyən işçilərin əməyinin ödəniş dərəcələri sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya müəssisələrinin rəhbər işçilərinin əməyinin ödəniş qrupundan asılı olaraq müəyyənləşdirilir. Həmin müəssisələrin rəhbər işçilərinin əməyinin ödəniş qrupları aşağıdakı göstəricilər üzrə təyin edilir:
- əlilliyi olan şəxslərin müalicə müəssisələri, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri
- əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri və psixonevroloji sosial xidmət müəssisələri
- əlilliyi olan şəxslərin reabilitasiya müəssisələri
- mürəkkəb protezləşdirmə stasionarı
Kitabçada verilən tarif ixtisas xüsusiyyətləri özündə fəhlə peşələri üzrə tez-tez rastlaşan əsas işlərin məzmununu əks etdirir. İşlərin konkret məzmunu, həcmi və yerinə yetirilmə qaydası hər bir müəssisədə texnoloji xəritələrə, işçi təlimatlara və digər sənədlərə uyğun olaraq müəyyənləşdirilir. Bu işlərdən əlavə fəhlə iş növbəsinin qəbulu və təhvili, iş yerinin işə hazırlığı və işin sonunda iş yerinin yığışdırılması, avadanlıq və ləvazimatın lazımi səviyyədə saxlanılması, təyin edilmiş sənədləşdirmənin aparılması ilə əlaqədar işləri də yerinə yetirməlidir.
Bir sıra fəhlə peşələrinin tarif-ixtisas xüsusiyyətlərində müvafiq dərəcəyə aid olan iş nümunələri verilmişdir. Bu nümunələr həmin peşə üzrə bütün iş nümunələrini əhatə etmir. Ona görə də, müəssisə işçilərin əmək müqavilələrində həmin peşəyə uyğun konkret iş nümunələrini müəyyən edə bilərlər.
Əmək müqaviləsinin (kontraktının) şərtlərində müəyyən edildikdə və ya işçilərin attestasiya komissiyasının təklifi ilə ixtisas tədbirlərində müəyyən edilmiş müvafiq təhsili, xüsusi hazırlığı və ya əmək stajı olmayan, lakin üzərinə qoyulan vəzifələri keyfiyyətlə yerinə yetirən və lazımi təcrübəsi olan işçilər müstəsna hallarda müvafiq təhsili, xüsusi hazırlığı və əmək stajı olan işçilər kimi hər hansı bir vəzifəyə təyin edib bilərlər.
Baş həkim (direktor, müdir, rəis, rəhbər)
Tibbi-Sosial Ekspert Komissiyasının sədri
Tibbi-sosial ekspertiza üzrə həkim-ekspert
Sosial iş üzrə mütəxəssis
Sosial iş üzrə mütəxəssis-psixoloq
Sosial sahə üzrə tibb bacısı (qardaşı) (böyük tibb bacısı (qardaşı) da daxil olmaqla)
Protez texniki; protez-ortez texniki
Protez-ortez məmulatlarının mexaniki
Əmək funksiyası. Müəssisəyə rəhbərlik edir. Onun fəaliyyət planını müəyyənləşdirir və formalaşdırır. Müəssisənin ümumi fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə, müəssisənin əsasnaməsinə və tabe olduqları yuxarı orqanların qərar, sərəncam, əmr və s. rəhbər sənədlərinə uyğun olaraq istiqamətləndirir və əlaqələndirir.
Müəssisənin struktur bölmələrinin işini və onların bir-biri ilə qarşılıqlı fəaliyyətini təşkil edir. Müəssisənin ixtisaslı kadrlarla təmin edilməsi, işçilərin bilik və təcrübəsindən səmərəli istifadə edilməsi, onların əməyi üçün təhlükəsiz və əlverişli şəraitin yaradılması məqsədilə müvafiq tədbirlər görür.
Müəssisənin struktur bölmələrin əsas-namələrini təsdiq edir və ona uyğun olaraq onların səmərəli, qarşılıqlı fəaliyyətini təşkil edir. İşçilər arasında iş bölgüsünün aparılması barədə göstəriş verir.
Müəssisə, idarə və təşkilatlar ilə müqavilələr bağlanarkən müəssisəni təmsil edir.
Qida bloku və qida anbarlarının müvafiq işçilərinin tibbi müayinədən vaxtlı-vaxtında keçmələrinə nəzarət edir.
Müəssisənin yuyucu vasitələr və dezinfeksiyaedici məhlullar ilə təmin olunmasına, dezinfeksiya tədbirlərinin vaxtlı-vaxtında yerinə yetirilməsinə, xəstələrlə təcrid və karantin tədbirlərinin dəqiqliklə yerinə yetirilməsinə nəzarəti həyata keçirir.
Bilməlidir: rəhbərlik etdiyi müəssisənin əsasnaməsini; aidiyyəti sahə üzrə Azərbaycan Respublikasının qanunvericilik aktlarmı; yuxarı orqanların və digər təşkilatların müəssisənin profilinə aid olan qərar, sərən-cam, əmr və göstərişlərini; müəssisənin və sahənin texniki, iqtisadi və sosial inkişaf perspektivlərini; təsərrüfatçılıq və idarəetmə metodlarını; təsərrüfat müqavilələrinin bağlanılması və yerinə yetirilməsi qaydasını, elm və texnikanın nailiyyətlərini və qabaqcıl iş təcrübəsini; iqtisadiyyatın, istehsalın, əməyin təşkilini və idarə olunmasını; qanunvericiliyin əsaslarmı, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarmı.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: baş həkim vəzifəsində çalışdıqda ali tibb təhsili, müəssisənin direktoru, müdiri, rəisi, rəhbər vəzifələrində çalışdıqda ali təhsil və ixtisası üzrə rəhbər vəzifələrdə 5 ildən az olma-yaraq əmək stajı.
13-14-cü dərəcələr: V qrupa aid edilən müəssisələrdə;
15-ci dərəcə: IV qrupa aid edilən müəssisələrdə;
16-cı dərəcə: III qrupa aid edilən müəssisələrdə;
17-ci dərəcə: II qrupa aid edilən müəssisələrdə;
18-ci dərəcə: I qrupa aid edilən müəssisələrdə.
Əmək funksiyası. Xidmət göstərilən ərazinin Tibbi-Sosial Ekspert Komissiyasına rəhbərlik edir. Tibbi-Sosial Ekspert Komissiyaları haqqında əsasnaməyə uyğun olaraq Komissiyanın işini təşkil edir. Tibbi-Sosial Ekspert Komissiyasının üzvlərinin, eləcə də tabelikdə olan işçilərin işinə nəzarət edir. Əlillik məsələlərinin həlli məqsədi ilə Tibbi-Sosial Ekspert Komissiyasının xidmət göstərdiyi ərazinin tibb müəssisələri ilə qarşılıqlı işgüzar əlaqələrinin yaradılmasını təmin edir. Yerli icra hakimiyyətlərinə, həm-karlar ittifaqı təşkilatlarına, idarə və müəssisələrin rəhbərlərinə əlilliyin qarşısının alınması, əlilliyi olan şəxslərin reabilitasiyası və bu istiqamətdə aparılmalı profilaktik tədbirlər barədə məlumat verir. Rəhbərlik etdiyiTibbi-Sosial Ekspert Komissiyasını müəssisə, idarə və təşkilatlarda təmsil edir. Tibbi-Sosial Ekspert Komissiyasının işinin təşkili, əlilliyin qiymətləndirilməsi və s. aidiyyəti məsələlər üzrə nəzəri və praktiki biliklərə və hazırlığa malik olur. Müasir diaqnostika, müalicə və reabilitasiya metodlarının tətbiq edilməsinə səy göstərir.
Bilməlidir: əhalinin sağlamlığının qorunması və sosial müdafiəsi sahəsinə dair qanunvericilik aktlarını; tibbi-sosial ekspertiza, əhalinin sosial müdafiəsi ilə bağlı qanun-vericilik aktlarını; tibbi-sosial ekspertizanın nəzəri əsaslarını; tibbi-sosial ekspertiza sahəsində hüquq və vəzifələri.
Ödəniş dərəcələrim ixtisas tələbləri: ali tibb təhsili, tibbi-sosial ekspertiza üzrə xüsusi hazırlıq kursu, tibbi-sosial ekspertiza sahə-sində 5 ildən, ixtisası üzrə 10 ildən az olmayaraq əmək stajı.
15-ci dərəcə: əhalisinin sayı 200 min nəfərədək olan əraziyə xidmət göstərən tibbi-sosial ekspert komissiyasına rəhbərlik etdikdə;
16-cı dərəcə: əhalisinin sayı 200 min nəfərdən çox olan əraziyə xidmət göstərən tibbi-sosial ekspert komissiyasına rəhbərlik etdikdə.
Əmək funksiyası. Şöbənin müalicə və sanitar epidemioloji işini təşkil edir. Xəstələrə tibbi xidmət göstərilməsini təşkil edir. Pəhriz xörəklərinin xəstələrə verilməsini, tibbi göstərişlər əsasında xəstələrin yerləşdirilməsini, zəruri hallarda həkim-mütəxəssislərin məsləhəti əsasında xəstələrə qulluğun təşkil olunmasını təmin edir.
Şöbədə tibbi xidmətin təşkilinə və həyata keçirilməsinə görə bilavasitə məsuliyyət daşıyır.
Növbə ərzində baş verən hadisələri: xəstələrin səhhətində baş verən dəyişiklikləri, təcili xəstəxanaya yerləşdirilmə hallarını, tibbi heyət tərəfindən axşam və gecə növbələrində görülən tədbirləri və ötən gün ərzində baş vermiş halları araşdırır.
Tibbi heyətin iş cədvəlini təsdiq edir və onun yerinə yetirilməsinə nəzarət edir.
Şöbədə tibbi heyətin işinə daimi nəzarəti həyata keçirilir, tibbi heyətlə birgə müayinə keçirir, tibbi təyinatların düzgün və vaxtında yerinə yetirilməsinə nəzarət edir.
Müəssisədə xəstələrin müalicə müddəti ərzində yaşayış rejimini təşkil edir və ona əməl olunmasına daima nəzarət edir. Zəruri hallarda xəstələrin başqa tibb və ya tibbi-sosial yönümlü müəssisələrə köçürülməsini təşkil edir.
Şöbəyə təhkim olunmuş tibbi avadanlığın düzgün istifadə olunmasını, vaxtlı-vaxtında profilaktik təmirini və istismar qaydalarına riayət edilməsini təmin edir.
Müalicə üçün təyinatların düzgün verilməsinə, dərman və tibb vasitələrinin saxlanılmasına və işlədilməsinə, onların məqsədyönlü və tam şəkildə istifadə edilməsinə, saxlanılması müddətinə əməl edilməsinə, müddəti keçmiş dərman və tibb vasitələrinin təhkim olunmuş şəxsin icazəsi ilə istifadəsinə, belə icazə olmadıqda onların müvafiq qaydada məhvinə nəzarət edir.
Şöbəyə tibb işçilərinin, eləcə də digər işçilərin işə qəbulu və işdən azad edilməsi barədə rəhbərliyə təqdimat verir.
Bilməlidir: işlədiyi müəssisənin və rəhbərlik etdiyi şöbənin əsasnamələrinin; xəstəliklərin müalicəsini; əmək prosesində iştirak etmək qabiliyyəti olan xəstələrin yerinə yetirə biləcəkləri iş növlərini, onların iş rejimini və iş gününün müddətini; xəstələrin səhhətini qiymətləndirməklə xəstəlik tarixlərinə müvafiq qeydlərin edilməsini; tibbi hesabatların hazırlanmasını; sənədlərin düzgün aparılması və saxlanılmasını; xəstələr arasında sanitariya üzrə maarifləndirmə işinin aparılmasını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali tibb təhsili və 5 ildən az olmayaraq ixtisası üzrə əmək stajı.
14-cü dərəcə; IV və V qrupa aid edilən müəssisələrdə;
15-ci dərəcə: II və ya III qrupa aid edilən müəssisələrdə;
16-cı dərəcə: I qrupa aid edilən müəssisələrdə;
Əmək funksiyası. Tibbi-Sosial Ekspert Komissiyasının əlilliyin qiymətləndirilməsi məqsədilə keçirilən qiymətləndirmələrdə iştirak edir. Komissiyanın tərkibində çalışarkən əlilliyi qiymətləndirilən şəxsləri tibbi müayinədən keçirir, onların orqanizminin funksiyalarının pozulması faizini, səbəbini, müddətini, əmək zəmanətini müəyyən edir və Fərdi Reabilitasiya Proqramını tərtib edir. Əlilliyi olan şəxslərin nəqliyyat və hərəkət vasitələri alması üçün tibbi göstərişləri, eləcə də əks göstərişləri təyin edir. Əlilliyi olan şəxslərin əməyindən düzgün istifadə edilməsini araşdırır. Tibbi-sosial ekspertiza üzrə müasir diaqnostika üsullarını və əlilliyin reabilitasiyası üzrə müalicə metodlarmı bilir. Nəzəri biliklərini və ixtisas səviyyəsini yüksəltmək üçün daima xüsusi elmi ədəbiyyatı öyrənir və bilik səviyyəsini artırır.
Bilməlidir: əhalinin sağlamlığının qorunması, əlilliyin profilaktikası, əlilliyi olan şəxslərin reabilitasiyası, tibbi-sosial ekspertiza, əhalinin sosial müdafiəsi ilə bağlı qanunvericilik aktlarını; tibb və sosial müdafiə müəssisələrinin təşkilatı strukturunu; səhiyyə, sığorta, əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatları və digər əlaqədar təşkilatlarla əməkdaşlıq prinsiplərini; tibbi-sosial ekspertiza sahəsində hüquq və vəzifələri.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali tibb təhsili, tibbi-sosial ekspertiza üzrə xüsusi hazırlıq kursu, həkim vəzifəsində (internatura daxil edilməklə) ən azı 3 il əmək stajı və yaxud ali tibb təhsili haqqında fərqlənmə diplomu olduqda.
9-cu dərəcə: tibbi-sosial ekspertiza üzrə həkim-ekspert vəzifəsində əmək stajı olmadıqda;
10-cu dərəcə: tibbi-sosial ekspertiza üzrə həkim-ekspert vəzifəsində 1 ildən və yaxud həkim-mütəxəssis vəzifəsində 5 ildən az olmayaraq əmək stajı;
11-ci dərəcə: tibbi-sosial ekspertiza üzrə həkim-ekspert vəzifəsində 3 ildən və yaxud həkim-mütəxəssis vəzifəsində 8 ildən az olmayaraq əmək stajı;
12-ci dərəcə: tibbi-sosial ekspertiza üzrə həkim-ekspert vəzifəsində 5 ildən və yaxud həkim-mütəxəssis vəzifəsində 11 ildən az olmayaraq əmək stajı;
13-cü dərəcə: tibbi-sosial ekspertiza üzrə həkim-ekspert vəzifəsində 8 ildən və yaxud həkim-mütəxəssis vəzifəsində 13 ildən az olmayaraq əmək stajı;
14-cü dərəcə: tibbi-sosial ekspertiza üzrə həkim-ekspert vəzifəsində 10 ildən və yaxud həkim-mütəxəssis vəzifəsində 15 ildən az olmayaraq əmək stajı;
15-ci dərəcə: 15 ildən az olmayaraq tibbi-sosial ekspertiza üzrə həkim-ekspert vəzifəsində əmək stajı olduqda və əmək funksiyalarını Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyində yerinə yetirdikdə.
Əmək funksiyası. Müəssisədə sosial müdafiə ilə əhatə olunmuş şəxslərin təlim-tərbiyəsi, təhsili, inkişafı və sosial müdafiəsi üzrə kompleks tədbirləri həyata keçirir.
Müəssisədə sosial müdafiə ilə əhatə olunmuş şəxslərin psixoloji, tibbi və pedaqoji xüsusiyyətlərini, mikromühitini, həyat tərzini, maraq və tələbatlarmı, çətinliklərini və problemlərini öyrənir, münaqişəli vəziyyətləri, davranışlarındakı pozuntuları aşkar edir, araşdırır. Onlara vaxtında zəruri sosial yardım və qayğı göstərir. Təhsil alan şəxslə müəssisə, ailə, mühit arasında, eləcə də müxtəlif sosial xidmətlərin, idarələrin və inzibati orqanların mütəxəssisləri arasında vasitəçi kimi çıxış edir. Sosial-pedaqoji işin xüsusiyyətlərini, forma və metodlarmı, şəxsi və sosial problemlərin həlli yollarmı müəyyən edir, sosial müdafiə və sosial yardım, habelə təhsil alan şəxsin hüquq və azadlıqlarının reallaşdırılması üzrə tədbirlər həyata keçirir. Təhsil alanların və sosial müdafiə ilə əhatə olunanların sosial fəaliyyətinin müxtəlif növlərinin, sosial təşəbbüslərinin inkişafına, sosial layihələrin və proqramların reallaşdırılmasına yönəldilmiş tədbirləri təşkil edir, onların işlənib hazırlanmasında və təsdiq edilməsində iştirak edir. Sosial mühitdə insanpərvər, sağlam əxlaqi münasibətlərin yaradılmasına şərait yaradır. Təhsil alan şəxslər üçün psixoloji komfort və təhlükəsizlik şəraitinin yaradılmasına köməklik göstərir, onların həyatının və sağlamlığının qorunmasını təmin edir. Təhsil alan valideyn himayəsindən məhrum olmuş uşaqların işə düzəlməsi, onların yaşayış yeri, sosial müavinət və pensiyalarla təmin edilməsi, əmanət kitabçalarının rəsmiləşdirilməsi və qiymətli kağızlarının istifadə edilməsi sahəsində işləri həyata keçirir. Himayəçiliyə və qəyyumluğa ehtiyacı olan, fiziki imkanları məhdud olan, habelə ekstremal vəziyyətlərə düşən şəxslərə yardım göstərilməsi məqsədilə müəllimlərlə, valideynlərlə (onları əvəz edən şəxslərlə), habelə sosial xidmət müəssisələrinin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarının işçiləri ilə qarşılıqlı fəaliyyət göstərir.
Bilməlidir: əmək funksiyasının xüsusiyyətləri ilə əlaqədar müvafiq Azərbaycan Respublikası qanunvericiliyini, uşaq hüquqları haqqında konvensiyaları, uşaq və yeniyetmələrin təlim-tərbiyəsi haqqında normativ sənədləri; sosial siyasət, dövlət quruluşu, əmək və aid qanunvericiliyinin əsaslarını; ümumi sosial pedaqogikanı; pedaqoji, sosial, yaş və uşaq psixologiyasını; valeologiyanın və sosial gigiyenanın əsaslannı; sosial-pedaqoji və diaqnostika metodikasını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarmı.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
8-ci dərəcə: əmək stajına tələb qoyulmadan orta ixtisas (pedaqoji) təhsili;
9-cu dərəcə: orta ixtisas (pedaqoji) təhsili, 3 ildən 5 ilədək sosial pedaqoq vəzifəsində əmək stajı olan;
10-cu dərəcə: əmək stajına tələb qoyulmadan ali pedaqoji təhsil və yaxud orta ixtisas (pedaqoji) təhsilli olmaqla sosial pedaqoji pedaqoq vəzifəsində 13 ildən ali pedaqoji təhsil və sosial 18 pedaqoq vəzifəsində 8 ildən 13 ilədək əmək stajı olduqda; pedaqoq vəzifəsində 5 ildən 8 ilədək əmək stajı;
11-ci dərəcə: ali pedaqoji təhsil və sosial pedaqoq vəzifəsində 3 ildən 8 ilədək əmək stajı;
12-ci dərəcə: ali pedaqoji təhsil və sosial pedaqoq vəzifəsində 8 ildən 13 ilədək əmək stajı;
13-cü dərəcə: ali pedaqoji təhsil və sosial pedaqoq vəzifəsində 13 ildən 18 ilədək əmək stajı;
14-cü dərəcə: ali pedaqoji təhsil və sosial pedaqoq vəzifəsində 18 ildən çox əmək stajı;
15-ci dərəcə: ali pedaqoji təhsil və elmi dərəcəsi olduqda.
Əmək funksiyası. Xidmət göstərdiyi ərazidə müxtəlif növ və formada sosial yardıma ehtiyacı olan ailələri, ayrı-ayrı vətəndaşları, o cümlədən, yetkinlik yaşına çatmayanları aşkar edir, onları qeydə alır və nəzarətdə saxlayır. Həmin ərazidə yaşayan şəxslərin yaşayış, iş və təhsil yerlərində qarşılaşdıqları çətinliklərin səbəblərini öyrənir. Həmin şəxslərə göstəriləcək sosial yardımın xüsusiyyətlərini və həcmini müəyyən edir. Ayrı-ayrı şəxslərin, ailələrin və sosial qrupların potensial imkanlarının aktivləşməsinə köməklik göstərir. Sosial müdafiə ilə bağlı müxtəlif suallarla əlaqədar zəruri məsləhətlər verir. Ehtiyacı olanlara daimi və ya müvəqqəti xidmət göstərilməsinə, qəyyumluğa və ya himayəçiliyə götürülmə ilə əlaqədar sənədlərin hazırlanmasına köməklik göstərir. Dövlət tibb müəssisələrində stasionar şəraitdə yerləşdirilməyə ehtiyacı olanlara yardım edir. Valideyn hüquqlarının məhdudlaşdırılması, valideyn hüquqlarından məhrum etmə ilə bağlı iddianın qaldırılması, övladlığa götürülmənin rəsmiləşdirilməsi və s. barədə zəruri materialları və sənədləri müvafiq orqan və idarələrə təqdim edir. Qanunvericiliyi pozmuş yetkinlik yaşına çatmayanların ictimai müdafiəsini təşkil edir, zəruri hallarda məhkəmələrdə onların ictimai əsaslarla müdafiəçisi kimi çıxış edir. Sosial yardıma ehtiyacı olan vətəndaşlara yardım göstərilməsi üzrə müxtəlif dövlət və qeyri-hökumət idarə və təşkilatların işini əlaqələndirir. Sosial siyasətin formalaşmasında, ərazidə əhaliyə sosial yardım idarələri şəbəkəsinin inkişaf etdiril sahəsində yeni texnologiyanın işlənib hazırlanmasında, sosial işçilərin qabaqcıl təcrübəsinin mənimsənilməsində iştirak etməlidir.
Bilməlidir: insan hüquqları və azadlıqları barədə qətnamələri, uşaq hüquqları haqqında konvensiyaları, uşaq və yeniyetmələrin təlim-tərbiyəsi haqqında normativ sənədləri; əhalinin sağlamlığının qorunması sahəsində normativ hüquqi aktları; əmək qanunvericiliyinin əsaslarmı; sosiologiyanı, sosial yardımın və əhalinin sosial müdafiəsinin təşkilini; sosial psixologiyanı; əmək psixologiyasını; təhlükəsiz əmək şəraitinin yaradılması metodlarını; psixologiyanı, psixoprofilaktikanı, tibbi-sosial ekspertizanın və psixi pozuntudan əziyyət çəkən şəxslərin, o cümlədən, əlilliyi olan şəxslərin məşğulluğu üzrə qanunvericiliyin əsaslarını, etika qaydalarını və deontologiyanı, dedektologiya, psipatologiya, profpatologiya, peşə yönümü, peşə hazırlığı, əmək terapiyası və məşğulluq terapiyasının əsaslarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali psixoloji təhsil
9-cu dərəcə: iş stajına tələb qoyulmadan;
10-cu dərəcə: sosial iş üzrə mütəxəssis-psixoloq vəzifəsində 2 ildən az olmayaraq əmək stajı olduqda;
11-ci dərəcə: sosial iş üzrə mütəxəssis-psixoloq vəzifəsində 3 ildən az olmayaraq əmək stajı olduqda;
12-ci dərəcə: sosial iş üzrə mütəxəssis-psixoloq vəzifəsində 5 ildən az olmayaraq əmək stajı olduqda;
13-cü dərəcə: sosial iş üzrə mütəxəssis-psixoloq vəzifəsində 7 ildən az olmayaraq əmək stajı olduqda.
Əmək funksiyası. Sosial sahə üzrə tibb bacısı (qardaşı) əlilliyi olan şəxslərin reabilitasiyası müəssisələrində, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində və psixonevroloji sosial xidmət müəssisələrində yerləşdirilmiş xəstələrə və ya sosial müdafiəyə götürülmüş şəxslərə müalicəvi-profilaktik qulluq göstərir. Həkiməqədər tibbi yardım göstərir, qulluq göstərilən kontingent ilə sanitariya maarifi işini aparır. Laboratoriya tədqiqatları üçün lazım olan materialları alır və ən sadə analizləri aparır. Alətləri, sarğı materiallarını və xəstələrə qulluq əşyalarını sterilizə edir. Şöbədə dərmanların həkimin təyinatı əsasında işlədilməsinə görə məsuliyyət daşıyır. Həkim təyinatlarının düzgün yerinə yetirilməsini, dərman və tibb vasitələrinin uçotunun aparılmasını, saxlanılmasını və təyinatı üzrə işlədilməsini təmin edir.
Əlilliyi olan şəxslərin reabilitasiyası müəssisələrində, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində və psixonevroloji sosial xidmət müəssisələrində sosial sahə üzrə böyük tibb bacısı (qardaşı) vəzifəsini yerinə yetirdikdə orta və kiçik tibb heyətinin əməyini təşkil edir, onların öz vəzifələrini yerinə yetirilmələrinə nəzarət edir. Həkimlərin normal işini təmin etmək məqsədilə şöbədə zəruri şəraiti və ümumi intizamı təmin edir. Şöbənin dərman və tibb vasitələri ilə təchizatına müntəzəm olaraq nəzarət edir. Şöbədə əmlakın və tibbi inventarın qorunmasını, avadanlığın vaxtında təmir olunmasını, xəstələrin düzgün qidalanmasını, güclü təsirli, zəhərli və az tapılan dərmanların və materialların uçotunun düzgün aparılmasını və onların saxlanmasını, orta və kiçik tibb heyəti tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikası, aseptika və antiseptika qaydalarına riayət olunmasını təmin edir. Həkim təyinatlarının, müəyyən olunmuş normaların və istehsalat tapşırıqlarının vaxtında və dəqiqliklə yerinə yetirilməsinə, yeni daxil olan xəstələrin sanitar emalı keyfiyyətinə, epidemiya əleyhinə tədbirlərə riayət olunmasına, otaqların, görülmüş işlərin sanitar-gigiyenik vəziyyətinə nəzarət edir. Tələb olunan hesabat-qeydiyyat sənədlərini aparır.
Tibbi-sosial ekspertiza sahəsində çalışdıqda ekspertiza işlərinin normal gedişinə şərait yaradılmasını təmin edir. Tibb qeydiyyatçısının işinə nəzarət edir, həkim-ekspertlərin tapşırıq və təyinatlarının qeydiyyatını aparır və onların yerinə,yetirilməsinə nail olur. Xəstələrin vəziyyətini nəzərə alaraq müayinə növbəsini təşkil edir, ehtiyac olduqda xəstələrə həkiməqədər tibbi yardım göstərir. Komissiyanın arxivinin düzgün mühafizəsini təmin edir. Tibbi-sosial ekspert komissiyasının hesabatının tərtibində iştirak edir, göstəriş və tapşırıqları yerinə yetirir. Tibbi-sosial ekspert komissiyasına daxil olan təlimatların və elmi ədəbiyyatın saxlanılmasını təmin edir.
Bilməlidir: müalicə-profilaktika prosesində, xəstəliklərin profilaktikasında, sağlam həyat tərzinin təbliğində sosial sahə üzrə tibb bacısının rolunu və vəzifələrini; ilk və həkiməqədər tibbi yardımın göstərilməsini; təsərrüfatın tibbi təchizatın təşkilini, şöbənin uçot və hesabat sistemini; dərman və tibb vasitələrinin və materialların saxlanılma qaydalarını; tibbi-sosial ekspert komissiyasında sənədlərin aparılma qaydasını və iş prinsipinin əsaslarını; tibb sahəsinə aid olan əsas normativ hüquqi aktları; əmək qanunvericiliyinin əsaslarını; səhiyyə və sosial müdafiə müəssisələrinin təşkilatı strukturunu; tibbi alət və avadanlıqla iş zamanı təhlükəsizlik texnikası qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: "Tibb bacısı" ixtisası üzrə orta tibb təhsili və ya orta tibb təhsili.
5-ci dərəcə: sosial müdafiə müəssisələrdə 5 ilə qədər ixtisası üzrə əmək stajı olduqda;
6-cı dərəcə: sosial müdafiə müəssisələrdə 5 ildən 8 ilə qədər ixtisası üzrə əmək stajı olduqda;
7-ci dərəcə: sosial müdafiə müəssisələrdə 8 ildən 11 ilə qədər ixtisası üzrə əmək stajı olduqda və yaxud ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajına malik olmaqla tibbi-sosial ekspert komissiyasında çalışdıqda;
8-ci dərəcə: sosial müdafiə müəssisələrdə 11 ildən 14 ilə qədər ixtisası üzrə əmək stajı olduqda və yaxud tibbi-sosial ekspertiza sahəsində 3 ildən az olmayaraq əmək stajına malik olmaqla əhalisinin sayı 400 min nəfərədək olan əraziyə xidmət göstərən tibbi-sosial ekspert komissiyasında çalışdıqda;
9-10-cu dərəcələr: (böyük tibb bacısı (qardaşı): sosial müdafiə müəssisələrdə 14 ildən çox əmək stajı olduqda və yaxud tibbi-sosial ekspertiza sahəsində 7 ildən az olmayaraq əmək stajına malik olmaqla əhalisinin sayı 400 mm nəfərdən çox olan əraziyə xidmət göstərən tibbi-sosial ekspert komissiyasında və ya Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin tibbi-sosial ekspert komissiyasında çalışdıqda.
Əmək funksiyası. Tərbiyəçi-ana ev təsərrüfatında əsas simadır. O, uşaqların təlim-tərbiyəsində nümunəvi şəxs olmalıdır. Əxlaqi və mənəvi ailə başçısı rolunu yerinə yetirir. Tərbiyəçi-ana ailə tipli kiçik qrup evinin rəhbərliyi ilə qarşıya çıxan məsələlərin həllində əlaqəçi rolunu yerinə yetirir.
Tərbiyəçi-ana ailə tipli kiçik qrup evində ona təhkim olunmuş kimsəsiz, valideyn himayəsindən məhrum olmuş uşaqları (8-10 nəfər) öz övladları kimi ailə şəraitində böyütməli və təlim-tərbiyə etməlidir. Tərbiyəçi-ana çalışmalıdır ki, onlar üçün ayrılmış yaşayış yerini uşaqlar öz evləri kimi qəbul etsinlər. Tərbiyəçi-ana uşaqların qayğısına qalır, onlara bütün sahələrdə üzləşdikləri məsələlərdə köməklik göstərir. Uşaqların ehtiyaclarına qarşı həssas olur və onların ehtiyaclarını valideyn kimi qəbul edərək uşaqlara hərtərəfli köməklik göstərir. Tərbiyəçi-ana uşaqları öz uşaqları kimi sevməli və onlar üçün ev mühiti yaratmalıdır.
Uşaqların dərslərə hazırlaşmasına köməklik göstərir. Öz evinin təsərrüfat işlərini uşaqların köməyi ilə müəyyən dərəcədə müstəqil idarə edir.
Tərbiyəçi-ana hər bir uşağa fərdi qayğı göstərməli və diqqət yetirməlidir. Uşaqların rifahı üçün lazım olan intizam, intellektual və psixoloji dəstək tərbiyəçi-ana tərəfindən təmin edilməli, uşaqların hüquqları müdafiə olunmalıdır.
Tərbiyəçi-ana uşaqlarının qayğısına qalmaq üçün öz üzərində işləməli, qabiliyyətini təkmilləşdirməli, intellektual səviyyəsini inkişaf etdirməlidir. Tərbiyəçi-ana öz qabiliyyətinə inanmalı və bütün işlərində təşəbbüskar olmalıdır.
Ev təsərrüfatının başçısı kimi tərbiyəçi-ana əsasən gündəlik ev işlərini yerinə yetirməlidir. Asudə vaxtlarda uşaqlar tərbiyəçi-anaya müəyyən işlərdə kömək edirlər.
Tərbiyəçi-ana uşaqları erkən yaşlarından elə öyrətməlidir ki, onlar özlərini evdə sadəcə qonaq kimi deyil, ailənin fəal üzvü kimi hesab etsinlər. Hər bir ailədə olduğu kimi uşaqları əməksevərlik ruhunda böyütməli, onları öz otaqlarını təmiz saxlamağa, evdə təmizlik işlərinə kömək etməyə və s. həvəsləndirməlidir.
Tərbiyəçi-ana ailə tipli kiçik qrup evinin təsərrüfat fəaliyyətinin, eləcə də həmin müəssisəni əhatə edən geniş ictimaiyyətin tərkib hissəsi olduğu üçün ictimai mühitdə fəal olmalıdır. Uşaqlarının təhsil aldıqları məktəblərlə sıx əlaqə saxlamalı, ətraf ictimai mühitdə baş verən hadisələrdən xəbərsiz olmamalıdır.
Tərbiyəçi-ana ailə tipli kiçik qrup evinin qeyri-adi bir müəssisə olduğunu bilməli və onun fəaliyyəti barədə geniş məlumatı olmalıdır. Evinə gələn şəxslərin ailə tipli kiçik qrup evindəki ailə həyatı ilə bağlı suallarına cavab verməyi bacarmalıdır.
Bilməlidir: ailə tipli kiçik qrup evinin mənşəyini, fəlsəfəsini, prinsiplərini, məqsəd və siyasətini; uşaq hüquqlarına dair qanunvericiliyi; uşaq psixologiyasının xüsusiyyətlərini; uşağın tərbiyəsinin metod və üsullarım; tibbi biliklərin əsaslarını: ilk tibbi yardımın göstərilməsini, xəstə uşağa düzgün qulluq edilməsini, dərman vasitələrinin həkimin göstərişinə əsasən qəbul edilməsini və s.; uşaqların gündəlik yaşayış rejimini; ailə təsərrüfatının idarə olunmasını; ev avadanlıqlarından düzgün və səmərəli istifadə edilməsini; evdarlığı və kulinariyanın əsaslarını; ailə büdcəsinin qənaətlə sərfini, məişətdə sanitar-gigiyena qaydalarmı;
Ödəniş dərəcələrinə ixtisas tələbləri: orta ixtisas təhsili (pedaqoji) və ya ali pedaqoji təhsil və yaxud profil üzrə müvafiq təhsili olmadıqda tərbiyəçi-ana vəzifəsinə təyin edilmək üçün 3 aylıq xüsusi hazırlıq kursu keçdikdə.
9-cu dərəcə: ixtisası üzrə 2 ildən az olma-yaraq əmək stajı;
10-cu dərəcə: tərbiyəçi-ana vəzifəsində 3 ildən az olmayaraq əmək stajı.
Əmək funksiyası. Tərbiyəçi-xala ailə tipli kiçik qrup evində tərbiyəçi-ananın əmək funksiyalarının yerinə yetirilməsi prosesində onun əsas köməkçisidir. Tərbiyəçi-xala sadəcə olaraq tərbiyəçi-ananın köməkçisi deyil, həm də ailənin mühüm üzvüdür. O, qayğıkeş və anlaşılan bir şəxs olmalıdır. Tərbiyəçi-xala uşaqlarla elə münasibət yaratmağı bacarmalıdır ki, uşaqlar ona doğma "xala" münasibəti bəsləsinlər.
Tərbiyəçi-xala onun üçün müəyyən edilmiş iş rejiminə uyğun olaraq tərbiyəçi-ana ilə birliklə ev təsərrüfatı işlərini yerinə yetirir, tərbiyəçi-ananın istirahət günlərində isə bu işləri öz üzərinə götürür. Uşaqlara yüksək keyfiyyətli qayğının göstərilməsi üçün təyin olduğu tərbiyəçi-anaya bütün mümkün köməkliyi göstərir. Tərbiyəçi-ana evdə olmadığı hallarda onu əvəz edir, onun əmək funksiyalarmı icra edir. Tərbiyəçi-ana məzuniyyətdə və ya istirahətdə olduğu müddətdə tərbiyəçi-xala uşaqlarla birlikdə evdə yaşamalı, tərbiyəçi-ananın vəzifələrini keyfiyyətlə yerinə yetirməlidir.
Tərbiyəçi-xala tərbiyəçi-ana ilə birgə hər uşağa fərdi qayğı göstərməli və diqqət yetirməlidir. Tərbiyəçi-xala tərbiyəçi-anaya uşaqların təlim-tərbiyə məsələlərində intellektual və psixoloji dəstək verərək köməklik göstərməlidir. Bütün hallarda tərbiyəçi-xala uşaqların hüquqlarmı qorumağa borcludur.
Tərbiyəçi-ananın uşaqlara kifayət qədər vaxt ayıra bilməsi üçün tərbiyəçi-xala müxtəlif xarakterli ev təsərrüfat işlərini yerinə yetirir və müəyyən hallarda tərbiyəçi-ananın çatdıra bilmədiyi işləri tamamlayır.
Tərbiyəçi-xala uşaqlara qayğı sahəsində qabiliyyətmi təkmilləşdirməli və inkişaf etdirməlidir. O, öz qabiliyyətinə inanmalı və bütün işlərində tərbiyəçi-ana ilə həmkar olmalıdır.
Tərbiyəçi-xala ictimai mühitdə fəal olmalıdır. Uşaqlarının təhsil aldıqları məktəblərlə sıx əlaqə saxlamalı, ətraf ictimai mühitdə baş verən hadisələrdən xəbərsiz olmamalıdır.
Tərbiyəçi-xala ailə tipli kiçik qrup evinin qeyri-adi bır müəssisə olduğunu bilməli və onun fəaliyyəti barədə geniş məlumatı olmalıdır. Evə gələn şəxslərin ailə tipli kiçik qrup evindəki ailə həyatı ilə bağlı suallarına cavab verməyi bacarmalıdır.
Bilməlidir: uşaq hüquqlarına dair qanun-vericiliyi; uşaq psixologiyasının xüsusiyyətlərini; tərbiyənin metod və üsullarını; tibbi biliklərin əsaslarını, yəni xəstə uşağa düzgün qulluq (dərman qəbulunun ümumi prinsiplərini) və sağlam uşağa düzgün qulluq (gün rejimi, zədə alma və zəhərlənmə zamanı ilk yardımın göstərilməsi və s.) göstərilməsini; ailə təsərrüfatının idarə olunması, yəni ev avadanlıqlarından düzgün istifadə, ailə büdcəsi və qənaətçilik, evdarlıq və kulinariya, məişət və təmizlik (gigiyena) işlərini.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: orta ixtisas təhsili (pedaqoji) və ya ali pedaqoji təhsil və yaxud profil üzrə müvafiq təhsili olmadıqda tərbiyəçi-xala vəzifəsinə təyin edilmək üçün 3 aylıq xüsusi hazırlıq kursu keçdikdə.
8-ci dərəcə: ixtisası üzrə 2 ildən az olmayaraq əmək stajı;
9-cu dərəcə: tərbiyəçi-xala vəzifəsində 3 ildən az olmayaraq əmək stajı.
Əmək funksiyası. Protez-ortez vasitələrinin təyin edilməsi sahəsində ixtisaslaşmış həkimin rəhbərliyi altında işləyir. Xəstənin müayinəsi və təyinatın verilməsində iştirak edir. Komponentlərin düzgün seçilməsi, protez-ortez vasitələrinin layihələşdirilməsi üzrə məsləhətlər verir. Xəstənin fiziki və digər fərdi xüsusiyyətlərini nəzərə alaraq materialları, komponentləri və başqa vasitələri seçərək protez və ya ortezlərin formasını müəyyən edir. Ölçülər götürür və müvafiq qəliblər çıxarır. Pozitiv və neqativ qəlibin quruluşunu modifikasiya edir. Protez və ortezləri asılqanlıq sistemi, giliz və komponentlərlə birlikdə düzəldir və yığır. Protez-ortezin xəstəyə uyğunlaşdırılmasını, statik və tarazlama işlərini, lazım gəldikdə isə ilkin məşq və ilkin yoxlama işlərini aparır. Protez və ya ortez vasitələri üzərində tamamlama işlərini görür. Protez və ya ortez vasitələrinə texniki qulluq göstərilməsi, təmir və əvəz edilməsi işlərinə nəzarət edir. Yekun yoxlamada iştirak edir, xəstəyə və onun ailə üzvlərinə protez və ya ortez vasitələrindən istifadə və onlara qulluq etmə barədə təlimatlar verir.
Bilik və təcrübəsini artırır, iş metodlarını təkmilləşdirir, köməkçi heyəti təlimatlandırır, onların işinə rəhbərlik edir. Müəssisədə fəaliyyət göstərən yenidən hazırlanmalı olan hazır protez-ortez məmulatlarının silinməsi və zəmanət müddətindən tez xarab olan məmulatların geri qaytarılması üzrə aktlaşdırma komissiyasının işində iştirak edir.
Bilməlidir: protez-ortez məmulatlarının nomenklaturasını, müxtəlif növ protez-ortez məmulatlarının hazırlanmasına aid qüvvədə olan texnoloji təlimatlan, metodiki tövsiyələri; qabaqcıl iş metodlarını və onların tətbiqini, avadanlıqlardan istifadə və onlara texniki qulluq qaydalarmı; anatomiya, fiziologiya, biomexanika və patologiyanın əsaslarını; əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: ümumi orta təhsil və 2 illik xüsusi kurs bitirməklə peşəkar səviyyə sertifikatı.
7-ci dərəcə: protez texniki;
8-ci dərəcə: protez-ortez texniki.
Protez-ortez məmulatlarının mexaniki
İşin xüsusiyyəti. Texnikin və daha yüksək dərəcəli mexanikin rəhbərliyi altında işləyir. Səciyyəvi protezləşdirmə halları üçün müxtəlif materiallardan olan standart yarımfabrikatlardan protez-ortez məmulatlarının əl ilə, alət və dəzgahlar tətbiq etməklə hazırlanması, xəstənin əyninə ölçülməsi, geydirilməsi və təmiri işlərini yerinə yetirir.
Bilməlidir: protez-ortez məmulatlarının və onların modullarının quruluşunu, konstruktiv xüsusiyyətlərini, onların hazırlanması üsullarını və təyinatmı; nəzarət-ölçü cihazlarının quruluşunu və tətbiqi qaydalarını; güdüldən, yaxud dayaq-hərəkət aparatının deformasiya olunmuş sahəsindən ölçülərin götürülməsi və neqativin çıxarılması qaydalarını; insan anatomiyasının əsaslarını.
Hazırlama, əyninə ölçülmə, geyindirmə və təmir:
1. Əl-ayaq protezləri;
2. Ağacdan, metaldan, plastmasdan və dəridən qəbuledici gilizləri olan protezlər;
3. Baldır protezləri.
Protez-ortez məmulatlarının mexaniki
İşin xüsusiyyəti. Texnikin və daha yüksək dərəcəli mexanikin rəhbərliyi altında işləyir. Səciyyəvi protezləşdirmə halları üçün müxtəlif materiallardan olan qeyri-standart yarımfabrikatlardan protez-ortez məmulatlarının əl ilə, alət və dəzgahlar tətbiq etməklə hazırlanması, xəstənin əyninə ölçülməsi, geyindirilməsi, tamamlanması və təmiri işlərini yerinə yetirir. Protezlərə taxmalar (asılqanlar) düzəldir. Qəbuledici gilizlərin modelləşdirilməsi və düzəldilməsi işlərini görür. Güdülün (pozitivin) statik modelini hazırlayır və dinamik yük altında onu emal edir. Məmulatdan istifadə edilməsini aşağı dərəcəli protez-ortez məmulatlarının mexaniklərinə öyrədir. Protezləşdirmənin nəticələrini aparat vasitəsilə qiymətləndirir.
Bilməlidir: əl-ayağın inkişafında anomaliyalar olduqda, protezləşdirmə metodlarını; gipsdən neqativin və pozitivin hazırlanmasının üsul və qaydalarmı; cədvəl, sxem və cizgilərdən istifadə qaydalarını; protez-ortez məmulatlarından istifadə qaydalarının öyrədilmə metodlarını; insan anatomiyasının və onun seqmentlərinin hərəkət etmə biomexanikasının əsaslarını.
Hazırlama, əyninə ölçülmə, geyindirmə, tamamlama və təmir:
2. İnsan bədəninin bütün seqmentlərinə ortezlər;
3. Əl protezləri - kosmetik və dartı idarəetmə sistemləri ilə;
4. Termoplastik materiallardan qəbuledici gilizlərlə baldır və omba protezləri, fərdi olaraq insan bədəninə geydirməklə;
5. Oynaqlarda çıxmalardan (ayrılmalardan) sonra olan modul protezlər;
İşin xüsusiyyəti. Həkimin, texnikin rəhbərliyi altında işləyir. Mürəkkəb və səciyyəvi protezləşdirmə halları üçün tətbiq olunan bütün növ materiallardan protez-ortez məmulatlarının əl ilə, alət və dəzgah tətbiq etməklə hazırlanması, əyninə ölçülməsi, geydirilməsi, tamamlanması və təmiri işlərini yerinə yetirir; xarici enerji mənbəyi olan protezlər və ortezlər hazırlayır. Cihazların sazlama və idarəetmə sistemini tənzimləyir. Aparat tətbiq edilməklə protez-ortez məmulatlarından istifadə etməyi öyrədir.
Bilməlidir: xarici enerji mənbəyi olan protez və ortezlərin quruluşunu və konstruktiv xüsusiyyətlərini; əzələlərin bioelektrik potensialını qiymətləndirmək üçün cihazların sazlama qaydalarmı; protez-ortez məmulatlarından istifadənin metod və vasitələrini; insanın hərəkətlərinin biomexanikası və fiziologiyasının əsaslarını.
Hazırlama, əyninə ölçülmə, geyindirmə, tamamlama və təmir:
1. Aktiv tutma və kombinasiyalı idarəetmə sistemləri olan əl protezləri;
2. Xarici enerji mənbəli protez və ortezlər;
3. Dayaq-hərəkət aparatının mürəkkəb zədələri üçün protez-ortez məmulatları.
İşin xüsusiyyəti. Hazır xörəyi paylara bölür və paylaşdırır. Çirkli qabları mətbəxə daşıyır.
Bilməlidir: mətbəx qab-qacağının adlarını və təyinatını; yeməklərin saxlanma müddətini və temperatur rejimini; sanitariya qaydalarını.
3-cü dərəcə: qidam özü qəbul etməyi bacarmayan yataq xəstələrinə yeməkləri palatalara (otaqlara) apararaq xidmət etdikdə.
İşin xüsusiyyəti. Sakinlərin üst və alt geyimlərinin, dəsmallarının, yataq dəstlərinin, onlara xidmət edən tibb heyətinin xələt və digər lazımi əşyalarının, otaqlardakı pərdələrin, süfrələrin və s. yuyulması və xırda təmir edilməsi. Onların qurudulma barabanlarında (kamerada) və ya təbii şəraitdə qurudulması, preslə və ya əllə ütülənməsi. Yuyucu, kraxmallayıcı və lilləyici məhsulların hazırlanması. Geyim və başqa əşyaların qəbulu, növlərə ayrılması və yuyulmaya gətirilməsi, müəyyən edilmiş sənədləşmənin aparılması.
Bilməlidir: müxtəlif materiallardan olan geyimlərin və digər əşyaların emalı texnologiyasını; xidmət etdiyi avadanlığın istismar qaydasını və quruluşunu; tətbiq olunan yuyucu və ağardıcı vasitələrin xüsusiyyətini və onların hazırlanma və tətbiqi üsullarını; müəyyən olunmuş sənədləşmənin tərtibi qaydalarını.
1. 3 may 2019-cu il tarixli 190500028 nömrəli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201905030028, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 17 may 2019-cu il)
2. 18 avqust 2020-ci il tarixli 20020030157 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202008180157, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 31 avqust 2020-ci il)
3. 18 avqust 2020-ci il tarixli 20020030160 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202008180160, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 31 avqust 2020-ci il)
4. 29 noyabr 2021-ci il tarixli 21050000358 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202111290358, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 dekabr 2021-ci il)
5. 28 dekabr 2022-ci il tarixli 22050000410 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202212280410, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 yanvar 2023-cü il)
6. 13 fevral 2023-cü il tarixli 3-17/3-5-4/2023 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202302130354, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 fevral 2023-cü il)
7. 3 may 2023-cü il tarixli 3-17/3-5-16/2023 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202305033516, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 may 2023-cü il)
8. 6 noyabr 2023-cü il tarixli 3-17/3-5-36/2023 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202311063536, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 noyabr 2023-cü il)
9. 12 fevral 2024-cü il tarixli 3-17/3-5-5/2024 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202402127355, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 fevral 2024-cü il)
10. 14 may 2026-cı il tarixli 3-17/3-5-10/2026 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202605143510, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 iyun 2026-cı il)
11. 19 avqust 2026-cı il tarixli 3-17/3-5-17/2026 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202608193517, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 avqust 2026-cı il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI