17.1. Çətin həyat şəraitində olan şəxslərə sosial xidmətin ayrı-ayrı formalarına və növlərinə uyğun sosial xidmətin göstərilməsi məqsədilə qanunla müəyyən edilmiş qaydada sosial xidmət müəssisələri (ahıllar, əlilliyi olan şəxslər üçün internat evləri, psixonevroloji internat, insan alveri qurbanları üçün yardım mərkəzləri, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün sosial adaptasiya mərkəzləri, günərzi qayğı mərkəzləri, yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələri, sosial-psixoloji yardım mərkəzləri, müvəqqəti sığınacaqlar, peşə istiqamətləndirmə mərkəzləri, palliativ yardım mərkəzləri, hospislər, icma əsaslı reabilitasiya mərkəzləri, kiçik qrup evləri, müvəqqəti qayğı xidmətləri, sosial mağazalar və yeməkxanalar və digər müəssisə və xidmətlər) yaradılır və fəaliyyət göstərir.
17.2. Xeyriyyəçilik məqsədilə sosial xidmətlərə vəsait ayıran fiziki və hüquqi şəxslər və bu fəaliyyəti ödənişsiz şərtlərlə həyata keçirən sosial xidmət müəssisələri üçün qanuna uyğun olaraq güzəştlər müəyyən edilə bilər.