Qanunvericilik › Sosial xidmət haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 19

Maddə 19. Evdə (səyyar) sosial xidmət

Sosial xidmət haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

19.1. Evdə (səyyar) sosial xidmət əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə Bakı şəhəri üzrə eyni inzibati ərazi vahidində, digər şəhər və rayonlar üzrə eyni inzibati ərazi dairəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, “əlilliyi olan şəxslərə, xəstəliyin terminal (son) mərhələsində olan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada göstərilir.

19.2. Evdə (səyyar) sosial xidmətə aşağıdakılar aiddir:

19.2.1. dərman vasitələrini, zəruri qida və əsas tələbat mallarını almağa köməklik göstərilməsi;

19.2.2. istirahətin təşkil olunmasında, qida qəbul edilməsində və digər məişət xidmətlərinin göstərilməsində köməklik edilməsi;

19.2.3. tibbi və psixoloji yardım almaqda köməklik göstərilməsi, tibb və təhsil müəssisəsinə müşayiət olunması;

19.2.4. yaşayış şəraitinin sanitariya-gigiyena tələblərinə uyğunlaşdırılması;

19.2.5. hüquqi məsləhət alınmasına köməklik göstərilməsi;

19.2.6. əlilliyi olan şəxslərə reabilitasiya xidmətinin göstərilməsi.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver