Qanunvericilik › Sosial xidmət haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 21

Maddə 21. Stasionar sosial xidmət

Sosial xidmət haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

21.1. Stasionar sosial xidmət, bu məqsədlə yaradılmış müəssisədə sosial xidmət göstərilən şəxslərin (ailələrin) fiziki durumuna və səhhətinə uyğun həyat şəraitinin yaradılmasından, tibbi və sosial reabilitasiya tədbirlərinin həyata keçirilməsindən, qulluğun təşkilindən ibarətdir.

21.2. Sosial xidmət müəssisəsində yaşayan ailənin üzvləri ayrıca yaşayış sahəsi ilə təmin olunurlar. Sosial xidmət müəssisəsinin rəhbərliyi müəssisədə yaşayan çətin həyat şəraitində olan şəxslərin (ailələrin) şəxsi və qiymətli əşyalarının mühafizəsini təmin edirlər.

21.3. Stasionar sosial xidmətə ehtiyacı olan psixi pozuntusu olan şəxslər qanunla müəyyən edilmiş qaydada xüsusi stasionar müəssisələrdə yerləşdirilirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver