23.0. Təyinatından asılı olaraq sosial xidmətlər aşağıdakı növlərə bölünür:
23.0.1. sosial-məişət xidmətləri – şəxslərin (ailələrin) məişət şəraitinin, yaşayış vəziyyətinin yaxşılaşdırılmasına yönəlmişdir;
23.0.2. tibbi-sosial xidmətlər – şəxslərin sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına yönəlmişdir;
23.0.3. sosial-psixoloji xidmətlər – şəxslərin cəmiyyətə adaptasiyası məqsədilə psixoloji yardımı nəzərdə tutur;
23.0.4. sosial-pedaqoji xidmətlər – yetkinlik yaşına çatmayanların inkişafındakı geriliklərin və davranışındakı pozuntuların profilaktikasına, onlarda müsbət maraqların yaranmasına, o cümlədən ailədə tərbiyəsinə dəstəyə yönəlmişdir;
23.0.5. sosial-iqtisadi xidmətlər – şəxslərin həyat səviyyəsinin qorunmasına və möhkəmlənməsinə yönəlmişdir;
23.0.6. sosial-hüquqi xidmətlər – hüquqi yardım göstərilməsi, şəxslərin hüquqlarının qorunmasına yönəlmişdir;
23.0.6-1. sosial-mədəni xidmətlər – şəxslərin sosial-mədəni həyata uyğunlaşmasına, asudə vaxtının səmərəli təşkilinə yönəlmişdir;
23.0.7. palliativ xidmətlər – müalicəsi mümkün olmayan şəxslərin və onların ailə üzvlərinin fiziki, psixoloji, mənəvi və digər problemlərinin müəyyən edilməsi, qiymətləndirilməsi və bu şəxslərə yardımın göstərilməsinə yönəlmişdir.