Qanunvericilik › Sosial xidmət haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 25

Maddə 25. Sosial xidmət haqqının ödənilməsi

Sosial xidmət haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

25.1. Sosial xidmət müəssisələrində və evlərdə sosial xidmət ödənişsiz, qismən ödənişli və tam ödənişli əsaslarla göstərilir.

25.2. Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət sosial xidmət müəssisələrində və evlərdə sosial xidmət zəmanət verilmiş həcmdə ödənişsiz göstərilir.

25.3. Dövlət sosial xidmət müəssisələrində və evlərdə qismən ödənişli və tam ödənişli şərtlərlə sosial xidmətin göstərilməsi qaydası və sosial xidmət haqqının məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

25.4. Ödənişli sosial xidmətlər və dövlət büdcəsinin vəsaiti hesabına zəmanət verilmiş həcmdə ödənişsiz evdə (səyyar) sosial xidmətlər çətin həyat şəraitində olan şəxs (ailə) ilə sosial xidmət göstərən subyektlər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

25.5. Bələdiyyə sosial xidmət müəssisələri gəlir əldə etmək məqsədi güdmür və sosial xidmət haqqı sosial xidmət göstərilməsi ilə bağlı xərclərin, əməkdaşların əmək haqlarının və digər cari xərclərin həcminə uyğun olaraq bələdiyyə tərəfindən müəyyənləşdirilir. Özəl sosial xidmət müəssisələrində sosial xidmət haqqı müəssisə ilə sosial xidmətə götürülmüş şəxs arasında bağlanmış müqavilə ilə müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver