Qanunvericilik › Sovxoz və kolxozların islahatı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 17

Maddə 17. Sovxoz və kolxozların səhmdar cəmiyyətlərinə çevrilməsi

Sovxoz və kolxozların islahatı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Sovxoz və kolxozların bütövlükdə və ya bölünərək kooperativlərə

çevrilməsi mümkün (və ya məqsədəuyğun) olmadıqda onların əmlakı səhmləşdirilir və səhmdar cəmiyyəti yaradılır. Qanunvericilikdə nəzərdə tutulan digər hallarda da səhmdar cəmiyyətləri yaradıla bilər.

Müəssisənin və ya onun bir hissəsinin səhmdar cəmiyyətinə çevrilməsi əmək kollektivinin qərarı ilə həyata keçirilir.

Cəmiyyətin nizamnamə fondunu təsisçilər paylarına düşən əmlak və torpaq sahələrinin hesabına yaradırlar.

Səhmdar cəmiyyətlərinin yaradılması və fəaliyyəti Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver