Qanunvericilik › Sovxoz və kolxozların islahatı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 21

Maddə 21. Xidmət sahələrinin yenidən təşkili

Sovxoz və kolxozların islahatı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Sovxoz və kolxozların mülkiyyətində olan maşın-traktor və avtomobil parkları, təmir-texniki emalatxanaları, suvarma şəbəkələri, təmir-tikinti təşkilatları, anbar və yanacaq təsərrüfatları, zoobaytar xidməti obyektləri, dəyirmanlar, emal sexləri və s. əmlakda pay hüququ olanların razılığı ilə birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətli xidmət müəssisələrinə çevrilə bilər. Bu müəssisələrdə payı olanlar təsisçilər hesab edilirlər.

həmin müəssisələrin yaradılması və fəaliyyəti müvafiq qanunvericiliklə tənzimlənir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver