Qanunvericilik › Sovxoz və kolxozların islahatı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 5

Maddə 5. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası

Sovxoz və kolxozların islahatı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının tərkibinə aqrar-sənaye kompleksi idarəçiliyini həyata keçirən mərkəzi dövlət idarəetmə orqanlarının rəhbərləri, Azərbaycan, Respublikası müvafiq icra hakimiyyəti orqanlarının, Mərkəzi Bankın, Dövlət Sığorta Fondunun, Aqrar-Sənaye Kompleksi İşçiləri həmkarlar İttifaqının Respublika Komitəsinin, elmi idarələrin və ictimaiyyətin nümayəndələri daxil edilir.

Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasını Azərbaycan Respublikası Prezidenti təşkil edir və komissiyanın sədrini təyin edir. Komissiya Azərbaycan Respublikası Prezidentinə hesabat verir.

Komissiya:

aqrar islahatın dövlət proqramını hazırlayır, Azərbaycan Respublikası Prezidentinin təsdiqinə verir və həyata keçirilməsini təşkil edir;

islahat qanunlarının tətbiqi üçün təlimatları, tövsiyələri və digər sənədləri, zəruri materialları hazırlayır, onlara əməl olunmasını təmin edir;

dövlət mülkiyyətində saxlanılan və bələdiyyə mülkiyyətinə verilən obyektlərin siyahısını müəyyənləşdirir və Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;

islahatın maliyyə təminatı ilə əlaqədar təkliflər verir, ayrılan vəsaitlərin bölgüsünü aparır və təyinatı üzrə istifadəsini təmin edir;

Naxçıvan Muxtar Respublikasının, rayon və yerli aqrar islahat komissiyalarının əsasnamələrini hazırlayır və təsdiq edir;

islahatla əlaqədar daxil olmuş müraciətlərə baxır və s.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver