Qanunvericilik › Sovxozların, kolxozların və kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan digər hüquqi və fiziki şəxslərin (emal müəssisələrindən başqa) vergi borclarının silinməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Tam mətn

Sovxozların, kolxozların və kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan digər hüquqi və fiziki şəxslərin (emal müəssisələrindən başqa) vergi borclarının silinməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Sovxozların, kolxozların və kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan digər hüquqi və fiziki şəxslərin (emal müəssisələrindən başqa) vergi borclarının silinməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Sovxozların, kolxozların və kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan digər hüquqi və fiziki şəxslərin (emal müəssisələrindən başqa) vergi borclarının silinməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq və bu sahədə sahibkarlığın inkişafını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Sovxozların, kolxozların və kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan digər hüquqi və fiziki şəxslərin (emal müəssisələrindən başqa) 1999-cu ilin 1 yanvar tarixinə olan və bu qanun qüvvəyə mindiyi günədək ödənilməmiş vergi borcları, onlara tətbiq edilən maliyyə sanksiyaları və hesablanmış peniyalar (həyətyanı sahələr üçün hesablanmış torpaq vergisindən başqa) silinsin.

2. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver