Qanunvericilik › “Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə (Prezidentin fərmanı, 08.10.1996) › Tam mətn

“Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə (Prezidentin fərmanı, 08.10.1996)

“Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə (Prezidentin fərmanı, 08.10.1996) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılsın ki:

qüvvədə olan qanunvericilik aktlarının “Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması haqqında təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu haqda Azərbaycan Respublikası Prezidentinə məlumat versin;

“Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin, 2-ci abzasında nəzərdə tutulmuş tikintiyə, ərzaq məhsullarına, əhali üçün nəzərdə tutulan digər mallara və başqa zəruri məhsullara (işlərə, xidmətlərə) standart tələblərin əsaslarını hazırlayıb Azərbaycan Respublikası Prezidentinə təqdim etsin;

“Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 4-cü hissəsinin 1-ci abzasında nəzərdə tutulmuş beynəlxalq (regional) və dövlətlərarası standartların, normaların, qaydaların və tövsiyələrin Azərbaycan Respublikası ərazisində tanınması və tətbiq edilməsi qaydalarını “Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində nəzərdə tutulan tələblər əsas götürülməklə hazırlayıb Azərbaycan Respublikası Prezidentinə təqdim etsin;

“Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasında dövlət standartları, texniki şərtlər, sahə standartları, texniki-iqtisadi və sosial informasiya təsnifatları, beynəlxalq (regional) və dövlətlərarası standartlar, standartlaşdırma üzrə normalar, qaydalar və tövsiyələr, xarici ölkələrin milli standartları, standartlaşdırma üzrə beynəlxalq (I regional) və dövlətlərarası müqavilələr, habelə onlarn tətbiqi qaydaları haqqında rəsmi məlumatların və standartlaşdırma üzrə göstərilən normativ sənədlərin dövlət fondunun yaradılması qaydalarını təsdiq etsin;

“Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci abzasında nəzərdə tutulmuş Azərbaycan Respublikasının qüvvədə olan dövlət standartlarının, standartlaşdırmaya dair digər normativ sənədlərin, habelə beynəlxalq (regional), dövlətlərarası standartların, norma, qayda və tövsiyələrin və xarici ölkələrin milli standartlarının fondlarının xüsusi dövlət reyestrinin və kataloqunun yaradılması, saxlanılması və aparılması qaydalarını təsdiq etsin;

öz səlahiyyətləri daxilində “Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Standartlaşdırma və Metrologiya Mərkəzinə tapşırılsın ki, “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanunu ilə həmin Mərkəzin səlahiyyətinə aid edilən məsələləri qısa müddətdə həll etsin.

3. Müəyyən edilsin ki:

“Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 5-ci hissəsinin ikinci abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

“Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 2-ci hissəsində və 13-cü maddəsinin 8-ci abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

“Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 3-cü hissəsinin 1-ci abzasında, 5-ci maddəsinin 2-ci hissəsində, 7-ci və 9-cu hissələrində, 7-ci maddəsinin 5-ci hissəsində, 9-cu maddəsinin 2-ci və 4-cü hissələrində, 10-cu maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş “standartlaşdırma üzrə müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir;

“Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 5-ci hissəsinin ikinci abzasında “orqan (qurum)” dedikdə “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs nəzərdə tutulur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver